HƏR KƏLMƏSİ BİR ORDUDUR!


Dəyərli dostlar, istəkli və qədirbilən oxucular, DQM-nin bu buarxılışında alovlu tribun şairimiz Damət Kərimlinin mahiyyətcə hamımızın ürəyindən olan yeni bir şeirini təqdim edirik. Öz səsində şairi dinlədim. Sanki Azadlıq Meydanında Xəli Rza Ulutürk hayqırırdı. Əzəli Türk və Müstəqil Vətən sevdalısı – sevgisi TURAN olan Damət Kərimlini dinlədim!

Damət Kərimli Azərbaycan-türk ədəbi mühitində öz yeri, öz sanbalı olan şairdir. O, həm də həkimdir. Deməli, insanın can sağlamlığına, həm də ruhi qida ilə kömək edir. Poeziyasının siqlətində döyüşkənlik, mübarizlik hakimdir. Türkçülük mövqeyi onun misralarının bəzəyidir. Erməni vandalizmi D.Kərimlinin qələmində sərt hədəfdə idisə, azadlığına qovuşmuş bögələrimizin xilaskarları, yenilməz ordumuz, qazilərimiz, şəhidlərimiz şairin tipik obrazları şəklində yaradıcılığının əsasını təşkil edir. Bu gün türk-müsəlman dünyasının qoruyucusu qismində dünyanın bütün bucaqlarından Günəş kimi bərq vuran Rəcəb Tayyub Ərdoğanın çağdaş dövrün qarmaqarşığında qalibiyyət əzmi və hünəri şair Damət KƏRİMLİnin qələmində necə də gözəl, dəqiq bir biçimdə ifadə edilib. Yaşa Baş Komutan! Var ol, Şair Damət Bəy!
Bu gün həm də Türkiyə Cumhurbaşqanı R.T.Ərdoğanın doğum günüdür. Qutlu olsun! Sayğı və salamlarımızı, xeyir-dualarımızı həkim-şair Damət Kərimlinin aşağıdakı şeirilə çağdaş türk dünyasının nəhəng liderinə yollayırıq.

Sayğılarımla: Yusif DİRİLİ / Bakı, 21.X.2021

ƏRDOĞAN HAQQIN SƏSİDİR

Hikmət dolu bir boğçadır,
Qəlbi ətirli bağçadır,
Dinlədikcə ruhum uçur,
Könüllərin nəğməsidir,
Ərdoğan haqqın səsidir!

Dünyanı gəzir şöhrəti,
Haqqdan alır güc-qüdrəti,
TURANDIR arzu-niyyəti,
RƏBBİN Türkə töhfəsidir,
Ərdoğan Haqqın səsidir!

Dağ tək uca, əzəmətli,
Sözü bütöv,dəyanətli,
“Haqqın qılıncı” ləqəbli,
Atillanın nəvəsidir,
Ərdoğan haqqın səsidir!

Keçilməz sədləri yaran,
Dünyanı lərzəyə salan,
Allahı,”Göy Tanrı”olan,
“Göy Türk”ün sərkərdəsidir,
Ərdoğan haqqın səsidir!

Osman paşa yadigarı,
Türkün əyilməz vüqarı,
Ədalətin bayraqdarı,
Azadlığın təşnəsidir,
Ərdoğan haqqın səsidir!

Hər kəlməsi bir ordudur,
Yurdu ərənlər yurdudur,
Ulu Türkün”Boz qurdudur”
Mərdanəlik qayəsidir,
Ərdoğan haqqın səsidir!

Tutduğu yol haqq yoludur,
Allahın sadiq quludur,
Peyğəmbərin ( c.a.v.) vurğunudur,
Türkün nurlu çöhrəsidir,
Ərdoğan haqqın səsidir!

Həkim-şair: Damət Kərimli

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s