DİRİLİ QURBANİ MƏCLİSİ-10 il: YARADILMASI VƏ TARİXİ FƏALİYYƏTİNƏ ÖTƏRİ BAXIŞ


35_nSözün-Sazın VAR olduğu çağlardan ədəbi-bədii birliklər zaman-zaman yaranmış, qısa və ya uzunmüddətli fəaliyyət göstərmiş, tədricən tarixin arxivinə köçmüş, yaxud yenidən bərpa olunaraq sonrakı nəsllərin malına çevrilmişdir. Təsadüfi deyildir ki, aşıq və şair məclislərinin fəaliyyət tarixi və əhəmiyyəti tədqiqatçılar tərəfindən daim araşdırma və öyrənmə obyekti olmuşdur. Okumaya devam et

DİRİLİ QURBANİ MƏCLİSİNİN 10 YAŞI


179Avqustun 2-də «Xudafərin» şadlıq sarayında «Dirili Qurbani» məclisinin yaradılmasının 10 illik yubileyi keçirildi. Tədbir tədqiqatçı-jurnalist Tariyel Abbasılının aparıcılığı ilə keçdi. O, 10 il bundan əvvəl 25 apreldə özülü qoyulmuş «Dirili Qurbani» məclisinin bu müddət ərzində keçmiş olduğu yola nəzər salmaq üçün sözü məclisin rəhbəri Yusif Diriliyə verdi. Okumaya devam et

AŞIQ İSA TƏBRİZİ


unnamed (2)

 

 

 

 

 

 

TANITMA

Sevgili oxucular, dəyərli yurddaşlar!
Əslən Quzey Azərbaycanın Tovuz mahalının Qaraxanlı obasından olan Aşıq İsa Təbrizli, bəzən Qaraxanlı təxəllüsü ilə də yazıb-yaradır, o taylı-bu taylı Azərbaycanımızın el şənliklərində, dövlət tədbirlərində, Uluslararası yarışmalarda ürəklə, məharətlə, uğurla çıxış edir. Həm də bir aktyor qismində doğma sazı ilə-şəkər sözü ilə birgə bir-birindən maraqlı, yaddaqalan filmlərə-kinolara çəkilir. Okumaya devam et

DİRİLİ QURBANİ MƏCLİSİ: BU GÜNLƏ DÜNƏNİN VƏHDƏTİ


 

BUN01

 

 

Bünyad Kazımov

Məclisin elm bölməsinin üzvü,
“Azərbaycanın Yaradıı Ziyalıları” İctimai Birliyinin sədri,
texnika elmləri namizədi

 

 

“Dirili Qurbani” məclisinin yaranması Azərbaycanda qədim ozan aşıq sənətinin ən layiqli nümayəndəsi Aşıq Qurbaninin sənət dünyasına bugündən bir işıq salınması zərurəti ilə bağlı olmuşdur. Bu işığın yayılma və təsir gücü sonradan elə olacaqdı ki, bütün Azərbaycan eli bu gücdən öz nurlu payını qazanacaq, ustadın sirli-sehrli kəlmələrindən bəhrələnəcək və bunun sayəsində dönməz özgüvənini əldə edəcəkdir. Okumaya devam et

GİCƏKİ DAĞINA SƏFƏRİMİN TƏFƏRRÜATLARI


35_nMƏRƏZƏ XATİRƏLƏRİMDƏN: YUSİF DİRİLİ
şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Qobustan rayonunun Dərəkənd kəndində müəllim işləyirəm. Vətən şəhidi İqbal İbrahimovun adını daşıyat tam orta məktəbdə. Artıq 8 ildir Bakıdan bura təpik döyürəm. Ancaq bəxtimə yaxşı yer, yaxın yer, yaxşı camaat düşüb. 2010-cu ilə qədər dəfələrlə eşitmişdim ki, bu bölgənin ən hündür dağlarından biri də Gicəki dağıdır. Okumaya devam et

ДИРИЛИ ГУРБАНИ


1

Qurbani

 

 

Anna BARTKULAŞVİLİ

QURBANİ POEZİYASINDAN SEÇMƏLƏR RUS DİLİNDƏ

 

 

Şah İsmayıl Xətainin hakimiyyəti illərində yaşamış Qurbani XVI əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi kimi yazıb-yaradan sonrakı sənətkarların yaradıcılığında dərin iz qoymuş saz-söz ustadıdır. Daim xalq içərisində olan və şerlərini onun zövqünə və ruhuna uyğun kökləyən bu el sənətkarının yaradıcılığında insan və təbiət gözəlliklərinin vəhdəti aparıcı yer tutur. Okumaya devam et

MƏNADAN YARANAN MƏNA YAŞADIR!


files

 

 

 Eluca ATALI

 

 

DİRİLİ QURBANİ MƏCLİSİNİN ON İLLİYİNƏ

(İzhar)

Biz səkkiz nəfər Qurbani Ədəbi Məclisini təsis etdik.
Böyük iddia ilə meydana girmədik, yeni nəsə kəşf etmək, nə də olanı dağıdıb, yeni yaratmaq eşqimiz yox idi. Biz isədik ki, bizə qədər gəlib çıxan Qurbani adı, irsi bizdən sonra da var olsun. Okumaya devam et

DİRİLİ QURBANİ MƏCLİSİNİN 10 YAŞINA


1177

 

 

 Rövşən Yerfi
 Yazıçı-publisist

 

 

On il əvvəl 39 yaşım vardı, hələ özümü gənc hesab edirdim.Gec də olsa ilk kitabım çap olunmuşdu. Yaradıcılıqla bağlı arzularım, niyyətlərim çox idi. Belə bir vaxtda, yaz günlərinin birində illərdir dostluq etdiyim Yusif Dirili, yaratmaq istədiyi Dirili Qurbani Məclisi haqqında danışıb, məni də bu məclisə dəvət etdi. Əvvəlcə etiraz etmək istədim. Axı mən nə şairliyi, nə də aşıqlığı bacaran adam deyiləm. Yusif bəy buyurdu ki, sən məclisin nəsr bölməsində çalışarsan. Razılaşdım. Birinci toplantımız qəzet redaksiyasında, sonra kitabxanada oldu. Üzvlərimiz artdıqca, sıralarımız böyüdükcə Nizami rayonunda yerləşən kitabxana bizə darlıq etdi, “Xudafərin” şadlıq evinin geniş zallarına keçdik.
Ədəbi məclisin sorağı günü-gündən Bakı hüdudlarını aşıb İrandakı, Türkiyədəki həmkarlarımıza qədər yayıldı. İctimai Televiziyada, dövlət radiosunun müxtəlif yayımlarında dəfələrlə məclislə bağlı verilişlər efirə getdi. “Dirili Qurbani” qəzeti çap olundu, sonralar qəzet ədəbi məcmuəyə çevrildi. Davamlı olaraq məclis üzvlərinin yaradıcılıq nümunələri toplanmış çoxlu sayda almanaxlar nəşr olundu. Həmin almanaxların altısında mənim də yazılarım var.
Keçirilən məclislərin birində mənim ilk kitabım da müzakirəyə çıxarıldı. Üç ilə yaxın ədəbi məclislərin tədbirlərində müntəzəm iştirak etdim. Sonra zənnim özünü doğrultdu: bura yığışan insanları əsasən saz və poeziya daha çox cəlb edirdi. Bura nəsr meydanı deyildi. Nəsrlə məşğul olan, maraqlanan olduqca az idi. Odur ki, mən bu səbəbdən sonrakı vaxtlarda hərdənbir görünməyə başladım.
Bu ədəbi məclisdə özümə Sahib Abdullayev, Sabir Şirvan, Firudin Şahbuzlu, Nəriman Mahmud, Malik Əhmədoğlu, Eluca Atalı kimi xeyli yazıçı dostlar qazandım.
Biz on il qocaldıq, ancaq Dirili Qurbani Məclisi on il böyüdü, on yaşına çatdı. Arzum budur ki, bizdən fərqli olaraq bu məclis daim cavan qalsın, yeni cavan üzvləri ilə daha böyük yaradıcılıq nailiyyətləri qazansın, ustad Qurbaninin özü qədər yaşarı olsun…

Okumaya devam et

MƏŞUM XOCALI SOYQIRIMININ SƏHƏRİ GÜNÜ VƏ ONDAN SONRAKI ZAMAN


Yusif

 

 

Yusif DİRİLİ

 

 

HƏMİN ANLARI UNUTMAQ OLDUQCA ÇƏTİNDİR

Müstəqil Azərbaycan dövlətinin tarixində ən qanlı və faciəvi hadisə olan Xocalı soyqırımı birmənalı olaraq bəşəri cinayət kimi dəyərləndirilməlidir. Artıq bu istiqamətdə müəyyən addımlar atılıb. Hadisənin mahiyyəti, həcmi və səbəbi indi çoxumuza məlumdur. Fəqət faciənin başlanğıcında, yaxud 2-3 gün ərzində o əhalimizə tamam başqa şəkildə təqdim edilmişdi. Hadisə dövrünü yaşayanlardan və həmin günlərdə az-çox əlindən gələni etməyə çalışan minlərlə fədakar insanlar sırasında olanlardan biri kimi xatirimdə qalanları bölüşmək istəyirəm. Okumaya devam et

NUH PEYĞƏMBƏR, MAZAN NƏNƏ VƏ SOFU OCAĞI


Yusif

OBL- YUSİF

Yusif DİRİLİ
NUH PEYĞƏMBƏR, MAZAN NƏNƏ VƏ SOFU OCAĞI
(El şairi S.Bilalın şəcərəsi, həyatı və yaradıcılığı əsasında)

Redaktor və ön sözün müəllifi: Məmməd Əli Xudafərinli,
şair-filoloq Okumaya devam et

DİRİDİR DƏRDİM MƏNİM


Yusif

ddm

Yusif Dirili

“DİRİDİR DƏRDİM MƏNİM”

(Bayatılar)

Bakı, “Təfəkkür”, 2011

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasının (26.02.2010-cu il tarixli, 02 saylı) qərarı ilə çap olunub. Okumaya devam et

ZƏNCİRLƏNMİŞ ƏDALƏT


n-02

Ramil 000 - 12 00

Nəriman Mahmud

“Zəncirlənmiş ədalət” kitabında bayrağımızı, şəhidlərimizi, qadınlarımızı və bütövlükdə xalqımızı dəfələrlə təhqir etdiyi üçün erməni hərbçisi Qurgen Marqaryanı cəzalandıran Azərbaycan zabiti Ramil Səfərovun Ermənistanın ərazimizə təcavüzü nəticəsində yaşamış olduğu Qarabağ müharibəsinin acıları, uşaq yaşlarında keçirdiyi sarsıntılar, Cəbrayıl rayonunun işğalı zamanı ermənilərin törətdiyi vəşhiliklər, yaxınlarının, doğmalarının, ümumiyyətlə vətəndaşlarımızın görünməmiş vəhşiliklə, xüsusi qəddarlıqla qətlə yetirilməsi əksini tapmışdır. Kitabda qəhrəmanın keçdiyi həyat yolu ilə bərabər, Cəbrayılın özünümüdafiə qüvvələrinin, milli ordumuzun rayondakı bölmələrinin döyüş yolu da təsvir edilmişdir. Okumaya devam et

FİRUDİN ŞAHBUZLU – 50


SEVDALI ÖMRÜN YETKİNLİK ÇAĞIFirudin

Əzəldən gözəllik divanəsiyəm,
Bir gözəl xanımın pərvanəsiyəm.
Təkcə gözəlliyi mənim bəsimdir,
Mən elə xəyallar məstanəsiyəm. Okumaya devam et

ASİF ATANIN TƏBİƏT GÖRÜŞLƏRİ


y-03Yusif DİRİLİ

Asif Ata digər sahələrdə olduğu kimi ekologiyaya, başqa sözlə, ətraf mühitə dair bir çox qiymətli fikirlər söyləmiş, özünün izharlarında, müsahibələrində, əsərlərində təbiətlə bağlı düşüncələrini aydın şəkildə göstərmişdir. Okumaya devam et

“QƏLBİMİN QƏM ÇİÇƏKLƏRİ” DİRİLİ QURBANİ MƏCLİSİNDƏ


HecerMəclisin üzvü, şairə Həcər Qəbələnin yeni kitabı Qurbani məclisində təqdim olundu.
2004-cü ildən bu məclisin üzvü olan şairənin indiyədək respublika mətbuatında onlarla şeirləri işq üzü görüb. Məclisin əksər nəşrlərində, ədəbi toplularında Həcər Qəbələ mütamadi çıxış edib. Vaxtaşırı ədəbi tədbirlərə həvəslə qatılan şairə bu dəfə qələm dostlarını özünün sayca 3-cü kitabının təqdimatına topladı. Okumaya devam et

İNAM ÜSTƏ: ASİF ATANIN CƏBRAYILLILARA SÖZÜ


asif_nam_AtaBöyük Azərbaycan filosofu Asif Ata ilə onun evində, İnam üstə görüşdük. Üç il öncə yurdundan didərgin salınmış həmyrlilərimə-cəbrayıllılara Ata nurunu, Ata sözünü yetirmək niyyətində bulundum. Ocaq atası “Xudafərin”in yaşamasından xoşhal oldu – mənəvi körpü əhəmiyyəti daşıdığına görə qəzetimiz vasitəsilə yurdçularına üz tutdu bu ağır günlərdə: Okumaya devam et

……..ÇƏBRAYIL….


