Diril qurbani Məclisinin sədri,
“Dirili Qurbani” jurnalının baş redaktoru,
Aərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist
“Damət Kərimli Tanrıya bağlı şairdir. Şeirləri ilə Tanrıya qovuşacağına inanır. Həqiqətən də onun şeirlərini oxuduqca hiss edirsən ki, poeziya Tanrı qüdrətindən yaranır.” Vəli Xramçaylı
Dirili Qurbani Məclisinin doğulduğu ilk vaxtlardan üzü bu yana onun sıralarında özünə yer tutan yaradıcı simaların bir çoxu fitrəti ilə bərabər ədəbi əqidəsinə, insani keyfiyyətlərinə görə indi də məclis əhlininin sevimlisi olmaqdadırlar. Özünü bu şəkildə, bu məzmunda saxlaya bilmək hər kəsin hünəri deyildir. Damət Kərimli isə bu hünərin yiyələrindən biridir. Ondakı azərbaycançılıq, vətənçilik, türkçülük, islamçılq təpəri, bədii sənətə könül vermək bacarığı, əxlaq-əqidə birliyi, peşəsinə vurğunluq kimi kamil keyfiyyətlər həkim Daməti-şair Daməti bizimlə eyni sırada birləşdirir. Məclisimizə qədəm qoyan günlərdən mən onu belə tanımışam. Şairi məclisə hüquqşünas dostum Rəfail Əliyev gətirmişdi. Dörd, ya beşinci məclisidi keçirirdik. Yerimiz olmadığı üçün “Azərnyus” qəzetinin baş redaktoru, tanınmış yazıçı Fazil Güneyin təklifi ilə həmin məclisi bu qəzetin redaksiyasında keçirməli olduq. Onda həmçinin Dirili Qurbani Məclisində ilk dəfə Aşıq Şərqiyyə Zəngilanlının ifasında saz havaları (o, sonralar DQM aşıq bölməsinin rəhbəri kimi fəaliyyət göstərdi. Hazırda Türkiyədə yaşayır.) səslənəcəkdi. Ayağı məclisə düşdü: ədəbi məclis, qısa vaxtda elmi, ədəbi-bədii məclisə (Sazlı-Sözlü Məclisə) çevrildi və uğurla bu günəcən davam etməkdədir. Beləliklə, ona söz verildi və bir şeir oxudu. Məclisdəki şairlərdən birinin əsassız əks reaksiyana Damət bəyin tutarlı və məntiqi izahı son qoydu. Beləc, tərəfimizdən sevilərək məclisə sıx bağlanan şair Damət Kərimli onun qatı təssübkeşlərindən birinə çevrildi. Məclsin kütləviləşməsindəki rolu bəs edər ki, onun DQM-yə münasibəti bilinsin. Vaxtaşırı Qurbani Məclisini dağıtmaqla “ucaboylu” görüntüsü yaratmağa çalışanlara onun cavablarını unuda bilmirəm. “Şuşa” kinotetrında 500-dən çox insan qarşısında tarixi çıxışımız da onun xidmətləri çərçivəsindədir. Qəhrəmanımızın təqdimatı ilə məclisə təşrif buyurmuş Vüqar bəyin bu xeyirxah əməli və qayğısını məclisimizin tarixində şərəfli anlardan biri sayıram. DQM-nin təşkilat rəhbəri, şair Malik Əhmədoğlu kimi qurbanisevərin məclisə gəlişi də birbaşa onun seçimidir. Ümumən, məclisimizin əksər tədbirlərinə böyük coşğunluqla qoşulan şair, onun toplantılarında milli heysiyyata və mənəviyyata söykənən odlu-alovlu çıxışları, vətən ruhlu şeirləri ilə həmişə diqqəti cəlb edib. Damət bəylə çoxlu telefon yazışmalarımız var ki, biz onların çoxunu bu məzmunda şeirlərlə demişik. Qismət olsa, həmin şeirləri çap etmək niyyətindəyəm. Damət Kərimli eyni zamanda həkim kimi də duyğulu insandır, xətəni hal-əhvalından anlayan gözəl həkimdir. Köməyini bir kimsədən əsirgəməz. Qəribədir ki, həmkarları (həkimlər) da şeir-sənət həvəskarlarıdır. Şəxsi məclisləri bir şeir şölənini xatırladır Damət bəyin. Mən bunun şahidi olan bir insan kimi deyirəm.
