BALACA DUYĞUNUN DUYĞUSAL, DÜŞÜNDÜRƏN RƏSMLƏRİ


İstedad əslnən-nəslnən gəlir, deyirlər. Məncə, doğru münasibətdir. Az sonra aşağda sizlərə təqdim etdiyimiz rəsmləri görcək siz də belə düşünəcəksiniz.

Rəsmlərin müəllifi 2-ci sinif şagirdidr: Məcidova Duyğu Səbuhi qızı. Doğum tarixi: 11.12.2014-cü il. Vur-tut 8 yaş. Fəqət çəkdiklərinə diqqət yetursəniz, sadəcə heyranlığınızı gizləyə bilməyəcəksiniz. Balaca istedadlı rəssamımızın şəkil qaleriyası fantastik hekayətlərlə doludur – İnanılmaz! Elə bil birdən-birə nağıllar aləminə düşürsən. Bir uşaq gözü ilə təzadlı dünyamızın mənzərəsi dil açıb danışır.

1

Burda gerçəkliklə nağıllar aləmi elə çulğaşıb ki. Görünür, qızcığaz rəssam təkcə nağıllarımıza yox, böyük çıxmasın, mifoloji ədəbiyyata, psixoloji mqamlara, o sıradan tərbiyə məsələlərinə diqqət edib və uşaq təsəvvüründə onları yetərincə canlandıra bilib. Bu, bəlkə də müasirimiz, böyük Azərbaycan yazıçısı – düşündürücü, cəsarətli əsərləri ilə ölməzlik qazanan babası Rafiq Tağıdan gələn genetik xüsusiyyətləri daşımağındandır. Hər halda Duyğunun əsərlərini nəzərdən keçirdikdə ilk növbədə ağlımıza gələn bu olur. Duyğu rəsm çəkməyə çox həvəslidir. Sevdiyi bu sənət üzrə müəllim yanına, üstəlik ingilis dili kursuna da gedir. Mənə elə gəlir ki, o gözəl peysajlar çəkə bilər.

237

Duyğusallığı və qeyd etdiyimiz kimi rəng dünyasının zənginliyi bunu deməyə əsas verir. Əminliklə deyə bilərik ki, öz üzərində (düşüncələri ilə bərabər) işləsə pozitivist rəssam ola bilər – Səttar Bəhlulzasə kimi. Əlbəttə, düzgün istiqamət verilərsə, çalışmaları ardıcıl olarsa.

568

Yaradan ondan istedad adına heç nəyi əsirgəməyib. Xarakteri qəribəliklərlə doludur: qəfil oturub nələrisə çəkir. Bu, hər bir uşağın edə biləcəyi bir şey olsa da, onda fitrətinən gələn düşündürə bilmək bacarığı da var. Bu cəhətdən uşaq-rəssamın əsərləri mənə Azərbaycanda sürrealizmin banisi hesab edilən görkəmli rəssam Mircavad Cavadzadəni xatırladır. Duyğu Məcidova yaşına uyuşmayan səlis yazı və nitq qabiliyyətinə malikdir. Xüsusilə, qramatik qaydalar çərçivəsində yazıya çox həssasdır. O, bu baxımdan da rəhmətlik Rafiq Tağıya çəkib. Duyğunun obrazlı rəsmlərində şirin və ləziz bədiyyat da var, əsrarəngiz təbiət doğmalığı da, hətta cəmiyyət həftəbecərliyi də. Rəng palitrası əhatəlidir. Körpə ürəyinin döüyüntüləri çəkdiyi şəkillərdən boylanır Duyğunun.

Raf-Neve4

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyində təhsil alan Duyğu Məcidova Rafiq Tağının bacısı nəvəsidir. Rafq bəyin ruhu şad olsun! Yolunu bu üslubda davam etdirəcək bir fidan gəlir, duyğulu istedadlı Duyğu bala!

Yusif DİRİLİ

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s