загруженное (7)Məhəbbət Didərgin İsmayılov

Arxası Ziyarat , qənşərı Araz,
Sevinçi , kədəri həm şəri Araz,
Qoynunda yuxulu ” Bayatı şiraz” .
Dağlarda xəyala dalan Çəbrayıl.
Gözləri yaşarıb, dolan Çəbrayıl. Okumaya devam et

MAVİ XƏZƏRDƏ QƏTL


(detektiv roman)

n-02Nəriman Mahmud

O, Azadlıq meydanını keçib, idarə etdiyi “Hummer” markalı avtomobili sola burdu. Şəhəri yaxşı tanımasa da, bəzi küçələrinə bələdçiliyi var idi. “Aerokassa”nın qarşısına qədər gəlib çıxdı. Avtomobili kənara çəkib əyləci basdı. Dayanıb ətrafına baxdı. Gözlərinə qarşıdakı bağ sataşdı. Həmişəki kimi bağda xeyli adam vardı. Bura dəmiryol vağzalının yaxınlığındakı məşhur “Səməd Vurğun” bağı idi. O, avtomobili yenidən işə salıb bir az da irəliyə sürdü. Okumaya devam et

ZƏNCİRLƏNMİŞ ƏDALƏT


125133a-500x500 “Zəncirlənmiş ədalət” kitabında bayrağımızı, şəhidlərimizi, qadınlarımızı və bütövlükdə xalqımızı dəfələrlə təhqir etdiyi üçün erməni hərbçisi Qurgen Marqaryanı cəzalandıran Azərbaycan zabiti Ramil Səfərovun Ermənistanın ərazimizə təcavüzü nəticəsində yaşamış olduğu Qarabağ müharibəsinin acıları, uşaq yaşlarında keçirdiyi sarsıntılar, Cəbrayıl rayonunun işğalı zamanı ermənilərin törətdiyi vəşhiliklər, yaxınlarının, doğmalarının, ümumiyyətlə vətəndaşlarımızın görünməmiş vəhşiliklə, xüsusi qəddarlıqla qətlə yetirilməsi əksini tapmışdır. Okumaya devam et

BİR ŞƏHƏRİN SOYQIRIMI


y-03Yusif Dirili

(Faciə)

Altı pərdəli səhnəcik
İŞTİRAK EDİRLƏR
Əlif – Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev
Niyaz – Ə.Hacıyevin köməkçisi
Namiq – Şəhər icra hakimiyyətinin başçısı
Mehman – məsul şəxs
Çingiz – Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev
Xocalı sakinləri – Murad, Musa, Səməd, Fuad, Azad, Salman, Nilufər, Süsənbər, Gülsənəm, Okumaya devam et

TÜRKÜN XOCALI DƏRDİ DİRİLİ QURBANİ MƏCLİSİNDƏ “XOCALI SOYQIRIMI”


imagesDİRİLİ QURBANİ MƏCLİSİNDƏ “XOCALI SOYQIRIMI”

Dirili Qurbani Məclisinin 03.02.2013-cü il tarixli toplantısı artıq xəbər verdiyimiz kimi XOCALI SOYQIRIMINA həsr olunmuşdu. Qeyd edək ki, ənənəvi tədbirlərdən fərqli olaraq bu dəfə məclis yeni qayda ilə öz yığnağını keçirdi. Okumaya devam et

HAQQIN SEVDALI ŞAİRİ


y-03 Yusif DİRİLİ

Diril qurbani Məclisinin sədri,
“Dirili Qurbani” jurnalının baş redaktoru,
Aərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist

“Damət Kərimli Tanrıya bağlı şairdir. Şeirləri ilə Tanrıya qovuşacağına inanır. Həqiqətən də onun şeirlərini oxuduqca hiss edirsən ki, poeziya Tanrı qüdrətindən yaranır.” Vəli Xramçaylı Okumaya devam et

YUSİF DİRİLİNİN 50 İLLİK YUBİLEYİ QEYD OLUNDU


Yusif Dirili

15 May 2011- ci ildə Dirili Qurbani Məclisinin sədri şair-publisist Yusif Dirilinin 50 illik yubileyi münasibətilə Masazır qəsəbəsində mərasim keçirlmışdir. Yubiley tədbiri Qurbani Ədəbi Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə araya gəlmişdir.Yubiley törəni məclisin ənənəvi qaydalarına uyğun olaraq açılmış və davam etmişdir. Okumaya devam et

AFORİZMLƏR


Anna Bartkulaşvili

“И мёд, и жало” kitabından

1. Universitet!

Açığını desək, hərdən adama elə gəlir ki, müasir universitetlərin vəzifələri yalnız təhsil haqlarını yığmaqdan və bunun müqabilində təhsil almaq haqqında diplom vermək təlabatından ibarətdir. Okumaya devam et

XAQANİ ŞİRVANİ VƏ İMADƏDDİN NƏSİMİNİN YARADICILIĞINDA BİOEKOLOJİ FİKİRLƏR


Mahmudov Yusif Məhəmməd oğlu
Email: diriliqurbani@gmail.com
Tel.: 0508857723

                                                    XÜLASƏ

Ekoloji fkirlərin inkişaf tarixi əhalinin ətraf mühitə münasibəti ilə bir başlanıb. Bu özünü şifahi xalq və yazılı ədəbiyyat nümunələrində açıq şəkildə göstərir. Təsadüfi deyildir ki, müasir ekologiya elminin əsasında folklorda və klassik ədəbiyyatda mövcud olan, bu günümüzə qədər gəlib çatmış elmi fikirlər dayanır. Təqdim olunan məqalədə Azərbaycan ədəbiyyatında orta əsrlərə mənsub bədii söz ustalarının yaradıcılıq nümunələrində təbiət-insan münasibətlərinin yaranması, formalaşması və inkişafı öz əksini tapır. Araşdırmalarımız göstərir ki, onların irəli sürdükləri fikirlər zaman-zaman reallığa çevrilib. Azərbaycan klassikləri yaşadıqları dövrlərdə elmin müxtəlif sahələrinə dair qiymətli fikirlər söyləmişlər. Bu məqalədə Azərbaycanın XII-XIV əsrlərdə yaşayıb-yaratmış dahi sənətkarlarının həmin dövr üçün səciyyəvi olmayan maraqlı elmi yanaşmalarla diqqəti cəlb etmələri qeyd olunur. Biz burada həmin məsələlərə tipik nümunə kimi Xaqani Şirvani və İmadəddin Nəsiminin əsərlərini təhlil edərkən rast gəlmişik.
Ekoloji amillərdən su və torpağın insanın təsərrüfat fəaliyyətində rolu Xaqaninin yaradıcılığında ciddi problem kimi qoyulmuş, onun əhəmiyyəti qeyd edilmişdir. Nəsimi isə canlıların yaşayışında və inkişafında işıq enerjsinin müstəsna faydasına diqqəti cəlb etmiş, birinci olaraq bitkilərin suda inkişafının labüdlüyü məsələsinə toxunmuşdur.
Tədqiqat prosesində biz hər iki klassik şairin yaradıcılığında onlarla bu cür ekoloji obyektlərə nəzər yetirdiklərinə dair misalllarla qarşılaşırıq. Həm Xaqaninin, həm də Nəsiminin yaradıcılıq nümunələrində ətraf mühitlə əlaqəli elmə söykənən ekoloji fikirlər çoxdur. Onlardan bol və dürüst istifadə göstərir ki, Xaqani də, Nəsimi də yalnız öz dövrlərinin deyil, özlərindən əvvəlki klassikləri də yaxşı mənimsəmiş, elmi-fəlsəfi nəzəriyyələrlə az-çox tanış olmuşlar. Apardığımız müqayisələr bunu göstərir.
Xaqaninin qəzəl və qəsidələrində, rübailərində, məsnəvilərində, Nəsiminin bütün fəlsəfi və ədəbi düşüncələrində ətraf mühitə qayğıkeş münasibət, onu qorumağa çağırış var. Bu baxımdan adi görünən təbiət gözəlliklərinin təqdimi də təbiəti öyrənməyə, sevməyə və nəticədə onu qorumağa yönəldilmişdir. Məqaləni işləyərkən tədqiqata cəlb edilmiş klassik şairlərimizin aktual məsələ olan bioloji müxtəlifliyə və insan ekologiyası probleminə diqqət yetirmələrı də nəzərə alınmışdır.

AÇAR SÖZLƏR: Xaqani Şirvani, İmadəddin Nəsimi, ətraf mühit, ekoloji fikirlər, panteizm, təbiət və poeziya, ekoloji amillər

