DİRİLİ QURBANİ MƏCLİSİNİN 10 YAŞINA


1177

 

 

 Rövşən Yerfi
 Yazıçı-publisist

 

 

On il əvvəl 39 yaşım vardı, hələ özümü gənc hesab edirdim.Gec də olsa ilk kitabım çap olunmuşdu. Yaradıcılıqla bağlı arzularım, niyyətlərim çox idi. Belə bir vaxtda, yaz günlərinin birində illərdir dostluq etdiyim Yusif Dirili, yaratmaq istədiyi Dirili Qurbani Məclisi haqqında danışıb, məni də bu məclisə dəvət etdi. Əvvəlcə etiraz etmək istədim. Axı mən nə şairliyi, nə də aşıqlığı bacaran adam deyiləm. Yusif bəy buyurdu ki, sən məclisin nəsr bölməsində çalışarsan. Razılaşdım. Birinci toplantımız qəzet redaksiyasında, sonra kitabxanada oldu. Üzvlərimiz artdıqca, sıralarımız böyüdükcə Nizami rayonunda yerləşən kitabxana bizə darlıq etdi, “Xudafərin” şadlıq evinin geniş zallarına keçdik.
Ədəbi məclisin sorağı günü-gündən Bakı hüdudlarını aşıb İrandakı, Türkiyədəki həmkarlarımıza qədər yayıldı. İctimai Televiziyada, dövlət radiosunun müxtəlif yayımlarında dəfələrlə məclislə bağlı verilişlər efirə getdi. “Dirili Qurbani” qəzeti çap olundu, sonralar qəzet ədəbi məcmuəyə çevrildi. Davamlı olaraq məclis üzvlərinin yaradıcılıq nümunələri toplanmış çoxlu sayda almanaxlar nəşr olundu. Həmin almanaxların altısında mənim də yazılarım var.
Keçirilən məclislərin birində mənim ilk kitabım da müzakirəyə çıxarıldı. Üç ilə yaxın ədəbi məclislərin tədbirlərində müntəzəm iştirak etdim. Sonra zənnim özünü doğrultdu: bura yığışan insanları əsasən saz və poeziya daha çox cəlb edirdi. Bura nəsr meydanı deyildi. Nəsrlə məşğul olan, maraqlanan olduqca az idi. Odur ki, mən bu səbəbdən sonrakı vaxtlarda hərdənbir görünməyə başladım.
Bu ədəbi məclisdə özümə Sahib Abdullayev, Sabir Şirvan, Firudin Şahbuzlu, Nəriman Mahmud, Malik Əhmədoğlu, Eluca Atalı kimi xeyli yazıçı dostlar qazandım.
Biz on il qocaldıq, ancaq Dirili Qurbani Məclisi on il böyüdü, on yaşına çatdı. Arzum budur ki, bizdən fərqli olaraq bu məclis daim cavan qalsın, yeni cavan üzvləri ilə daha böyük yaradıcılıq nailiyyətləri qazansın, ustad Qurbaninin özü qədər yaşarı olsun…

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s