ELMDƏN BƏDİYYATA: ŞEİRLƏRİN VƏ DEYİMLƏRİN İŞIĞINDA


SAYT-BLOQUMUZUN NÖVBƏTİ BURAXILIŞINDA ALİM-ŞAİR-PUBLİSİST BÜNYAD TİRCANLININ (KAZIMOVUN) YENİ DEYİMLƏR VƏ AFORİZMLƏRİNİ TƏQDİM EDİRİK

Kazımov Bünyad Zinhar oğlu AMEA Neft və Qaz İnstitutunun şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktorudur. İsmayıllı rayonunun Tircan kədində doğulub. Dirili Qurbani Məclisinin üzvüdür, ölkəmizdə və xaricdə nəşr olunan onlarla sanballı elmi əsərlərin müəllifidir. Alim həmçinin fəlsəfi yöndə 2 elmi-kütləvi toplunun, bir neçə elmi monoqrafiyaların həmmüəllifidir.

O, həmçinin bir şair kimi maraqlı şeirləri ilə diqqəti cəlb edir. DQM-nin nəşrlərində və bir antologiyasında şeirləri dərc edilib. Müəllfin bir şeirlər kitabı bizim redaktorluğumuzla çapa hazırlanır. Ümidvarıq ki, yeni ildə biz həmin kitabı oxuya biləcəyik.

Elmi işlərinin çoxluğuna baxmayraq, B.Kazımov daim bizimlə əlaqə saxlayır. Bu günlərdə zəng edib bildirdi ki, bədii yazıları sırasında deyimlərə də yer ayırıb. Doğrusu, mən onlara baxıb bəyənmiş, uğur diləmişdim. Ümumilikdə Bünyad müəllm düşüncə-fikir adamıdır. Bələkə də ona görədir ki, bədii yaradıcılıq sahəsində o qədər məhsuldar olmasa da, kəlamları düşündürücü və gərəklidir. Bu günlərdə alim-şair redaksiyamızın elekton-poçt ünvanına yeni yazdığı deyimlərini göndərib. Onları ixtiyarınıza buraxırıq, əziz oxucular. Bizdən təqdim etmək, sizdən oxuyub rəy bildirmək olaun!

Sayğılarımla: Yusif DİRİLİ

Dirili Qurbani Məclisinin sədri, tarix üzrə fəlsəfə doktoru

BÜNYAD KAZIMOV: DEYİMLƏRİM VƏ AFORİZMLƏRİM

YENİ DEYİMLƏR

Ağıl hər kəsə verilib, ancaq əsas məharət və istedad ondan necə istifadə etməkdir

Elə hərəkət et ki, sözün ağlına, əməlin iradənə tabe olsun

Dostdan dosta fərq var – dost var həmişə səndən istifadə edər, dost var sənə dünyanı bəxş edər

Dünya bərəkət və ədalətdən uzaqlaşsa, səfalətdə qalar

Xudpəsənd olma, yoxsa alçaq dağların da qarı başına tökülər

Mənə elə gəlir ki, həyat özü bizi bir vaxt sorğu-sual edəcək

Şükrlə yaşa ki, həyatda heç nəyə görə peşmançılıq çəkməyəsən

Yaxşılıq etməyi yaxşılıqla qazan

Mərd insan nəciblikdən uzaq olsa, qəlbi tarimar, ömrü isə hədər olar

Xoşniyyətli olmaq insanı başıuca edər

Özünü tənha sanma – hər sözün, əməlin sənə yoldaşdır

Eqoistlik sağalmayan xəstəlikdir – o, daim insanı dalana sıxışdırar

Eqoist həmişə özünü təkəbbürlü aparar, çünki bu onun ən son vasitəsidir

Güzəşt xeyirxahlığın qapısıdır

Dostuna həsəd aparma, yoxsa yarı yolda qalarsan

*****

Məkan yetirir, zaman yaşadır.

Məişət şüurluluğu deyil, şüurluluq məişəti yaradır.

Zəli olub damarları boşaltmağa çalışsan, sonunda dəli zəli gününə düşərsən.

Mənə dedilər: Kimdir dostun?, dedim: Fikri mənimlə olan.

Özünü xoşbəxt sanma, nə qədər ki, xoşbəxt deyilsən.

Acı dərdin dərmanı da acı olar.

Faydasız axtarış gündüzsüz gecə kimidir.

Vəfalı dost səxavətli olar.

Ürəyini hər kəsə açsan sonunda əlacsız qalarsan.

Məna dərin bir nəsnədir, onu tapsan bütün əzabdan qurtularsan.

Əzab xəstəlik deyil, haqq dərgahına aparan yoldur.

Qəlbini şərdən qoru, şər səni qəlbsiz edər.

Düşünmə ki, qəlb hasardır, sən əli-qolu bağlı, düşüncəsiz bir məlun.

Gözlədiyin deyil, gözləmədiyin qonaqdan qorx!

Həyat bir dəfə verilib, onu yaxşı yaşa ki, səndən fayda götürənlər

çox, əziyyət çəkənlər az olsun.

İman qəlbə məlhəm, ağıla dayaq, hünərə ovqatdır.

Məni özümdən uzaqlaşdırmaq istəyən, məni mənsiz edər, ancaq özümdən uzaqlaşdırmaz.

Hünər hünərə dayaqdır.

Vəfalı dost şəfalı bitkilər kimidir, ondan qaçsan, şəfa da səndən qaçar.

Bir insan min insanın fikrini qarışdıra bilər, ancaq dəyişdirə bilməz.

Mən özümdən qoxduğum qədər heç kimdən qorxmuram.

İmkanlı şəxs gücü ilə öyünər, gücsüz məşəqqətin güclüsü olması ilə.

Aglın gücü səbirdədir.

Səbir imanı, hüzuru artırar, səbirsizlik isə bunları heçə endirər.

Özü ilə başarmayan insan, başqasının əsarətində olar.

Özünə, sözünə hakim olsan, səni hüzursuz edən hökm sahibi tapılmaz.

Aqil, hikmətli insanlarla çox ünsiyyətdə olsan, özündə onlardakı ən yaxşı xüsusiyyətləri əxz etmiş olarsan.

Bifəvafa insanlardan pənah umma.

Dikbaş, lovğa adam öz hisslərinin əsarətində olan adamdır, ona yaxın olsan, səni hissiyyatsız edər, özü isə yenə də hissiyyata gəlməz.

Mənə dedilər: Nədən qorxursan? Dedim: Özümü özüm kimi göstərə bilməməyimdən.

Pis yaxşıya möhtacdır, yaxşı isə özünə.

Gücün çatan işlə məşğul ol ki, nəticəsinə qatlaşa biləsən.

Səbəb səbəbsiz, nəticə isə nəticəsiz olmaz.

Gülü güldən, tikanı tikandan sormaq lazım.

Öz qədrini bil ki, sənə qədir qoymayanlar sənə həsəd apara bilsinlər.

Düşmənə qucaq açsan, sonunda əlacsız qalarsan.

Düşmənə hünərlə qalib gəlmək olar.

Sev ki, seviləsən

Sevən kəs aldatmaz.

Meyvənin qədrin onu yetişdirən bağban bilər.

Su altından su yeritmə, bir gün özün də o suya düşərsən.

Sənə edilən yaxşılığı itirsən, sən də bir gün özünü itirəcəksən.

Yaxşılıq savabdır.

Bu həyatın nemətləri – gözəl mərifət, gözəl rəftar, gözəl iş.

Gözəl insan olmaq üçün ancaq savablı işlər görmək lazımdır.

Bu dünya gələnlərin sərvəti, gedənlərin yadigarıdır.

Pis olsan, hamı səndən qaçacaq, yaxşı olsan hamı ətrafında dövrə vuracaq.

İşıq pərvanənin gündüzüdür, qaranlıq isə gecəsi.

Qəlbə məlhəm ola biləcək sözlər çox vaxt dərkolunmaz olur.

Ağıl qəlbin aynasıdır, qəlbin necədirsə, ağılın da onu ifadə edir.

Dünyanı dəyişməyə çalışsan o səndən utanacaq.

Dünya öz qanunları ilə idarə olunur, yaradan isə onu dağılmaqdan qoruyur.

Dünya ilə dalaşsan, özünü məhv etmiş olarsan.

Mayası vətəndən olanın, qayəsi uca olar.

Sanma ki, dünya boşluqdur, səni də özü ilə aparacaq.

Hörmətli olsan, hörmətsizlər ya qarşından çəkiləcək, ya da qarşında baş əyəcək.

Dünya, nədən bizləri, daim özümüzlə sınağa çəkirsən?

Vicdan əmələ sahib, eşqə yol, amala işıqdır.

Bu günümüz dünəndən su içər, sabahımız bu gündən.

Ey dəli aşiq, aşiq olmamışdan əvvəl fikirləş ki, nəyin dəlisisən.

Nə qədər yaxşı insanlar görmüşəmsə, hamısı nədənsə gileylənir.

Düzgünlük haqqa aparan yoldur.

Naqislik cəhalətə və rəzalətə aparan yoldur.

Vicdansızla dostlaşsan vicdanın daşa dönər.

Səni sevənlərin arasında bir nəfər naqis görsən, bil ki, o səni yaralayacaq.

Belədir ki: Siman nə qədər gözəldirsə, qəlbin bir o qədər pak, əməlin o qədər safdır. Ancaq siması gözəl olan o qədər pislər görmüşəm ki.

Dünyada “sağ ol” qazanmaq üçün deyil, mərifət qazanmaq üçün çalışmaq lazımdır.

Bir 1 nəfər şəkili ola bilər

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s