Bəhram BASQALLI
Bəhram Basqallı – Quluzadə Bəhram Əndəlib oğlu hərtərəfli yaradıcı şəxsdir. İxtisasca astronomdur, fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur. Şair-publisistdir. Tərcümə və orjinal əsərlərin müəllifidir. İndiyədək bir neçə kitaba redaktorluq edib. Televiziya və radioda çoxsaylı verilişlərin müəllifi, iştirakçısı və aparıcısı olub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Son vaxtlar bədii əsərlərini Bilgə Kağan imzası ilə yazır. DQM-in oxucaularına Bəhram Basqallının imzası yaxşı tanışdır, ancaq ilk dəfədir ki, o yeni imza ilə səhifəmzdə təqdim olunur. Bu buraxılışımızda şair-astronomun daha bir neşə şeirini təqdim edirik. Öncə haqqında maraqlı olar deyə, bəzi məlumatları da bura daxil edərək oxucularımızın ixtiyarına vermək istərdik.
Bəhram 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib. O vaxtdan taleyini akademik Tofiq İsmayılovun yaradıcısı və başçısı olduğu Azərbaycan Milli Aerokosmik Agentliyi və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə bağlayıb.
Bəhram müəllim dünyanın Kosmik Tədqiqatlar İnstitutu (Moskva), Fesenkov adına Astrofizika İnstitutu (Almatı) kimi taninmış elm məbədləri, Türkiyədə, İsraildə, Kanadada… bir sıra astronomik və kosmik mərkəzlərlə sıx elmi təmasdadır. Alim qoşa ulduz sistemlərinin partlayışlı kütlə itkilərindən sonra təkamülü kimi aktual astrofiziki problemi səma mexanikasının metodlarını tətbiq etməklə bir sıra maraqlı nəticələr alıb.
B.Basqallı XX əsrin 70-80-ci illərində Bakının indiki Yasamal Rayon Komsomol Komitəsinin nəzdində “Qızılgüllər açanda” adlı mənəvi tərbiyə klubu yaratmış və onun sədri olmuşdur. Gənclərin mənəvi tərbiyəsində əvəzsiz rol oynayan klubun işi o dövrün mətbuatında ardıcıl işıqlandırılırdı.
Bəhram bəyin “Canım Qırat, gözüm Dürat” adlı pyesi Abdulla Şaiq adına Dövlət Kukla Teatrında tamaşaya qoyulmuş və on il ərzində repertuardan düşməmişdir.
Bəhram müəllim eyni zamanda televiziya və radioda çoxsaylı verilişlərin müəllifi, iştirakçısı və aparıcısı kimi yaddaşlardadır. O, 1988-1991 ci illərdə “7 sual-7 cavab” Respublika Televiktorinasının qalibi, “Kainat”komandasının kapitanı, Azərbaycan Radiosu ilə 1989-1995-ci illərdə yayımlanan və respublikamızda astrologiya sahəsində ilk veriliş olan “Münəccim” verilişinin (Firudin Qurbansoyla) aparıcısı və müəlliflərindən biri olub.
Göründüyü kimi, Bəhram Basqallı respublikamızda elmi fəaliyyəti ilə bərabər, həm də istedadlı şair-publisist kimi zəngin bədii yaradıcılığı ilə tanınır. Alim-şairin elmi-fantastik hekayələri, lirik və satirik şeirləri vaxtaşırı dövri mətbuatda dərc olunur. Bir neçə elmi-kütləvi və bədii əsərləri (“Canım Qırat, Gözüm Dürat”, “Ölüm ulduzunun sonu”, “Qazaxlı astronomlar”, “Bayramlar”, “Qızılgüllər açanda” və s.), o cümlədən şeir kitabları işıq üzü görüb. Bu yaxınlarda şairin müxtəlif illərdə qələmə aldığı, üümumtürk ədəbi dilində yazdığı və Bilgə Kağan imzası ilə çap etdiriyi “AMİN” adlı kitabı işıq üzü görüb. Müəllif növbəti kitabını ölməz filosof-təngidçi Asif Atanın adına bağlayıb.
B.Basqallı – Bilgə Kağan iftixar hissi ilə deyir: “Mən yalnız 1 səlahiyət taniyirım: elmin, san’etin zoruyla insanların hisslərinə, fikirlərinə hakim kəsilmək səlahiyyəti. Kağanlık səlahiyyəti!”
Sayğılarımla: Yusif DİRİLİ
UĞURUNDA ÖLEN VARSA
Hikmətli Rəsulzadə
Düz bir əsr əvvəldə
Öz fitri zəkasıyla
Yazmış nə güzel, sadə,
(Fikrində güzel niyyət,
Gəlbində nəcib amal):
İnsanlara hürriyyət,
Millətlərə istiqlal!
DISSIDENT ŞE’RLƏRIMDƏN
Sarı rəngli 1 kafesde
ganadından sarılan
guşum.
Sarı bəla sarsıdıbdı varlığımı,
ben sarılık azarına dutulmuşum.
Yok şu dərdin1 əlacı, 1 həkimi.
Gərılıbdi asebimin sarı simi,
sarı rəngli 1 gəm üstə köklənmişim,
çağırmayın zilə beni,
ben bəm üstə köklənmişim.
Gökden bizə dodak büzən
Günəşdi o,
sarıdı o,
səadətnən,
təbəssümnən,
ömür-günnən yarıdı o.
Aman, günəş,
annem günəş!
Boyasan da şu gün bizi
sarı rəngə,
sən culğama kalbımızı
sarı təbli 1 ahəngə.
Yandır bizi,
“Kül olayım
Kerem gibi
yana-yana.”
Gandır bizi,
Dünənimdə itirdimsə
şu günümü,
şu günümdə yaradım ben
yarınımı,
dünən, şu gün buraxdığım
sarı-sarı səhvlərimi
gana-gana!
1973
GÖNÇƏSEVIR
Bu şəhərin çağalarının çığıltısı
dünyada ən şirin avazdı.
Bu şəhərin gızlarının çöhrəsi
Dağ garındandan da bəyazdı.
Bu şəhərdə
Gızıl gül azdı,
Çox azdı bu şəhərdə gızıl gül.
Bu şəhərin nadanlarının
ağlı dayazdı,
nasazdı vicdanları
bu şəhərin yekəxanalarının:
gül mağazasında
gızıl gülə nırx qoyurlar,
gızıl gülnən gız-gülləri soyurlar,
soyurlar gül-gızları,
soyurlar gırmızı-gırmızı.
Gızıl gülləri satılmağa qoymayın,
ey insanlar!
Meydanlara,
eyvanlara,
dirəklərə,
fikirlərə,
diləklərə
yaş fidanlar əkin,
goy ömrünüz-gününüz
gönçələnsin-çiçəklənsin,
ey insanlar!
Ey gızıl əlli zəhmətkeşləri
Mingəçevirin,
şəhərin adını da
çevirin,
olun gül ətirli balaları
GÖNÇƏSEVİRin,
Ey insanlar!
İLK MAAŞ
Həyat kitabına atdığım imzam
Özünə təzə yer seçibdi indi,
Sınıf jurnalına yazılan giymət
Maaş cədvəlinə köçübdü indi.
Alnımın ilk zəhmət damlalarıdı,
Gədir ölçüsünə-me’yara dönüb.
Belki əllərimin ilk gabarıdı,
Kağıza çevrilib ovcuma konub?!
NİYAMƏDDİN MUSAYEVƏ
Şu ğördüyüm həqiqətmi,
Yoksa şırın “Röya”mıdır,
Bura cənnət bucağımı,
Yoksa filarmoniyamıdır,
Müğənniyə vurğun ölkə,
Yoksa bütün dünyamıdır?!
Dağıl güssə, yokal kader,
Şimdi şadlık əyyamıdır,
1 şuk bülbül millətimi
Kürreyi-ərzdə tanıdır!
Müğənnisin, ya sehirbaz,
Yeri-göyü sehirlətdin,
Nağnmen 1 çələng hörüb
Başın üstə çətirlətdin,
Gafiyəmi səsin tapdı,
Misramı sən sətirlətdin.
Məharətli ustad kimi
Bene sevməyi öğrətdin,
Sevgilimə 3 kəlməni
Sən 1 nalənlə dedirtdin.
Zalım, niyə belə etdin?
Niyaməddin!
Niyaməddin!
TƏLƏBNAMƏ
Ay meleğim, eşit nedir dileğim:
Günəş yünlü dilbərimi isterim.
Eksi 1 an gözlərimdən getmiyən,
Namı dilim əzbərini isterim.
1 fidansın, gönçələrin bal dadır,
Ətrin değen ruhum gör nə haldadır,
Dikanların yüreğimi kanadar –
Şeh çilənmiş güllerini isterim.
Kağanının galan ağlın almağa,
“Amin!” diyə hayelinlə galmağa,
Biri gızım, biri oğlum olmağa
Cüt göverçin əlllərini isterim!
GANSIZIMA
Yüreğimi yandıran da odundur,
Gözləyirdim vüsalını cahanda.
Sevdacamı sarsem aşkım yandırar
Sevdiciyim əllərimdən gaçandan.
Anneciyim, isminicə bilmədim,
Kızcığazın ganım düken hatındı.
Gismetdirse benim, yoksa-yadındı,
Gör nə cəllad çıkarmısın canından!
Bülbülünün gızartıısı saraldı,
Bekliyordum kızıl güller açandan.
Senin öyle 3 hecalı adındı,
Taleyimde 3 nüktedir haçandan…
BENIM SEVGIM
Ilk addımım ihtiyarı səndədir,
“Hə”ylə “yok!”un son gərarı səndədir,
Günah (yarı kimdə?) yarı bendedir,
Benim sevgim mə’rifətli sevgidir,
Dinim-sevgim məşəggətli sevgidir.
Camalını istəsəm də ummurum,
Vüsalını istəsəm də ummurum,
Hayelini istəsəm də ummurum,
Benim sevgim təmənnasız sevgidir,
Umacagsız-iddiasız sevgidir.
Mutlu sevda gizlənir gözlərində.
Başkasıyla? Belki de lap benimlə.
Pirguluda, Zəngəzurda, ya Rimdə –
Harda bulsan, ləyagətli sevgidir,
Halal xoşun, xoş niyyətli sevgidir!
Təlatümün yelkənimi yorsa da,
Dalğaların gayığıma dolsa da,
Sevəcəyim, benim olsan-olmasan.
Dəniz sevgim dəyanətli sevgidir,
Təmiz sevgim təravətli sevgidir,
Amin sevgim əmanətli sevgidir..
3 KƏLMƏ HAQQINDA SERENADA
Görən nədən hər şey döndü tərsinə?
3 yılda 300 bin söz dedim sənə,
3 cə kəlmə sözü deyə bilmədim.
Niyə deyəmmədim, niyə? Bilmədim.
Demirəm taledən giley edeydim,
Ya gəm dənizində batıb- galeydim,
3 sözü 3 gönçə gülə döndərib
Sənin pəncərənə ata biləydim.
“FİZİKİ LİRİKA” DƏFTƏRİNDƏN
Riyazi analiz haqqında ballada
İnsan idrakının dağ kudretinden
Elə bil hər yana nur ələnibdir.
Görən nəğmələrmi düsturlaşıblar,
Yoksa ki düsturlar nağmeleniibdir?!
Törəmə-integral-differensial,
100 bin cür müəmma, 100 bin cür sual…
Limit yadımızdan çıkıbdır-nədir,
Analiz nə kadar şairanədir!
Hər şey varsa, demək limit gərəkdir,
Limitə keçməyə ümid gərəkdir,
n – i sonsuzluğa yaxınlaşdırıb
So’rasa limitə keçid gərəkdir.
Əzizim epsiplon, əsəbləşmə sən,
Hər nəsnədən kiçik olsan da hökmən,
Onu bil ki, bizim nəzərimizdə
Hər zaman, həmişə yüksələcəksin.
Burda funksiyalar kəsilməzdilər,
Kəsilməz arzular, duyğular gibi.
Analiz, nə məşhur 1 keşikçin var
Məğrur əyrihətli inteqral gibi!!!
437-DƏ
Çəndirov əldən düşər,
Ömrümüzə çən düşər,
Kalbimize gəm düşər
437-də.
Bilmədilər uşaklar
Niftalı meydan sular,
Lətif də ki lal durar
437-də.
Leksiyada yatmışız,
Çok uygular dadmışız,
Özümüzü aldatmışız
437-də.
Kədər nədir bilmişiz,
Sevincmizi bölmüşüz,
Dirilmişiz-ölmüşüz
437-də.
Şu 1 yönlü yol deyil,
Fizika futbol deyil,
Hər vurulan qol deyil
437-də.
1 pəriyə vuruldum,
Şu aşk üstə kuruldum,
Büllur gibi kırıldım
437-də.
EYNŞTEYN SEVGISI
Diyirlər, şairdən öyrənmək gərək
Mahebbet dərsini, sevinc dərsini.
Deyirlər, şairlər həssas olurlar,
Onlar yaxşı bilir sevgi dərsini.
Sevgi deyiləndə şair yanında
Sıxılıb həmişə “pifaqorçular”,
Şair kipriyindən baş alıb guya
O yağan yağışlar, o axan sular.
Zəif şair belə çox sevilibdi
Ən müdrik alimdən – Eynşteyndən.
Misraya aldanan güzel kızların
Günahı çox olub güzelliyindən.
Yürek yaddan çıkıb. Cavan fizikin
Dolu kafasından hepi konuşub.
1 kıza fizika orğeden oğlan…
Kalbinde mahabbet cağlayıb-daşıb.
O kıza fizika örğeden oğlan
O kızdan mahebbet örğenib ancak.
Hamı 5lərinə gibtə eyləyib,
O dəli aşkıyla öyünüb ancak.
Fakat arxasınınca gülən həmin kız
Oğlanın yüzüne “ördək!” deyibdi,
Hikkəylə, təmkinlə, gayğıyla, bərtdən,
Az diyib, ama nə gəşəy diyibdi.
Gumanlar, hadeler kalıb arkada,
Kalbinde başdıyıb çək-çevir şimdi,
O gənci nə kadar gınasalar da,
Ördəyi tərlandan çok sevir şimdi.
ŞAHMAT TAHTASI YÖNÜNDE
Gülüşün əbədi bahar gibidir,
Sel gibi çağlayır, şımşək tək çaxır.
Baxışın yanaşı toplar kimidir,
Yaxını-uzağı odlayıb-yakır.
Yaralı gönlüme malhem yerinə
İki vurub-yıkan at da koyursun,
Şahanə hüsnünə mat kalmışımm ben,
Sən hələ şahıma mat da koyursun!
Vəzir yönündəki piyada gibi
Karşında titrəyib-əsirim şimdi,
Uzansın şu oyun goy əsrlərlə,
Ben de yesir kalım güzelliyinde!
NADIRSƏN
Adı Marsdakı kraterlərin birinə əbədi həkk olunmuş astronom Nadir İbrahimovun işıqlı xatirəsinə
Mərrixin məhvərinə atdığın adnan dirisən,
Göklerin abı sevinc sayğılarından birisən.
Sən ki öz sən’ətinin ustasısan, mahirisən,
Kəhkəşan seyrinə dalmak işinin qadirisən.
Diyirəm, gəlb odunu bizlərə də göndərəsən,
Əbədiyyət nurunu biz tərəfə döndərəsən.
Gözəlim Gözləmevin gen girişindən gırəsən,
Yarü-yoldaşlarına ərzi-halın bildirəsən:
Rəhimə, Əlibalaya, İnqilaba, Sabirə sən,
Atiqə, Oktaya, həm Teymura, həm Zakirə sən.
Aydını, Natəvanı, Aygünü də güldürəsən,
Ramili, Orxanını, Nadirini dindirəsən.
Sevgili millətini sən ki belə sevdirəsən,
AZƏRBAYCANIMIZIN bircəciyi-NADİRİSƏN!
ASTRONOM GÜZEL VÜSALƏ HATIN ƏLIZADƏYƏ
Göklerin yıldızı, Yerin çiçəyi,
Heyranım səndəki hüsnə-camala.
Yıllar ötüb-keçir, sen de yetirsin
Şuhluk zirvəsinə, həm də kamala.
Karşıda sərt döngə, dim-dik yokuş var,
Gizli hakigeti eyləyim izhar:
Kendini ateşe-alova çırpar
Bülbül yetişincə güllə vüsala.
Ben de yuha kalbli 1 senetkarım,
Senin gulluğunda hər zaman varım.
Sənə goşma goşur şu Bilgə Kağan –
Bahtever başına ay gız, Vüsalə!
AMİNƏLİ NALƏLƏR
Düşdü
Azıb tellərində akına düşdüm,
Uzak bildiklərim yakına düşdü.
Bağbandan habersiz, bağdan habersiz
Nazəndə dilbərin bağına düşdüm.
Yandırıb-yakdığın bəs deyilmldir,
Kalbime dağ çəkdin – dağına düşdüm.
Ceyransın, cüyürsün, maralsan-nesin,
Mahir bir avçının okuna düşdün.
Nə hoş təsadüf ki, sənin gəncliyin
Kağanının müdrik çağına düşdü.
Sən öyle düşünmə
Hasretin kalbimde 1 darak gibi
Gönül tellərımı daraklayıbdı,
Harayım ucalıb ənginliklərə,
Yıldızlar səsimi gucaklayıbdı.
İnadım, isteğim demə nahakdı,
Sanma yarı yolda kalacaığım ben,
Sənin düğünlənmiş bakışlarında
1 “Yanı Keremi” calacağım ben.
Sən öyle düşünmə, yok, istemirm,
“Amin!” duasıyım, . la’net değiliim.
1 “Yanık Keremii”, çok istemirm,
Daha “Vağzalı”ya hasret değilim.
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy