DİRİLİ QURBNİ MƏCLİSİNİN YENİ İL TƏBRİKİ


ƏZİZ SOYDAŞLAR, İSTƏKLİ DOSTLAR!

Bu gün və sabah hər birimiz üçün əlamətdar günlərdən biridir.

Bu gün – 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və sabah – 1 Yanvar yeni təqvim ilinin – 2023-cü ilin ilk günüdür. Bu tarixi günlərin həyatımızda maraqlı və daha xoş anlarla yadda qalması hamımızın arzusudur. Dünyanın müxtəlif qütblərinə səpələnmiş azərbaycanlı soydaşlarımız, o cümlədən Azərbaycan türklərinin maddi və mənəvi birliyi dövlətimizin tərəqqisi, milli və xəlqi gələnəyimizin yaşaması və inkişafında böyük rol oynamışdır və oynayacaqdır. Bu həmrəyliyin ifadəsi və əhəmiyyəti xalqımızın tarixində həmişə boy verib, özünü göstərib, sözünü deyib.

Okumaya devam et

ELMDƏN BƏDİYYATA: ŞEİRLƏRİN VƏ DEYİMLƏRİN İŞIĞINDA


SAYT-BLOQUMUZUN NÖVBƏTİ BURAXILIŞINDA ALİM-ŞAİR-PUBLİSİST BÜNYAD TİRCANLININ (KAZIMOVUN) YENİ DEYİMLƏR VƏ AFORİZMLƏRİNİ TƏQDİM EDİRİK

Kazımov Bünyad Zinhar oğlu AMEA Neft və Qaz İnstitutunun şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktorudur. İsmayıllı rayonunun Tircan kədində doğulub. Dirili Qurbani Məclisinin üzvüdür, ölkəmizdə və xaricdə nəşr olunan onlarla sanballı elmi əsərlərin müəllifidir. Alim həmçinin fəlsəfi yöndə 2 elmi-kütləvi toplunun, bir neçə elmi monoqrafiyaların həmmüəllifidir.

O, həmçinin bir şair kimi maraqlı şeirləri ilə diqqəti cəlb edir. DQM-nin nəşrlərində və bir antologiyasında şeirləri dərc edilib. Müəllfin bir şeirlər kitabı bizim redaktorluğumuzla çapa hazırlanır. Ümidvarıq ki, yeni ildə biz həmin kitabı oxuya biləcəyik.

Elmi işlərinin çoxluğuna baxmayraq, B.Kazımov daim bizimlə əlaqə saxlayır. Bu günlərdə zəng edib bildirdi ki, bədii yazıları sırasında deyimlərə də yer ayırıb. Doğrusu, mən onlara baxıb bəyənmiş, uğur diləmişdim. Ümumilikdə Bünyad müəllm düşüncə-fikir adamıdır. Bələkə də ona görədir ki, bədii yaradıcılıq sahəsində o qədər məhsuldar olmasa da, kəlamları düşündürücü və gərəklidir. Bu günlərdə alim-şair redaksiyamızın elekton-poçt ünvanına yeni yazdığı deyimlərini göndərib. Onları ixtiyarınıza buraxırıq, əziz oxucular. Bizdən təqdim etmək, sizdən oxuyub rəy bildirmək olaun!

Sayğılarımla: Yusif DİRİLİ

Dirili Qurbani Məclisinin sədri, tarix üzrə fəlsəfə doktoru

BÜNYAD KAZIMOV: DEYİMLƏRİM VƏ AFORİZMLƏRİM

YENİ DEYİMLƏR

Ağıl hər kəsə verilib, ancaq əsas məharət və istedad ondan necə istifadə etməkdir

Elə hərəkət et ki, sözün ağlına, əməlin iradənə tabe olsun

Dostdan dosta fərq var – dost var həmişə səndən istifadə edər, dost var sənə dünyanı bəxş edər

Dünya bərəkət və ədalətdən uzaqlaşsa, səfalətdə qalar

Xudpəsənd olma, yoxsa alçaq dağların da qarı başına tökülər

Mənə elə gəlir ki, həyat özü bizi bir vaxt sorğu-sual edəcək

Şükrlə yaşa ki, həyatda heç nəyə görə peşmançılıq çəkməyəsən

Yaxşılıq etməyi yaxşılıqla qazan

Mərd insan nəciblikdən uzaq olsa, qəlbi tarimar, ömrü isə hədər olar

Xoşniyyətli olmaq insanı başıuca edər

Özünü tənha sanma – hər sözün, əməlin sənə yoldaşdır

Eqoistlik sağalmayan xəstəlikdir – o, daim insanı dalana sıxışdırar

Eqoist həmişə özünü təkəbbürlü aparar, çünki bu onun ən son vasitəsidir

Güzəşt xeyirxahlığın qapısıdır

Dostuna həsəd aparma, yoxsa yarı yolda qalarsan

*****

Məkan yetirir, zaman yaşadır.

