DƏNİZÇİ-ŞAİR SƏXAVƏT ƏNVƏROĞLU HARA GEDİR?


 

Şair Səxavət Ənvəroğlunun yeni kitabı çapdan çıxıb. “Gedirəm…” adlı kitab tanınmış nəğməkar şair, publisist Anar Məmmədlinin redaktəsi ilə çap olunub.

Tərəfimizdən gözəl şairimiz Səxavət bəyi və kitabın redaktoru dəyərli Anar müəllimi təbrik edir, hər ikisinə can sağlığı və yaradıcılıq uğurları arzulayırıq!  Sayğılarla: “DQM”

“Ecoprint” nəşriyyatında istedadlı şair Səxavət Ənvəroğlunun “GEDİRƏM…” adlı sayca 5-ci şeirlər kitabı işıq üzü görüb. Kitaba şairin lirik və bəşəri mövzuda yazdığı şeirlər daxil edilib.
Azərbaycan Jurnalistlər birliyinin üzvü Səxavət Ənvəroğlu (Seyidməmmədov) 1964-cü il mart ayının 5-də vətənimizin dilbər güşələrindən olan Quba rayonunun Qımıl kəndində anadan olub. 1981-ci ildə orta məktəbi, 1984-cü ildə Azərbaycan Dənizçilik Akademiyasının (keçmiş Qafur Məmmədov adına Bakı Dəniz yolları məktəbi) Gəmi güc qurğularının istismarı şöbəsini mexanika ixtisası üzrə bitirib.
Gənc yaşlarından bədii yaradıcılıqla da məşqul olan S.Ənvəroğlu, peşəsi ilə əlaqədar ömrünün 40 ilə yaxın dövrünü qürbətdə, dünya sularında üzməklə keçirib. Buna baxmayaraq Vətən, yurd sevgisi onun poeziyasının qayəsini təşkil edib. Çünki, o, hara üz tutubsa qəlbində Azərbaycanı aparıb və dalğalar sahilə can atan kimi o da həmişə geriyə – Vətənə can atıb, ürəyi Vətən eşqi ilə alışıb – yanıb. Bu hisslər onun bütün vətənpərvərlik şeirlərində açıq-aydın duyulur. Ata-anaya məhəbbət, dosta sədaqət, böyüklərə ehtiram da şairin yaradıcığında geniş yer tutur. Sevgidə etibarı əsas tutan müəllifin təlatümlü, qasırğalı dəniz, dənizçilik həyatı ilə bağlı şeirlərində isə amansız fırtınalarda yaşadığı duyğular canlandırılır.
“Gedirəm…”, şairin “Ürək məndən inciyibdir” (2006), “Sən olacaqsan” (2014), “Dünyanın işindən baş açmaq olmur” (2017) və “Sətir-sətir oxu məni” (2018) kitablarından sonra oxucularla beşinci görüşüdür. Müxtəlif illərdə yazılan və oxucunu düşünməyə vadar edən topludakı şeirlər, müəllifin poetik dünyasının ən son nümunələridir.
Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü Anar Məmmədovdur.

ƏDƏBİ GƏNCLİK TƏQDİM EDİR


GƏNC YAZIÇI FUAD VİDADİ OĞLUNUN İLK KİTABI

         Bakı, QANUN nəşriyyatı, 2020, 144 səh.

IMG-20200318-WA0027  IMG-20200318-WA0026

Dirli Qurbani Məclisinin təzə yarandığı illərdə bizimlə bir sırada gələn bir gənc yazar da vardı – Fuad Əhməd Vidadi. Xırda, həm də özünəməxsus yazı dili və süjet xətti olan Fuad bəy ədəbi müzakirələrə qoşulur; yeni hekayələrini müzakirəyə təqdim edir, təcrübəli yazarlardan məsləhət alır, onların rəyinə hörmətlə yanaşırdı. O, demək olar ki, məclisimizin əksər nəşrlərində həvəslə çap olunurdu. Maraqlı üslubu məndə belə br inam doğurmuşdu ki, o, fərqli bir yazıçı ola bilər, ancaq yaradıcılığına vaxt ayıra bilsə. Maddiyyat çox yaradıcını kökdən salır. Ürəyi daim düşüncələrinin yanında olan Fuad Əhməd, maddi buxovdan ayrıla bilməsə də, yaradıcılığından da qalmır, beyninə gələnləri saf-çürük edib, əvvəlcə telefona, daha sonra isə kompüterin yaddaşına köçürürdü. Beləcə, nəhayət ki, sıxa-sıxa bir kitablıq yazını ortaya qoydu. Bəri başdan Fuad bəyi 1-ci kitabının işıq üzü görməsi ilə əlaqədar qəlbən təbrik edir, tükənməyən yaradıcılıq uğurları və davamlı müəllif kitabları arzulayıram!
Fuad bəyin atası ilə 30-40 ilin dostlarıyıq. 2-3 gün öncə iş yerində görüşümüz zamanı atanın övlad sarıdan sevincini dərhal duydum, gözlərindən oxudum. Həmişəki kimi Fuadın yazıları barədə soruşmaq istəyirdim ki, ilk kitabını mənə təqdim etdi. Əlbəttə, həmişə istedadına rəğmən vaxtsizlıqdan əli bir yerə çatmayan gənc yazıçını mən yaxşı başa düşürdüm. Yaradıcılığından dolayı ən çox qayğılandığım və xətrini istədiyim, sədaqətli, səmimi bir gənc olan Fuadın uğuru həm də atası ilə bərabər mənim qazancımdır. Çünki bizim məclisin köynəyindən çıxan, dəhlizindən keçən istedadlı ədəbi gəncliyin tipik bir nümayəndəsidir Fuad.
İlk kitabı isə belə adlanır: “GÖRÜŞ, ÖPÜŞ, ÜÇ SİQARET”
Müəllifin qısa dosyesi: Fuad Vidadi oğlu Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Onun ilk kitabı əslində üç gəncin taleyini kəsişdirən əbədi sevgi və dostluq mövzusuna yeni baxışdır. Əsərdə baş verənlər qəhrəmanlardan birinin dilindən danışılır və ötən hadisələrə onun münasibətini əks etdirir.
Kitabın I hissəsi belə açılır: “Əvvəl-axır mən də Holdenin qırmızı kepkasından aldım, dimdiyini arxaya çevirib başıma qoydum… özüm də xəbər tutmadım necə və nə zaman… Zaman yedi bizi, … dostluq üçbucağımızı… Ehh, Sarıbaş…
Nika, bu sənin, Sarıbaşın və mənim – Dənizgözlünün hekayəsidir.”
Qalanlarını isə oxucuların öz ixtiyarına buraxırıq. Gerçəkdən maraqlı bir əsərdir. Oxusanız peşiman olmazsınız, əksinə, bu əsər sizdə qəribə duyğular yaradacaq və Azərbaycan ədəbiyyatına kitablaşma baxımından yenicə qədəm basan bu gənc və istedadlı müəllifi izləməli olacaq, daim kitab dükanlarında ONU soruşacaqsınız – gənc yazıçı FUAD VİDADİ OĞLUNU.

 

Yusif DİRİLİ,
DQM-nin sədri, şair-publisist

Könlümün közü kitabı haqqında ürək sözü yaxud Eşq olsun hünərinə, təpərinə, qeyrətinə, qələminə!


Əzizim Sabir Şirvan, təzə kitabını həvəslə, məmnunluq hissilə oxudum, çox bəyəndim. Əhsən təbinə-təravətinə! Belə qənaətə gəldim ki, sən qardaş artıq şeir (daha doğrusu gerçək poeziya) kəhxəşanına uzanan ağ yolun gədiyindən aşmaqdasan. Okumaya devam et

QARANQUŞ OLSAYDIM NƏ İDİ DƏRDİM


Изображение 001

Изображение 003

“Qaranquş olsaydım nə idi dərdim?” istedadlı şair Məhəbbət Didərginin oxucularla ilk görüşüdür. Kitabda əsas yeri şairin doğulduğu ana yurd və onunla bağlı nostalgiya təşkil edir. Nəşrin başlıca mövzuları sırasında vətənpərvərlik, yurd həsrəti, doğma torpağa qovuşmaq istəyi, sevgi hissləri yer tutur. Kitabda müxtəlif mövzularda qələmə alınmış bayatılar da, həmçinin qürbət eldə yaşayan şairin rus dilində şeirləri də öz əksini tapmışdır.
İnanırıq ki, şairin ilk kitabı poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacaqdır.

TANINMIŞ YAZIÇI RÖVŞƏN YERFİNİN BEŞİNCİ KİTABI ÇIXDI


57068886_n

YUSİF DİRİLİ, Dirili Qurbani Məclisinin sədri

“Üzdəniraq ada” romanının ilk nəşri Dirili Qurbani Məclisində (2004) , təkrar nəşri isə Kitab Klubda (2012) təqdim olunub
Dirili Qurbani Məclisinin qurucularından olan, yazıçı Rövşən Yerfinin sayca beşinci – “Üzdəniraq ada” kitabı “Kitab Klub”un himayəsilə nəşr olunub. Qeyd edək ki, müəllifin sonuncu kitabı, əslində onun əlavələrlə yenidən işlənmiş təkrar çap variantıdır. Okumaya devam et

DİRİLİ QURBANİ MƏCLİSİNİN JURNALI №1