GİRİŞ

Azərbaycanda ətraf mühitin qorunmasının tarixi çox qədim dövrlərə gedib çıxır. Qeyd etmək lazımdır ki, ətraf mühiti və onun problemlərini öyrənən fundamental elm sahəsi kimi ekiologiya XIX əsrin II yarısında yaranmışdır. Buna baxmayaraq, orta əsrlərdə əhali canlı və cansız təbiət, onların qarşılıqlı əlaqələri haqqında müəyyən məlumatlara malik idi. Bu dövrdə ekologiya olmasa da, bitki və heyvanları öyrənərkən onların yaşama şəraiti nəzərə alınırdı (1). Qədim və orta əsr insanlarının gündəlik həyatda apardıqları müşahidələr buna imkan verirdi. Bu dövrlərdə təbiət-insan münasibətləri ən çox ovçuluqda öz əksini tapmışdı. Orta əsrlərdən başlayaraq, ələ öyrədilmiş hepard, qızılquş, qırğı və bu kimi ovçu heyvanlar vasitəsilə ov etmək digər tükrdilli xalqlar kimi Azərbaycan türklərinin də həyatında mühüm əhəmiyyət daşıyırdı. Ov məhsullarının kifayət qədər ucuz olması kütləvi ovlanmaya gətirib çıxarırdı. Bu isə bir sıra nadir növlərin nəslinin kəsilməsinə səbəb olurdu. Belə ki, XI-XII yüzilliklərdə şir və qulanın, XVII yüzillikdə hepardın, XX əsrin 30-cu illərində pələngin ölkəmizin faunasından yox edilməsi qanunsuz ovçuluğun geniş şəkildə fəaliyyəti ilə birbaşa bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Qırmızı Kitabının ilk nəşrinə (1989 cu il) daxil edilmiş növlərin sayı ilə müqayisədə, 2013-cü ildə çap olunmuş ikinci nəşrə adları daxil edilən növlərin sayı iki dəfə artmışdır (2, 89-94).
Ətraf mühitlə əlaqədar qanun və qərarların mövcud olmadığı dövrlərdə əhalinin heyvanlara (xüsusən, yırtıcı növlərə) neqativ təsiri sürətlə gedib. Bununla belə əhalinin təbiətə tamamilə biganə qaldığı fikrini söyləmək doğru olmazdı. Bu problemin həllinə müxtəlif sənət sahələri, o cümədən rəssamlıq, heykəltaraşlıq, nəqqaşlıq, tikmə və toxuma, oyma, döymə, misgərlik, dulusçuluq, folklor, din, el adətləri və s. köməklik göstərib. İndiyədək müxtəlif tədqiqatçılar tərəfindən bu problemə toxunulub və bu istiqamətdə əhatəli araşdırma apaılıb (2, 89-94). Bədii sözün gücündən məharətlə istifadə edən Azərbaycanın klassik şair və yzıçıları da problemə laqeyd qalmamış, yazdıqları əsərlərdə bu məsələyə öz münasibətlərini bildirməyə çalışmışlar. Şifahi xalq yaradıcılığı kimi, yazılı ədəbiyyat da əsrlər boyu əhalinin ətraf mühitə münasibətində maarifçilik xarakteri daşımış, həm də sayı azalan növlərin qorunması istiqamətində yasaqlayıcı fikirlər irəli sürərək təbiətin mühafizəsində faydalı iş görmüşlər.
Qeyd etdiyimiz kimi, klassiklərimizin yaradıcılığında ətraf mühitə münasibət geniş yer tutur. Məlumdur ki, orta əsr Azərbaycan ədəbiyyatı tarixində böyük ədəbi simalar yetişmişdir. Xüsusilə, XII əsrdə yalnız Azərbaycanda deyil, ümümiyyətlə, Yaxın Şərqdə elm və mədəniyyətin oyanma dövrü olmuşdur. Bu dövrdə, Azərbaycan həm də iqtisadiyyatın və mədəniyyətin inkişafına görə Şərq ölkələri içərisində daha yaxşı tanınırdı. Boyaqçılıq, dulusçuluq, metal emalı kimi sənət sahələrinin və təbabətin inkişafı ölkəmizdə tətbiqi kimyaya aid biliklərin geniş yayılmasına səbəb omuşdu. XII əsrdə qızıl, gümüş, mis, kükürd, stibium və qurğuşun kimi maddələr artıq elmə məlum idi. Belə bir dövrdə Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri yazdıqları əsərlərdə bu məsələlərə diqqət yetirir, onlara demək olar ki, bütün yaradıclıq nümunələrində toxunurdular. Şərq ölkələrində fitri istedadı, geniş dünyagörüşü, ensiklopedik biliyi və ideya zənginliyi ilə Xaqani, Nizami və Nəsimi kimi şairlər digərlərindən xeyli dərəcədə fərqlənirdi. Belə ki, Xaqani yalnız bədii yaradıcılıqla məşğul olmur, eyni zamanda, dövrünün bir çox elmləri ilə də maraqlanıırdı. Bu isə ona topladığı zəngin bilik xəzinəsindən öz əsərlərində istifadə etməyə imkan verirdi. Dahi Nizami Gəncəvinin bütün yaradıcılığı isə birmənalı olaraq elimi fikirlərlə doludur. Nəsimi poeziyası da bu cəhətdən səciyyəvidir. Onun dərin düşüncəyə malik çoxtərəfli məna kəsb edən əsərlərində elm-fəlsəfi yön maraq doğurur. Əvhədi insanın doğuluşunu, təbiətdə gedən prosesləri, üzvi aləmin təkamülü məsələlərini ciddi və əhatəli, həm də elmi şəkildə yaradıcılığına gətirən mükəmməl bir sənətkar kimi tanınır [3]. Bu klassiklərin hər birinin əsərləri elmi-nöqteyi nəzərdən mükəmməldir [4, 41-50].
Tədqiqat işinin məqsədinə uyğun olaraq Xaqani Şirvani və İmadəddin Nəsiminin yaradıcılığnda ekoloji problemin qoyuluşuna müxtəlif rakursdan yanaşmışıq. Araşdırmamıza Xaqani Şirvaninin əsərlərində ətraf mühit amilləri və onların təbiətə təsiri barədə bəzi açıqlamalarla başlamaq istərdik. Xaqani bədii yaradıcılıqla məşğul olmaqla yanaşı, dövrünün bir çox elmləri ilə də maraqlanmış, topladığı zəngin bilik xəzinəsindən öz əsərlərində isifadə etmişdir.
Xaqani Şirvani (XII əsr) ətraf mühitə təsir göstərən abiotik faktorların faydasını yüksək qiymətləndirirdi. Xüsusilə, günəş enerjisinin təbiətdə baş verən dəyişikliklərdəki rolunu qeyd edirdi:
Səninlə bəzənir dünya camalı,
Sayəndə dəyişir aləmin halı (5, 24).

Ətraf mühitin zəruri komponenti kimi su və torpağın insanın təsərrüfat fəaliyyətində rolu onun yaradıcılığında qabarıq verilmişdir:

                 Sən qara torpağa su versən əgər
                 Bir ildə gül açar qarşında bostan (5, 514).

Xaqani burada əkin üçün münbit torpaqdan istifadə etməyi, onu vaxtaşarı suvarmağı məsləhət görürdü. Bildirirdi ki, yalnız bu halda əməyin bəhrə verəcəkdir. Bununla o, suyun cansız və canlı təbiət üçün əhəmiyyətini nəzərə çatdırırdı. Xaqaninin insan ekologiyasına aid fikirləri də maraqlı və düşündürücüdür.

         Daxilən əfi ilan, tavus rəngəm zahirən,
         Müxtəsər, bil, yolkəsən divə mənəm yol göstərən (5, 276).

Bir çox insanlarda neqativ xarakterin formalaşması, zərərli vərdişlərin yaranması şairdə təəsüf doğursa da, bunun yer üzünün hər yerində olduğu qənaətinə gəlmişdir:

       Təkcə bizim ölkəmizdə vəfa yoxdur, zənn eləmə
       Yer üzünün heç yerində ondan bir iz yoxdur əsla.
       ...İnsanların məcazında insanlığı az axtar ki,
       Çalağanın yuvasından qanadlanmaz heç vaxt huma (5, 320).

Təkcə qloballaşan çağdaş dünyamızda deyil, X.Şirvaninin yaşadığı dövrdə də insana münasibət qanedici olmamışdır. Başqa sözlə, insan ekologiyası problem kimi həmişə yardıcı adamları, mütəfəkkirləri düşündürmüş, ondan çıxış yollarını axtarmış, bütün yaradıcılıqları boyu ibrətamiz fikirlər, nəsihətlər söyləməklə cəmiyyəti, gənc nəsli tərbiyə etmək istəmişlər. Xaqani həmçinin “insanlıq” probleminin yalnız bizim ölkədə yox, bütün dünyada mövcud olduğunu təssüflə qeyd edir. Hazırda bu problem qlobal məsələ kimi aktualdır.
Xaqani “Quşların söhbəti” adlandırdığı “Mədhiyyə”lərinin birində müxtəlif quşların dili ilə bəzi bitkilərin xüsusiyyətlərini açmağa cəhd etmişdir:

                        İlk dəfə ağ çiçəyi mədh elədi göyərçin,
                        Dedi: - Acı yarpaqda şəkər yığır bizimçün (5, 60-162).

Məlumdur ki, işıq enerjisinin təsiri altında bitkilərin yaşıl hüceyrələrində qeyri-üzvi maddələrdən üzvi maddə olan nişastanın sintezi həyata keçirilir. Sonra nişasta şəkərə-qlükozaya çevrilərək bitkinin digər orqanlarında toplanır. Fotosintez adlanan bu proses nəticəsində ətraf mühitə çoxlu oksigen və su buxarı daxil olur. Beləliklə, ətraf mühitdə karbon qazı ilə oksigenin nisbəti balanslaşır. Atmosfer havasının vaxtaşırı çirklənməsinə baxmayaraq, tərkibindəki karbon qazının miqdarı demək olar ki, sabit qalır. Ona görə də yaşıl bitkilərin bol olduğu ərazinin havası təmiz və sərin olur. Xaqani “acı yarpaqda şəkər yığır”, dedikdə bitkilərin yarpaqlarında hazırkı elmi anlamda fotosintez prosesininin getdiyni nəzərdə tuturdu. Əlbəttə, bitkilərin əhəmiyyəti yalnız bununla bitmir:

Bu otlardan, güllərdən hansına üz tutsaq biz
Bu şahların içində hansıdır daha əziz…
Biz də sənə bir zaman verdik əgər dərdi-sər
Güllər ətir yayanda dərdi, qəmi sildilər (5, 162).

Şair burada bitkilərin şəfaverici xüsusiyyətlərinə diqqəti yönəltmişdir. Məlumdur ki, tibb elminin kifayət qədər inkişaf etmədiyi orta əsrlərdə əhali xəstəliklərin müalicəsində türkəçarə üsullarından bəhrələnmişdir. Ona görə də, təbiətdəki dərman bitkilərini yaxşı tanıyır, onlardan dərman hazırlanması və müalicə üsullarını bilirdilər. Belə bitkilərdən qızılgül daha faydalı hesab edilirdı. Bizə görə, xoş iyi, gözəl görkəmi, müalicə əhəmiyyəti, uzun müddət çiçək açması və digər səbəblər qızılgülə əhalidə daha çox maraq yaratmış, onu müqəddəsləşdirmə səviyyəsinə çatdırmışlar. Xaqaninin aşağıdakı misraları belə nəticəyə gəlməyə əsas verir:

                         İstəyirəm güllərdən qızılgülün xətrini
                         Peyğəmbərin tərindən alıbdı öz ətrini (5, 162). 

Qızılgül və başqa bitkilərin müqəddəslik-toxunulmazlıq simvolu kimi təqdim edilməsinin (məsələn, “qızılgülün qoxusunu peyğəmbərin tərindən aldığı” deyimi) ətraf mühitin qorunmasında əhəmiyyəti olub. Analoji hallar heyvanların mühafizəsinə də müsbət təsir göstərib (6, 104-105). Şübhəsiz, hədislərdə və dini rəvayətlərdə pişiyin, göyərçinin, hörümçəyin və bəzi başqa heyvanların (o cümlədən bitkilərin) Məhəmməd Peyğəmbərin və imamların onlara xoş münasibəti ilə qorunması arasında bağlılıq vardır.
X.Şirvaninin yaradıcılığında müxtəlif bitki və heyvan adlarına çox rast gəlinir; quşlardan bülübül, qumru, sar, səlsəl, teyhu, tuti, bubbu, ənqa, göyərçin, qarğa, kəklik, qırğı və b., bitkilərdən süsən, lalə, sərv, nərgiz, ağ çiçək, yasəmən, qızılgül və s. təsviri şairin yaşadığı orta əsrlərdə mövcud olmuş bir çox müasir bitki və heyvan növlərinin adlarının doğru olduğunu göstərir. Göründüyü kimi, o dövrdə müasir məzmuna uyğun gəlməyən növmüxtəliflikləri də az deyildir.
Biosenozu təşkil edən canlı orqanizmlər daim bir-birilə müxtəlif münasibətdə olurlar. Təbiətdə qida uğrunda geniş əlaqələrin tipik nümunəsi kimi rəqabət, yırtıcılıq, parazitizm və s. Xaqaninin şeirləri üçün səcciyəvidir:

            Pəncə atıb ceyranın boynunu sındırdı şir,
            Göyərçində şahinin caynağında xar olub (5, 444).

Burada yirtıcı heyvanlardan şir və şahinin qidalanma xüsusiyyəti açıq bildirilir.
Orta əsr Azərbaycan ədəbi simalarından olan Xaqani bəşəriyyətin bədii fikir tarixində əbədi olaraq ad qazanmış dahi şairlərdən biridir. Zəmanəsində söz mülkünün xaqanı olan Xaqani geniş dünyagörüşlü sənətkar kimi məlum kimyəvi maddələrin xassələrini öyrənmiş, yaradıcılığında fəlsəfi fikirlərinə məna vermək üçün onlardan ustalıqla istifadə etmişdir. O, kimya elminə yüksək qiymət verirdi:

       Dünyanın kimyası verilsə mənə,
       Bunu bir kimsəyə satmaram yenə (4, 41-50).

Kimya elminə münasibəti şairin bir sıra maddələrin xassələri haqqında düzgün fikirlər söyləməyə inkan verirdi. Qeyd ediyimiz kimi, burda ona əldə etdiyi elmi biliklər də kömək edib. Xaqani poyeziyasında bənzətmə məqsədilə ən çox qızıl, gümüş, qurğuşun kimi elementlərdən istifadə etmişdir. O, tamahkar adamların qızıl toplamalarına həris olduqlarına işarə edərək gözəl bir bənzətmə işlətmişdir.

Tamah fikrindən geyinsən paltar,
Qızıl paltarına miqnatis olar (5, 25).

Yəni maqnit dəmiri özünə çəkən kimi, tamahkar adamları da qızıl özünə daha çox cəzb edir. Fiziki xassəsinə görə dəmir möhkəm olub, ağırlığa davam gətirən metaldır. Həyat tərzindən şikayətlənən şair, düçar olduğu böyük məhrumiyyətlərə tablamasını bədəninin dəmir kimi möhkəm olmasında görür.

Bədənim dərd üçün kor quyudur,
Həm dəmir dağıdır, qürurla durur (5, 29).

XII əsrdə dəmir və poladdan istifadə olunmasa da, misin emalı dəmir və polada nisbətən daha asan və ucuz başa gəlirdi. Bu, misin ərimə temperaturunun dəmirə nisbətən aşağı olması ilə əlaqədardır.

Bir odlu nalə edərsən dəmir kimi candan,
Civə kimi əriyər hər dəmir bu əfqandan (4, 41-50).

Yaxud poladın daha çox möhkəm olmasına işarə edərək yazırdı:

Bu təəccüb deyil, əgər bir qurşun olmaz qıra,
Hünər ona deyərəm ki, olmaz polad sındıra (4, 41-50).

Şair burada dəmirin və poladın möhkəmliyini bənzətmə obyekti kimi vermiş, digər tərəfdən diqqəti civənin aqreqat halının maye olduğuna, gümüşün ərimə temperaturuna yönəltmişdir. O, bunu bədii şəkildə obrazlı misallarla oxucunun diqqətinə çatdırır. Xaqani bunu özünün düşdüyü çətin durumu ilə müqayisə edir, ona bənzədir, yəni vəzyyətinin çətinliyi şairi gümüş tək əridir, qəmi isə onu civə tək əzir:

Gümüş tək əridir gah bədənini,
Gah da qəmlə əzir bir civə kimi (5, 91).

Bütan bunlar göstərir ki, Xaqani Şirvani yaradıcılığında yalnız ətraf mühitə təsir göstərən faydalı və zərərli faktorların adlarını çəkməklə, onlara münasibət bildirməklə kifayətlənmir, həm də canlı və cansız orqanizmlərin əsasını təşkil edən kimyəvi maddələrə də, faydalı qazıntı nümunələrinə də toxunur. Onun əsərlərində bu məsləyə yanaşma kompleks təkil edir.
Aristotel də daxil olmaqla, qədim dünya filosoflarından başlayaraq varlığın əsasında suyun, odun, torpağın və havanın dayandığı fikrini Xaqani də qəbul etmiş və belə nəticəyə gəlmişdir ki, Günəş həyatın özüdür O, bu qənaətində haqlı idi. Elmi baxımdan da Günəş həyatın varlığında başlıca amildir. Başqa sözlə, Günəşsiz həyat mövcud ola bilməz. Yəni işıq və istilik mənbəyi kimi Günəş həyatın əsasında dayanır.
Geniş və dərin təfəkkürə malik, XIV-XV əsr Azərbaycanın klassik, Cahanşümul şairi İmadəddin Nəsimi 700 ilə yaxındır ki, qoca Şərqin fəlsəfi fikir tarixində və ədəbi sənət aləmində özünün layiqli yerini tutub. Yaxın Şərqdə daha çox mökəm iradə, sarsılmaz güc rəmzi, ideya mücahidi və əqidə uğrunda mübariz kimi yüz illərdir yaddaşlara hopmuş Azərbaycan şairi İ.Nəsiminin üstün keyfiyyətlərini xarakterizə edən akademik Həmid Araslı yazırdı: “Şərq xalqları tarixində öz məsləki uğrunda ölümə gedən, ölüm ayağında belə fikrindən dönməyən dəmir iradəli şəxsiyyətlər olmuşdur. Xəlifə cəlladlarının qarşısında mərdanə dayanıb rənginin saralmasını düşmən görməsin deyə üzünü qanı ilə qızardan Babək, “Ənəlhəqq” dediyi üçün X əsrdə Bağdad şəhərində dara çəkilən Mənsur Həllac, dindarların kafir adlandırıb neft tökərək yandırdıqları Eynül-Qüzzat, Əlıncə qalasında Teymurləngin oğlu Miranşahın əmri ilə dara çəkilən, cəsədi at quyruğunda sürüdülən Fəzlullah Nəimi belə mərd insanlardandır. Lakin bunlardan heç birinin edamı böyük ideya maücahidi İmadəddin Nəsiminin ölümü qədər faciəli və əzablı olmamışdır. Məhz buna görə də beş əsrdən artıdır ki, onun şərəfli adı Yaxın Şərqdə mərdlik, fədakarlıq, sədaqət və mətin iradə rəmzi kimi hörmətlə çəkilir, haqqında rəvayətlər və bədii əsərlər yaranır.” Heç də təsadüfi deyildir ki, Nəsimidən üç əsr sonra yaşamış Sarı Aşıq bayatılarının birində deyirdi:

                           Gözəllik soy iləndi,
                           Şahmar da soy ilandı.
                           Nəsimitək yolunda,
                           Bu Aşıq soyulandı (7).

Təsadüfi deyildir ki, bu bayatı indiyədək bir zərb-məsəl kimi yaşamaqdadır. Şübhəsiz, Nəsimi yaradıcılığı bütövlükdə özündən sonrakı ədəbiyyat və fəlsəfi fikir tarixinə çox ciddi təsir göstərmişdir. Qeyd etmək lazımdır ki, şair-filosofun yardaıcılığının əhatəli tədqiqi və dünya elmi-ədəbi ictimaiyyətinə daha yaxşı tanıdılması üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu il “Nəsimi İli” elan edilmişdi (8). Sözsüz ki, İ.Nəsimi yaradıcılığının hərtərəfli araşdırılması və təbliği baxımından bu qərar xüsusi əhəmiyyət kəsb edirdi. Dövlət başçısının təşəbbüsü və sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu cəhətdən səcciyəvidir (9). Tədqiqatlarımız göstərir ki, həm İmadəddin Nəsiminin, həm də Xaqani Şirvaninin timsalında, klassiklərimizin yaradıcılıq nümunələri ətraf mühitin öyrənilməsinə, təbliğinə və qorunmasına yönəlik zəngin məlumatlar mənbəyidir. Bu baxımdan apardığımız araşdırmanı İ.Nəsimi və X.Şirvani irsinə kiçik bir töhfə hesab eirik.
Məlumdur ki, dünyagörüşü cəhətdən hürufi-panteist olan İmadəddin Nəsimi Allahla təbiəti eyniləşdirmiş, Allahın insanda və təbiət cisimlərində təcəlləsi ideyasını təbliğ etmişdir. Nəsimiyə görə, ruh cansız təbiətdən canlı təbiətə (bitkiyə, heyvana, insana) doğru inkişaf edir (10, 27). O, gerçəkdən insanı təkamülün son mərhələsi hesab edir, bütün şerlərində insanı təbiəti və həyat gözəlliklərini duymağa, ondan zövq almağa çağırırdı. Deməli, Nəsiminin poeziyasında ətraf mühitin qorunması təbliğ olunmuş, təbiətə məhəbbət və qayğı hissləri aşılanmışdır.
Qeyd etdiyimiz kimi, İ.Nəsimi təbiətə hürufilik təlimi əsasında yanaşır və canlı təbiətin özündən yarandığı fikrini irəli sürürdü. XIX əsrdə Nəsiminin bu ideyası elmi əsaslarla sübut olundu. İnsana ali varlıq kimi baxan şair, panteizm cərəyanının qəbul etdiyi kimi ruhun cəmadət, nəbatət və heyvanatdan keçərək insana doğru inkşaf etdiyi fiktində idi.

Çün xakdan eylər səfər mədən nəbat olur şəcər
         Rovşen görür əhli-nəzər kol tömeyi-heyvan gəlir.

Çün tömeyi- heyvan olur, oda ki, insü can olur
İnsana vasil olmağa bi dəstü pa pərran gəlir (10, 28).

Nəsimiyə görə, insan öldükdə ruhu çıxır, cəsədi torpağa qarışır, bitki şəklində həyata qayıdır. Torpaqdan mədən, mədəndən nəbatət, nəbatətdən heyvanat yaranır. Ümumşərq fəlsəfəsinin əsasını təşkil edən bu cür yanaşma meyarı qədim hind fəlsəfəsində daha qabarıq nəzərə çarpsa da, digər xalqların elmi-fəlsəfi prinsiplərinə də hopmuşdur. Təsadüfi deyildir ki, biz təbiətdə baş verən inkişaf proseslərinə bu cür yanaşmaya Nəsrəddin Tusinin “Əxlaqi-Nasir” əsərində, habelə — Şəhabəddin Yəhya Sührəvərdi tərəfindən “İşraqilik” təlimində, eləcə də, digər fəlsəfi baxışlarda, habelə klassiklərin bədii yaradıcılıq nümunələrində rast gəlirik. Maraqlıdır ki, biosferdə gedən maddələr dövranı İ.Nəsimi poeziyasında düzgün əsaslandırılıb. Şair təbiətşünaslığın hələ yaxşı inkşaf etmədiyi orta əsrlərdə ortaya maraqlı suallar qoyur: “Odu Su, Torpağü Yel aldı nədəndir Adəm?” Panteist şairin əsərlərində təbiət gözəllikləri tərənnüm edilsə də, onun əsas obyekti İnsandır. Nəsimi belə hesab edirdi ki, təbiət, yer, göy öz xidmətlərini və dəyərini insandan alır (10, 27). Çünki insan kamil varlıqdır və böyük yaradıcı gücdür. Şairin təbiət görüşlərində abiotik faktor kimi kosmos amillərinə münasibəti də diqqətəlayiqdir:

          Günəşin qürsi, nədən yer üzünə şölə verir,
                   Yenə bir məşəldə nur nədir, nar nədir?  (11, 15).

O, bununla Günəş enerjisinin canlıların həyatında faydasını göstərir. Dördlüklərinin birində həyatın dörd ünsürdən yarandığını bildirir:

        Dörd sütun üstündə qurulmuş bu can,
               Varlıq ölkəsində odur hökmran (11, 20).

Nəsiminin poeziyasında ətraf mühitə münasibət (insanın ekologiyası, canlıların təkamülü, həyatın əmələ gəlməsi və təbii sərvətlər haqqında mülahizələr) xüsusi yer tutur. Şair qəzəl və qəsidələrində təbiətdə baş verən fəsil dəyişikliklərini, o cümlədən yazın gəlişi ilə əlaqədar ətraf mühitdə, xüsusilə bitkilərin həyatında canlanmanın müşahidə edildiyini olduqca təbii vermişdir:

               Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə
                        Buraxdı qönçələr pərdə, bəşarət bülbülü-zarə.
               Şəqayiq pərdədən çıxdı, boylandı bağ ilə bostan,
                        İrişdi gülşənin hüsnü, boyandı rəngi əzharə.
                        Çəmənlər müxtəlif oldu, həzar əlvan çiçəklərdən
                        Açıldı laləvü nəsrin, şükufə gəldi əşarə.
              Açıldı nərgisu lalə, tutubdur yasəmən çadır
                        Söyütlər, ərgəvan titrər, qamışlar mindi ənharə (12, 44).

Göründüyü kimi, İ.Nəsimi burada diqqəti təbiətin gözəlliklərinə və onun qorunmasına yönəldib. Qeyd etmək lazımdır ki, Ş.İ.Xətainin “Dəhnamə”si də eyni məzmunda qələmə alınıb:

                            Qış getdi, yenə bahar gəldi,
                                      Gül bitdivü laləzar gəldi.
                            Quşlar qamusu fəfanə düşdü,
                                      Eşq odu yenə bu canə düşdü…
                          …Çaylar bulandı, yıxdı arxın,
                                       Bağlar ağacı göyərtdi şaxın.
                             Yüz dürlü əba geyib çəmənlər,
                                      Ağ donunu geydi yasəmənlər… (13).

Şübhə yoxdur ki, Nəsiminin təsiri ədəbiyyata yuxarıdakı şeirilə “Bahariyyə” janrını gətirən görkəmli Azərbaycan şairi Şah İsmayıl Xətaidən yan keçməyib. Dahi şair-filosof İmadəddin Nəsimi zamanının yaradıcı şəxslərindən fərqli olaraq, təbiəti tərənnüm edərkən mahiyyətə varır, ondakı gözəlliklərin qədrini bilməyə, onları olduğu kimi duymağa çağırır. Baharın gəlişini təsvir edən şair, ətraf aləmdə baş verən fəsil dəyişkliklərini tamam yeni bir çalarda, yeni bir keyfiyyətdə təqdim edir. Başqa sözlə, o, yazın gəlməsi ilə təbiətdə baş verən gerçək çanlanma hadisəsini bəşərin, yəni təbiət və cəmiyyətin yaratdığı insanın özü ilə bağlayır.
Onu da qeyd etmək lazımdır ki, XI əsrin klassik və görkəmli Azərbaycan şairi Qətran Təbrizinin “Divan”ının əsasını təşkil edən mədhnamələrdə də heyranedici təbiət təsvirləri özünə yer tapmışdır. Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün poemalarında, o cümlədən Məhəmməd Fizulinin, Məmmədhüseyn Şəhriyarın, digər klassiklərimizin əsərlərində də təbiət motivləri həm elmi cəhətdən düzgün verilmiş, həm də əhatəli şəkildə təqdim edilmişdir.
XII əsrdə yaşayıb-yaratmış Xaqani Şirvani də ətraf mühitə təsir göstərən abiotik faktorların faydasını yüksək qiymətləndirmiş, günəş enerjisinin təbiətdə baş verən dəyişikliklərdəki rolunu qeyd etmişdir.

                       Səninlə bəzənir dünya camalı,
                               Sayəndə dəyişir aləmin halı (5, 44). 

İmadəddin Nəsiminin təbiət şeirləri canlıdır: “Bahar oldu, gəl еy dilbər, tamaşa qıl bu gülzarə, Buraхdı qönçələr pərdə bəşarət bülbüli-zarə.”- başlayan qəzəlində də yaz-mövsüm hadisələrinin tipik nümunəsi kimi canlılarda baş verən oyanma-fəallaşma prosesini o qədər real və maraqlı verib ki, heyrətlənməmək mümkün deyildir. Bu, dahi şairin hadisələrə real baxışının nəticəsi kimi ortaya çıxır:

                Şəqayiq pərdədən çıхdı, boyandı bağ ilə bostan,
                İrişdi gülşənin hüsnü boyandı rəngi əzharə.

                                  yaxud

      Ki, çıхdı qönçədən sünbül giriban çak еdər məntək,
               Dəlindi qüssədən bağrım, sən еtmə yürəgim yarə (12, 44).

– Şair burda çiçək tumurcuğunun tədricən açılma prosesini müşahidələri əsasında çox düzgün təsvir edə bilib. Novruz bayramının gəlişinə həsr etdiyi başqa bir qəzəlində də Nəsimi bitkilərin həyatında baş verən çiçəkləmə kimi həyati vacib məsələyə toxunub:

     Qönçədən gül baş çıxardı, saldı üzündən niqab,
              Bülbülü-şeyda xətibi-lalazər oldu yenə (12, 54).

Digər bir şeirində dahi şair çəmənlik ekosisteminə aid müxtəlif ot bitkilərini sadalyır, həmçinin bəzi ağac və kol bitkilərinin adlarını çəkməklə bərabər, bənövşənin nümunəsində digər bitkilərin çiçəkləməsinə işarə edir. Şair həm də bu zaman bitkilərin çiçəkləmə müddətinə diqqəti cəlb etmiş olur:

           Çəmənlər müхtəlif oldu həzar əlvan çiçəklərdən,
                    Açıldı laləvü nəsrin, şükufə gəldi əşcarə.
           Açıldı nərgisü lalə, tutubdur yasəmən çadır,
                    Söyütlər, ərğəvan titrər, qamışlar mindi ənharə.
           Bənövşə, gül tamaşası qənimət bil ki, bеş gündür,
                     Satar mə’şuqə gül hüsnün, хəridar ol bu bazarə. (12, 44)

Bu və digər şeirlərində İ.Nəsiminin yaşadığı tarixi dövrün biomüxtəlifliyi də öz əksini tapıb. Biz buna onun bir sıra qəzəl və qəsidələrində, rübailərində və başqa janrlarda yaratdığı bədii nümunələrdə rast gəlirik. Onlardan lalə, nərgiz, bənövşə, nar, reyhan, söyüd, ərğəvan, qamış, nəsrin, şükufə, eləcə də taxıllar fəsiləsinə aid bitkilərdən səmənini misal göstərə bilərik.

            Səhərdə gül üzün şaha çü gülşəndə gülab oynar,
                     Anı görüb səfasından fələkdə afitab oynar (12, 197).

Bu şeir parçasında Nəsimi səhər vaxtı gözəlin üzündə gülab kimi tər damlalarının göründüyünü, bu gözəlliyi görən günəşin də sevincdən oynadığını bildirir. Akademik Həmid Araslı buna əsasən qeyd edir ki, “məşuqə o qədər gözəl və təmizdir ki, onun üzünün şövqündən camalındakı niqab da rəqsə gəlir.” Bu, bizə quttasiya hadisəsini xatırladır. Fikrimizcə, İ.Nəsimi təbiətşünas olmasa da belə, praktik müşahidəçi kimi təbiəti doğru mənimsəyib. Ona görə də şeirlərində ekoloji elementlərdən istifadə edərkən elmi səhvə yol verməyib. Əminliklə deyə bilərik ki, səhər tezdən yarpaqların üzərində şeh damlalarının torpanması və mirvari dənəsi kimi Günəş işığında bərq vurması Nəsiminin diqqətindən qaçmayıb. Ətraf mühitdə baş verən bu cür halların poeziyaya gətirməsi, şübhəsiz, şairin elmi-fəlsəfi dünyagörüşünün bitkin olması ilə bağlı idi.
Şairin yaradıcılığında ətraf mühitə faydalı və zərərli təsir göstərən abiotik amillərin (külək, rütubət, su, torpaq, bitki, heyvan, istilik) adlarına da tez-tez rast gəlirik. Bu, şübhəsiz, şair-filosofun təbiət görüşlərindən xəbər verir. Bir başqa misal: “Dinin günəşi, dünyada imanım əfəndi”, – misrası ilə başlanan şeirində üz tutduğu şəxsi qiymətli daşlara bənzətməsi göstərir ki, Nəsimi öz dövrünün faydalı qazıntıları və onların əhəmiyyəti haqqında müəyyən bilgilərə malik imiş.

                 Kanım, gühərim, mə’dəni-yaquti-rəvanım,
                          Qiymətli olan lə’li-bədəхşanım əfəndi (12, 197).

Yer üzərində həyatın necə və nədən əmələ gəlməsi məsələsi yalnız alimləri düşündürməmiş, həm də filosuflar və din xadimləri bu problemə nəzər yetirmiş, zaman-zaman ona müxtəlif bucaqdan münasibət bildirilmişlər. Klassiklərimizin yaradıcılığında bu, əsas məsələlərdən biri kimi diqqətdən kənarda qalmamışdır. Qeyd etmək yerinə düşər ki, apardığımız araşdırmalar göstərir ki, bu problemə yanaşma müxtəlif olduğu qədər də mübahisəli olmuş, ona ikili münasibət göstərilmişdir: elmi və dini yanaşma. Elmi yanaşmaya görə həyat suda əmələ gəlmişdir. Fikrimizcə, İ.Nəsimi “Dəryayi-mühit” şeiri ilə bu məsələnin həllinə yönəlmiş elmi nəzəriyyəni (XX əsrin əvvəli – Oparin nəzəriyyəsi) altı əsr qabaqlaya bilmişdir. Əlbəttə, bunun mükəmməl olduğu fikrindən uzağıq, ancaq dəyərli şairimiz həyatın dörd ünsürdən (hava, su, torpaq, istilik) yarandığı faktını özündən öncəki həmfikirləri və həmkarlarının gəldikləri qənaəti çəkinmədən, qətiyyətlə davam və inkişaf etdirmişdir.

…Nəsimi, uşbu ənvarın şüasından münəvvərdir,
Kitabü nərdü şətrəncü odü yеl, su, türab oynar (12, 197).

O, canlıların yaşayışında və inkişafında işıq enerjsinin müstəsna əhəmiyyətini xüsusi qeyd edir. Nəsimi suda birinci olaraq bitkilərin inkişafının labüd olduğunu, bunun üçün əlverişli mühitin yaranmasını şərt kimi göstərir. Onun nümünə kimi təqdim etdiyimiz şeirindən bir parçaya baxaq:

                              Dəryayi-mühit cuşə gəldi,
                                        Kövn ilə məkan xüruşə gəldi.
                              Sirri-əzəl oldu aşikara,
                                       Arif necə eyləsin müdara?
                              Hər zərrədə günəş oldu zahir,
                                       Torpağa sücud qıldı tahir.
                              Nəqqaş bilindi nəqş içində,
                                        Ləl oldu əyan Bədəxş içində.
                              Acı su şərabi-kövsər oldu,
                                       Hər zəhr nəbatü şəkkər oldu (11, 251).

Filosof-şair mənsub olduğu hürufilik təriqətinə söykənərək İnsanı ali mənsəb sayır. Lakin o dövrdə nə din, nə də elm bunu izah edə bilimridi. Üzvi aləmin təkamülündə İnsanın son halqa olduğu anlamı Nəsimi yaradıcılığında açıq-aydın hiss olunur. Nəsimiyə görə insanın ali vücud olması Allahın onda təcəlla tapması ilə əlaqədardır. Məhz hürufilikdə İnsanın ən ali məqam halında qəbul edilmsəsinə də səbəb budur. O, haqlı olaraq, İnsanı yaradıcısını tanımağı, şeytana uymamağı tövsiyyə edir:

                   Adəmdə təcəlli qıldı Allah,
                             Qıl adəmə səcdə, olma gümrah!
                   Şeytani-ləinə uyma zinhar,
                            Anın sözünə inanma, ey yar! (11, 253).

İnsan öz aqibətindən çıxanda, halı dəyişəndə cahanı-dünyanı saymır. O zaman bəşəriyyət bundan ziyan çəkir:

                      Hər kimsə ki, tanıdı bu canı,
                               Bir zərrəyə saymadı cahanı (11, 253).

Ümumilikdə götürsək, dini-fəlsəfi, sosial-iqtisadi amil kimi İnsan obyekti hər zaman aktual olmuşdur. Qədim dövrün böyük filosoflarından olan Diogenin günün günorta çağı əlində çıraq İnsan axtarışına çıxması da elə bu səbəbdən idi. Ötən əsrdə yaşayıb-yaratmış Azərbaycan filosofu, “Mütləqə İnam” təliminin yaradıcısı Asif Ata fəlsəfəsinin əsas məqsədi Kamil İnsan yetişdirmək idi. Bu cəhətdən o, “Nəimi və Nəsimi ömrümüzün bir hissəsidir” deyir və hürufiləri özlərinə “qohum” hesab edirdi…
Maraqlıdır ki, ötən əsrin sonlarında çağdaş dövrün ekoloji problemləri sırasına “İnsan ekologiyası” adlı çox ciddi bir anlayış gətirildi. Mənəviyyatda baş verən və ya mövcud olan deqradasiyalar, eyni zamanda ekoloji mühitə çox ciddi təsir göstərir. Bu problemin öyrənilməsi və tədricən aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm rol oynaya bilər. Nəsiminin yaradıcılığında həmin məsələ prioritetdir. Bir nümunəyə baxaq:

         Əya, mö’min, gər istərsən səadət,
                  Özünə peşə qıl daim se adət.

– deyən şair, yaxşı əməllər sahibi olmağı tövsiyyə edir:

                   Nəsimi, sən yəqin əhli-nəzərsən,
                            Bu üç nəsnəyi qıl kəndunə adət.
                    Biri lütfü kərəm, həm xülqi-niku,
                              Biri – heç kimsəyə baxma həqarət.
                    Bu sözlər xoş nəsihətdür bilənə,
                             Seadətdir, vəli eyni-səadət (11, 20). 

İnsanı səadətə qovuşduracaq bu xüsusiyyətlərin hər kəsi səadətə qovuşduracağını düşünən filosof, eyni zamanda bədəməlli-bədniyyətli adamlara mənsub keyfiyyətləri də sadalamaqla sanki onlardan uzaq durmağa çağırır:

            Dəxi könlü edər üç nəsnə qəmgin,
                     Qulaq ur kim, edəm sana hekayət.
           Yaman qonşu, yaman yoldaşi-bədxu,
                     Yaman övrət siyasətddir, siyasət.
           Yəqin cənnət üzün görməz bir adəm
                    Ki, var canında anın üç əlamət.
          Biri kəzzablıq, birisi qeybət,
                    Biri olmaq bəxil, əhli-ədavət.
          Gəlir üç nəsnədən azari-mərdüm,
                   Var, etmə özünə anı sənaət.
         Biri böhtan, biri kəcgəngəl etmək,
                  Biri küstaq olub, qılmaq zərafət (11, 20-21).

O, bütün ömrünü yalnız əzab-əziyyətlə sərvət toplamağa sərf edən şəxslərə bunun mənasız olduğunu, insanın mənəvi kamilləşməsində heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayır.

              Bir ovuc tozdur küləklər qarşısında bu bədən
                      Ömrümüz qar tək ərir hər an günəşdən, şölədən…
            Sərvətin artdıqca bil ki, artacaq dərdi-sərin
                    Sən ölən tək parçalar ol sərvəti varislərin  (13).

Nəsimi hürufi şairdir və bir hürufi kimi onun alı məqsədi İnsanı yüksək məqamda görməkdir. Ona görə də poeziyasında da İnsanı bir varlıq olaraq hər şeydən üstün tuturdu:

                   Hər nə yerdə, göydə var adəmdə var
                             Hər nə ayda, ildə var, adəmdə var (11, 273).