Məişət şüurluluğu deyil, şüurluluq məişəti yaradır.

Zəli olub damarları boşaltmağa çalışsan, sonunda dəli zəli gününə düşərsən.

Mənə dedilər: Kimdir dostun?, dedim: Fikri mənimlə olan.

Özünü xoşbəxt sanma, nə qədər ki, xoşbəxt deyilsən.

Acı dərdin dərmanı da acı olar.

Faydasız axtarış gündüzsüz gecə kimidir.

Vəfalı dost səxavətli olar.

Ürəyini hər kəsə açsan sonunda əlacsız qalarsan.

Məna dərin bir nəsnədir, onu tapsan bütün əzabdan qurtularsan.

Əzab xəstəlik deyil, haqq dərgahına aparan yoldur.

Qəlbini şərdən qoru, şər səni qəlbsiz edər.

Düşünmə ki, qəlb hasardır, sən əli-qolu bağlı, düşüncəsiz bir məlun.

Gözlədiyin deyil, gözləmədiyin qonaqdan qorx!

Həyat bir dəfə verilib, onu yaxşı yaşa ki, səndən fayda götürənlər

çox, əziyyət çəkənlər az olsun.

İman qəlbə məlhəm, ağıla dayaq, hünərə ovqatdır.

Məni özümdən uzaqlaşdırmaq istəyən, məni mənsiz edər, ancaq özümdən uzaqlaşdırmaz.

Hünər hünərə dayaqdır.

Vəfalı dost şəfalı bitkilər kimidir, ondan qaçsan, şəfa da səndən qaçar.

Bir insan min insanın fikrini qarışdıra bilər, ancaq dəyişdirə bilməz.

Mən özümdən qoxduğum qədər heç kimdən qorxmuram.

İmkanlı şəxs gücü ilə öyünər, gücsüz məşəqqətin güclüsü olması ilə.

Aglın gücü səbirdədir.

Səbir imanı, hüzuru artırar, səbirsizlik isə bunları heçə endirər.

Özü ilə başarmayan insan, başqasının əsarətində olar.

Özünə, sözünə hakim olsan, səni hüzursuz edən hökm sahibi tapılmaz.

Aqil, hikmətli insanlarla çox ünsiyyətdə olsan, özündə onlardakı ən yaxşı xüsusiyyətləri əxz etmiş olarsan.

Bifəvafa insanlardan pənah umma.

Dikbaş, lovğa adam öz hisslərinin əsarətində olan adamdır, ona yaxın olsan, səni hissiyyatsız edər, özü isə yenə də hissiyyata gəlməz.

Mənə dedilər: Nədən qorxursan? Dedim: Özümü özüm kimi göstərə bilməməyimdən.

Pis yaxşıya möhtacdır, yaxşı isə özünə.

Gücün çatan işlə məşğul ol ki, nəticəsinə qatlaşa biləsən.

Səbəb səbəbsiz, nəticə isə nəticəsiz olmaz.

Gülü güldən, tikanı tikandan sormaq lazım.

Öz qədrini bil ki, sənə qədir qoymayanlar sənə həsəd apara bilsinlər.

Düşmənə qucaq açsan, sonunda əlacsız qalarsan.

Düşmənə hünərlə qalib gəlmək olar.

Sev ki, seviləsən

Sevən kəs aldatmaz.

Meyvənin qədrin onu yetişdirən bağban bilər.

Su altından su yeritmə, bir gün özün də o suya düşərsən.

Sənə edilən yaxşılığı itirsən, sən də bir gün özünü itirəcəksən.

Yaxşılıq savabdır.

Bu həyatın nemətləri – gözəl mərifət, gözəl rəftar, gözəl iş.

Gözəl insan olmaq üçün ancaq savablı işlər görmək lazımdır.

Bu dünya gələnlərin sərvəti, gedənlərin yadigarıdır.

Pis olsan, hamı səndən qaçacaq, yaxşı olsan hamı ətrafında dövrə vuracaq.

İşıq pərvanənin gündüzüdür, qaranlıq isə gecəsi.

Qəlbə məlhəm ola biləcək sözlər çox vaxt dərkolunmaz olur.

Ağıl qəlbin aynasıdır, qəlbin necədirsə, ağılın da onu ifadə edir.

Dünyanı dəyişməyə çalışsan o səndən utanacaq.

Dünya öz qanunları ilə idarə olunur, yaradan isə onu dağılmaqdan qoruyur.

Dünya ilə dalaşsan, özünü məhv etmiş olarsan.

Mayası vətəndən olanın, qayəsi uca olar.

Sanma ki, dünya boşluqdur, səni də özü ilə aparacaq.

Hörmətli olsan, hörmətsizlər ya qarşından çəkiləcək, ya da qarşında baş əyəcək.

Dünya, nədən bizləri, daim özümüzlə sınağa çəkirsən?

Vicdan əmələ sahib, eşqə yol, amala işıqdır.

Bu günümüz dünəndən su içər, sabahımız bu gündən.

Ey dəli aşiq, aşiq olmamışdan əvvəl fikirləş ki, nəyin dəlisisən.

Nə qədər yaxşı insanlar görmüşəmsə, hamısı nədənsə gileylənir.

Düzgünlük haqqa aparan yoldur.

Naqislik cəhalətə və rəzalətə aparan yoldur.

Vicdansızla dostlaşsan vicdanın daşa dönər.

Səni sevənlərin arasında bir nəfər naqis görsən, bil ki, o səni yaralayacaq.

Belədir ki: Siman nə qədər gözəldirsə, qəlbin bir o qədər pak, əməlin o qədər safdır. Ancaq siması gözəl olan o qədər pislər görmüşəm ki.

Dünyada “sağ ol” qazanmaq üçün deyil, mərifət qazanmaq üçün çalışmaq lazımdır.

Bir 1 nəfər şəkili ola bilər

DƏRƏKƏNDLİ HACI NAZARIN SU QUYUSU…


BU QUYUNUN BİR ƏSRDƏN ÇOX YAŞI VAR.
BƏS ONA MÜNASİBƏT NECƏDİR?

Dərəkənd, Qobustan rayonunda çox da böyük olmayan, lakin maraqlı tarixi keçmişi olan kənddir. Bu kənd Sovet hakimiyyəti illərində Şamaxı rayonu-nun ən iri təsərrüfatlarınadan biri idi. Buna baxmayaraq su qıtlığı zaman-zaman burda əsas problemlərdən biri olub. Nikolay dövründə daha dözül-məz olub. Susuzlüq camaatı əldən salıb. Belə bir vaxtda kəndin imkanlı adamları, xeyirxah insanları irəli durdular. Köməklərini əsirgəmədilər, əhali-yə qayğı göstərdilər. İndi kənddə belə adamların adları hörmətlə yad edilir.

Elədiyin yaxşılıq, el-oba üçün gördüyün xoş əməllər itmir, unudulmur, zaman-zaman səni üzə çıxarır, bir daha yaxından tanıdır, nəsil-nəsil tarixləşdirir. Belələrindən biri də Hacı Niftalı oğlu Hacı Nazar olub. Bəri başdan qeyd edək ki, Hacı Niftalının 7 oğul və bir qız övladı olub: Şahsuvar, Məlik, Xan, Qəndalı, Nazar, Söhbət, Novruz. Oğlanlarından Nazar, Məlik, və Qəndalı, qızı Zərif həcc ziyarətinə getmişdilər – Hacı idilər. Hacı Zərif Mərəzə bölgəsində yeganə qadın idi ki, hacı titulunu qazanmışdı. Hacı Nazar da, qardaşı Hacı Məlik də böyük sürülərə sahib idi, Xanın kənddə dükanı vardı. Hacı Qəndalı və Novruz isə ticarətlə məşğul olurdu: Türkmənistandan dəvə alıb gətirir, satıb gəlir əldə edirdilər.
Molla Şahsuvar ağsaqqal, sözü bütöv kişilərdən sayılıb, comərd və saf adam olub. Tiflisdə ruhani məktəbi oxuyub, dini təhsil almışdı.
Söhbət də öz dövrünün comərd, qorxmaz adamlarından biri idi. Hazırda kənddə fəaliyyət göstərən klub onun mülkü olub.
1918-ci ildə ermənilər Mərəzədə vəhşicəsinə soyqırım törədəndə, qırğının qarşısını almaq üçün Molla Şahsuvarla əmisi oğlu Hətəm ermənilərlə danışığa gedirlər. Ancaq ermənilər xaincəsinə onları öldürürlər.
Hacı Nazara gəlicə, səxavətli, əliaçıq bir kişi idi. Görkəmcə hündürboy, enlikürək, sarışın sima olan Hacı Nazarın da geniş imkanları vardı.
Ötən əsrin əvvəllərində Hacı Nazar el üçün bir quyu qazdırmaq qərarına gəlir. Təxminən 5 metr dərinliyində olan bu quyunun içinə spiral şəklində pilləkən də düzəltdirir. Bu cür nərdivanla quyunun dibinə enib-çıxmaq, həm də onun hərtərəfli təmizlənib yuyulması asan başa gəlirdi. Quyunun sututu-mu bir saat ərzində 2,0-2,5 tona bərabər idi. Quyudan təkcə Dərəkənd və qonşu Nərimankəndin əhalisi deyil, eyni zamanda Mərəzə, Ərəbqədim, Göydərə, Şıxzərli, Cəmcəmli, Qurbançı kəndlərinin əhalisi də heyvanlarına bu quyunun suyundan daşıyıb aparırdılar. Hacı Nazarın qazdırdığı quyunun suyu içmək üçün yaradığına görə məişətdə də istifadə olunurdu. Bu, hacıya el-oba sayğısını daha da artırırdı. Hacı Nazar həm də yüzbaşı idi deyin, el qayğısına qalmağı özünə borc bilirdi. Məlumdur ki, hər kəs öz üzərinə belə bir öhdəçilik götürməz, yalnız tək-tək nəcib adamlar xeyirxahlığı, humanistliyi yüksək məqamlardan sayarlar. Odur ki, var-dövlətləri başlarından aşar, sayılıb-seçilən olarlar. Hacı Nazar da belə idi.
Onu da deyək ki, Dərəkənddən Mərəzəyə gedən “dərəyolu” adlanan el yolunun üstündə, Nərimankəndin altında (bura əvvəllər Gəmüstü, qonşu Dərəkəndə isə “Gəmaltı”, yaxud “Gəmayağı” deyiblər. “Gəm” – su, quyu anlamındadır) ard-arda sıralanan 10-a yaxın bu cür quyu var. Ancaq nəticəsi Yaşar Şahnəsib oğlunun deməsinə görə, onlardan ən yaxşısı – bol və keyfiyyətli suyu olan məhz Hacı Nazarın qazdığı quyudur. Odur ki, zaman-zaman bu quyudan daha geniş istifadə olunub.
Rəhmətlik Hacı Nazarın qazdırdığı su quyusunun ərazidəki bir çox bulaqlar, nohurlar, xırda göllər də daxil Dərəkəndin su ehtiyatının tənzimlənməsində xüsusi rolu vardır. Biz bunu yaxınlıqdakı digər su mənbələrinə, o cümlədən haqqında ötəri bəhs etdiyimiz o biri quyulara da şamil edirik.
Yaşar Şahnəsiboğlu ürək ağrısı ilə qeyd edir ki, Hacının qazdırdığı quyunun taleyi bu gün qaranlıqdır. O, quyu ilə bağlı yaranmış narahatçılığa aydınlıq gətirir: Bir gün heyvanat üçün quyudan su götürməyə getmişdim. Üstünü torpaqla doldurmuşdular deyin, yeri də yaxşı bilinmirdi. Hacı Nazarın nəvəsi, hazırda Nərimankənd kəndində yaşayan bibisi oğlu Tofiq Əjdər oğlu Abdullayevlə görüşdüm, gördüklərimi ona danışdım. Tofiq bu məsələni öz üzərinə götürdü. Qobustan rayon İHB-sı cənab Adil Məmmədova və İHB-nın müavini Məharət Əkbərova müraciət etdi. Nəticədə quyunun üstü təmizləndi və burada bərpa işləri aparıldı.
Bizim qeyd: Kanalizasiyanın burdan keçməsi səbəbindən quyunun üstünün bağlanması praktik olaraq onun tamamilə yox olmasına gətirib çıxara bilərdi. İcra hakimiyyətinin mövcud problemin həlli istiqamətində atdığı addım təqdirəlayiqdir. Əlbəttə, sözügedən quyunun tarixi abidə kimi qorunub saxlanması yaxşı olardı. Bu cür tarixi su hövzələri dövlət qeydiyyatına alınmalı və ciddi mühafizə edilməlidir. Ərazidə tarixi nə varsa heç biri diq-qətdən kənarda qalmamalıdır. Axı onlar bizim sərvətlərimizdir. Milli sərvətlərimizi göz bəbəyi kimi qorumaq isə hər birimizin müqəddəs borcudur!

Yusif DİRİLİ

ERMƏNİ VANDALLARININ İŞĞAL ALTINDA SAXLADIQLARI TARİXI ABİDƏLƏRİMİZƏ TƏCAVÜZÜ: ABİDƏLƏRLƏ YANAŞI MƏDƏNİYYƏT NÜMUNƏLƏRİMİZ DƏ MƏHV EDİLİB


ERMƏNİ VANDALLARININ İŞĞAL ALTINDA SAXLADIQLARI TARİXI ABİDƏLƏRİMİZƏ TƏCAVÜZÜ: ABİDƏLƏRLƏ YANAŞI MƏDƏNİYYƏT NÜMUNƏLƏRİMİZ DƏ MƏHV EDİLİB

Yusif Məhəmməd oğlu Mahmudov

Ətraf mühit üzrə tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru

Email: diriliqurbani@gamail.com

Tel.: 0508857723; 0506657723

XÜLASƏ

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının 20 faizdən çox ərazisinin 30 ilə yaxın bir dövr ərzində Ermənistanın işğalı altında olması ölkənin inkişafına çox ciddi təsir göstərdi. Bütün sahələrdə vəziyyət çətinləşdi. Bununla belə öz təbii resursları hesabına cəmi bir neçə il ərzində republikada çətinliklər tədricən aradan qalxmağa başladı və respublika tərəqqi yoluna qədəm qoydu. Artıq iki ildir ki, müzəffər ordumuşun sayəsində azadlığına qouşmuş torpaqlarımızda 30 il müddətində həyata keçirilən erməni terror fəaliyyətinin izləri bu gün də ağrıdıcıdır. İşğal vəziyyəti bütün sferalarda – ölkəmizin iqtisadiyyatında, o cümlədən sosial sahələrdə, səhiyyədə, təhsildə, mədəniyyətdə, elmdə və s. problemlərə yol açdı. Daha çox sarsıdıcı zərbələrdən biri tarixi abidələrə və mədəniyyət obyektlərinə dəydi. Erməni işğalçılarının zəbt etdikləri Azərbaycan torpaqlarında həyata keçirdikləri ifrat qarətçilik vandalizmin tipik xaraktei kimi yadda qalacaqdır. Bu cür vandal hərəkətləri bir zaman Makedoniyalı İsgəndər və Ərəb xilafəti tərəfindən Atəşpərəstlik məbədlərinin dağıdılmasında, Əfqanıstanda Budda məbədlərinə qarşı aqressiv-dağıdıcı münasibətlərdə, II dünya mühari-bəsində alman faşizminin iri şəhərləri və sənət əsərlərini darmadağın etməsində özünü göstərib.

Okumaya devam et

TANRIÇILIQ FƏLSƏFƏSI: Qamliq/Şamanizm, Totemizm, Göy Tanrı


O, GÖZƏL ALİM OLMAQLA BƏRABƏR, SƏDAQƏTLİ, SƏMİMİ, QAYĞIKEŞ, MEHRİBAN, HƏM DƏ SADƏ İNSANDIR


DQM bloq-saytının sevgili izləyiciləri, istəkli oxuyucuları! Səhifəmizin bu dəfəki qonağı ünlü bir alim, gözəl bir vətəndaş, millət sevdalısı, bütövlük-türklük carçısıdır. İndi onun haqqında danışacaq və “Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq” kitabından bir yazısını təqdim edəcəyik. Hələlik özü və fəaliyyəti haqqında.
Çağdaş Azərbaycan elmində çox tanınan, sanballı əsərləri, həmçinin respublika və beynəlxalq simpozium, konqres və konfranslardakı çıxışları ilə kifayət qədər populyarlıq qazanmış gənc alim kimi Faiq Qəzənfər oğlu Ələkbərlinin adını xüsusi qeyd etmək olar. Azərbaycan fəlsəfi fikir tarixinin mahir araşdırmaçılarından olan gənc tədqiqatçı elmə 2005-ci ildə, “XX əsrdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tzrixində Məhəmməd Əmin Rəsulzadənin yeri və rolu” mövzuznda yazdığı və uğurla, yüksək səviyyədə müdafiə etdiyi dissertasiya işi ilə gəlsə də, axtarışlarını dayandırmayıb, çoxsaylı dövri və elmi nəşrlərdə ard-arda çıxışlar edib.

Okumaya devam et

QARDAŞ QARDAŞINA SEVGİSIZ OLMAZ, DİLIMİZ, SÖHBƏTİMİZ BİRDİ BİZİM.


Güney Azərbaycandan Ramin adli bir şair YUTUB kanalinda maraqli bir şeir oxuyub. Dirili Qurbani Məclisinin Ədəbiyyat Bölməsinin rəhbəri, Quzey Azərbaycan şairi, Sabir Şirvan həmin şeirin təsiri altinda Ramin bəyə eyni adli, eyni rədifli bir şeir yazib. Ümidvarıq ki, şeir tezliklə ünvanına çatacaq və bu şairlər arasında dostluq münasibətləri yaranacaq. Hər iki şairin şeirlərini maraqli olar deyə, saytımızın oxucuların təqdim edirik.

 

 

 

Şair RAMİN, Güney Azərbaycan

 

 

 

 

ELƏ

Fərqi yoxdur o tayla bu tayın,
O tayın xəlqi həman bizdi elə.
Nə Bakı, nə Naxçıvan, nə Qarabağ,
Onların hamısı Təbrizdir elə.

Düzdür sərhəd qoyulubdur arada
Eli eldən ayırıb Astarada
Çəkələr başımızı gər darada,
Bir elik azəri elmizdir elə.

Kəs deyə bilməz elimiz fərqlidir,
Söyləyə bilməz dilimiz fərqlidir,
Kim desə məxfilimiz fırqlidir,
Bilki, ölmək ona caizdir elə.

Bir canıq cismidir ki, ayrı yaşır.
El qəmin sinədə bir candır daşır.
Ruh bu taydan o taya daim aşır,
Şövqümüz görməyə ləbrizdir elə.

Qaydamız sünnətimiz birdi bizim,
Dilimiz, söhbətimiz birdi bizim.
Elimiz, hümmətimiz birdi bizim,
Fail orda bizə faildir elə.

Çal aşıq sazıvı gəl bir haraya.
Raminin şeirini göndər o taya.
Ordaki, səs verən oldu bu haya,
Denə bu şeiri yazan sizdi elə.

 

 

 

 

Şair Sabir ŞİRVAN, Quzey Azərbaycan

 

 

 

 

 

ELƏ

Səni saf dinlədim, əzizim Ramin,
O tayda hər insan əzizdi elə.
Qardaş qardaşına sevgisiz olmaz,
Bizim də sevgimiz dənizdi elə.

Vüsal həsrətiylə saraldıq, solduq,
Bütövlük uğrunda məhbəsə dolduq.
O şəkər ləhcənin heyranı olduq,
Bu dil yaranışdan ləzizdi elə

Bu istək çoxların yandırdı, yaxdı.
İşğalçı niyyəti içindən yıxdı.
Hər xoş baxdığımız, bizə xor baxdı,
Dünyanın işləri qəlizdi elə.

Birlik haqqımızdır, haqq gərəyimiz,
Qardaş töhvəsidir hər köməyimiz.
Bizm can eşidib, can deməyimiz,
Yadların qəlbinə gilizdi elə.

Sabirəm atəşsiz odlara yandım,
Bölünmüş xalq üçün dondum, talandım.
Səsləməkdə səni Savalan sandım,
Hay verən Şahdağdı, Kəpəzdi elə.

20.12.2020.