ERMƏNİ VANDALLARININ İŞĞAL ALTINDA SAXLADIQLARI TARİXI ABİDƏLƏRİMİZƏ TƏCAVÜZÜ: ABİDƏLƏRLƏ YANAŞI MƏDƏNİYYƏT NÜMUNƏLƏRİMİZ DƏ MƏHV EDİLİB
Yusif Məhəmməd oğlu Mahmudov
Ətraf mühit üzrə tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru
Email: diriliqurbani@gamail.com
Tel.: 0508857723; 0506657723
XÜLASƏ
1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının 20 faizdən çox ərazisinin 30 ilə yaxın bir dövr ərzində Ermənistanın işğalı altında olması ölkənin inkişafına çox ciddi təsir göstərdi. Bütün sahələrdə vəziyyət çətinləşdi. Bununla belə öz təbii resursları hesabına cəmi bir neçə il ərzində republikada çətinliklər tədricən aradan qalxmağa başladı və respublika tərəqqi yoluna qədəm qoydu. Artıq iki ildir ki, müzəffər ordumuşun sayəsində azadlığına qouşmuş torpaqlarımızda 30 il müddətində həyata keçirilən erməni terror fəaliyyətinin izləri bu gün də ağrıdıcıdır. İşğal vəziyyəti bütün sferalarda – ölkəmizin iqtisadiyyatında, o cümlədən sosial sahələrdə, səhiyyədə, təhsildə, mədəniyyətdə, elmdə və s. problemlərə yol açdı. Daha çox sarsıdıcı zərbələrdən biri tarixi abidələrə və mədəniyyət obyektlərinə dəydi. Erməni işğalçılarının zəbt etdikləri Azərbaycan torpaqlarında həyata keçirdikləri ifrat qarətçilik vandalizmin tipik xaraktei kimi yadda qalacaqdır. Bu cür vandal hərəkətləri bir zaman Makedoniyalı İsgəndər və Ərəb xilafəti tərəfindən Atəşpərəstlik məbədlərinin dağıdılmasında, Əfqanıstanda Budda məbədlərinə qarşı aqressiv-dağıdıcı münasibətlərdə, II dünya mühari-bəsində alman faşizminin iri şəhərləri və sənət əsərlərini darmadağın etməsində özünü göstərib.
Zaman göstərdi ki, erməni vandallarının barbar hərəkəti əslində bu fəaliyyəti ilə ənənəvi vandalizmi kölgədə qoymuşdur. Fərq ondadır ki, ermənilər qarətçiliklə kifayətlənmir, əldə etdikləri qəniməti mənşə baxımından özününküləşdirməyə çalışırlar. Məsələn, Azərbaycanda ərazisində mövcud olmuş Alban kilsələrini erməni kilsələri adı ilə təqdim etməyə çalışır, digər milli-mədəniyyət nümunələrini, tarixi abidələrimizi ermənilşdirməəyə cəhd göstərirlər. “Başqa xalqın tarixi hesabına öz tarixini yaratmaq, abidələrini özününküləşdirməklə başqasının torpağına yiyə durmaq, maddi və mənəvi sərvətlərini oğurlamaqla öz “qədimliyini sübuta yetirmək” cəhdləri ilə məşğul olan ermənilər əslində bəşəri cinayət törədiblər”.
Tədqiqat zamanı müəyyən edilmişdir ki, zəngin maddi-mədəniyyət abidələrinə malik olan Azərbaycanda eramazdan əvvəlki dövrlərə və bizim eranın son yüzilliklərinə aid olduqca maraqlı nümunələr olmuşdur. Onlara işğal altında qalmış Qarabağ və ona bitişik rayonlarda tez-tez rast gəlinirdi. Onların əksəriyyəti dağıdılmış, qarət edilərək qənimət kimi götürülmüş və ya başqa ölkələrə satılmışdır.
Açar sözlər: milli-mənəvi dəyərlər, tarixi abidələr, mədəniyyət obyektləri, qarətçilik, erməni vandalizmi
Giriş.
Qədim mədəniyət abidələrinə görə Azərbaycan dünyanın ən zəngin ölkələrindən biridir. Ən qədim insan məskənlərindən olan Azərbaycanın 30 il ərzində zəbt olunmuş torpaqları ilə bərabər qiymətli mədəni sərvətləri də talanmış, yaxud “özününküləşdirilmişdir”. Ermənilər 30 il ərzində işğal etdikləri bütün eksponatları ilə birlikdə 22 muzey və 4 şəkl qalereiyasını, 500 tarixi arxitekturanı, 100-dən çox arxeloji abidəni qarət etmişlər. Bu gün artıq işğaldan azad edilmiş Füzuli rayonu ərazisində yerləşən Azıx mağarası keçmiş SSRİ-də ən nəhəng qədim insan məskəni hesab olunurdu. Belə ki onun uzunluğu 220 metrə bərabər idi. Tarixi-arxeoloji əhəmiyyətinə görə 1969-cu ildə dövlət mədəniyyət qoruğu elan edilmişdi. Unikal strukturuna və tutumuna görə Azıx mağarası misilsizdir. Təssüf ki, ərazini işağal edən təcavüzkar Ermənistan Repubikasının bədnam alimləri bu mağaraya qarşı muradr hərəkətlərindən çəkinməmiş, hər yerdə olduğu kimi bu mağarada da erməni izi axtarmaq kimi sərsəm planlar həyata keçirməyə çalışmış, bir sıra nadir eksponatları ölkələrinə daşıyıb aparmışlar. Qeyd etmək lazımdır ki, Azərbaycanda bu cür quruluşa malik mağaraya həmçinin zəbt edilmiş digər ərazilərdə, o cümlə-dən Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər, Xocavənd və Şuşa rayonlarında da rast gəlnir [5]. Onlardan bir neçəsi Azərbaycan KP və Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 16 mart tarixli 167 saylı qərarına əsasən geoloji (paleontoloji) təbiət abidsəi kimi dövlət tərəfindən qorunurdu [3]. Onlardan biri də Azıx mağarasıdır. Bədnam erməni vandalları işğal dövründə bu nadir tarixi abidəyə qarşı vəhşi münasibət bəsləməkdən çəkinməmişlər. Əhəngdaşları oksfordkimeric əsrinə aid edilən bu mağara Quruçayın sol sahilində yerləşir.
Əhəngdaşları oksfordkimeric əsrinə aid edilən və 22 metr uzunluğuna malik olan “Tağlar” mağarası Hadrut rayonunun Metstağlar kəndinin cənubunda yeləşir. Qədim insanların sığınacaq yerlərindən biri də Cəbrayıl rayonunun Dağtumas kən-dinin şərqində yerləşən və əhəngdaşı seron əsrinə aid edilən “Divlər Sarayı” mağarası olmuşdur. 30 metr uzunluğa malik olan bu mağara ecazkar görnüşü, təbii srukturu ilə seçilirdi.
Şuşa rayonunun ərazisi tarixi-mədəniyyət obyektlərinin zənginliyi cəhətdən səciy-yəvidir isə burada 2 ədəd qorunan mağara vardı: “Qahal” mağarası və “Qarainək” mağarası. Qarqarçayın sol sahilində yerləşən və uzunluğu 114 metrə bərabər olan “Qahal” mağarası tuton yaşlı əhəngdaşı dövrünə aid edilirdi. “Qarainək” mağarası da titon yaşlı əhəngdaşı dövrünə aiddir. Bu mağaranın uzunluğu 72 metrə bərabərdir. Daşaltı kəndinin yaxınlığında, Qarqarçayın sol sahilində yerləşir. 30 illik işğal dövründə bu abidələrin hər biri müxtəlif dərəcədə erməni vandallarının təcavüzə məruz qalıb [5].
Adları qeyd olunan bölgələrin taixi abidələri bunlarla yekunlaşmır. Məsələn, Cəbrayıl rayonun Tatar kəndində eramızdan əvvəl III minilliyə aid Siklon tikintiləri, b.e.ə. V əsrə aid edilən Onbir aşırımlı Xudafərin körpüsü (eyniadlı kənddə, Araz çayı üzərində inşa olunub) və ondan 800 metr aralıda, VII əsrdə işa edilmiş Onbeş aşırımlı Xudafərin körpüsü, Şıxlar kəndi yaxınlığında eyniadlı türbə (Şıxlar türbəsi, XIV əsr), V-VI əsrlərə aid edilən Sirik qalası (Sirik kəndi), Çələbilər kəndindəki Hacı Qaramanın qəbri (XIV-XV əsrlər), Dağtumas kəndindəki Başkəsik gümbəz (XIII-XIV əsr), Diri kəndindəki (indiki stansı Xələfli qəsəbəsi) Qız Qalası (XII-XVI əsrlər), Çələbilər kəndindəki Çələbilər məscidi (XVI əsr), Xubyarlı kəndindəki Qədim Türk qəbirsanlığı (XIV-XV əsrlər) və Səkkizguşəli türbə (XIV əsr), bizim eradan əvvəlki minilliklərə aid edilən və anaxanlıq dövrünün yadigarı sayılan Mazannənə ziyaətgahının qalıqları, həmçinin tarixi orta əsrlərə hesablanan Diri qalası, Cəbrayıl Ata, Çomaq ata, Tumas Ata ziyarətgahları və rayon ərazisində tapılmış, tarixi bəlli olmayan çoxsaylı qədim qəbirlər və qəbirüstü abidələr, o cümlədən XVIII-XIX əsrlərə aid edilən və Diridağında tapılmış “Şirəvic” daşı (üzüm şirəsi sıxan) bu cəhətdə səciyəvidir. Bunlardan başqa, Füzuli rayonunun Babı kəndində XIII əsrdə inşa edilən Şıxbabalı türbəsi, Əhmədalılar kəndindəki Əhmədadalılar türbəsini (XIII əsr), aşağı Veysəlli kəndindəki Mir Əli türbəsini (XIV əsr), Şuşa rayonundakı Gövhər Ağa məscidini, məhşur Şuşa qalasını (1750-ci il), Şuşa mağarasını (b.e.ə. VIII-IX əsrlər), Əsgəran və Ağoğlan qalalarını (1758-1760), Karvansara (XIX əsr) və başqalarını göstərmək olar [5].
Şuşa qalası, şəhərin əsasını qoyan Pənahəli xan tərəfindən inşa edilib. Möhkəm hasarları, hündür bürcləri olan qalanı Təbriz və Ərdəbildən xüsusi dəvət edilmiş tanınan, təcrübəli ustalar tikib. Xurşud Banu Natəvanın klassik üslubda tikdirdiyi 12 daş gözlü “Xanqızı bulağı” (1873) öz əzəmətli görnüşü (uzunluğu 15 m, eni 7 m, hündürlüyü 4 m) və əhəmiyyəti ilə seçilirdi. Ondan bir əsr sonra – 1979-cu ildə inşa edilən və 18 metr hündürlüyə malik olan M.P.Vaqifin məqbərəsi də dəyərli tarixi mədəniyyət abidəsi kimi diqqəti cəlb edir [6]. Murdar erməni vəhşiləri bu sənət abidəsini də dağıtmışdılar. Abidə dövlətimiz tərəfindən öz əvvəlki üslubunda, müasirliyi nəzərə almaqla yenidən, bərpa olundu.
Türkmənçay müqaviləsindən sonra inşa edilmiş (XIX əsrin II yarısı) kilsə də, tarixilik baxımdan əhəmiyyət kəsb edən mədəniyyət abidəsidir. Ümumilikdə başdan-başa taixi abidələr şəhəri olan Şuşada 350 hektar sahədə 3000-dən çox qədim abidə olmuşdur. Təsadüfi deyildi ki, şəhər 1978-ci ildən dövlət tərəfindən qoruq elan edilmişdi. Qeyd etmək alzımdır ki, Şuşa daim öz gözəlliyi, saf və təmiz havası, ecazkar təbiəti ilə vaxtaşırı yadellilərin hücmlarına məruz qalsa da, tarixən həmişə etibarlı şəkildə müdafiə olunmuşdur. Həm Şuşa qalası, həm də Əsgəran və Ağoğlan qalaları bu məqsədlə tikilmişdi. Ötən əsrin sonuncu onilliyini nəzərə almasaq, ciddi müdafiə istehkamlarıa malik alınmaz qalaları olan Şuşa şəhəri etibarlı şəkildə qorunmuş və düşmən əlinə keçməmişdi. Lakin erməni işğalçıları hərbi-siyasi havadarlarının yardımı ilə Şuşa şəhərini, ümumilikdə bu rayonu 1992-ci ildə zəbt etdilər. Bundan sonra erməni təcavüzkarlarının bölgəyə qarşı barbar münasibəti başlandı. Şuşanı özlərinki hesab edən erməni işğalçıları qurub-tikmək əvəzinə, onu bacardıqca daha çox dağıtmağa girişdilər. Bununla bağlı, Şuşa şəhərində və digər azad edilmiş bölgələrdəki çıxışları zamanı Azərbaycan Respublikasının Prezidenti erməni vandallarının bu cür münasibətini haqlı oaraq, vəhşi hərəkət kimi qiymətləndirib. Tədqiqatçılar isə erməni vandallarının işğal etdikləri Azərbaycan ərazilərindəki tarixi-mədəniyyət abidələrinə münasibətlərinə qiymət verərkən, birmənalı olaraq qeyd edirlər ki, “əgər vandallar, faşstlər yalnız abidələri məhv edib, xalqın sərvətini talamaqla məşğul olublarsa, ermənilər bu yöndə xüsusi orjinallıq göstərərək tarixən Azərbacan xalqına məxsus abidə və sərvətləri dağıtmaqla yanaşı, öz adlarına çıxmaqdan da yan keçmirlər.” Bu cür hərəkət isə bəşəri cinayətdən başqa bir şey deildir. İşğalçılar zəbt etdikləri ərazilərdən ələ keçirdikləri 22 muzeydən 40 mindən artıq eksponatı qənimət kimi göürmüş [1], onların bir çoxunu sındırılıb dağıtmış, bir hissəsini satmış, bir hissəsini isə sanki öz malları kimi “erməniləşdirmişlər.” [8] Eksponatlar arasında arxeloji, tarixi, etnoqrafik, heykəltaraşlıq, rəssamlıq və dekorativ tətbiqi sənətə dair, habelə tarixi səsnədlər, məişət diləkləri, dulusçuluq, xalçaçılıq, zərgərlik nümunələri, qəzet və juranal materialları, fotoşəkillər də vardı. Qeyd etmək lazımdır ki, ulu tariximizin bu canlı şahidlərinin böyük əksəriyyəti eramızdan əvvəl XII-IV miilllikləri əhatə edən bir dövrdə yaranmışdı [6]. Erməni barbarları müasir mədəniyyət nümunələrini də dinc buraxmayaraq, onları tamamilə məhv etmişlər. İşğal zonasında qalan 8080 klub binsını, 4,5 milyon nüsxə fondu olan 927 kitabxananı, 85 musiqi məktəbini, 10 mədəniyyət və istirahət parkını, 4 dövlət teatrını tamamilə dağıtmışlar [2].
Erməni vandalları təkcə tarixi-mədəniyyət abidələri, sosial obyektləri deyil, təbiətimizi də viran qoyublar. Meşələrimizin böyük bir hissəsini qırmış, canlı təbiət abidələrini, o cümlədən meşə və kolluqları kəsib doğramış, yaşlı ağacları, dövlət qoruq və yasaqlıqlarına vəhşicəsinə talamaqla Azərbaycan təbiətinə ölçüyəgəlməz ziyan vurmuşlar. Münbit torpaqlarımızı yararsız hala salmış, sularımızı çirkləndirmiş, faydalı qazıntılarımızı barbarcasına qarət etmişlər [4]
Yuxarı Qarabağ ərazisində tunc dövrünün ən qiymətli abidələrindən sayılan Xocalı kurqanlar kompleksi 50 hektar ərazini əhatə edirdi və bu kompleksə 100 kurqan daxil idi. Qarabağ ərazisində həmçinin “Çoban daşı” adıyla məhşur olan, ilk insan heykəlləri sayılan mehrilərin sayı onlarladır. Pir hesab edilən mehrilər müqəd-dəsləşdirilmişdi. Xocalıda onların sayı daha çox idi. Qoşun daş deyilən mehri xiyabanlarına Zəngəzur zonasında da rast gəlinirdi [5]. Ancaq hələlik ermənilərin nəzarətində olan bu yaşayış yerlərindəki tarixi-mədəni obyektlərin müasir vəziyyəti bizə tam bəlli deyildir. Azad edilmiş bölgələrdə aşkarlanmış abidələrə nəzərən fikir yürütmək olar: Xocalı və Zəngəzurda işğaldan əvvəlki məlum abidələrin indiki durumu haqqında yaxşı söz demək çətindir.
Qüdrətli Alban dövlətinin (IV əsr) izləri, işğala qədər qorunub qalmış alban abidələri – Qanzasar Ağdərə məbədinin və Laçın rayonunda Ağoğlan kilsəsinin də taleyi uzun illər naməlum qalıb.
Xankəndindəki çevrəboyu düzülmüş əzəmətli daş abidələr neolit və tunc dövrünün xatirə kitabı kimi əhəmiyyətlidir. Xocavənddə Amara monastrı, Ağdamda Xatıntürbə (XIV əsr), Əsgəran qalası, eramızdan 2 min il əvvələ aid tunc dövründə çiy kərpicdən tikilən “Üzərliktəpə” qalıqları, Zəngilan rayonunda Məmmədbəyli kəndindəki Məmmədbəyli türbəsi (1305-ci il), Şərifan kəndindəki Şərifan türbə sərdabəsi (XIII-XIV əsr), Kəlbəcər rayonunda yaşı bilinməyən, qədim tarixə malik Comərd, Qalaboynu, Qaracanlı və Lök qalalarını, məhşur Xudadənk kompleksini, Laçınqaya abidəsini, Alban məbədininin adlarını qeyd etmək olar. Qeyd etmək lazımdır ki, Kəlbəcərdə Qobustan rəsmlərinə oxşar qayüstü təsvirlərin sayı 3500-ə yaxındır [5]. Xankəndi ətrafında neolit və tunc dövrünün yadigarları olan əzəmətli daş abidələr, eləcə də Əsgəran qalası barədə hələ də işğal səbəbindən konkret söz demək çətindir. Şübhəsiz ki, Azərbaycan dövlətinin bu ərazilərə tam nəzarətindən sonra erməni vandallarının törətdikləri əməllər daha da aydınlaşacaqdır.
Qubadlı rayonunun Dəmirçilər kəndindəki Dəmirçilər türbəsi (XIV əsr), Əlquluuşağı və Ağa çayı üzərindəki Hacı Bədəl körpüləri XIX əsrin yadigarlarıdır. Rayon ərazisndə çoxlu mehrilər və qoç heykəlləri də olmuşdur [5]. Qubadlı şəhərinin mərkəzində əfsanəvi xalq qəhrəmanları, bu rayonun sakinləri olmuş Qaçaq Nəbi və onun ömür-gün yoldaşı igid Həcər xanımın tünc büstləri də qalmışdı. Vaxtıilə Qaşçaq Nəbinin çuğlayıb xaincəsinə ələ verən erməninin varisi Qaça Nəbi ilə igid Həcərin büstünə güllələ atıblar. Şuşada Xan qızı Natəvanın, Bülbülün, dahi Üzeyir bəy Hacıbəylinin heykəllərini güllələyib, sonra da da qiymətli metal kimi Gürcüstana satmaq üçün aparıblar. Ancaq buna imkan verilmədi və büstlər geri qaytarıldı.
Ağdamda olan dünya əhəmiyyətli, daşınmaz tarixi və mədəniyyət abidələri sırasında XIV əsri əhatə edən qiymətli nümunələr də vardır. Məsələn, Ağdamın Xaçın-Dər-bəndli kəndində olan Qulu Musaoğlu türbəsinin yaşı çox qədim dövrlərə (1314) lərə gedib çıxır. Bu cür qədim dövrün nadir abidələrinin işğal altında qalması erməni-lərə Azərbaycan tarixini saxtalaşdırmaq üçün müəyyən imkanlar yaradıb.
Bu imkandan ustalıqla bəhrələnən erməni vandalları ərazidəki abidələri dağıtmağa başlayıblar və bu işdə heç kim onları saxlaya bilməyib. Ona görə də, yalnız Azərbaycan mədəniyyətinin deyil, həm də tariximizin bir parçasını sinəsində saxlamış abidələr, o cümlədən Xanoğlan türbəsi, Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və onun türbəsi (XIX əsr) də daşnak quldur dəstələri tərəfindən dağıdılıb. Ağdam şəhərində Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa-oğlu günbəzi (1314-cü il), Kəngərlidəki (XIV əsrin yadigarı) türbə və daş abidələr, Papravənddəki XVII əsrdən qalan Xanoğlu türbəsi, XVIII əsrə aid məscid və digər türbələr, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş 19-cu yüzilliyin türbəsi, Şahbulaq qalası… kimi tarixi-memarlıq abidələri Ağdamın işğalı zamanı dağıdılıb. Buradakı tarixi memarlıq abidələri müxtəlif dövrləri əks etdirən nadir nümunələr idi [7].
Nəticə.
Ermənilər zəbt etdikləri bölgələrdə tarixi abidələrə qarşı vandal xarakterli hərəkətlər törətmiş, həm də mədəniyyət obyektlərini dağıtmaqla kifayətlənməyib, onları özününküləşdirməyə çalışıblar [9].
İşğaldan azad edilmiş bölgələrin tarixi abidələrinə və mədəniyyət obyektlərinə müvafiq qurumlar tərəfindən dəymiş ziyanın qiymətləndirilməsi, bərpası və əvəzinin ödənilməsi istiqamətində iş aparmalıdır.
“Cıdır düzü”, “İsa bulağı”, mədəniyyət və istirahət ocaqları ermənilərin yarıtmaz münasibətləri ucbatından əzəlki görkəmini və mahiyyətini itirmişdi. Hazırda bütün sahələrdə olduğu kimi burada da işğal dövrünün yaralarını sağalmaq üçün genişmiqyaslı işlər görülür.
ƏDƏBİYYAT
1. Aslanova F. İşğal olunmuş Azərbaycan torpaqlarında erməni vandalizmi (1980-1990-cı illər) / Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə kafedrasının təşkil etdiyi aspirant və dissertantların elmi-praktik konfransının materialları. Bakı: Borçalı, 2002, s.87-90
2. Azərbaycan Respublikası Baş nazirinin müavini-Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlərt Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Dövlərt Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Ə.Həsənovun Avropa Şurası Parlament Assambleyası Miqrasiya, Qaçqınlar və Demoqrafiya üzrə Komitəsinin “Cənubi Qafqazda Qaçqınlar və Köçkünlər” mövzusunda keçirdiyi beynəlxalq konfransda çıxışı. Bakı: 17-19 may 2001-ci il, 32 s.
3. Əliyev H.Ə., Həsənov X.N. Təbiətin keşiyində. Bakı,“Maarif”, 1993, 311 s.
4. Mahmudov Y.M. Azərbaycan Respublikasında ətraf mühitin qorunması tarixi (1991-2011-ci illər). Monoqrafiya. Bakı: Füyüzat, 2022, 276 s.
İNTERNET RESURSLARI
5. Məmmədov N. İşğal altindaki tarixi-dini abidəlrimiz. https://www.qafqaz-islam.com/userfiles/abideler.pdf
6. İsmayılov F. Erməni işğalçılarının viran qoyduğu tarixi abidələrimiz -Müsahibə. https://525.az/news/159453-ermeni-isgalcilarinin-viran-qoydugu-tarixi-abidelerimiz-musahibe
7. Nərimanoğlu M. İşğal olunmuş abidələr. http://anl.az/down/meqale/azerbaycan-/2010/iyul/128468.htm
8. Kəlbizadə E. İşğal edilmiş ərazilərimizdəki 400-dən çox tarixi abidənin yarısı erməniləşdirilib. https://science.gov.az/az/news/open/14856
9. Məmmədov S. Ermənilərin xroniki xəstəliyi: tarixi yaddaşımızı oğurlamaq mərəzi. https://files.preslib.az/site/media_Hp8EF.pdf
The aggression of Armenian vandals on our historical monuments
under occupation: along with the monuments, samples
of our culture were destroyed
Yusif Magommed oglu Mahmudov
Environment researcher, doctor of philosophy in history
Resume
The fact that more than 20 percent of the territory of the Republic of Azerbaijan, which regained its independence in 1991, had been under Armenian occupation for almost 30 years had a very serious impact on the country’s development. The situation was complicated in all spheres. However, in just a few years, at the expense of its own natural resources, difficulties in the republic began to be gradually overcome and the republic embarked on the path of progress. The traces of the Armenian terrorist activities, carried out for 30 years in our lands, liberated thanks to our victorious army for two years now, are still painful. The occupation situation has developed in all spheres – in the economy of our country, including the social sphere, health care, education, culture, science, etc. This has led to problems. One of the most crushing blows came to historical monuments and cultural sites. Extreme looting committed by Armenian occupants in the Azerbaijani lands occupied by them will be remembered as a typical character of vandalism. Such vandalism was manifested in the destruction of fire-worship temples by Alexander the Great and the Arab Caliphate at the same time in the past, in the aggressive and destructive treatment of Buddhist temples in Afghanistan, in the destruction of large cities and works of art by German fascism during World War II. Time has shown that the barbaric movement of Armenian vandals has actually eclipsed traditional vandalism in its activities. The difference is that Armenians are not content with looting, they try to appropriate the looted booty in terms of origin. For example, in Azerbaijan, they try to present Albanian churches that existed on its territory under the name of Armenian churches, they try to Armenianize other national and cultural samples, historical monuments. “Armenians, who are trying to create their history at the expense of the history of another nation, to appropriate their monuments, to appropriate someone else’s land, to steal material and spiritual values and “prove their antiquity”, have actually committed crimes against humanity”.