Hürufi görüşlərinə görə dünya maddi və mahiyyəti etibarı ilə iki yerə bölünür: Kainat və İnsan. Birinci dünyada, ümumilkdə, qalaktika və təbiət; İkincidə isə bütün obyektiv varlıq öz əksini tapır. Başqa sözlə, hürufilər İnsanın daxil aləmində bütün səma cisimlərinin mövcudluğuna inanırdılar. Nəsimi də məhz bu mövqedən çıxış etməklə İnsana ideal qiymət verirdi. Ətraf mühitin müasir və aktual anlayışlarından biri kimi İnsanın bu cür qiymətləndirilməsi, əslində İnsan ekolgiyası kimi vacib bir problemin diqqət mərkəzinə gətirilməsi o dövr üçün olduqca maraqlı, həm də təhlükəli tendensiya idi. Nəzərə alsaq ki, hələ XX əsrin II yarısına qədər İnsan ekologiyasını bir problem kimi qaldırmaq asan məsələ deyildi, onda Nəsiminin bu sahədəki fəaliyyəti qibtəediləndir.

NƏTİCƏ

Xaqani Şirvani və İmadəddin Nəsiminin yaradıcılığı yalnız filosof-şair kimi təkcə ədəbiyyat və fəlsəfə tarixi üçün deyil, elmin ayrı-ayrı sahələri üçün də zəngin mənbədir. Əhalinin erkən dövrlərdə ekoloji fikirlərini öyrənmək baxımından bu klassiklərin yaradıcılıq nümunələri xüsusi əhəmiyyət daşıyır. Onların əsərlərində çağdaş elm üçün faydalı ola biləcək yönləndirici elmi informasiyalar vardır.
Tədqiqatlarımız göstərir ki, Azərbaycanda əhalinin ətraf mühitə münasibəti klassiklərimizin yaradıcılığında əsrlər boyu öz əksini tapmış, təbiətə qayğıkeş münasibətin təbliği və biomüxtəlifliyin saxlanması istiqamətində əhəmiyyətli iş görmüşdür.
Xaqani Şirvani, İmadəddin Nəsimi və digər klassiklərimizin yaradıcılığını dərindən öyrənməklə, elmin müxtəlif istiqamətlərində əhatəli araşıdılmamış problemlərin açılmasına nail olmaq mümkündür.

ƏDƏBİYAT SİYAHISI

  1. Mustafayev Q.T. Ekologiyadan konspekt, Bakı: Şərq-Qərb, 1993, 204 s
  2. Mahmudov Y.M. Məmmədov A.T., “Azərbaycan Folklorunda Ovçuluğun Ətraf Mühitə Təsiri Tarixinə Dair” // Pedoqoji Universitet Xəbərləri. Bakı: ADPU, 2014, s.89-94
  3. Əvhədi M. Cami-Cəm. Bakı, Lider, 2004, 288 s.
  4. Zalov Ə.Z, Mahmudov Y.M. Abasquliyeva U.B. Orta əsr Azərbaycan klassikləri kimya elmi və ətraf mühitin kimyəvi çirklənməsi haqqinda // Pedaqoji Universitetin Xəbərləri. Riyaziyyat və təbiət elmləri seriyası, 2021, C. 69, № 4, s.41-50
  5. Xaqani Ş. Seçilmiş əsərləri. Lider, 2004, 672 s.
  6. Mahmudov Y.M., ”İslam Dinində Ətraf Mühitə Münasibətin Bəzi Məsələləri”, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Kafedrasının Təşkil Etdiyi Aspirant və Dissertantların Elmi-Praktik Konfransının Materialları, Bakı: Borçalı, 2002, s.104-105
  7. Sarı Aşıq. Gül dəftəri. / Top. tərt. ed. Qəhrəman İ. Bakı: 2011, Adiloğlu, 242 s.
  8. https://president.az/az/articles/view/31507
  9. https://president.az/az/articles/view/62737
  10. Araslı H. İmadəddin Nəsimi. Həyatı və Yaradıcılığı, Bakı: Azərnəşr, 1972, 74 s.
  11. Nəsimi İ. Seçilmiş əsərləri. II cilddə. II c., Bakı: Lider, 2004, 376 s.
  12. Nəsim İ. Seçilmiş əsərləri. II cilddə. I c., Bakı: Lider, 2004, 336 s.
  13. Xətayi Ş.İ. Əsərləri. Bakı: Şərq-Qərb, 2005, 384 s.
    14.https://diriliqurbanimeclisi.wordpress.com/2019/08/29/i-n%C9%99siminin- %C9%99d%C9%99bi-yaradiciliginda-v%C9%99-f%C9%99ls%C9%99fi-dunyagorusund%C9%99-ekoloji-mahiyy%C9%99tli-fikirl%C9%99r/).

Yusif DİRİLİ (Mahmudov),
ətraf mühit üzrə tədqiqatçı,
tarix üzrə fəlsəfə doktoru

DİRİLİ QURBANİ MƏCLİSİ – 20 İL


ARTIQ 20 İLDİR FƏALİYYƏT GÖSTƏRƏN DİRİLİ QURBANİ MƏCLİSİ ÜZVLƏRİNİN YARADICILIĞI İLƏ BAĞLI YENİ NƏŞR İŞIQ ÜZÜ GÖRÜB.
Antologiya şəklində nəşr olunan “Dirili Qurbani Məclisi – 20 il” adlı kitabda Məclis üzvlərinin müxtəlif illərdə qələmə aldıqları poeziya və nəsr nümunələri toplanıb. Nəşrin elektron variantını aşağıdakı dirili-qurban-2024-fariz-1.pdf linkində blogumuzun oxucularına təqdim edirik:

Okumaya devam et

SOLDA QIRXQIZ, SAĞ YANIMDA SAVALAN


İldırım ƏLİŞOĞLU istedadlı və vətənpərvər şairdir. Onu ilk dəfə bizim Dirili Qurbani Məclisindən tanımışam. Daha sonra “Sarı Aşıq”, “Sazlı-Sözlü Borçalı”, “Dədə Camal” kimi ədəbi-ürfan məclislərində şeirlərini dinləmişəm. Alovlu şairdir, yer-yurd təssübkeşidir İldırım bəy. Sözün boyunu oxşaya-oxşaya ədəbi mühitə təqdim edir. Yeri gəlmişkən, İldırım Qəhrəmanov Əlişoğlu ali təhsilli pedoqoqdur. Təsil sahəsində uğurla çalışıb, gənc nəslə faydalı bilik verib. Bədii söz ustası kimi yaratdığı əsərlər də gənc nəslin dünyagörüşünün formalaşmasına böyük təsir göstərir. Oxucularının qəlbinə-könlünə asanlıqla yol tapmağı bacarır. Onun ədəbi arenası əhatəlidir. Müxtəlif ədəbi nəşrlərdə, dövri mətbuatda vaxtaşıqı çıxış edir, telekanallara dəvətlər alır. Bir neçə kitabın müəllifidir. Poeziyasında fitrətən qaynar ruh mövcuddur. Ona görə də hansı sahədən yazırsa yazsın özünə oxucu obyekti tapa bilir. İndiki çağda bu, o qədər də asan deyil. Şairin təbiətə baxışı mükəmməldir, mənə görə. Odur ki, müəllifin 6 şeirini dürüst təqdimatla təbiət dərgisində – “EKOLOJİ JURNAL” da dərc etdik. Bu, İ.Əlişoğlnun sayt-bloqlarımızda gedən ikinci sıra yazılarıdır. DQM bloq-saytında indiyə qədər onlarla yaradıcı insanlarımızın bədii yazılarına yer vermişik. Şair dostumuzun təqdim etdiyimiz şeirləri ən yaxşılarındandır. Bu şeirlərin mayasına Vətən sevgisi hakimdir. Uğurlar arzulayırıq, İldırım müəllim! Yaradıcılıq eşqiniz və imkanlarınız heç vaxt tükənməsin!

Yusif DİRİLİ, DQM-nin sədri, şair-publisist

İldırım ƏLİŞOĞLU

XUDAFƏRİN KÖRPÜSÜNDƏ…
Araz çayı və özümlə “söhbətləşdim”

Xan Arazım, dolanıbsan boynuna,
İcazə ver bir tağından mən öpüm.
Sahilində həsrətimdən don geyən,
Güllərinin yanağından mən öpüm.

Hər babamdan ona neçə daş düşüb,
Qılıncıyla qopardığı baş düşüb,
Şəhidimçün gözlərindən yaş düşüb,
Ağı deyən dodağından mən öpüm.

Deyən olub: “Haqq qurutsun bu çayı,
Ayrı salıb o tayımla bu tayı!”
Qılıncıyla keçib dədəm Xətayi,
Birləşdirib! Torpağından mən öpüm.

Az danışım, Təbrizimə söz gələr,
Torpaq bizim, ağaları özgələr…
Görən nə vaxt biz istəyən yaz gələr? –
O birliyin bayrağından mən öpüm.

Dar günümdə mənə dayaq, hov olan,
Düşmənimə keçilməyən gav olan,
Solda Qırxqız, sağ yanında Savalan,
Sahilinin hər dağından mən öpüm.

Ay İldırım, qanad açıb uçursan,
Ayrılıq yox, sən birliyi seçirsən,
Yəqin ondan tez-tez bura qaçırsan,
Danlağından, qınağından mən öpüm –
O birliyin bayrağından mən öpüm!

QAĞA

Çalışıram, utanmayım,
Üz sözümə baxmır, qağa.
Deyirəm: görmə çox şeyi,
Göz sözümə baxmır, qağa.

Ömrümlə edib daş-başı,
Ağ tüklər sarıbdı qaşı,
Deyirəm, gəl, qov bu “qışı”,
“Yaz” sözümə baxmır, qağa!

Tuta bilmirəm sorğuya,
Vallah, oxşayır oğruya,
Dostluq atıbdı ağrıya,
Diz sözümə baxmlr, qağa!

Həyat qoyub məni pəsdə,
Qəlbim musiqiyə xəstə,
Ölüb qalardım sım üstə,
Saz sözümə baxmır, qağa!

İldırım qaçmaz, and içib,

Dərdi könlünə don biçib,
Məni sözlərə yem seçib,
Söz sözümə baxmır, qağa.

VƏTƏNSIZ
(Ötən əsrdən bir qəmli şeir)

Həyat kürəyini çevirir mənə,
Özüm də bilmirəm yolum haradır?
Nə verib bu tale alır əlimdən,
Qəmim çox, əlim boş, üzüm qaradır.

Güllərim tikana çevrilir bir-bir,
Gerçəyim gümana çevrilir bir-bir,
Ağ günüm dumana çevrilir bir-bir,
Hər itkim sinəmdə təzə yaradır.

Nəğməm qəm üstündə dinir, dillənir,
Göz yaşım içimə axıb göllənir,
Əcəlin hardasa atı nallanır,
Dərd var ki, ona bir ölüm çaradır.

Dağlarda şəlaləm kədərlə axır,
Boşalan yurd yerim gileyli baxır,
Şəhid məhəbbəti qara bant taxır,
İgid qəbirləri sıra-sıradır!

Çapılıb ellərim, yarıqatam mən,
Boz qurdtək sinəmi yarıb atam mən,
İldırım, gorda da çətin yatam mən,
Nə qədər ki, yurdum para-paradır.

KİŞİNİN
Ulu öndərə

Bu həyat nə vaxt ki, əlini sıxdı,
Bahar sevgi olub içinə axdı,
Ona ağıl, zəka pay atan gündən,
Allahı xalqının üzünə baxdı –
Torpağa izini salan kişinin.

Bir dəli nərəli türk ərəniydi,
Mərdin göz üstündə yer verəniydi,
Yaxına qoymazdı ikiüzlünü,
Düməni yurdunun sir verəniydi-
Torpağa izini salan kişinin.

Gözü qartalların gözüydü, məncə,
Dizi pəhləvanlar diziydi, məncə,
Kəlməsi gələrdi dağlardan ağır,
Sözü Qoç Koroğlu sözüydü, məncə-
Torpağa izini salan kişinin.

Yurdun boş çölü də oldu yuvası,
Heç vaxt yer ğörməzdi igid arxası,

Qorxmazdı tuş gələn güllədən belə,
Quruldu qəlblərdə taxtı, qalası –
Torpağa izini salan kişinin.

Sözü oxa dönər, daşı dələrdi,
Ağlayan gözlərin yaşın silərdi,
Şəhid məzarları köçər qəlbinə-
Ardınca milləti axıb gələrdi-
Torpağa izini salan kişinin.

Baxdı Tanrısına, baxdı pirinə,
Dar gündə Vətənin gəldi karına,
Şöhrəti artdıqca xilaskar kimi,
Adı çevrilmişdi güvənc yerinə-
Torpağa izini salan kişinİn.

