ŞƏHİDLƏRİN MÜQƏDDƏS RUHUNA EHTİRAMIN ÜNVANI


BAKI DÖVLƏT UNİVERSİTETİNİN DOSENTİ, AZƏRBAYCAN YAZIÇILAR VƏ JURNALİSTLƏR BİRLİKLƏRİNİN ÜZVÜ ANAR MƏMMƏDOVUN REDAKTƏSİ İLƏ ŞAİR SƏXAVƏT ƏNVƏROĞLUNUN “MƏNİ BAĞIŞLA” ADLI NÖVBƏTİ ŞEİRLƏR KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Anar-1

Azərbaycan Jurnalistlər Birliyinin üzvü Səxavət Ənvəroğlunun “Məni bağışla” adlı növbəti şeirlər kitabı “Tiçprint” nəşriyyatında işıq üzü görüb. Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin və Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin üzvü olan S. Ənvəroğlunun şeir və yazıları vaxtaşırı dövri mətbuatda dərc edilir.

Okumaya devam et

TANRIÇILIQ FƏLSƏFƏSI: Qamliq/Şamanizm, Totemizm, Göy Tanrı


O, GÖZƏL ALİM OLMAQLA BƏRABƏR, SƏDAQƏTLİ, SƏMİMİ, QAYĞIKEŞ, MEHRİBAN, HƏM DƏ SADƏ İNSANDIR


DQM bloq-saytının sevgili izləyiciləri, istəkli oxuyucuları! Səhifəmizin bu dəfəki qonağı ünlü bir alim, gözəl bir vətəndaş, millət sevdalısı, bütövlük-türklük carçısıdır. İndi onun haqqında danışacaq və “Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq” kitabından bir yazısını təqdim edəcəyik. Hələlik özü və fəaliyyəti haqqında.
Çağdaş Azərbaycan elmində çox tanınan, sanballı əsərləri, həmçinin respublika və beynəlxalq simpozium, konqres və konfranslardakı çıxışları ilə kifayət qədər populyarlıq qazanmış gənc alim kimi Faiq Qəzənfər oğlu Ələkbərlinin adını xüsusi qeyd etmək olar. Azərbaycan fəlsəfi fikir tarixinin mahir araşdırmaçılarından olan gənc tədqiqatçı elmə 2005-ci ildə, “XX əsrdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tzrixində Məhəmməd Əmin Rəsulzadənin yeri və rolu” mövzuznda yazdığı və uğurla, yüksək səviyyədə müdafiə etdiyi dissertasiya işi ilə gəlsə də, axtarışlarını dayandırmayıb, çoxsaylı dövri və elmi nəşrlərdə ard-arda çıxışlar edib.

Okumaya devam et

NIZAMI GƏNCƏVI HƏYATIN YARANMASI HAQQINDA


Nizamidən əvvəlki və sonrakı klassiklərin fikirlər əsasında müqayisəli təhlil

 

 

 

 

Yusif DİRİLİ (Mahmudov),
Ətraf mühit üzrə tədqiqatçı,
tarix üzrə fəlsəfə doktoru

 

 

 

Həyatın necə və nədən yaranması məsələsi hər zaman insanları düşündürmüş, ən qədim dövrlərdən başlayaraq, yaxın çağlara (problemin elmi həllinə) qədər bu barədə müxtəlif fikirlər söylənmişdir. Həyat nədən təşəkkül tapıb özündən – canlıdan, yoxsa cansızdan? Ümumiyyətlə, Yer planeti və onun üzərində həyatın əmələ gəlməsi həmişə mübahisə doğurmuş, nəticədə fərqli təsəvvürlər yaranmışdır. Bioekologiya eliminə görə Yerin yarandığı ilk dövrlərdə planetimiz heç də indi gördüyümüz şəkildə olmamışdır. Minlərlə dərəcə ilə ölçülən temperatura malik Yer kürəsi sonralar sürətlə soyumağa başladı və hərarət 1000 C-dən də aşağı düşdü. Atmosferdə buxar şəklində yığılan su damcıları yağış şəklində yağmağa bşlayaraq, Yer səthində nəhəng okeanlar əmələ gətirdi. Qeyd etmək lazımdır ki, həmin dövrün atmosferi də indiki kimi olmamışdır. Yəni canlılarınn tənəffüsü üçün normal şərait yox idi. Əslində, o zaman canılıarın mövcudluğu haqqında danışmaq belə qeyri-mümkün idi. Həmin dövrdə planetdə həyatın olması faktından danışmaq absurd olardı. Bununla belə, zaman dəyişdikcə milyon illər boyu şərait də dəyişir və həyatın yaranmasına gətirib çıxarırdı. İlk növbədə həyatın əmələ gəlməsinin mümkünlüyü həm elmi-nəzəri, həm də praktik baxımdan məhz su mühitində yarana biləcəyi ehtimalını ortaya qoydu.

Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Nizami Gəncəvi hələ 850 il öncə “İsgəndərnamə” poemasında (“İqbalnamə”) bu məsələyə aydınlıq gətirməyə çalışıb. O, doğru olaraq həyatın əvvəlcə su mühitində yarandığını, sonra isə tədricən formalaşmağa başladığı qənaətinə gəlib. “İsgəndərin yeddi alimlə xəlvətə çəkilməsi” bölməsində dahi mütəfəkkir antik dünya alim və filosoflarını “bir yerə cəm edərək” onları elmi söhbətlərə sövq edir.

 

Dedi alimlərə sirri açaraq:
“Sirrimiz nə qədər gizlin qalacaq?
Çox gecə keçirdik biz kef edərək,
Gəlin, bir günü də elmə sərf edək!”

Burdan görünür ki, Nizami Gəncəvi yalnız ədəbi yardıcılıqla məşğul olmayıb, o həm də dünya elmlərinə böyük maraq göstərib. Şairin bütün əsərlərində elmi cəhətdən açıqlama tələb edən ifadələrin olması bunu deməyə əsas verir. Poemada alimlərin bir araya gətirilməsinin səbəbi zənnimizcə, N.Gəncəvinin arzularına uyğun elmi biliklərə yiyələnmək cəhdindən, öyrəndiyi bilikləri sistemli şəkildə bədii vasitələrlə sonrakı nəsillərə ötürmək istyindən irəli gəlib. Şair qəhrəmanı İsgəndər şahın dili ilə ilk sualında həyatın yaranış səbəbinə alimlərdən cavab istəyir və be¬lə nəticəyə gəlir ki, ilk canlı, yəni həyat suda mövcud olmuş və quru mühitə keçid sonradan baş vermişdir.

Mən də ərz eləyim: dünyaya təməl,
Məncə, su olmuşdur hər şeydən əvvəl.
Qızğın hərəkətdən və çaxnaşmadan
O yerə çatdı ki, od oldu əyan.
İldırım buxardan ayırdı odu,
Bundan rütubətli hava doğuldu.
Suyun qatılığı getdikcə artdı,
Həmin qatılıq da yeri yaratdı.

Yeri gəlişkən, Nizamidən öncə yaşamış fars şairi Əbülqasım Firdovsi də həyatın yaranmasına toxunmuş, onu məhşur “Şahnamə” əsərində belə təsvir etmişdir:

Nə görsən, eşitsən, nə duysan demək
Əsası – su, torpaqdır, oddur, külək.
Ən əvvəlcə od başladı yanmağa
O verdi hərarət soyuq torpağa.
Külək qalxdı söncək odun şöləsi,
Sərinlikdə axdı suyun çeşməsi.
Bu dörd ünsür hazır olunca bilin,
Əsası quruldu bütün aləmin.
Yarandı əcəb maddələr durmadan
O gövhərləri ilə bəzəndi cahan.

Şübhəsiz ki, istər Nizamiyə qədərki klassiklər, istərsə də sonrakılar bu problemi N.Gəncəvi səviyyəsində əhatəli, elmi və müqayisəli şəkildə verə bilməyib. Nizami məsələyə kompleks yanaşıb və müxtəlif filosofların fikirlərini bir araya gətirərək, günümüzün real elmi yanaşmlarına uyğun nəticə hasil edib.

Əvvəl vardı ancaq tək bir hərəkət,
Onu iki yerə ayırdı sürət.
Bu iki hərəkət gəlib bir yerə.
Yeni bir hərəkət doğurdu hərə.
Əvvəlki hərəkət ayrıldı yenə.
Bu üçü qoşuldu biri-birinə.
Üç xətt zahir oldu üç hərəkətdən,
Üç dövrə yarandı ondakı xətdən.
Mərkəzdən ayrıldı həmin dövrələr.
Yaranıb ortaya çıxdı bir cövhər.
Cövhər keşməkeşdən doğub parladı,
“Hərəkət eləyən cism” oldu adı.

