BAKI DÖVLƏT UNİVERSİTETİNİN DOSENTİ, AZƏRBAYCAN YAZIÇILAR VƏ JURNALİSTLƏR BİRLİKLƏRİNİN ÜZVÜ ANAR MƏMMƏDOVUN REDAKTƏSİ İLƏ ŞAİR SƏXAVƏT ƏNVƏROĞLUNUN “MƏNİ BAĞIŞLA” ADLI NÖVBƏTİ ŞEİRLƏR KİTABI İŞIQ ÜZÜ GÖRÜB
Azərbaycan Jurnalistlər Birliyinin üzvü Səxavət Ənvəroğlunun “Məni bağışla” adlı növbəti şeirlər kitabı “Tiçprint” nəşriyyatında işıq üzü görüb. Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin və Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin üzvü olan S. Ənvəroğlunun şeir və yazıları vaxtaşırı dövri mətbuatda dərc edilir.
Bu kitabda 44 günlük 2-ci Qarabağ müharibəsində hər gün yeni zəfərlərini səbirsizliklə gözlədiyimiz şanlı ordumuzun qazandığı ugurlardan, qazilərimizin döyüş yollarındakı rəşadətdən, canlarını Vətən uğrunda qurban verən şəhidlərin müqəddəs ruhuna ehtiramdan yaranan şeirlər geniş yer tutur.
Şair dün¬yanın faniliyinə, təlatümlərinə, sirlərinə, həyatın eniş-yoxuşuna da biganə deyil. Sevgidə etibarı əsas tutan müəllifin dəniz, dənizçilik həyatı ilə bağlı şeirlərində amansız fırtınalarda yaşadığı duyğular canlandırılır.
Torpaq, yurd, təbiət sevgisi, ata-anaya, böyüklərə hörmət isə şairin yaradıcılığının əsas xəttini təkil edir.
Kitaba həmçinin şairin atası Ənvər Seyidməmmədovun 1952-1955-ci illərdə, hərbi xidmətdə olarkən yazdığı və ondan yadigar qalan ilk və son 11 şeiri daxil edilib.
Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Anar Məmmədov, rəyçisi Dövlət Pedaqoji Universitetinin Quba filialının baş müəllimi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvi, “Araz” və “Qızıl qələm” mükafatları laureatı Şixəmməd Seyidməmmədovdur.
Nəriman MAHMUD
Yazıçı-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy