YUSİF DİRİLİNİN 50 İLLİK YUBİLEYİ QEYD OLUNDU


Yusif Dirili

15 May 2011- ci ildə Dirili Qurbani Məclisinin sədri şair-publisist Yusif Dirilinin 50 illik yubileyi münasibətilə Masazır qəsəbəsində mərasim keçirlmışdir. Yubiley tədbiri Qurbani Ədəbi Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə araya gəlmişdir.Yubiley törəni məclisin ənənəvi qaydalarına uyğun olaraq açılmış və davam etmişdir.Tədbirdə məclis üzvləri, şairin sənət dostları və həmkarları yubiliyar haqqında danışmış, onun çoxşaxəli yaradıcılıq fəaliyyəti, insanpərvərliyi, yurdsevərliyi qeyd olunmuş, məclisin inkişafı və formalaşmasında müstəsna rolu barədə fikirlər söylənmişdir.tədbiri giriş sözü ilə açan Məclisin ədəbiyyat bölməsinin rəhbəri,Y.Dirilinin uşaqlıq dostu Sabir Şirvan birgə uşaqlıq xatirələrindən və onun bir sıra xarakterik keyfiyyətlərindən danışmışdır.Məclisin aparıcısı, DQM-nin elm bölməsinin rəhbəri, filologiya elmləri üzrə fəlsəfə doktoru Tariyel Abbaslı Yusif Dirilini, Dirili Qurbaninin mənəvi varisi olduğunu, həm də həmyerli olduqlarını qeyd edərək görkəmli aşığın adına düzənlədiyi məclisi dönmədən irəli apardığını xüsusi vurğuladı.Ardınca məclisin təşkilat rəhbəri Malik Əhmədoğlu da deyilən fikirlərə qoşularaq, yubiliyarı yeni yazdığı şeirlə təbrik etdi.Məclisin keçirilməsinə böyük ürəklə bağ evində şərait yaradan, şair Rafiq Mirzə ənənəvi Diridağı-Araz həsrətli şeirlər söylədi və yubiliyarın 50 illiyinə həsr etdiyi şeirini oxudu. Aparıcı T.Abbaslı məclısın ağsaqqal yazarı, hazırda ağır xəstə olduğu üçün tədbirdə iştirak edə bilməyən Sofu Bilalın “Yusif Dirili-50” adlı şeirini səsləndirdi. Yazıçı Əlisahib Əroğul, qəzəl ustası kimi tanınan Yasin Xəlil, təcnis ustası Məmməd Məcidoğlu, filoloq Telman Ozanyurd, şairə Əzizə Ağahüseynqızi, çılğınlığı ilə seçilən şairlər Damət Kərimli, Fərzalı Abasəlioğlu, “Araz” ədəbi məclisinin sədri Firudin Şahbuzlu, Balayar Sadiq, tanmış şair Qəşəm Nəcəfzadə, Qılınc Məhəmməd, aşıqlardan, gənc ifaçı Şəmistan Cəbrayıllı və başqaları çıxış edərək yubiliyarın şəninə ürək sözlərini ifadə etdilər.Aşıq Minayə, gənc aşıqlar Qızqyıt Kəlbəcərli, Dərya Cəbrayıllı, saz ifaçıları Şəmistan Cəbrayıllı, Ülvi Yolçuyev Y. Dirilini saz və sözün sehri ilə alqışladılar.Hüsniyyə xanımın oxuduğu xalq mahnıları tədbir iştirakşıları tərəfindən hərarətlə qrşılandı.Məclis adından yubilyara hədiyyə təqdim olundu. Fasilədə və tədbir zamanı şair və aşıqların deyişmələri, əlvan söhbətlər, göz öxşayan güllü-çiçəkli yamyaşıl bağda hər kəsə xüsusi zövq verdi.Axırda çıxış edən yubiliyar tədbirin təşəbbüs və təşkilatçılarına, biu işdə zəhməti olan hər bir şəxsə təşəkkür etdi O, xüsusi olaraq qeyd etdi ki, heç vaxt yaş məclisi keçirməyə maraq göstərməyib.Dəfələrlə məclisin bu istəyindən qaçıb. Bu dəfə isə törən onsuz qərarlaşdırılıb.Y.Dirili önəm verdiyi yaradıcılıq məsələsidir.Məclislə bağlı nəşrlər, əsərləri, çoxsaylı məqalələri, redaktə və korrektə etdiyi kitablar, redaktoru olduğu qəzet və jurnal, radio və televizya verilişləri- bütün bunlar onu ömrüdür, yubileyi deməkdir.Elmi-pedaqoji, ədəbi-bədii və jurnalistlik fəaliyyətini önə çəkən yubilyar Y.Dirili şeirlərindən nümunələr söylədi.Bu tədbirin təşkilində əvəzsiz xidməti olan Sabir Şirvana, Malik Əhmədoğluna, Firudin Şahbuzluya, Tariyel Abbaslıya və Rafiq Mirzəyə dərin minnətdarlağını bildirdi. Tədbirdə şairin kitabları, onun həmtərtibçiliyi ilə çap olunmuş məclisin nəşrləri sərgilənmişdir.Yubiley ərəfəsində işıq üzügörən “Dirili Qurbani” jurnalının ilk sayı və “Dirili Qurbani Məclisi üzvlərinin nəsr əsərləri-2” adlı toplu da nümayiş etdirilmişdir. Məclisin düzənlədiyi yubiley tədbiri həmişə olduğu kimi aşıqların ifasında müxəmməslə başa çatdı.

 

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s