Nizami burada həyatın yaranması ilə bərabər, onun dayanıqlı və davamlı inkişafını təmin edən faktorları da göstərməyə çalişıb. Canlı orqanizmlərin ayrı-ayrı növlərinin yayşayış tərzində mühüm əhəmiyyətə malik olan Günəş və onun enerjisi bu misalda aydın görünür. Qeyd etmək lazımdır ki, növün sabit, yoxsa dəyişkən olması, onun inkişafı məsələsinə elmi münasibətlər bioekologiya tarixində mühüm mərhələ təşkil edir. Hələ 8 əsr əvvəl N. Gəncəvi bu probelmə də öz baxışından yanaşmağa çalışıb.

Yüksəyə uçanlar etdi hərəkət,
Aşağı enənlər tapdı sükunət.
Parlaq cism hərəkət etdikcə belə,
Ondan parlaq göylər gəldi əmələ.

Aşağıda təqdim etdiyimiz nümunədə şair suyun necə və nədən əmələ gəldiyinə də diqqi çəkir. Oparin nəzəriyyəsi bu faktın doğruluğunu təsdiq edib. Fərz olunur ki, atmosferdə hidrogen və oksigen birləşərək su bauxarlarını əmələ gətirib, o da mayeyə çevrilərək yağış halında yer səthindəki çökəklikləri doldurub. Havada azot və karbon qazı kimi maddələrin mövcudluğu tədricən üzvi maddələrin əsasını qoyan kimyəvi birləşmələrin (ammonyakın, sianid turşusunun və s.) əmələ gəlməsinə səbəb olub. Gələcəkdə bunlardan birhüceyrəlilərə bənzəyən yarıqatı, yarımaye olan selik topaları yaranacaqdı. Onlardan isə quru mühit – yer, torpaq əmələ gəldi.

Hələ bu dünyalar yaranmamışdan
Bir cövhər yaratdı böyük yaradan.
Tanrının feyziylə yetirdiyi bu.
Cövhər bir müddətdən dönüb oldu su.
Ikiyə bölündü sonra bu su da,
Yarı üzdə qaldı, yarısı altda,
Bunlar andırırdı müşkü, kafuru,
Yarısı mayedi, yarısı quru.
Maye olan hissə etdi hərəkət,
Quru olan isə tapdı sükunət.
Hərəkət eləyən – göy oldu, parlaq.
Sükunətdə qalan – bu yer, bu torpaq.

Bizim üçün yalnız maddi aləm olan Yer kürəsi və üzərindəki cansız və canlı təbiəti deyil, qalaktikanın, kainatın çevrəsindəki göy cisimlərinin, xüsusən də ətraf mühitə təsir gücündə olan kosmik amillərin yaranmasına da Nizami münasibət bildirir:

Ilkin tilsim kimi yaranmış torpaq.
Qalan tərkiblər də ondandır ancaq.
Hərəkət qüvvəsi ona etdi kar,
Atəşi söndükcə yarandı buxar.
Onun da ən parlaq zərrələrindən
Ulduzlar yaranmış, – fikrindəyəm mən.

Sonda şair fikirlərini ümüumiləşdirərək uca yaradan tərəfindən planetin və onun üzərində bərqərar olan həyatın əmələ gəlməsini bu şəkildə bizə təqdim edir.

Xilqət səhifəsi açılmamışdan
Bircə vücud varmış, o da yaradan.
Bir bulud yaratmış əzmi, cəlalı,
Şimşəyi, yağışı olmuş faydalı
Onun yağışından yaranmış göylər.
Ildırımından da günəş, ay, ülkər.
Maddələr çökdürüb ondakı buxar,
Bu yeri yaradıb etmiş bərqərar!”

Burdaca qeyd etmək lazımdır ki, 1924-cü ildə sovet-rus akademiki Oparin irəli sürdüyü məşhur fərziyyəsində həyatın qeyri-üzvi materiyadan əmələ gəldiyini və bunun üç mərhələdə baş verdiyini söyləmişdir. Bu, hansılardır? – Birincisi, qeyri-üzvi molekullardan üzvi molekulların abiogen sintezi. İkincisi, maddələrin konsentrasiyası. Üçüncüsü, molekulların abiogen sintezi. 1953-cü ildə Amerika kimyaçısı Müller yuxarıdakı fərziyəni laboratoriyada təcrübədən keçirərək, qeyri-üzvü maddələrdən üzvü maddələr sintez edir. Yeri gəlmişkən, bu nəzəriyyə hazırda həyatın yaranmasını isbat edən mühüm dəlillərdən biri kimi qəbul olunub.
XIIİ əsrdə yaşayıb-yaratmış şair-filosof İmadəddin Nəsimi də həyatın suda yaranması haqqında maraqlı fikirlər söyləyib. O, “Dəryayi-mühit” şeirində həyatın dörd ünsürdən (hava, su, torpaq, istilik) yarandığı faktını özündən öncəki həmfikirləri və həmkarlarının gəldikləri qənaəti çəkinmədən qətiyyətlə davam və inkişaf etdirmişdir.

…Nəsimi, uşbu ənvarın şüasından münəvvərdir,
Kitabü nərdü şətrəncü odü yеl, su, türab oynar.

Suda ilk olaraq bitkilərin inkişafının labüd olduğunu deyən Nəsimi bunun üçün əlverişli mühitin yarandığını bildirir:

Dəryayi-mühit cuşə gəldi,
Kövn ilə məkan xüruşə gəldi.

Sirri-əzəl oldu aşikara,
Arif necə eyləsin müdara?

Hər zərrədə günəş oldu zahir,
Torpağa sücud qıldı tahir.

Nəqqaş bilindi nəqş içində,
Ləl oldu əyan Bədəxş içində.

Acı su şərabi-kövsər oldu,
Hər zəhr nəbatü şəkkər oldu.

Yuxarıda demişdik ki, ilk dövrlərdə planetimizin hərarət çox yüksək olmuş, tədricən soyumuş və həyatın əmələ gəlməsi üçün normal şərait yaranmışdır. Oparin nəzəriyyəsinə görə, birdən-birə canlılar əmələ gəlməmiş, nəhəng su hövzələrində minillərcə davam edən qatılaşma prosesi ilk canlını xatırladan ibtidai varlıqlara çevrilmişdir. Daha sonra quru ərazilər yaranmış, torpaqəmələgəlmə prosesi getmişdir. Nizami həmin hadisəni necə də gözəl və obrazlı şəkildə, doğru olaraq verib.

Göyün gərdişindən od oldu aşkar,
Od hərəkət edən qüvvədən doğar.
Odun qüvvəsindən hava yarandı.
Hava istilikdən od kimi yandı.
Havada rütubət bol idi əslən.
Rütubət hərəkət etmədiyindən,
Onun zərrələri çöküb su oldu,
Bu cürə yarandı təmiz, şirin su.
Xılt saldı su daim sakit duraraq,
O xıltdan törədi gördüyün torpaq.

Torpaq yeni yaranmış canlı orqanizmlər üçün abiotik faktorlardan bir kimi çox əhəmiyyətli idi. Əlbəttə, təkcə su və torpaq yox, hava və istilik də canlıların inkişafında əsas amillərdir. N.Gəncəvi də elə bunu deyir:

Dörd ünsür yaratdı o pərvərdigar,
Hərə öz yerində oldu bərqərar.
Qatdı bir-birinə onları həyat,
Yaratdı bunlardan bitki, nəbatat.
Bitki də başqa cür artdı, dirçəldi,
Cürbəcür heyvanlar vücuda gəldi.

Azərbaycan aşıq sənətinin banisi Dirli Qurbani də (XV-XVI əsrlər) “Yaratdı” qoşmasında həyatın yaranmasına öz münasibətini bildirib.

Haqq-taala könlündə fikir eylədi,
Əzəl başdan bu dünyanı yaratdı.
Öz adı bir ikən həzar eylədi,
Çəkdi sudan öz eyvanın yaratdı.

Çağdaş dünya elminin gəldiyi nəticəyə görə, həyat suda əmələ gəlmiş, forma-laşmış və inkişaf etmişdir. “Çəkdi sudan öz eyvanın yaratdı” deyəndə də Qurbani bunu nəzərdə tutub.
Oparin fərziyyəsinə görə, həyat abiogen, yəni cansızdan təkamül yolu ilə ya-ranıb və üç mərhələ keçib. Bütün mərhələlərdə dörd həyat amili: su, torpaq, hava və işıq (istilik) başlıca rol oynayıb. “Dördünə” adlı qıfılbəndində Qurbani dörd deyil, səkkiz amilin canlı orqanizmlərin mövcudluğundakı rolunu qeyd edir:

Səkkiz şeydi bu dünyanı tutubdu,
Abu, ataş, xaki, baddı, dördü nə?

Bizə görə, qalan dörd amil biosferi təşkil edən canlılar qrupudur – bakteriyalar, göbələklər, bitkilər və heyvanlardır. Ola da bilər ki, bu, canlıla-rın əsasında dayanan və üzvi maddələri əmələ gətirən hidrogen, oksigen, kar-bon və azot elementləridir. Nizaminin əsərlərində də bu tip nümunələr olduqca çoxdur. Poeziya aləmində bir şair kimi ardıcılları onun fikirləri ilə səsləşəm maraqlı ideyalar irəli sürsələr də təxminən eyni məzmun daşiyan nəticəyə gəliblər.
Böyük türk ozanı Yunis İmrənin (XIII-XIV) “Bilir” şeirinə baxaq:

Adəmin torpağını
Dörd fəriştə götürdü,
Suyunu nədən qatdı?-
Yapıb yoğuran bilir.

Şeirdə “dörd fəriştə” həyatın əsasını təşkil edən ilkin dörd elmentdir; oksigen, hidrogen, karbon və azotdur. Burada “suyunu nədən qatdı?”- deməklə, Y.İmrə suda yaranan ilk həyat formalarını, müasir elmi baxımdan koaservatları nəzərdə tuturdu.
Digər nümunələrə də nəzər yetirək. Məsələn XIV əsr klassik Güney Azərbaycan şairi M.Əvhədinin yaradıcılığında canlı aləm, onun yaranması və inkişafı geniş yer tutur. Şairin ”Yaradılışın başlanğıcı” şeirində həyatın mənşəyinin su, torpaq, hava və od kimi dörd ünsürdən başlanğıc götürdüyü, onların qarşılıqlı təsiri nəticəsində qeyri-üzvi maddələrin, bitkilərin və heyvanların əmələ gəldiyi göstərilir:

Əl-ələ verərək dörd ünsür özü,
Məşhur üç mövludu yaratdı özü.

A.A.Bakıxanovun (XVIII-XIX əsr) “Kainatın sirləri” əsərində astronomik hadisələr, təbiətdə baş verən maraqlı proseslərlə yanaşı, konkret olaraq həyatın yaranışına da münasibət bildirilir. Ona görə, bütün cisimlər və göylər dörd ünsürdən – hava, od, torpaq və suyun qatışığından ibarətdir.
Biz bu cür nümunələrə mifoloji qaynaqlarda, maddi-mədəniyyət abidələri və folklor örnəklərində, habelə şamanzmdə, şumernamələrdə, oğuznamələrdə, Orxon-Yenisey abidələrində, habelə M.Kaşğarinin “Divani türk-lüğət”ində, Novruz adət-ənənələrində də rast gəlirik. Məsələn, tipik türk mifoloji mətnlərdə Yer üzərində həyatın əmələ gəlməsi, canlıların vahid mənşədən başlanğıc götürməisi kimi məlumatlar geniş şəkildə öz əksini tapıb. İki nümunəni nəzərdən keçirək.
№ 1. Lap qabaqlar Allahdan başqa heç kim yox imiş. Yer üzü də başdan-ayağa su imiş. Allah bu suyu lil eləyir. Sonra bu lili qurudub torpaq eləyir. Sonra torpaqdan bitkiləri cücərdir. Ondan sonra da torpaqdan palçıq qayırıb insanları yaradır, onlara ruh verir.
№ 4. Əzəldən yer üzündə heç nə yox idi. Elə vaxt öz-özünə gəlib keçirmiş. Sonra heyvanlar, cücülər, otlar, ağaclar yarandı. Lap axırda Allah adamları yaratdı.
Diqqətlə fikir versək, istər Nizami Gəncəvidə, istər Əbülqasım Firdovsidə, habelə digər dünya və Azərbaycan klassiklərində belə örnəklərin olması bir daha sübut edir ki, hələ elmin mükəmməl inkişaf etmədiyi əski zamanlarda belə həyatın yaranması insanlarda maraq doğurub və onun ilkin elmi rüşeymləri ədəbi-bədii yaradıcılıq nümunələrdə öz həllini tapıb. Apardığımız araşdırmalara əsasən belə qənaətə gəlirik ki, bunun ən yaxşı nümunələrini məhz Nizami Gəncəvi yaradıb. Buna səbəb həm onun fitri qabiliyyəti, həm də hər zaman axtarışda olması, elmi məlumatlarını daim artırmaq həvəsi, buna müvafiq dünyagörüşünün əhatəli olması və s.-dir. Ona görə də Nizami və yaradıcılığı hər zaman, hər dövrdə yenidir, təzədir, hələ də tam öyrənilməmişdir və öz tədqiqatçılarını gözləyir.

 

 

BİR ZİYALI TANIYIRDIM…


Bu məqalənin maraqlı tarixçəsi var: o zaman indiki kimi pandemiya dövrünü yaşamırdıq və yuvasından perik düşmüş quşlar kimi isti ocağımızdan didərgin salınmağımızın gətirdiyi bəlaların təsiri nisbətən avazımışdı. Zakir müəllimlə məhz belə bir məqamda görüşdük, aramızda yaxın tanışlıq yarandı. Daha çox əmi gözü ilə yaddaşıma yazdığım bu sakit təbiətli, isti və mehriban insanı biqafil şəkildə həmişəlik itirəcəyimi ağlıma gətirməzdim. Vəfatı xəbərini alınca sankı dünya mənə dar gəldi. Dərhal bu üzücü xəbərlə bağlı Fesbook səhifəmdə bir məlumat yazıb paylaşdım ki, bilməyənlər halı olsunlar. Nə yazıq ki, yaxın qohumlarından savayı qeyri adamların dəfndə iştirakı yasaq olunduğundan getməyim mümkün olmadı. Ancaq üzgünlüyümün bir başqa səbəbi də vardı: Atama da, Ona da bir-birini canlı görüşdürmək vədi vermişdim. Nəsə, çox zaman fələyin saydıqları olur… Rəhmətlik atam demiş, insanın başına nə gəlirsə bir az da osallığından gəlir. Ələlxüsus, mənim kimisi üçün. Koronovirus epoxası həm də, mənim yadımda onunla qaldı ki, dünyasını dəyişənlərimizin dəfnində, yaxınlarımızın hər hansı mərasimlərində iştirakına ciddi, keçilməz əngəllər yarandı. Zakir əminin, Zakir müəllimin gedib-gəldiyim həyətində məlum səbəbdən təziyə mərasimlərində ürəyimcə iştirak edə bilməsəm də, mənim təki gedə bilməyənlərin sırasında övladlarına adımdan başsağlığı verə bildim. Yeri cənnət və işıqlı olsun! Allah qəni-qəni rəhmət eləsin, nur içində yasın! Ruhu şad olsun! Qalanlarına səbr və dözüm diləyir, Allahdan ovladlarına və nəvələrinə  torpağı sanı ömür arzulayıram, İnşallah!

P.S. Aşağıdakı məqalə sağlığında “XUDAFƏRİN” qəzetində çap olunmuşdu. Onunla tanışlığımız, münasibətlərimiz, haqqında eşidib-bildiklərim, həmçinin pedaqoji fəalyyəti barədə və s. məsələlərin əhatə etdiyi bu məqalənin dərc edildiyi nömrədən bir neçə nüsxə rəhmətlik Zakir müəllimin özünə vermişdim. Halal xoşu olsun, o, gerçəkdən bundan da yaxşısına layiq idi… Bu məqalənin yenidən çap olunması təsadüfi deyil. Xatırlatma kimi qeyd edək ki, Zakir müəllimin 40 mərasimi 23 iyun 20120-ci il tairxdə keçirələcəkdir

Ruhuna sayğılarımla: Yusif DİRİLİ

 

NÜMUNƏVİ PEDAQOQ, GÖZƏL İNSAN, YAXŞI MÜƏLLİM, TƏƏSSÜBKEŞ HƏMYERLI
…VƏ DİGƏR CƏBRAYILLILAR HAQQINDA

 

Atamla iki il eyni sinifdə oxumuşdular. Əmi qədər mənə yaxın idi. Rayonda evlərinə gedib gəlsəm də, Bakıya köçəndən sonra görüşə bilməmişdik. Niyyətimdə atamla onu görüşdürmək vardı. 2 dəfə telefon əlaqəsi yaratmışdıq oğlu Rüstəmin vasitəsilə. Heyf ki, canlı görüş səhlənkarlığımdan alınmadı. …Atamın 3 mərasiminə eşidib gəlmişdi. Gözləri qızarıb şişmişdi, ağlayırdı… Necə mən onun ölüm xəbərini ilk eşidəndə keçirdiyim hal kimi… İndi o məndən ötrü şirin bir xatirə kimi əbədilik ömür tarixçəmə yazılmış sevimli ziyalı və pedaqoq, təəssübkeş el adamı, həm də doğma ocaqdan uzaqlarda sərgərdan ruhu dolaşan yurd oğlu idi…

 

Hər zaman, hər yerdə xarakterik cəhətləri, dünyagörüşü, ziyalılılıq tövrü, doğruçuluğu ilə seçilən Cəbrayıl və cəbrayıllılar haqqında dəfələrlə xoş sözlər eşitmişik. Əlbəttə, bu təsadüfü deyil. Özəl xüsusiyyətləri mənəvi dəyər kimi yaşadan cəbrayıllılar doğma yurdun adını, urvatını əzəlki əzmlə yaşatmaqdadırlar. Didərginliyin gətirdiyi bəla da bu qüruru sındıra bilmədi. Erməni əsirliyində olmazın əzabına dözüb, Azərbaycan adına şərəf gətirən İlqar Mehdiyev və ardınca bütün türk dünyasında haqlı olaraq xalq qəhrəmanı kimi qəbul olunan Azərbaycan ordusunun yenilməz zabiti Ramil Səfərov, Azərbaycan təhsilini, pedaqogikasını zamanında ucalara qaldıran, gözəl ziyalı kimi sevilən və məmnuniyyətlə xatırlanan akademik Mehdi Mehdizadə, çağdaş nəsrimizin azman yazarı, Azərbaycan Xalq yazıçısı Sabir Əhmədov, görkəmli türkoloq-dilçi alim Tofiq Hacıyev, eləcə də onlarca digər Cəbrayıl insanı millətimizin və bəşəriyyətin mənəvi sərvətləridir, desək daha düz olar. Adi peşəsi ilə belə öz elinin üzünü ağardan, keyfiyyətli xasiyyətilə çevrəsinə örnək olan ziyalılarımız da var ki, onları yaxından tanımaq və qiymətləndirmək borcumuzdur. Belələrindən biri də Zakir müəllimdir.

Okumaya devam et

NOVRUZ GİZLİNLƏRİ HACI LOĞMANIN ARAŞDIRMALARINDA


Yusif DİRİLİ / Ətraf mühit üzrə tədqiqatçı

“NOVRUZUM-OĞUZUM”:  MİLLİ ADƏT VƏ ƏNƏNƏ İŞIĞINDA

IMG-20200317-WA0001                       dbfa6f9620040dc3694678f7611aa0a5

Biz Novruzun astanasındayıq. Hərfi mənada “yeni gün” anlamına gələn Novruz özündə çox şeyləri birləşdirir. Müxtəlif elm sahələri hərəsi bu bayramı özünə, istiqamətinə uyğun xarakterizə edir. Bu bayram atributları ilə o qədər geniş məna kəsb edir k, nə qədər xırdalansa da azalmır ki, azalmır. İlin axır Çərşənbəsi ilə əkiztay kimidir və onun əhəmiyyəti qoşalaşanda daha da artır. Bu bayramın özəlliyinə müxtəlif baxışların olması təbiidir. Ondakı gizlinlərə işıq salmaq, daha maraqlı nüansları üzə çıxarmağa cəhddə bulunmaq bilik və fədakarlıq tələb edir. Hər yeni axtarışın uğurlu nəticəsi Novruzun mahiyyətcə böyüklüyündən, tarixiliyindən, bəşəriliyindən xəbər verir. Okumaya devam et

QURBANİNİN “ƏKDİYİ BƏNÖVŞƏ”


unnamed Şakir ALBALIYEV,
filologiya üzrə fəlsəfə doktoru, dosent

ŞAIR ƏNVƏR ŞIXLARLININ “MƏN DƏ BIR ÜNVANAM ÜNVAN İÇINDƏ” (“ARAZ”, 2014) KITABI ƏSASINDA

Şair Ənvər Şıxlar Mehdiyevin “Mən də bir ünvanam ünvan içində” (“Araz”, 2014) adlı şeirlər kitabındakı “Təbiət lövhələrinin tərənnümü” bölməsində verilmiş şeirlərini gözdən-nəzərdən keçirdikcə, adam özünü ana təbiətin qoynunda təbiətin sirdaşı, həmsöhbəti, könüldaşı kimi hiss edir. Okumaya devam et