Qeyd etdiyim kimi Damət bəy ixtisasca həkimdir. Fəqət könlünü Ulu Tanrının rüsxəti ilə şeirə vermiş bir sənətkardır-şairdir həm də. Tanrıçılığa – Turançılığa ürəklə söykənən şairin yaradıcılıq mayası qüdrətdən tutulub. Onunçün də içi dağ boyda yanğı ilə süslənib.
Fatehlər məskəni-Turan elim var,
Araldan-Altaya bir yolluyam mən.
-deyən şair türksoylu olmasıyla öyünür. Vaxtıilə Doğudan Batıyacan hökmranlıq edən ulusal bir millətin “Çin səddini aşan güc-qüdrəti”ndən danışır. Sözün ucalığı Tanrının görküdür. İlahi varlıqlara könül verən şair:
Şeirim Allahıma məhəbbətimdi
Bu sevgi yolunda öləcəyəm mən.
– deyir. “Söz tanrı töhfəsidir”- o, belə düşünür:
Könlümün qapısın sözə açmışam
Ruhumu da sözə çevirəcəyəm.
Söz mənim Allahım, ona qovuşsam
Olsəm də, təzədən diriləcəyəm.
Dərdini Əlahəzrət SÖZə həkk edən şair Damət Kərimli amansız tarixin miskin dolaylarında zaman-zaman bölünüb parçalanmış, parçalandıqca kiçilərək “bircə damcı” qalmış böyük və sərhədsiz Azərbaycanın indiki halına bütöv vücudu ilə sızlayır. Sanki Böyük Azərbaycan Hökmdarı və Şairi, Bütöv Azərbaycan Dövlətinin Qurucusu Şah ismayıl Xətaidən bizə əmanət qalan 2, 800 min kvadrat kilometr ərazinin-bərəkətli torpaqlarımızın çox böyük hissəsinin ondan sonrakı başçılarımızın fərsizliyi ucbatından, 500 ildən bəri misqal-misqal yadellilərin əlinə keçməsinə yas tutub ağlayır.
Xətainin qılıncı paslanıbdır qınında,
Yoxdur onu qınından siyırıb, sovuran əl.
Lakin o, ümidsiz də deyildir. Canı qədər sevdiyi məmləkətin dübarə qəhrəmanlar yetirəcəyinə qəti əmindir. Bu səbəbdən yazır:
Bir gün fatehlərimiz qalxıb məzarlarından
Çəkəcək bu torpağın haqq-hesabın əlbəəl.
“Haqqımız yoxdur hələ bizim bayram etməyə”
Sazlı-sözlü Dirili Qurtbani Məclisinin sevdalı şairi Dədə Qorquddan, Dirili Qurbanidən, Qoç Koroğludan, Şah Xətaidən bizə əmanət olan müqəddəs sazımızı “Göy Tanrının Ulu Türk sevdasında” ruhu ilə oynayan mələyə bənzədir.
Təbiət gözəlliklərini nəzmə çəkən şair baharın məsum qızı yaz ətirli bənövşəni vəsf edəndə də, erməni tapdağı altında inləyən torpaqlardan didərgin düşmüş ellərin halına acıyanda da Qurbanini ehtiramla anır. 12 bəndlik bir şeirdə iki dəfə haqq aşığını urvatla yad edir.
3-cü bənddən
Qurbani elindən düşmüsən uzaq
Üşüdür qəlbimi tənhalıq, sazaq…
3-cü bənddən
…Kimdi, Qurbani tək çəkə qeyrətin,
Yolunda can qoyub ölə, bənövşə.
“Xain ürəkləri murdar ət kimi insanın köksündən kəsib atmaq” istəyi onun mənəviyyat yüklü şeirlərindən boy verir. Biz buna şair Damət Kərimlinin bütün yaradıcılığı uzunu rast gəlirik: istər vətən mövzusu olsun, istər məhəbbət və təbiət, istərsə də ithaf və uşaq şeirlərində. Müxtəlif janrlarda (məsnəvi, gəraylı, qoşma, qəzəl, deyişmə, sərbəst, heca, rübai və s.) qələmə aldığı şeir nümunələri şairin “Qəm üstündə köklənən dünya” (2004) və “Toxunayın daha haqqa” (2010) kitablarından savayı, üzvü olduğu Dirili Qurbani Məclisinin nəşrlərində, o cümlədən 13 adda elmi-bədii əsərlər toplusunda, “Dirili Qurbani” jurnalında, məclisin saytında, dövri mətbuatda məclis üçün ayrılmış səhifələrdə yer alıb.
Damət Kərimli haqq-ədalət şairidir. Haqq uğrunda çarpışan mübariz və üsyankar şairdir. Onun əməli və amalı budur! O, bu inadla 60 yaşını geridə qoyan müdrik yaşında olan bir şairdir həm də. Sonda qeyd etmək gərəkdir ki, Damət bəyin doğum günü 8 maya – hər birimizin üzüntü keçirdiyimiz Şuşanın işğal günüə təsadüf edir. Ona görə də şair nə az, nə çox (1992-ci ildən) 20 ildən artıqdır ki, həmin günü omrünə bir ləkə sayır. Baxmayaraq ki, bir fərd kimi onun bunda təqsiri yoxdur. Fəqət torpağı işğal altında qalan bir Azərbaycan türkü kimi o, bunu öz şəxsi dərdi ilə eyniləşdirir. 2009-cu ildə Qurban bayramı münasibətilə ona telefonla aşağdakı təbrik göndərmışdim.
Qurbanın qəbul olsun, byramın da mübarək!
Bayramı vəsf etməyə Damət Kərimli gərək!
Cavabını çox gözləmədim. İstəkli qələm dostum şair D.Kərimli ürək ağrısı ilə arzularını bildirirdi:
Təbrik məktubunu oxudum qardaş
Bir gözümdə sevinc, birində kədər.
Necə vəsf eləyim bayramı qardaş
Axı torpağımız tapdanır hədər?
Allahdan bir arzu, bir istəyim var;
Açılsın tilsimli, bağlı qapılar.
Xankəndində yansın Novruz tonqalı
Şuşada kəsilsin qurbanlıq qoçlar!
Qarabağ həsrətlisi, Bütöv Azərbaycan istəklisi vətəndaş şairimizin 60 illik yubileyindən az qala bir il ötüb. Ancaq onun diləyi yalqız deyil, hər bir türkün istəyidi. Həmin arzunun işığında yazdığım şeirlə yubilyarı təbrik edir, ona can sağlığı və cəmi niyyətlərinin tezliklə başa varmasını Uca Allahdan diləyirəm!
CƏM OLAQ İŞIĞINA
Dirili Qurbani Məclisinin sevimli
təmsilçilərindən olan, istedadlı şair dostum-həkim
Damət Kərimlinin 60 illik yubileyinə
Şair, gəlib yetişdin
Ömrün müdrik çağına.
Yığdın dostu-tanışı,
Altımışın sorağına.
İllər yel qanadlıymış,
Çaparaqmış, atlıymış.
Duyğular inadlıymış,
Süzülüb varağına.
Misra-misra çığırdı
“Turan” deyib bağırdı!
Türkü cəngə çağırdı,
Qələm, dön yarağına.
Qarabağ, Şuşa hanı?
Bu dərdin yoxdu sanı.
Damət şeirin soltanı,
Məlhəm qoysun dağına.
Ay ellər, ay obalar,
Boğur məni intizar!
O tay, bu tay-Arazbar,
Cəm olaq işığına.
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy