İstedad əslnən-nəslnən gəlir, deyirlər. Məncə, doğru münasibətdir. Az sonra aşağda sizlərə təqdim etdiyimiz rəsmləri görcək siz də belə düşünəcəksiniz.

İstedad əslnən-nəslnən gəlir, deyirlər. Məncə, doğru münasibətdir. Az sonra aşağda sizlərə təqdim etdiyimiz rəsmləri görcək siz də belə düşünəcəksiniz.
ŞAİR-HÜQUQŞÜNAS RƏFAİL ƏLİYEVİN VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNDA ŞEİRİNİ TƏQDİM EDİRİK
Dəyərli dostlar, istəkli və qədirbilən oxucular, DQM-nin bu buarxılışında alovlu tribun şairimiz Damət Kərimlinin mahiyyətcə hamımızın ürəyindən olan yeni bir şeirini təqdim edirik. Öz səsində şairi dinlədim. Sanki Azadlıq Meydanında Xəli Rza Ulutürk hayqırırdı. Əzəli Türk və Müstəqil Vətən sevdalısı – sevgisi TURAN olan Damət Kərimlini dinlədim!
Bəhram BASQALLI
Bəhram Basqallı – Quluzadə Bəhram Əndəlib oğlu hərtərəfli yaradıcı şəxsdir. İxtisasca astronomdur, fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur. Şair-publisistdir. Tərcümə və orjinal əsərlərin müəllifidir. İndiyədək bir neçə kitaba redaktorluq edib. Televiziya və radioda çoxsaylı verilişlərin müəllifi, iştirakçısı və aparıcısı olub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Son vaxtlar bədii əsərlərini Bilgə Kağan imzası ilə yazır. DQM-in oxucaularına Bəhram Basqallının imzası yaxşı tanışdır, ancaq ilk dəfədir ki, o yeni imza ilə səhifəmzdə təqdim olunur. Bu buraxılışımızda şair-astronomun daha bir neşə şeirini təqdim edirik. Öncə haqqında maraqlı olar deyə, bəzi məlumatları da bura daxil edərək oxucularımızın ixtiyarına vermək istərdik.
Şehriban TUĞRUL, DQM-nin oxucularına bu imza yaxşı tanışdır. Səhv etmirəmsə, iki dəfə dərgimizdə çap olunub. İlk dəfə şəxsini – özəlliklə həyat və fəaliyyətini də Azərbaycan oxucusuna təqdim etmişik. Ruhən, könülcə bizə sıx-sıx bağlı olan türk xanım əfəndisidir. İstedadlı yazardır, buna qədər pedaqoji sahədə uzun yol keçib, ümumtəhsil məktəblərində öyrətmən kimi layiqli fəaliyyət göstərib. Hazırda təqaüddədir.
Okumaya devam et
Onu çoxdan tanıyıram. Dirili Qurbani Məclisindən. Yarandığı ilk vaxtlarda ölkəmizin ədəbi mühitinə yeni çalarlala, lakin səssiz-küysüz daxil olan Azərbaycanın ilk qeyri-ənənəvi saz-söz məclisinə o da gəlmişdi. Təbiətcə sakit və səmimi xarakterli bir şəxs təsiri bağışlayan gənc şairə Gülnarə İsrafilqızı məclisimizə sankı Gədəbəy dağlarının sərin havasını çəkib gətirmişdi: Təlatümsüz-filansız. Məslizin birinci elmi, ədəbi-bədi toplusu olan “Bir ağacı budaqları”na təqdim etdiyi şeirləri də özü qədər səmimi idi. O zaman mən Xətai rayonundakı Nizami parkında (“Luna-Park”) yerləşən TN-nin Respublika Tərbiyə və Təcrübəçilik Mərkəzində İnformasiya və Mətbuat şöbəsinin müdiri vəzifəsində çalışırdım. Gülnarə xanımın gətirdiyi şeiləri almanaxımızın çapa hazırlandığı bu şöbədə qəbul edtim və onlar ilk topluda çap olundu.
Okumaya devam et
Yorum yazabilmek için oturum açmalısınız.