QARABAĞIN ANASI ŞUŞA


ELMİRA SOLTANLI TOMRİS ixtisasca coğrafiya müəllimidir. Uzun illər pedaqoji fəaliyyət göstərib. Hazırda təqaüddə olmasına baxmayaraq, gənclik illərində meyl saldığı bədii ədəbiyyata ömrün bu vədəsində yenidən maraq göstərib. Deyir ki, çoxlu şeirlərim var. Bir neçəsini də bizim bloq-sayta göndərib. Hərçənd onları mükəmməl və peşəkar qələmindən çıxan şeirlər kimi qəbul etməkdə israrlı deyilik, ancaq, insan gərək daim irəli baxsın, özünü yenidən yaratmağı bacarsın. Şairənin şeirlərində ümidverici fiikirlərə, misralara az-çox rast gəlirik. Və nə yaxşı ki var! Doğulduğu Cəbrayıl rayonunun Soltanlı kəndinin adamları sözə-sənətə, elmə bağlı olublar – dünən də belə olub, elə bu gün də belədir. İnanırıq ki, şairə Elmira Tomris yazdığı şeirlərinin boyunu sevimli şagirdləri kimi oxşayacaq, sığal çəkə-çəkə ədəbi mühitə tam bişmiş şəkildə gətirəcək. Uğurlar olsun, elqızı!

Sayğılarımla: Yusif DİRİLİ

Elmira Soltanlı TOMRİS

Okumaya devam et

AYNURƏ MƏMMƏDLİNİN KÖNÜLLÜ MİSSİYASI


VƏTƏNİ TANITMAQ VƏ SEVDİRMƏK, UNUDULMAĞA QOYMAMAQ!

Rəhmətlik Ənvər Çingizoğlu abırlı sosial şəbəkələrdə ən çox tanınan və oxunan müəlliflərdən biri idi. Keçən il onu itirdik. Azərbaycan mədəniyyəti, deyərdim ki, həm də tarixşünaslığı, jurnalistikası onun timsalında bir dəyərli ziyalısını, milli insanını itirdi. Ənvər bəyin ən böyük xidmətlərindən biri məncə, FB-də Qarabağla, Güney Azərbaycanla bağlı açdığı qruplar idi. Eyni zamanda YUTUB kanalında və FB səhifələrindəki paylaşımları milli xarakter daşıyırdı. Onun qələmində və sözündə Qarabağımızın və o taylı-bu taylı Azərbaycanımızın tanıtımı, onun mədəniyyəti, etnoqrafiyası, tarixi istiqamətində zəruri məsələlərdən biri kimi çox dəyərli idi. “Yaddan çıxmaz Qarabağ” və “Qarşı yatan Qaradağ” adı altında fəaliyyət göstərən və ən çox izlənən bu qruplara mövzudan kənar nəsə qoymaq mümkün deyildi. Hədəf Qarabağ yönlü, siyasi olmayan materiallar idi. O zaman Ənvər bəylə bərabər Aynurə Məmmədli imzası ilə bir gənc qızın da bu ad altında paylaşımlarına rast gəlirdik. Adama elə gəlirdi ki, Ə.Çingizoğlunun biqafil ölümündən sonra bu səhifələr büsbütün dayanacaq. Nə yaxşı ki, elə olmadı. Aynurə xanım onu dayanmağa qoymadı, əksinə, bu boşluğu elə doldurdu ki, sanki “Yaddan çıxmaz Qarabağ”ın Ənvəri sağdır və hələ də qrup var gücü ilə çalışır.


Bu dəfə Milli Ordumuzun sayəsində azadlığına qovuşmuş bərpa prosesinə başlayan Qarabağımızın gənc nəslə tanıdılması istiqamətindəki yazılar bu qrupun əsas obyektidir. Paralel olaraq Qarabağımızı xilas edən qəhrəmanlarımız haqqında vaxtaşırı maraqlı materiallar təqdim olunur. Buna görə Aynur xanıma gerçəkdən “çox sağ ol” düşür. Səmimiyyətimlə “Elqızı” adlandırdığım Aynurə xanım və onun fəaliyyəti haqqında çox düşünmüşəm. Bu cür cəfakeşliklə doğma yurdu, bütöv Azərbaycanı, türk ellərini birər-birər tanıtmaq, sevdirmək balaca məsələ deyil. Çoxları üçün faydasız görünən bu işə canı-dildən könül verən Aynurə xanım kimdir əslində? Onu bu fəaliyyətə hansı maraq çəkib gətirib? Gəlin ətraflı tanış olaq.
İşğaldan öncə Aynurəgil Füzuli şəhərindəki “Qaraköpək təpə” deyilən yerin yaxınlğında, Quru çayın və Köndələn gölünün yanında yaşayıblar. Özü dediyi kimi əslləri Qoçəhmədli kəndindəndir. Qoçəhmədlini yəqin xatırladınız. İnqilabçı Xanlar Səfərəliyevin mənsub olduğu kənd. Aynurə xanım babasının əmisi Xıdır Əliyevin də inqilabçı olduğunu xatırladır. Aynurənin Ənvər Çingizoğlu ilə tanışlığı da bu kəndlə bağlıdır. “Ənvəri kənd haqqında kitab yazanda tanımışdım. Sonradan burda daha yaxından tanıdım. Ona Kərimbəyli kəndinə aid şəkillər lazım idi. Həmin kəndin səhifəsinə qoşdum, ordan sakinlərdən lazım olan məlumatları alıb kitabı işlədi.”
“Ənvər muəllim Qoçəhmədli kəndi haqqında da kitab yazmışdı. Böyük dayımı kənd ağsaqqalları ilə birlikdə çağırmışdı, kənd haqqında məlumat toplayırdı. Bilmədən kitabda bir şeyi səhv yazmışdı, özünə demədim. Belə ki, babam – anamın atası müharibəyə gedib qayıtmışdı, ancaq kitabda səhvən “həlak olub” getmişdi. Həlak olan isə babamın qardaşı idi…” Aynurə aralarındakı münasibətin facebook dostluğundan başlandığını deyir. “2018-ci ildə Ənvər müəllim facebookda mənə dostluq atdi. Sevindim.” Əlbəttə, bu Ənvər bəyin genişprofilli çıxışları, əsas hədəfinin mətn-status, məqalələr, foto-videolar şəklində Qarabağ mövzusu olması Aynurə xanımın da diqqətini çəkməyə bilməzdi. Çünki, istək və yol doğma yurd üzərində tənləşir. Yeri gəlmişkən, Ənvər Çingizoğlunun ana tərəfi Cəbrayıl rayonun Xələfli stansiyasından idi. Ana babası Xudayar bəy Güney Azərbaycanın Qaradağ mahalından gəlmişdi. Diridağlarında binələnmiş, yurd salmışdı. Ondan sonrakı nəsillər özlərini Xudayar bəyin şərəvinə Xudayarlılar adlandırırdılar. Ə.Çingizoğlunun bu barədə tədqiqatları çoxlarına tanışdır. Onun vikipedi səhifəsində də bu barədə məlumatlar var. Babası Aşıq Surxay Dirili də bu kənddən olub. Mənə elə gəlir ki, Ənvər Çingizoğlundakı fitrət elə ana xətt ilə gəlib. Atası rəhmətlik Çingiz kişi Füzuli rayonunun Yağlıvənd kəndindən idi. Həmişə Diridağına gələndə bəy-xan geyimində diqqəti cəlb edirdi. Ağayana, abırlı, taxtalı kişi idi. Anası, rəhmətlik Mələk xala çox sadə, zəhmətkeş və mehriban bir qadın idi. Övladlarına yaxşı tərbiyə vermişdilər.
Ənvər Xəlflidəki 8 illik məktəbi bitirənə kimi bu kənddə yaşayıblar, sonra ailəlikcə ata yurduna – Füzuli rayonuna köçüblər. Sadə bir ailə kimi yaddaşımda qalıb. Bəlkə, də Aynurə xanımla eyni bölgəyə mənsub olduqlarına görə ruhən bir-birinə yaxın idilər. Təsadüf deyil ki, Ənvər hələ sağlığında açdığı qruplardan birinin idarəçiliyini məxsusi olaraq ona həvalə etmişdi. Aynurəni dinləyək: “Qarabağ haqqında məlumatları internetdən götürüb paylaşırdım. Ənvər müəllimə kömək edirdim. Rəhmətlik məni qrupa moderator təyin etdi. Başqa rayonları, ölkələri, siyasətlə bağlı xəbərləri kim paylaşsa təsdiqləmə, sil, deyirdi. “Qozluçay dərəsi” qrupunu Ənvər müəllim açmışdı, məni də idarəçi təyin etdi. Qrupun iki idarəçisi oldu. Rəhmətliklə mən. YADDAN ÇIXARMAZ QARABAĞ və QOZLUÇAY DƏRƏSİ.” Qruplar açıldığı gündən Ənvər müəllim və mən işlədirdik. “QARŞI YATAN QARADAĞ” qrupunu isə Ənvər Çingizoğlu özü idarə edirdi. Güney məsələsinə diqqət və məsuliyyətlə yanaşırdı. Ənvər müəllim dünyasını dəyişəndən sonra qrupları boş saxlamadıq. Ruhu şad olsun!
“YADDAN ÇIXARMAZ QARABAĞ” qrupunun hazırda iki moderatoru var: Hacı Ramiz bəy və bir də mən. “QOZLUÇAY DƏRƏSİ”ni rəhmətlikdən sonra tək idarə edirəm”. Aynurə sözünə davam edir, materialları hardan götürdüyünü, necə yerləşdirdiyini qısa çəkildə bildirir: “Saytlardan qrupa uyğun gələn maraqlı məlumatları toplayıb paylaşıram. Məlumatların müəlliflərinin adlarını da qeyd edirəm ki, bilinsin müəllif kimdir.”
30 illik erməni işğalından sonra Qarabağın ab-havası dəyişdi. Maddi və mənəvi sərvətlər deqradasiya olundu, əhali didərginlik həyatı yaşamağ məcbur edildi. Hərə bir tərəfə səpələndi. Bu cür çətin və dözülməz şəraiti Aynurgiln ailəsi də yaşadı. Məşəqqətli bir zamanda oxuyub təhsil almaq az iş və asan deyil.
A.Məmmədli 1991-ci ildə Füzuli şəhərindəki M.Xəzani adına Musiqi Gimnaziyasında I sinfə gedir. Müharibə başlandığı üçün 5 ay oxuya bilir. 2-ci sinfidə isə cəmi 1 ay oxuyur. Məcburi köçkünlüklə əlaqədar məktəb olmadığı (məktəblərdə məcburi köçkünlər qalırdı) üçün bir il geri düşür. İlk məskunlaşma yerləri İmişli rayonunun Çaxırlı kəndində qaçqınlar üçün qurulmuş çadır sığınacaqlar olur. Sonra bu rayonun Bəhramtəpə qəsəbəsində salınmış Fin evlərinə köçürülürlər. 1994-cü ilin yanvar ayında təhsilini davam etdirmək üçün burada III sinfə gedir. 1997-ci ildə paytaxt şəhərinə – Bakıya gəlirlər. Burada yataqxanada qalırlar. Bu, o dövrün səciyyəvi yaşayış tərzi idi, nə qədər ağır olsa da belə. Ancaq bundan sonra onun həyatında yeni mərhələ başlayır. Təhsil almaq üüçün imkanlar genişlənir. Binəqədi rayonunda yerləşən Şuşa şəhər 2 saylı orta məktəbinə daxil olur və 2003-cü ildə oranı bitirir. Həmin il sənədlərini Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin “İbtidai sinif müəllimi” ixtisasına təqdim edir və imtahanları uğurla verərək kollecin tələbəsi olur. 2009-cu ildə Bakı Dövlət Rabitə və Nəqliyyat kollecində Baş laborant vəzifəsinə işə düzəlir və 2015-ci ilə kimi bu vəzifədə çalışır.
2018-ci ildən Abşeron rayon Xırdalan şəhər 7 saylı tam orta məktəbdə kargüzar vəzifəsini daşıyır. Bu barədə özü deyir: “ixtisasca ibtidai sinif müəlliməsiyəm, amma məkdəbdə kargüzar vəzifəsində çalışıram. Müəllimə dərsə gəlməyəndə əvəz edirəm.” Görəsən o, niyə müəllim işləmək istəməyib? “Sinifdə 1saatdan artıq qala bilmirəm. Səbrim çatmır. Mənim marağım tarix fənninə idi. Tarix müəllimi olmaq istəyirdim. Balım çatmadı. Anamın isə xoşuna ibtidai sinif müəllimliyi gəlirdi. Ona görə də ikinci il hazırlaşmağa qoymadı. Məcbur qalıb ibtidai sinif müəllimyini oxudum. Kolleci bitirəndən sonra sənədləri vermək istədim. Anam etiraz elədi, istəmədi bu sahəyə gedim, amma sonra peşman oldu. İndi deyir hazırlaş. İndi isə məndə həvəs yoxdur.
Qeyd edək ki, Abşeron rayon Xırdalan şəhərində yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində ibtidai sinif müəllimlyi 2001-ci ildə açılmışdı. Hazırda həmin ixtisas bu kollecdə yoxdur və ləğv olunub. Aynurəgil o zaman orta məktəbi bitirəndən sonra Xırdalana köçmüşdülər və onun üçün gediş-gəliş indi daha əlverişli idi. Burda həyət evində yaşayırlar. Təbiət sevdalısı gənc bir qızın güllərə marağı daha da artır. Çox da böyük olmayan 3 sot torpaq sahəsi Aynurə Məmmədli üçün gülşənə çevrilir. O, gül becərməyi, onların qayğısnı çəkməyi çox yaxşı bacarır: “Bütün gülləri sevirəm. Ağ gulləri daha çox sevirəm. Gülləri çox sevdiyim üçün güllərlə vaxt keçirirəm. Təbiətdən enerji alıram.”
Aynurə Məmmədlinin idarə etdiyi qruplarda təbiət və kənd mənzərələri, bolluca gül çeşidləri görsəniz qətiyyən təccüblənməyin. Mən bir dəfə paylaşmalarında onun Güney Azərbaycanın Kəleybər şəhərində çəkilmiş təsvirlərini gördüm. O, sadəcə öz fotosunu yox, qədim Azərbaycan torpaqlarının bu bölgədəki ərazilərindən maraqlı yerləri tanıtım kmi çəkib yaymışdı. Füsunkar!
Qarabağ Vətən Müharibəsindəki misilsiz qələbəmizdən sonra Aynurə Məmmədli ZƏFƏR TARİXINİ YAZANLAR adlı yeni bir qrup açır və burda şəhidlərimiz, qazilərimiz barədə məlumatlar və şəkillər paylaşır, onları unudulmağa qoymur. Yaradıcısı olduğu BURA AZƏRBAYCANDIR qrupu isə özəlliklə bütöv və vahid Azərbaycanımızın təbliği və tanıtımına yönəlib.
“İnşallah, Aərbaycan bütövləşər, hər yeri gəzərik. O torpaqlara xarici sənədlə getməyək. Oraların təkcə təbiəti yox, adət-ənənələri də, folkloru da, tarixi abidələri də eynən bu taydakı kimidir. Bəs niyə para-para? Onların bütövləşməsinə çoxmu qalıb? “Mənim ən çox sevdiyim tarixdir, ikinci də ədəbiyyat” deyilişinin əsasında bəlkə də bu arzu durur. Hətta təhsil alarkən belə ixtisas seçimi də bu istəyə bağlanıb. Təssüf ki, bu dilək başa varmayıb. Bəlkə ona görədir ki, Aynurə öz istəklərini fəaliyyət göstərdiyi qrupların zənginliyinə, baxımlığına yönəldib. Arzularına burdan boy verir, həm də təkcə özünün yox, milyonların istəyinə. Aynurə xanımın Güney səfərləri ayrıca bir haldır. O, bu məqamlarında bütöv Azrəbaycanı düşünür.
Haşiyə: İki dəfə Arazın o tayında olub. 2014-cü ilin isti avqust günlərində Ərdəbil şəhərində ailəvi dostluq etdikləri bir soydaşımıza qonaq olublar. 2019-cu ilin mart ayında isə rəhmətlik dayısı Ravil bəyin Kəlbeybər şəhərindən olan dostunun oğlunun toyuna gediblər. Qayıdanbaş yollarını Xudafərin körpüsü tərəfdən salıblar. Deyir ki, biz ordan keçəndə Arazın suyunu bağlamışdılar. Orada SES-lə bağlı iş gedirdi. Bizi ora aparan kişi qorxurdu, çox irəli getməyin, deyirdi… “Bəzz qalasına da getdik, ancaq dağda qar olduğu üçün maşın çıxa bilmədi, gedə bilmədik. Oralarınkı iyun ayıdır, yayda getsən, yaxşıdır…
Mən onun cavablarını oxuduqca, qəlbimin səsi ilə dinlədikcə qürurlanıram. Vətən üçün hər cür xidmət yolu var. Gərəkdir ki, tapasan, ona doğru getməyi bacarasan, ürək qoyasan. Aynurə məhz bu cür Vətən qızlarımızdandır!
Onun bu yöndə xidməti xalqa, millətə, dövlətə, vətənə xidmətdir. Boş-boş, mənasız-mənasız sosial şəbəkələrdə vaxt öldürmək, gün keçirməkdənsə bu cür məntiqli-məzmunlu fəaliyyət daha səmərəli deylmi? Həm özün öyrənir və tanıyırsan, həm də çevrəni bilgiləndirir və vətənimizin tarixini, təbiətini, mədəniyyətini, iqtisaduyyatını tanıdırsan, deyimi?
Rəşadətli Azərbaycan Ordusnun cəsur əsgər və zabitləri 30 illik işğaldan Qarabağımızı, ətraf bölgələri azad etdilər. “Sevinirəm ki, yenidən Vətənə qayıdırıq. İnşallah, Qayıdışımız əbədi olacaq.” – bunu da o, deyir.
Arzusunu, istəyini soruşuram. “Musiqiyə həvəsim böyük idi. Amma qismət olmadı. Müharibə başladı. Qaldığımız yerlərdə musiqi məktəbi yox idi, ancaq Bakıda var idi. Lazım olan sənədləri istədilər. Anam sənədlərə görə rayona getməli idi. İmişlidə qeydiyyatda idik. Mən tələbə olandan sonra Abşeron rayonuna qeydiyyata alındıq.” A.Məmmədlini ürək ağrısı ilə dinləyirəm. Məcburi köçkünlük üzündən 7 məktəb dəyişməli olmuşam. Bu illər ərzində çox yerə dəyişdik.” Onun fikirlərini təbii qarşılayırm İnsan necə də olsa, rahatlıq axtarır. Adətən bu cür fədakar insanların həyat tərzi, qayğıları çoxları üçün maraqlı olur. Öyrənirəm ki, valideynlərindən anadan savayı ailədə bir qardaş, bir bacıdır. Özünün bir yaşı, qardaşı isə təzə anadan olanda valideynləri ayrılıblar. Təsadüfi deyil ki, hər iki körpə uşaq analarına və onun qardaşlarına – dayılarına mehir salıblar. Aynurə: “Bizi anam saxlayıb. Atamızdan çox dayılarımıza bağlanmışıq. Onları daha çox istəyirik.” Qəhrəmanımızın dayılarından biri Füzulinin Zobucuq kəndində olur. Yəqin şəhərin havası Aynurəgili darıxdıranda üz tuturlar doğma el-obaya. Hər quşun öz yuvası. Vətən torpağ özgə bir tamdır. İstəsən də ondan aralanmaq mümkün deyil. Vətən ürəynin başı, ciyərinin parasıdır. Bəlkə ona görədir ki, torpaqlar azad olunsa da Aynurə Məmmədli yurdla bağlı fəaliyyətində fəallığını qoruyub saxlayır. Yurd içi əbədi məskənimiz olsun, el qızı. Doğma el-obadan doymazlıq qədər şirin nə var ki?!

Yusif DİRİLİ

PALIDLA GÖRÜŞ


Məmməd Kazıma

Yarpaq əllərini uzatdı mənə

Görüşdük biz köhnə tanışlar kimi.

Bu şehli təmasdan genidi nəfəs,

Pərqqu yaşıllıda itirdi məni.

Şiş dağın qayçısı dumanı kəsdi,

Cığırın xəlbiri çəni ələdi.

-Ağaran dağ yolu səni gözləyir,

Get, qayıt, gölgəmdə dincəl, söylədi.

Xam atı yumşaldan bu sərt yoxuşlar

Sənə qanad verər havalanmağa.

Mavi genişlikdən gözün qamaşar,

Di gəl, təbiəti anlama, qağa.

Sənin qonağınam, ay palıd, sənin,

Kölgəndə bal yuxum çin olsun təki.

Özümlə apara bilmirəm səni,

Sözümlə boyunu oxşayım təki.

Kölgən səhərəcən ötürsün məi,

Geriyə qayıtsı axşamçağında.

İzim şərid kimi fırlansın geri,

Dincəlsin doyunca gen qucağında.

Bir az ucalığın, məğrurluğundan,

Bir az hikmətindən apara biləm.

Bir çınqı sərtliyin gələr karıma,

Bir az dözümündən qopara biləm.

Günün qızmarında yaşıl çətirim,

Məni günəş ilə barısdırırsan.

Görüşdən eləcə pərəndi fikrim,

Ərk ilə saçımı qarışdırırsan.

Torpağın ipisti şirəsi axır

Gövdənin düyünlü damarlarında.

Hardasa üstünə baltalar qalxır,

Sapı özndəndi baltaların da.

Deyirsən, gileyin indiyə qalıb.

Başından qayğılı bir duman keçir.

Sən Allah, bağışla məni, ay palıd

Məni o dağların başına açevir.

Sənintək baltalıq canım da yoxdu,

Nə də boyum çatır ucalığına.

Mənə bş qoşmağa həvəsin yoxdu,

Bəlkə də gülürsən uşaqlığıma.

Sənin qonağınam, ay palıd, sənin,

Kölgəni xalıtək saldın yoluma.

Özümlə apara bilmirəm səni,

Neynək, uğur dilə mənim yoluma.

6 iyul, 2010,

Masallı, Tatyan kəndi.

MEŞƏ DÜŞÜNCƏLƏRİ

Darıxmaq ən böyük mükafatımdır,

Yəqin cənnətdə də darıxaram mən.

Cəhənnəm odunda darıxar canım,

Hər yerdə bəhanə axtararam mən.

Darıxmaq mənimçün istirahətdir,

Dostlar məclisində xəyala dallam.

Darıxmaq mənimçün bir ibadətdir,

Bir dəftər, bir qələm yollayan ola.

Xəlvətcə, səssizcə aradan çıxım,

Tənhalıq gözləyir məni obada.

Ağ vərəq üstündə şimşəklər çaxır,

İtirəm meşənin boz dumanında.

Ürək bir daş üstə bitən çiçəkdi,

Çiskin, çən görəndə əsir, titrəyir.

Bulud gözlərini sıxır meşəyə,

Bulaqlar sübhəcən nəğmə söyləyir.

Belə darıxasan, tənha qalanda,

Ağaclar başına göy çətir tuta.

Yarpağın ovcunda yağış qalanda

Bir yaşıl fincanda fırtına qopa.

Bəhanə gəzirəm darıxmaq üçün,

Qalxıram meşəyə, enirəm çaya.

Darıxmaq hissimi soyutmaq üçün

Şəlalə özünü yetirə haya.

Burda darıxmağın keyfi başqadır,

Darıxır uçurum, darıxır dərə.

Sığırçın darıxır, dələ darıxır,

Darıxmaq yaraşır şux meşələrə.

Bir sərin meşədə at minib çapdım,

Gördüm ki, bu köhlən at da darıxır.

Çaylar selə dönüb çağladı, daşdı,

Bu Dəmiraparan çay da darıxır.

Belə gözəllikdə mən də darıxdım,

Oturub bir dəmirağacın altda

Bir əlcə kağızı tamam qaraltdım,

Quzular mələşdi yaxın elatda.

Yəqin quzular da belə darıxır,

Ovutmur onları çobanın neyi.

Darıxır bu yerin südü, qaymağı,

İnəyin ağzından axır seliyi.

Asfalt kənarında tikan qırpırlar,

Qəzəbdən adama cumur düyələr.

İnəklər süd vermir, gözün qırpırlar,

Pendir tuta bilmir qızlar, gəlinlər.

Şəhərdən gələnlər südsüz qalırlar,

Şor, pendir çatışmır süfrə başında.

Gedək dağ döşündə bir çadır quraq,

Qoy sükut darıxsın bir az maşında.

Gülsün üzü sacda bişən lavaşın,

Dağ başında qara baxıb darıxım.

Yar saçına ətir səpsin yağışı,

Qar kimi ağ yara baxıb darıxım…

 3 iyul, 2023

Qəbələ, Sərin meşə

WordPress.com ile böyle bir site tasarlayın
Başlayın