DİRİLİ QURBNİ MƏCLİSİNİN YENİ İL TƏBRİKİ


ƏZİZ SOYDAŞLAR, İSTƏKLİ DOSTLAR!

Bu gün və sabah hər birimiz üçün əlamətdar günlərdən biridir.

Bu gün – 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və sabah – 1 Yanvar yeni təqvim ilinin – 2023-cü ilin ilk günüdür. Bu tarixi günlərin həyatımızda maraqlı və daha xoş anlarla yadda qalması hamımızın arzusudur. Dünyanın müxtəlif qütblərinə səpələnmiş azərbaycanlı soydaşlarımız, o cümlədən Azərbaycan türklərinin maddi və mənəvi birliyi dövlətimizin tərəqqisi, milli və xəlqi gələnəyimizin yaşaması və inkişafında böyük rol oynamışdır və oynayacaqdır. Bu həmrəyliyin ifadəsi və əhəmiyyəti xalqımızın tarixində həmişə boy verib, özünü göstərib, sözünü deyib.

2020-ci ilin sentyabr-noyabr aylarında baş verən II Qarabağ Vətən Müharibəsində qart düşmənlə apardığımız ədalətli müühribədə cəmi 44 günə qazandığımız möhtəşəm qələbə bunun parlaq sübutudur. 30 illik erməni işğalına Azərbaycan oğulları, rəşadətli ordumuz son qoydu. Torpaqlarımızın böyük hissəsi azad edildi, düşmənlərimiz sarsıdıcı zərbə alıb zorakılıqla ələ keçirdikləri əzəli yurd yerlərimizdən qovuldular. Şəhidlərimizə əbədi rəhmət, qazilərimizə sağlıq diləyirik. Hələ də separatçı qüvvələrin nəzarət etdiyi bir para bölgələrin də tezliklə dövlətimizin siyasi iradəsi hesabına birdəfəlik qurtulacağına inanırıq

qurbani-emblem-5

Amansız düşmənin ərazidə vəhşicəsinə həyata keçirdikləri büsübtn dağıdıcılıq işləri, təbiətimizə olmazın qəsd, burada yendən yaşayacaq insanlarımızın həyatlarına təhlükə məqsədilə toxum kimi “səpdikləri” minaların təmizlənməsi və yerində abad kənd və şəhərlərin salınması, müasir üslubda quruculuq və bərpa işlərinin aparılması da bizim həmrəy, həmfikir olmağımızdan keçir. Söz yox, əməl birliyi bizi əbədi yaşadacaq. Həmrəyliyimiz Qutlu olsun!

Ötən illərdən başlayaraq, Azərbaycan dövləti kifayət qədər möhkəmlənib, bu hər cəhətdən gələcəyimiz üçün əsasdır. Qoy böyük gözləntilərimiz olan Yeni-2023-cü il həm dövlətimiz və xalqımız üçün, həm də fərd olaraq hər birimiz üçün uğurlu olsun. Bu il Cocuq Mərcanlı və Ağalıdan sonra, növbəti, lakin kütləvi dönüş mərhələsi başlansın. Məcburi köçkünlərimiz birdəfəlik dədə-baba yurdlarına köç etsinlər. Həyatımız daha firavan olsun. Türk xalqlarının əbədi birliyi – Turançılıq ideysı gerçəkləşsin.

Ötən 2022-ci il il sazlı-sözlü Dirili Qurbani Məclisi üçün də əlamətdar olmuşdur. Belə ki, XV-XVI əsr klassik Azərbaycan aşıq sənətinin banisi haqq aşığı, el şairi Dirili Qurbani və  adını daşıyan məclisimiz, onun üzvlərinin əsərləri haqqında İranda bir antologiya nəşr edilib. Bu məclisimizin 18 illik tarixində ən yadda qalan hadisələrdən biridir. Səbəbkarlara – Mehman bəy Hüseynova və Səhra xanım Rzayiyə var olun, deyirik! Məclisimizdə həmçinin istiqlal şairi Əhməd Cavadın 130 illiyi layiqli şəkildə qeyd edilib. Digər ənənəvi tədbirlərimiz də coşqu lə keçib, yadda qalan xatirələrə çevrilib.

Dəyərli dostlar, bir daha hamınızı – boya-boy bütün soydaşlarımızı, özəlliklə ümumtürk dünyasını təbrik edir, hər birimizə yenilməz uğurlar, səadət və xoşbəxtlik arzulayırıq. Sağlam olun ki, daha çox yaşaya və dövlətimiz, xalqımız naminə daha çox iş görə bilək!

Yusif DİRİLİ

 Dirili Qurbani Məclisinin sədri

Bakı, 31 dekabr 2022-ci il

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s