NOVATOR SƏNƏTKAR


Yusif

 

 

 

 

 

Yusif Dirili   Dirili Qurbani Məclisinin sədri, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hacı Seyfəddin Mənsimoğlu (Məmmədvəliyev) 1936-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1Orta təhsil aldığı Böyük Mərcanlı kənd məktəbinin ilk məzunlarından biridir. 1960-cı ildəƏ.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1975-ci ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1960-1963-cü illərdə doğulduğu kənddə rəsm və rəsmxət müəllimi işləyib. 1964-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışır. Hazırda həmin institutun laboratoriya müdiridir. Ağac üzərində xətti oyma ustası kimi dünya miqyasında tanınan Seyfəddin müəllim oyma sənətində yeni bir janrın əsasını qoymuş novator sənətkardır. Onun «Rəhil» (2 əsər), «Soltan Məhəmməd» (2 əsər), «Aşıq Qurbani», «Məhəmməd Füzuli türbəsi», «Mövlanə Cəlaləddin Rumi» (3 əsər), «Nizami Gəncəvi» (2 əsər), «Hüseyn Cavid» (2 əsər), «Leyli və Məcnun», «Babur Şah», «Üzeyir Bəy Hacıbəyli», «Əlişir Nəvai», «Xəqani Şirvani», «Məhsəti Gəncəvi», «Məhəmməd Füzüli» (5 əsər), «Allah» (6 əsər), «Bismillahir-Rəhmanir-Rəhim» (6 əsər), «Məhəmməd Allahın Rəsuludur», «Qurani Kərimdən kəlamlar» (4 əsər), «İxlas surəsi», «Şah İsmayıl Xətai» (2 əsər), “Şəms Təbrizi”, «Qardaşım! Vətən, ailə, qonşu yoxdursa, biz kimik?», «Elm nurdur, cəhalət isə qaranlıq», “Nəsimi” (2 əsər), “Nəsirəddin Tusi” kimi monumental əsərləri çağdaş Azərbaycan mədəniyyətinə ən böyük töhfədir.
Şərq xəttatlıq məktəbinin ənənələri əsasında yaranan, lakin yeni bir istiqamətdə təşəkkül tapan bu nadir mədəniyyət inciləri sözsüz ki, min illər boyu xalqımızın maddi-mədəniyyət abidələri kimi yaşayacaq və zaman-zaman tədqiqata cəlb olunacaqdır. Necə ki Ulu Şərq və Avropa mədəniyyətinin daşıyicıları onun əsərlərinin möhtəşəmliyini və bənzərsizliyini etiraf etməkdən dolayı özgə münasibət bildirmək iqtidarında deyillər. Budur Azərbaycan-Türk mədəniyyəti! Budur Azərbaycan sənətkarındakı qüdrət!02
Təsadüfü deyildir ki, yaratdığı əsərlər fəlsəfi mahiyyətinə, bədii xüsusiyyətlərinə, incəliyinə görə əcnəbi mütəxəssislərdə böyük heyrət doğurub. «Doğurdanmı, bunu insan təfəkkürü, insan barmaqları yaradıb?» – deyə heyranlıqlarını güzlədə bilmirlər. 48 yaşında ecazkar bir sənətin təməlini qoyan S. Mənsimoğlu 50-dən çox əsərin müəllifidir. Onun sənət əsərləri dəfələrlə ölkəmizdə və xaricdə (Türkiyə, Fransa və b.) nümayiş etdirilən sərgilərdə tamaşaçıların diqqətini özünə cəlb edib. Bu əsərlərin bir neçəsi həm Azərbaycan, həm də xarici ölkə vətəndaşları tərəfindən maraqlı sənət nümunəsi kimi fərdi kolleksiya üçün alınıb. «Soltan Məhəmməd» və «Rəhil» əsərləri Berlin şəhərinin «İslam mədəniyyəti» muzeyində saxlanılır.Qeyd etmək lazımdır ki, bu əsərlərin bir çoxu respublikamızın dövlət muzeylərində 3mühafizə olunur və nümayiş etdirilir. Onlardan: “Aşıq Qurbani” Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyində, “Şah İsmayıl Xətai” – biri AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat Muzeyində saxlanır, dgəri isə Ş.İ.Xətai adına Minatür Mərkəzində emblem kimi nümayiş etdirilir. Müəllif “Hüseyn Cavid” əsərini H.Cavidin Ev Muzeyinə hədiyyə edib. O, bu əsərini oğlu, gənc xəttat Firudin bəylə birgə işləyib. “Rumi” adlı iki əsərindən biri N. Gəncəvi adına Ədəbiyyat Muzeyində saxlanır. Daha çox işi çalışdığı M.Füzuli adına Əlyazmalar İnstutunda (“Soltan Məhəmməd” eyni adlı əsərlərindən biri, “Nizami Gəncəvi” adlı hər iki əsəri, “Məhəmməd Füzuli” adlı beş əsərindən dördü, “Üzeyirbəy Hacıbəyli”, “Məhsəti Gəncəvi” və “Xaqani Şirvani” əsərləri) mühafizə olunur. Qalan işlərinin bir çoxu şəxsi kolleksiya üçün yerli və xarici adamlara satılıb, yaxud özünün kolleksiyaları sırasına daxil edib. Onun əsərlərinə maraq ilk baxışdan hər kəsi cəlb edir. Təsadüfi deyildir ki, republikamızın mədəniyyət tarixində özünəməxsus yeri olan xətti oyma ustasının əl işləri daim ölkəiçi və ölkəxarici KİV-in diqqət mərkəzindədir. Belə ki, indiyədək özü və sənəti haqqında 100-dən çox qəzetdə, 30-dan artıq jurnada məqalə yazılmış, 20 dəfə televizyada çıxışı təqdim olunmuş, yaradıcılığından bəhs edən bir film isə kinostudiyanın qızıl fonduna daxil edilmişdir. Bundan başqa Türkiyə («Saman yolu»), Rusiya («MİR») və İran televiziya kanalları «Ağac üzərində oyma ustası» adı ilə verilişlər hazırlayaraq çoxmilyonlu tamaşaçılarını 4istedadlı Azərbaycan sənətkarının yaratdığı qeyri-ənənəvi sənət nümunələri ilə tanış edib. Azərbaycan televiziyası onun möcüzəli sənət dünyasına həsr olunan «İki ömür» adlı sənədli film çəkib. Film bir neçə dəfə nümayış etdirilib. 2000-ci ildə S. Məmmədvəliyevin 24 əsərinin fotoşəkilləri açıqca şəklində kütləvi nəşr olunub. 2011-ci ildə «Regionların inkişafı» İctimai Birliyinin layihəsi çərçivəsində «Metafora» («Çoban bulağından başlanan yol») adlı kitab çapedilib. Kitabda tanınmış ağac üzərində oyma ustası Seyfəddin Mənsimoğlunun həyat yolundan, yaradıcılığından, sənətdə qazandığı uğurlardan bəhs olunur. Dostları, tanınmış sənət admları bu qeyri-adi peşə ustasının meydana gətirdiyi yeni sənətin incəliklərindən söz açır, onun bir insan kimi fərdi və şəxsi keyfiyyətlərindən danışırlar. Eyni zamanda bu topluda xətti oyma ustasına həsr olunmuş şeirlər, onun özünün məqalələri və bədii yazıları da öz əksini tapıb.
5Qeyd etmək lazımdır ki, sənət haqqında onun prinsipal mövqeyi və orjinal fikri vardır: «Hər bir sənətin əsasında zövq və duyğu dayanır, sadəcə onları hərəkətə gətirmək və istiqamətləndirmək lazımdır.» Bu fikrin arxasınca gedən və sözünə hakim olan Seyfəddin müəllim həm də duyğularını sözə çevirməyi bacarır. Müşahidələri və qənaətləri əsasında ortaya qoyduğu yığcam hekayələri, bədi-fəlsəfi esseləri yaşına və təcrübəsinə müvafiq ibrətamiz fikir yükü ilə doludur. Onlardan “Görüm”, “At oğruları”, “Xeyirxah insan”, “Həsən müəllim”, “Niftalının qazandığı nifrət”, “Köhnə qonşuların təzə söhbəti”, “Səfiyar kişinin etdikləri və gördükləri”, “Əcəli gələndə”, “Ləyaqət”, “Əcəli çatmayan qarışqa” və s. Onu da əlavə edirik ki, bu vaxtacan Seyfəddin müəllimin onlarca hekayəsi bir sıra dövri nəşrlərdə (o cümlədən “Dirili Qurbani” jurnalında və diriliqurbanimeclisi.wordpress.com saytında) dərc edilmiş və maraqla qarşılanmışdır .
Seyfəddin müəllim eyni zamanda, peşəkar foto ustasıdır. Onun lentə aldığı fotoşəkillər orjinal və canlıdır. Çalışdığı institutda bu sənət onun peşə taleyidir. S.Mənsimoğlu ona şöhrət qazandıran «Ağac üzərində oyma» sənətinə ğörə məhz bu instituta borclu olduğunu xüsusi olaraq qeyd edir.Onu da demək gərəkdir ki, sənəti qədər xarakterində milli xüsusiyyətləri, insani keyfiyyətləri yaşadan Seyfəddin müəllim əməlisaleh, doğruçul, halal bir türk 6kişisidir. İslami dəyərlərə hörmət və ehtirmala yanaşan Hacı Seyfəddin Mənsimoğlu Məmmədvəliyev 2009-ci ildə Həcc ziyarətində də olub. Və bunun qəribə tarixçəsi var. Seyfəddin müəllimin əsərləri ona təkcə şöhrət gətirməyib, həm də uzun illərdən bəri niyyət etdiyi həcc ziyarətində olmaq kimi müqəddəs bir arzuya qovuşdurub. Yaxşı insanlar onun əl işlərini, beyninin və ürəyinin vəhdətindən doğan mükəmməl əsərlərini yüksək dəyərləndirirək nəciblik və xeyirxahlıq nümunəsi kimi ona Həccə getmək təklifini veriblər. «Regionların inkişafı» İctimai Birliyinin bu təşəbbüsü ürəyincə olub S.Mənsimoğlunun. Beləliklə, o, təşkilatın qayğı və himayəsi sayəsində istəyini gerçəkləşdirib.
Tanınmış oymaçı xəttat bir neçə dəfə rəsmi dəvət və göndərişlə xarici ölkələrdə keçirilən yaradıcılıq tədbirlərində də uğurla iştirak və çıxış edib. Belə ki, 2007-ci ildə Mədəniyyət nazirliyinin xəttilə Səduyyə Ərəbistanında keçirilən DSC_0006mədəniyyət günlərində iştirak edib. 2008-ci ildə Xarici İşlər və Mədəniyyət nazirliklərinin dəvətilə Tunisdə keçirilən İslam üzvü olan ölkələrin konfransında Azrbaycan nümayəndə heyətinin tərkibində iştirak edən 3 nəfər sənətçidən biri olub və “Əl işlərinin tikintidə sintezi” adlı sərgidə uğurla çıxış edib. Onun sərgidə nümayiş olunan əsərləri nəinki konfrans nümayəndələrinin, digər tamaşaçıların da heyrətinə səbəb olub. Bundan əlavə, iki dəfə Türkiyəyə (2010-cu ildə Şanlıurfa şəhəri və 2012-ci ildə Pintik şəhəri) dəvət alıb. Bu dəfə o, türkdilli xalqların sənət sərgisində iştirak edib. Məhdud sayla təmsil olunmalarına baxmayaraq, ölkəmizi ləyaqətlə təmsil edən Azərbaycan sənətçilərinin əl işləri tamaşaçılarda heyranlıq yaradıb. Onun işləri şəhər valisini heyrətləndirib.Vali bu böyük sənətçiyəDSC_0007 rəğbət rəmzi olaraq qiymətli hədiiyələr (o cümlədən kitablar) bağışlayıb.
Ailəlikcə incəsənətə bağlanan Seyfəddin müəllimin övladları da peşəkar sənətçidirlər: Görkəmli minatürçü, gənc rəssam Fəxrəddin Məmmədvəliyevin əsərləri yalnız respublikamızda deyil, Avropa və Şərq ölkələrində də yüksək qiymətləndirilir. İkinci oğlu Firudin bacarıqlı xəttat kimi tanınır. Səbuhi isə mahir fotoqrafdır. Ataları kimi onlar da öz dəsti-xətti və yaradıcılıq üslubu ilə seçilirlər. Qeyd edək ki, «Dirili Qurbani» jurnalı da (diriliqurbanimeclisi.wordpress.com saytı da) Fəxrəddinin minatürlərinə bir neçə dəfə müraciət edib.

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy