Azərbaycan Xalq Cumhuriyyəti – 100


DİRİLİ QURBANİ MƏCLİSİNİN YUBİLEY TƏBRİKİ

Sayğılı dostlar, istəkli soydaşlar! Bəylər və Xanımlar!
Bu gün Azərbaycan xalqının tarixi taleyində son dərəcə əhəmiyyətli rol oynamış, müsəlman şərqində ilk parlamentli dövlətin – Azərbaycan Demokratik Respublikasının – Azərbaycan Xalq Cumhuriyyətnin yaradılmasının 100 illiyi tamam olur.

Artıq bəllidir ki, məlum səbəbdən çox da uzun sürməyən, cəmi iki ilə qədər yaşaya bilən, lakin bir gənc dövlət kimi bütün sferalarda geniş və səmərəli fəaliyyətə malik olan Azərbaycan Xalq Cumhuriyyəti dövrünün bütün çətinliklərinə baxmayaraq, başda Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə və əməkdaşlarının mill təəssübkeşliyi və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dövlətinin varlığı, onun mahiyyəti qısa bir zamanda həm ölkə içində, həm də beynəlxalq aləmdə tanınmışdır. AXC-nin yaranması, həmçinin 1918-ci ilə qədərki müxtəlif tarixi dövrlərdə mövcud olmuş Azərbaycan dövlətçilik ənənlərinin bərpası baxımından da olduqca faydalı və diqqətçəkən bir məsələ kimi qabardılmalıdır.
Hazırda müstəqilliyi ilə haqlı olaraq öyündüyümüz Azərbaycan Respublikasının taruxu sələfi kimi Cümhuriyyətimizin 100 illik yubileyini dünyanın hansı ölkəsində yaşamasından, fəalyyət göstərməsindən asılı olmayarq hər bir Azərbaycan türkü öz dövlətçilik ənənəsinin tarixi gününü, qürur duyduğu 100 illik möhtəşəm Yubiley Bayramını qeyd etməkdədir. Tarixin təkəri həmişə irəli getmir, geriyə də fırlanır. Rusiyanın Cumhuriyyətimizin işğalı onu müvəqqəti susdursa da, Böyük Məmməd Əmin demiş, “Bir kərə yüksələn bayraq, bir daha enməz!” Dövrün tarixi burulğanı çox nəsnələrə aydınlıq gətirdi: yalnız sovetlər dövründə deyil, elə sonralar da Məmməd Əmin Rəsulzadə və AXC-nin digər qurucularına qarşı əsassız bir şəkildə gərəksiz, qərəzli mövqe sərgiləndi. Haqq üzülər, qırılmaz, – deyiblər. Təsadüfi deyildir ki, dövlətimizin başçısı cənab İlham Əliyev AXC-nin 100 illik Yubileyinin geniş şəkildə keçirilməsi ilə bağlı sərəncam verib və bu tarixi gün, tarixi bayram yalnız ölkəmizdə deyil, eyni zamanda xarici ölkələrdə də təntənəli keçirilməkdədir.
Ötən əsrin əvvəllərində quruculuq işləri ilə paralel erməni daşnaklarına, digər yadellilərə, milli xainlərə qarşı mübarizə aparan Cumhuriyyət hökuməti olduqca az zaman içində çox çətin bir yol keçib. 70 il sonra təkrarən erməni qəsbkarlarının Rusiyanın hərbi və siyasi yardımı ilə AXC-nin tarixi varisi olan müstəqil Azərbaycan Respublikasının əzəli torpaqlarının 20 faizindən çoxunu zəbt etməsi və hələ də işğal altında saxlaması bir daha göstərir ki, çağdaş Azərbaycan dövləti tarixi iqbalını yaşamaqdadır. Bununla belə, işğalçı yadellilərə qarşı vaxtilə AXC hökumətinin apardığı ədalətli mübarizə, bu gün də dövlətimizin və xalqımızın haqq işi kimi ortadadır. İnanırıq ki, Müstəqil Azərbaycan Respublikası tezliklə öz torpaqlarına göz dikən düşmənlərini yenəcək və zəfər bayrağını işğal altındakı yurd yerlərimizin başı üzərində dalğalandıracaqdır. Məhz bundan sonra, Azərbaycan Xalq Cumhuriyyəti qurucularının müəddəc ruhları rahatlıq tapacaqdır. İnanırıq ki, belə də olacaqdır.
Əziz soydaşlar, yurddaşlar, sevimli Azərbaycan xalqı! Bu dəyərli və böyük tarixi bayram münasibətilə hamınızı qəlbən təbrik edir, hər birinizə sağlıqlı uzun ömür, könül xoşluğu, firavan həyat, ölkəmizə bolluq və cevinc, dünyamıza sülh arzulayırıq!
Var olsun Azərbaycan Xalq Cumhuriyyətinin 100 İllik Yubileyi!

Yusif DİRİLİ,
Dirili Qurbani Məclisinin sədri
Bakı, 28 May 2018-ci il

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy