“AC ADAM TƏBİƏTİ SEVƏ BİLMƏZ”


Məhşur təbiətşünas alim, ekoloq-pofessor Qara Mustafayevdən götürdüyüm bu müsahibə 24 il bundan öncə “Rezonans” qəzetində dərc edilmiş və böyük marağa səbəb olmuşdu. Təbiətimizin indiki halında daha çox maraq doğuracağını nəzərə alıb həmin müsahibəni  “EJ” – Təbiət dərgisində yenidən çap etməyə qərar verdik. Yusif DİRİLİ

unnamed

– Qara müəllim, 30 ildən bəri aparıcısı olduğunuz “Təbiəti sevənlər” verilişinin bu müddətdə praktik əhəmiyyəti olubmu?

  • Şübhəsiz, təbiəti hamı sevir, hətta ruhi xəstələr də. Ancaq təbiətlə yaxşı münasibət yaratmaq üçün onu tanımaq lazımdır. Adamlar da belədir – bir-birini sevməkdən ötrü gərək tanıyalar. Bu 3 ildə təbiəti nəslimizə tanıtmağa çalışmışıq. “Verilişin praktiki əhəmiyyəti olubmu?” – sualına cavab vermək çətindir. Çünki belə bir statistik göstərici heç kimdə yoxdur ki, Azərbaycan xalqının təbiətə münasibəti o veriliş başlananda nə cür idi, indi necədir. Ancaq cəsarətlə deyə bilərəm ki, hər halda xalqın ekolojhi təfəkkürü, xüsusilə təbiətlə maraqlanan adamların təfəkkürü, az da olsa, dəyişib. Əgər praktik münasibətdə irəliləyiş yoxdursa, bunun səbəbini verilişdə, mətbuatda yox, sosial həyatda axtarmaq lazımdır. Üzr istəyirəm, ac adam təbiəti sevə bilməz.

– Ölkəmizin flora və faunasının bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

  • Flora və fauna bilirsiz ki, bir-birilə bağlıdır. Fauna floradan daha çox asılıdır: istər təkamül, istərsə də bugünkü yaşayış qaydaları baxımından. Vəziyyətin məni nə dərəcədə qane etməyinə gəlincə, birmənalı şəkildə deyirəm: nə floranın, nə də faunanın vəziyyəti məni qətiyyən təmin eləmir. “Qırmızı kitab” da yaratmışıq, yazırıq da, danışırıq da, amma münasibətə gələndə… Görünür, yaxşı münasibətə şərait yoxdur. Xüsusən də bu gün. Otaqda ailəsi soyuqdan ölən adama demək olmz ki, ağacla işin olmasın, atmosferə oksigen sintez eləyir…

– Sirr deyil ki, indiki sosial şərait təbiəti “terrorla” üz-üzə qoyub. Bu münasibətin nəticəsi kimi Azərbaycanın bitki və heyvanat aləmində geriləmə, yaxud növitmə təhlükəsi ortaya çıxa bilərmi?

  • Xoşbəxtlikdən həm flora, həm də fauna elə bir uzun təkamül prosesində formalaşıb ki, çox zərbələrə dözə bilir. Məsələn, Azərbaycanda insanın uzunmüddətli, əsrlər boyu çəkən dağıdıcı fəaliyyəti nəticəsində yox olmuş bitki, heyvan tapmaq olar. Amma qısa bir müddətdə, hər 10 ildə, 50 ildə növ sıradan çıxsın, bu, çox nadir hallarda baş verir. İnsanın pis münasibəti təbiətdə kəmiyyət dəyişkənliyi yaradır. Keyfiyyət dəyişkənliyi, şükür Allaha ki, yarada bilmir. Məsələn, mən deyə bilmərəm ki, filan növ son 30 ildə Azərbaycanda tamam məhv olub gedib. Belə olar ki, yuvalayırdı, indi yuvalamır, çox idi, indi azdır və s. Bu cür kəmiyyət dəyişiklikləri var. Əgər bu, yüz illiklər boyu çəksə, onda kəmiyyət dəyişkənliyi keyfiyyət dəyişkənliyinə keçə bilər.
    Faunanın elə kompaktı var ki, o, konkret bir ölkənin öz işidir. Amma elə növlər var (götürək turacı), Avropa ölkələrindən bizdədir. Deməli, bizim ərazimizdə yaşamsına baxmayaraq, onun qorunması bütün qitəni maraqlandırır. Ona görə də, bizim ona münasibətimiz Hacıqabul gölünə münasibətimiz kimi ola bilməz. Hətta bir-birinə yaxın növlərə münasibət də fərqli ola bilər.

– Sizcə, ekoloji problemlrin həlli sahəsində inkişaf etmiş ölkələrin sırasına qoşulmaq üçün bizə çoxmu vaxt lazımdır?

  • Konkret vaxtt deyə bilmərəm. Bunun üçün əvvəlcə qurum dəyişilməlidir, hüquqi-demokratik dövlət yaradılmalıdır. Əhali dövlətin səviyyəsinə uyğun sivilizasiyaya malik olmalıdır. Ondan sonra ekoloji problemlər də avtomatik, asanlıqla həll olunacaq. Xalqın ətraf mühitə, sərvətə münasibəti bir əmrlə formalaşa bilməz.

– Qara müəllim, yadımdadır, Siz mühazirələrinizin birində misal çəkib deyirdiniz ki, sivilizasiyalı ölkələrdə meşəyə istirahətə getmək istəsən, meşənin sahibi səndən həmin meşə haqqında məlumat tələb edir. Əgər məlumatın kifayət qədər deyilsə, istirahətindən keçməli olursan. Bu o zaman idi ki, SSRİ hələ dağılmamışdı, meşə “ümüumxalq” malı, dövlət mülkiyyəti sayılırdı. İndi isə, necə deyərlər, müstəqil ölkəyik, demokratik inkişaf yolu tutmuşuq, özəlləşdirmə bütün sahələrdə, o cümlədən təbiətin ayrı-ayrı hissələrində zərurətə çevrilib. Sizcə, bu, ətraf mühitə münasibətdə bir dəyişiklik yaradacaqmı?

  • Özəlləşdirmə, şübhəsiz, gec-tez yaxşı effekt verməlidir, çünki impeiya dövründə hər şey ünvansızlaşmışdı: həm sənindir, həm mənim, həm də heç kimin… Amma demək olmaz ki, sabah sən kolxozun əlindən torpağı alıb kəndliyə istismara verən kimi, o saat ətraf mühitə münasibət düzələcək. Düzəlməyinə düzələcək, ancaq gec. Ona görə ki, sən torpağı verdiyin sahibkarın ətraf mühitə ekoloji münasibəti düz deyil, onun ekoloji təfəkkürü yoxdur. O, özü də bilmir ki, onun sahəsində bir dəstə kol qırılanda o nəyi itirir və nəyi qazanır.

– Məncə, təbiətdə bir sıra növlərin qorunub saxlanılmasında müəyyən dini təriqətlərin (məsələn, panteizm), el adətlərinin də rolu olub…

  • Hələ 1970-ci ildə “Təbiətin qorunması” adlı kitabım çıxmışdı və həmin kitabdakı fəsillərdən birini elə belə də adlandırmışdım: “Təbiətin qorunmasında el adətlərinin rolu”. Hətta dini əsasda təqdim olunan bəzi yasaqları da mən el adətləri kimi qəbul edirəm. Hesab edirəm ki, bu el adətlərinə dini rəng sonradan verilib. Məsələn, bizim Novruz bayramı kimi. Təbii sərvətlərin müqəddəs sayılması, şübhəsiz, onların qorunmasında əvəzsiz rol oynayıb. Paleolit dövründən bəri o vaxt pir hesab olunan sərvətlərin, canlıların hamısı bu yolla qorunub saxlanıb. Hansına ki, münasibət neytral olub, hamısı qırılıb, sıradan çıxıb, dağıdılıb.

– Yaxın gələcəkdə təbiətə münasibətdə dıyişikliyə nail olmaq üçün hansı tədbirlərin görülməsini zəruri sayırsınız?

  • Belə düşünürəm ki, iki məsələ paralel aparılmalıdır, yoxsa heç cürə heç nəyə nail ola bilməyəcəyik. Birincisi, haqq-ədalətdir. Gərək fərq qoyulmasın, bu filankəsdir, buna olar. Qanun hamıya eyni cür aid edilməlidir. O qanunun zərrə qədər pozulması onilliklər boyu aparılan təbliğatı heç eləyir. İkincisi, sosial haqq-ədalət bazisi üzərində izahat aparılmalıdır. Bu izahatda elmlik olmalıdır. Mən ömrümün son 20 ilini, üzr istəyirəm, hətta bədii ədəbiyyata qarşı hücüma keçmişəm. Bir ekoloq kimi bədii ədəbiyyatın hər bir janrında, hər bir formasında elmlik axtarıram. Çoxu razılaşmır bu fikirlə. Bəli, hətta ədəbiyyatın da elmi əsası düz olmalıdır. Elmi əsasdan mərhum olan fikir yaşamayacaq. Bir məsələ də var ki, bu da ekologiyanın digər elmlərlə inteqrasiyasıdır. Bunu tədrisdən başlamaq lazımdır. Tutaq ki, ekoloq-kimyaçı, ekoloq-hüquqşünas, ekoloq-menecer, ekoloq-coğrafiyaçı, ekoloq-tarixçi və s. ixtisaslar yaradılmalıdır. Hər sahənin mütəxəssisi ekoloji biliyə yiyələnməklə ekolji problemlərin həllinə kifayət qədər kömək etmiş olur. Məncə, tədrisdə inteqrasiya ekolji təfəkkürün yaranması və formalşmasında mühüm addım olacaq.

Yusif DİRİLİ / “Rüzonans” qəzeti 14-21 dekabr 1996 –cı il, № 23, səh.4

 

NƏSİMİ FƏLSƏFƏSİNİN BÖYÜKLÜYÜ ONUN TÜRKÇÜLÜK MAHİYYƏTİNDƏDİR


               5c3ec04268940 

Dahi Azərbaycan şairi İmadəddin Nəsimi haqqında indiyədək dünyanın bir sıra alimləri tərəfindən çoxlu fikirlər söylənmiş, o dövr üçün mövcud olan ədəbi-fəlsəfi cərəyanların inkişaf istiqamətləri, onun Nəsimi ilə bağlılığı barədə müxtəlif qənaətə gəlimişlər. Hətta bəzi fikirlərin haçalanması, habelə ziddiyyətli xarakter alması istisna deyil. Diqqətinizi təqdim olunan müsahibədə  Böyük Azərbaycan filosofu Asif Atanın və AXDP Ali Məsləhətçisi Rafiq bəy Turabxanoğlu Sabahın Nəsimi haqqında dedikləri həqiqətə yönəltmək istəyirik.

Yusif DİRİLİ: – Möhtərəm Ata, hörmətli Rafiq bəy! İlkin olaraq verəcəyim sual belədir: Azərbaycan fəlsəfi fikir tarixində Nəsiminin yeri və rolu. Bu məsələyə münasibətinizi necə açıqlayardınız? Okumaya devam et

HEPATİTDƏN NECƏ QORUNMALI?


MAHİRƏ QƏDİROVA: “HEPATİT VİRUSLARINA YOLUXAN ŞƏXSLƏRİN QAB-Mahire-Qedirova-Bash-hekimQACAQLARINI AYIRMAQ DÜZ DEYİL”

Müasir dövrdə təbabət nə qədər sürətlə inkişaf etsə də belə, əhalinin sağlıq problemi hələ də həllini yetərincə tapmayıb. Bəzi məlumatlara görə 1100-dən artıq infeksion xəstəliklər mövcuddur. Müxtəlif viruslara yoluxma ilə əlaqədar əmələ gələn qaraciyər xəstəlikləri də bu qrupa daxildir. Hepatit xəstəliyinin törədiciləri və onların daha çox hansı orqanın zədələnməsinə səbəb olması barədə məlumatların aşkarlanması çağdaş tibbin ən aktual məsələlərindəndir. Qaraciyər xəstəliklərinin sarılıq əlamətləri ilə müşayiət olunması hələ Hippokrat və İbn-Sina kimi qədim dövr təbiblərinə də məlum idi. XX əsrin sonlarından başlayaraq, hepatitlərlə əlaqədar araşdırmalar aparılır. Okumaya devam et

TƏBİƏTİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ RAFİQ TAĞI İLƏ SÖHBƏTDƏ


Yusif

Rafiq

 

 

 

 

 

 

 

Sayğılı oxucu! Bu söhbət böyük Azərbatcan yazıçısı, kifayət qədər fərqli düşüncə sahibi olan, elə bu xarakterinə görə də amansızcasına qətlə yetirilən Rafiq Tağı ilə bir neçə il öncə, həbsindən qabaq aparılıb. O zamanacan maraqlı və zəngin (mütəxəssis və qeyri-mütəxəssis, fərqi yoxdur) insanlarla bu mövzuda bir neçə müsahibəm dövri nəşrlərdə dərc olumuşdu. Okumaya devam et

ASİF ATA: “TƏBİƏT QORUNMALIDIR Kİ, İNSAN QORUNSUN!”


фотоMüsahibəni aparıb: Yusif DİRİLİ,
Müxbir: – Möhtərəm Ata, müasir zaman elə bir böhranla qarşılaşıb ki, son həticəni təsəvvür etdikcə adamı dəhşət bürüyür. Ekoloji böhran ekoloji fəlakətə gətirib çıxara bilər. Bir filosof kimi, “ekologiya” və “ekoloji təfəkkür” anlayışına münasibətiniz…
Asif Ata: – Çox gözəl sualdır. Filosoflar üzdən götürürlər bu məsələni, dərindən götürsünlər gərək. Ağalıqdan başladı ekoloji fəlakət. Səhərdən axşamacan bağırdıq ki, insan təbiətin üzərində ağalıq edir. Insan təbiətin əsiriydi, sonra ağalığın gücü ilə təbiətdən ayrıldı – Ağa oldu. Ağalıq gətirib çıxardı yırtıcılığa. Okumaya devam et

ASİF ATA: “AZƏRBAYCAN GƏNCLİYİNİ İNAMA ÇAĞIRIRAM”


y-03Söhbəti yazdı: Yusif DİRİLİ

“Mütləqə İnam” fəlsəfəsinin yaradıcısı, təzə İnam peyğəmbəri Asif Ata bənzərsiz, həm də dahi Azərbaycan filosofudur. 18 ildən artıq qaladığı ocağın ətrafına toplaşan mütləqçilərin çoxu gənclərdir. Atanın övlad adlandırdığı bu gənclər yeni düşüncə tərzi ilə, məxsusi inamları ilə seçilir. Amma “Ocaq” atası təkcə ruhani övladlarıyla kifayətlənmir. Bütün Azərbaycan gəncliyini onu eşitməyə çağırır, çünki günümüzün gənclərinə Asif Ata yurdun sabahçıları kimi baxır: Okumaya devam et