The study found that Azerbaijan, which has rich material and cultural monuments, had very interesting specimens dating back to pre-Christian times and the last centuries of our era. They were often found in occupied Karabakh and adjacent districts. Most of them were destroyed, looted and taken as booty or sold to other countries.
Keywords: national and spiritual values, historical monuments, cultural objects, robbery, armenian vandalism
Агрессия армянских вандалов на наши исторические памятники,
находящиеся под оккупацией: наряду с памятниками уничтожены
и образцы нашей культуры
Юсиф Магоммед оглы Махмудов
Исследователь по окружающей среды, доктор философии по истории
Резюме
То, что более 20 процентов территории Азербайджанской Республики, восстановившей независимость в 1991 году, в течение почти 30 лет находились под оккупацией Армении, оказало очень серьезное влияние на развитие страны. Во всех сферах ситуация усложнялась. Однако всего за несколько лет за счет собственных природных ресурсов трудности в республике стали постепенно преодолеваться, и республика вступила на путь прогресса. Следы армянской террористической деятельности, осуществлявшейся в течение 30 лет на наших землях, освобожденных благодаря нашей победоносной армии уже два года, до сих пор болезненны. Оккупационная ситуация сложилась во всех сферах – в экономике нашей страны, в том числе в социальной сфере, здравоохранении, образовании, культуре, науке и т.д. это привело к проблемам. Один из самых сокрушительных ударов пришелся по историческим памятникам и объектам культуры. Экстремальные грабежи, совершенные армянскими оккупантами на оккупированных ими азербайджанских землях, будут помнить как типичный характер вандализма. Подобные вандальные действия проявились в разрушении в одно прошлое время Александром Македонским и Арабским халифатом храмов огнепоклонства, в агрессивно-разрушительном отношении к буддийским храмам в Афганистане, в разрушении крупных городов и произведений искусства германским фашизмом во время Второй мировой войны. Время показало, что варварское движение армянских вандалов фактически затмило своей деятельностью традиционный вандализм. Разница в том, что армяне не довольствуются грабежом, они пытаются присвоить себе облаженных добычей с точки зрения происхождения. Например, в Азербайджане пытаются представить албанские церкви, существовавшие на его территории, под названием армянских церквей, пытаются арменизировать другие национально-культурные образцы, исторические памятники. “Армяне, которые пытаются создать свою историю за счет истории другого народа, присвоить свои памятники, присвоить чужую землю, украсть материальные и духовные ценности и “доказать свою древность”, фактически совершили преступления против человечества”.
В ходе исследования было установлено, что в Азербайджане, обладающем богатыми материально-культурными памятниками, были очень интересные образцы, относящиеся к дохристианским временам и последним столетиям нашей эры. Они часто встречались в оккупированном Карабахе и прилегающих районах. Большинство из них были разрушены, разграблены и взяты в качестве добычи или проданы в другие страны.
Ключевые слова: национально-духовные ценности, исторические памятники, объекты культуры, грабеж, армянский вандализм
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy