ODDAN-ALOVDAN KEÇDİN, SALAM, ŞƏHİDİM, SALAM!


ÖMRÜN 80-Cİ BAHARI YURDA AÇILAN QAPI, YUBİLEY ÇAĞI

ŞAİRƏ ŞÖVKƏT ZƏRİN HOROVLUDAN YUBİLEYİNƏ YARPAQ-YARPAQ ŞEİRLƏR

Vətən Müharibəsi, məşum 20 Yanvar və Xocalı faciələri, işğal altına alınmış yurd yerlərimizlə bağlı nisgilli, eyni zamanda mübarizəyə çağıran vətənpərvərlik ruhlu şeirlər – yaradıcılıq palitrası kifayət qədər zəngin olan, geniş, çoxçaxəli təbiət peysajları, sevgi dünyası, uşaqlıqla bağlı kənd xatirələri, dostluğa sədaqət, azadlıq eşqinin hopduğu yaradıcılıq nümunələri heç şübhəsiz Ədəbiyyat-SÖZ adamının əsas keyfiyyət göstəriciləridir. Bu ifadələr şairlik təbiəti, ruhsal duyğuları ilə çulğaşmış şairə Şövkət Horovlunun həmişəyaşar poeziyası üçün xarakterikdir, desəm səhv olmaz, düşünürəm. Ona görə də belə qərara aldım ki, DQM-in bloq-saytında şairənin yaradıcılığına yer ayırsaq oxucaularına yaxşı bir poeziya sovqatı olar…
Düzü bilmirəm indiyənəcən neçə yaradıcılıq tədbiri keçirib, ancaq cəmi birində iştirak etmişəm. O zaman məclisimiz yeni yaranmışdı, necə deyərlər, səsli-küylü vaxtıydı, adam gur olurdu, aşıq da, şair də, yazıçı da, alim də, jurnalis də, sadə saz-söz həvəskarları da axın-axın gəlirdilər. Şövkət xanım həmin günlərdə məclisimizin həm ədəbiyyat bölümündə müzakirələrə qatılırdı, həm də “böyük məclis” adlandırdığımız sazlı-sözlü məclislərimizdə, yubiley gecələrində, bədii tədbirlərdə və kitab təqdimatlarında həvəslə çıxışlar edirdi. Həmişə də şeirləri yüksək səviyyədə bəyənilir, sayğıyla, ehtiramla qəbul edilirdi. Belə çağların birində o, təmsil olnduğu bu məclisdən 2-3 nəfərin iştirakını istədi. Yəni, dərs dediyi şəhər məktəblərindən birində məktəb kollektivinin şairəni şərəfinə təşkil etdiyi yeni kitablarının təqdimatı və yaradıcılıq tədbirinə dəvət etdi. Bu iş mənə həvalə olundu və iki gənc aşığımız – Fatimə Cəbrayıllı və Leyli Darvazlı ilə iştirak etdik, sözümüzü dedik, şairənin sölərinə ifalarımız diqqətə dinlənildi, alqışlandı. Tədbirdən sonra çay süfrəsi arxasında bir az da yaxından tanış olduq, müakirə açdıq. Tədbirdə həmçinin, Şövkət xanımın həm müəllim, həm də şair kimi həmkarı Şəmsi Qocanın da, eyni məzmunda yaradıcılıq gecəsi oldu. Söhbətlərimiz çox maraqlı keçdi. Hər iki şair gəlişimizdən, çıxışlarımızdan razı qalmışdı. Bu, bizi bir az da yaxınlaşdırdı, həm də el adamı kimi. Sonralar onu tez-tez müxtəlif dövri nəşrlərdə dərc olunan gördüm, haqında resenziyalar oxudum, insafən məclisimzdə tədbirarası təqdim edilən təzə kitabların ən yaxşı müəlliflərindən bir olaraq barəsində sanballı yazarlardan xoş sözlər eşitdik…
Şairə ilin ən gözəl, şairanə bir çağında doğulub – Novruz bayramı günündə. Cari ilin Novruzu bir müjdə kimi şairənin 80 illik Yubileyinin gəlişinə yeni bir töhfədir. Azad edilmiş torpaqlarımızın müjdəsi kimi… Təəssüf ki, istəsək də belə, məlum pandemiya səbəbindən onu təntənəli qeyd etmək imkanlarımız xaricindədir, başqa sözlə, bu hüquqi cəhətdən mümkün deyil. Necə deyərlər, ölkədə tətbiq edilən mövcud koronavirus qaydaları buna yol vermir. Olsun! Sağlamlıq öncə, həm fərdin, həm də dövlətin istəyidir.
Bütün bunları nəzərə alaraq, şairə Şövkət Zərin Horovlunun yaradıcılığından bir para seçmələri təqdim etməyi düşündük. Bəri başdan gözəl şairəmizi təbrik edir, ona can sağlığı, cümlə işlərinə bitməyən uğurlar arzulayırıq! Əminik ki, ən gözəl şeirlərini Milli Ordumuzun azad etdiyi Qarabağımızda, Cəbrayıımızda, doğulub yaşadığı Horovlu-Soltanlı kəndlərində böyük şövqlə yazacaqdır.
Onun yaradıcılığına şərait yaradan, inkişafına qoşa həyatında stimul verən ömür-gün yoldaşı Hüseyn müəllimə Allahdan qəni-qəni rəhmət diləyir, yerində qalanlara – balalrına və digər yaxınlarına səbr və dözüm, torpağı sanı ömür diləyirik! Allah-təala yerini rahat və işıqlı etsin, məkanı cənnət, ruhu şad olsun, İnşallah!

Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış simalarından olan Şairə-Xanım Şövkət Horovlu – Şövkət Zərin (Kəlbalıyeva) Horovlu 1941-ci ildə, cənnətmisal Qrabağımızın dilbər guşələrindən birində Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. İlk təhsilini bu kənddəki yeddillik məktəbdə almış və daha sonra Cəbrayıl şəhərindəki M.Qorki adına (indiki akademik M.Mehdizadə adına) orta məktəbdə təhsilini başa vurmuşdur. Erkən ailə həyatı quran şairə 1960-1963-cü ildə Bakı Tibb Məktəbini, 1974-cü ildə isə ADU-nun filalogiya fakultəsini bitirmişdir. O, ixtisası üzrə Bakı şəhərinin müxtəlif məktəblərində çalışıb – Azərbaycan dili-ədəbiyyat fənnini tədris edib. Bununla kifayətlənməyən Şövkət müəllimə, eyni zamanda bədii yaradcıılıqla da məşğul olub. İldən-ilə şairənin ədəbi düşüncələrində, bədii fikrində təşəkkül tapan inkişafa bir sıra amillər ciddi təsir göstərib. Ömür yoldaşı, geologiya-minerologiya elmləri doktoru, professor Hüseyn Hüseynovun Əfqanıstan Demokratik Respublikasına üzünmüddətli (1977-1981) ezamiyyəsi ilə əlaqədar bu ölkədə yaşaması qismən də olsa onun yaradıcılığında ləngimələrə-fasilələrə səbəb olub: İlk “Duyğu yarpaqlatrı” şeir kitabının əlyazması itib. Cənubi Azərbaycanın görkəmli yazıçısı Makuli Pənahinin yaradıcılığı mövzusu üzrə namızədlik dissertasıtası yarımşıq qalıb. Buna baxmayaraq, Ş.Z.Horovlu ruhdan düşməyib. 1985-1986-cı illərdən etibarən, ardıcıl şəkildə bədii yaradıcılıqla məşğul olmağa başlayıb. Nübar şeir kitabı 1999-cu ildə nəşr edilib. Sonralar “Çinar həsrəti”, “Mən Araz qızıyam”, “Sözün işığı, “Dünya, səndən nigaranam”, “Ürəyim dam yeridir”, “Heykəlləşən qatar”, “Sənsiz ağlayan nəğmə” adlı şeir və poemalarını yazıb.
Doğma torpağı işğal edildikdən sonra onun bədii yaradıcılığında yeni mərhələ başlayıb. Vətən nisgilli şairə qələmə daha da bərk sarılıb və bir-birinin ardınca şeir, povest, hekayə, roman janrlarında müxtəlif əsərlər yazıb. Qarabağda erməni vandalızminin ifşasına həsr etdiyi sənədli “ Arazdan gələn səs” romanını bitirib. Həmin roman 2010-cu ildə Mahmud Kaşğari Xalq Fondunun mükafatına və diplomuna layiq görülüb, ilin romanı elan edilib. Şairənin rus-erməni separatçılarının Qarabağda apardığı ədalətsiz müharibədən, erməni vandalizminin iç üzünü ifşa edən “Arazdan gələn səs”, “Köynək”, “Əbədiyyətə qədər” və Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın apardığı Milli Azadlıq mübarizəsindən bəhs edən “Tale yolu” romanları nəşr olunub.
Yuxarıda da qeyd olunduğu kimi, Rus-Əfqan müharibəsinin canlı şahidi olan şairə “Açılmamış zərf” adlı bədii xatırə-povestini və “Axırıncı gediş”, “Tale yolu” adlı geniş həcmli romanlar da yazıb.
Onun “Mənim dünyam”, “Oxunmamış zərf”, “70 illik ömür yolu” sənədli povestləri də geniş oxucu auditoryasında rəğbətlə qarşılanıb. Həmçinin uşaqların da taleinə biganə qalmayan şairə “Babam əyri yeriyir”, “Babam iki alıb”, “Yeddinci sevinc” adlı şeir və hekayələr kitabılarının da müəllifidir.
Şairə Ş.Z.Horovlu ədəbi yaradıcılığıqdakı gərgin əməyi, yorulmaz fəaliyyəti müvafuq dairələr tərəfindən yüksək dəyərləndirilib: R.Rza adına Beynəlxalq Mükafat, “Qızıl qələm”, M. Müşviq mükafatları ilə təltif olunub, “Türk Törə Ocağı”nın diplomunu alıb. Prezident təqaüdünə layiq görülüb.
Ədəbi yaradıcılıqla peşəkar və aktiv məşğul olan şairə Şövkət Zərin Horovlu Azərbaycan Yazışılar Birliyinin, Dirili Qurbanı Məclisinin, “Məhsəti” şeir məclisinin , “Yazışı qadınlar” cəmiyyətinin üzvüdür.
Dörd övladı olan şairə, hazırda təqaüddədir.

Sayğılaımla: Yusif DİRİLİ
Dirili Qurbani Məclisinin sədrii, şair-publisist

 

 

 

 

 

Şövkət Zərin HOROVLU

 

 

 

 

SƏNDƏN ÖYRƏNDIM

Mənim yaradıcılığımda böyük rolu
olan həyat yoldaşıma
Ömrümə-günümə bahar gətirdib,
Belə sevməyi səndən öyrəndim.
Mənim bir kəlməmə min yol can deyib,
“Əzizim” deməyi səndən öyrəndim.

Qəmim talayanda könül varımı,
Tənbətən bölmüsən ağrılarımı.
Hissimi, fikrimi, duyğularımı
Sözə çevirməyi səndən öyrəndim

Ürək çırpınanda işıq selində,
Ətrini almışam otun, gülün də
Yaşıl çəmənin də, susuz çölün də
Qədrini bilməyi səndən öyrəndim.

Əcəl bizi salıb deyəsən gözdən,
Bəzən şəklənirik öz-özümüzdən
Bizim bu qocalan gəncliyimizdən
Hərdənbir gileyi səndən öyrəndim.

Dedim: göz yaşıma dəyməz bu dünya,
Hamını bir gözdə görməz bu dünya.
Onu sevməyəni sevməz bu dünya-
Dünyanı sevməyi səndən öyəndim.

 

SU ÜSTƏ GƏLƏN OĞLAN

Yigilib dəstə-dəstə,
Qizlar gəlib su üstə.
Su üstə gələn oğlan,
Məndən bir qab su istə.

Oğlan, su aydinliqdi,
Hava xoşdu, ilıqdı.
Sevgini bəyan eylə,
Könlüm yaman darıxdı.

Sular burulub gedər,
Axar, durulub geder.
Su üstə gələn oğlan,
Qıza vurulub gedər.

Su axar sərin keçər,
Dəryanı dərin seçər.
Su üstə gələn oğlan,
Qızlardan birin seçər.

 

QƏRİB BİR NƏĞMƏ

Bu gecə nə yaman uzandı, Allah,
Umid qanadlanıb hec yana çatmir.
Sinəmi gecəyə mən varaq-varaq,
Açdiqca gozlərim yuxuya yatmir.

Bir dogma pıçıltı,bir tanış səda,
Alıb pəncerəmə getirə kulək.
Səfindən qırılan qərib durna da,
Bu qədər tənhalıq cəkməz mənim
tək.

Bir həsrət nəğməsi uzaqdan dinib,
Bu gecə yuxumu kamına çəkdi.
Bir gece məleyi, qəfilden enib,
Ulduz yagışını üstümə tökdü.

Üstümə yeriyən lal sükutuilə,
Dərin xəyallara dalırdı gecə.
Qoynuna uzanan həsrət əlilə,
Qərib bir nəğməni çalırdı, gecə.

Gecə mələyinin çiyinlərində,
Dolandım dərd-qəmdən uzaq göyləri.
Ulduz karvanının tutub əlindən,
Birgə qarşıladıq yenə səhəri.

         Strasburq

 

ÖPÜM ŞƏHİDLİYİNDƏN

Babam Kəlbalının şəhid nəvələri:
Mayor Səyavuş Hümbət oğlunun, Vaqif Vüqar oğlunun əziz xatirəsinə.

Salam, şəhidim, salam!
Aci xeber eşidib
Aglamaga gəlmişəm,
Zəfərinə gul-çişək
Bağlamağa gəlmişəm.
Torpağın qucagında
Nə gozel yatişın var,
Ürəkləri yandıran
Şimşəktek baxışın var?
Əldə zəfər bayrağı
Keçdin alovdan-oddan,
Ürəyinə qoluna
Təpər verdi Yaradan.
Nifrəti silah edib
Qarabağa apardın,
Ata-baba yurdunu
Əsirlikdən qurtardın.
Keçib Suqovuşandan
Xocavənddən, Ağdamdan,
Torpaq, veten andını
Çıxarmadın sən yaddan.
Salam, şəhidim, salam!
Dur, qarşıla bu mənəm,
Öpüm şəhidliyindən
Yad deyiləm, nənənəm!

Yanvar, 2021

 

KÖNLÜM ISTƏYİR

“Otən gunlər” dəftərindən

Baş alib, dayanmır omur karvanı,
Gəzdiyim elleri könlüm istəyir.
Dagın zirvəsində bəyaz dumanı,
Aranda gülləri könlüm istəyir.

Çıxmır xatirimdən öz elim-obam,
Ötən zamanlari çətin unudam.
Yəqin qəribsəyib uşaqlıq dunyam,
Qayğısız illəri könlüm isteyir.

Hərdən bir könlüm lap havalanır ,
Sanki ilk məhəbbət oduna yanir.
Başımda şirin bir sevda oyanir,
Sevdalı gözləri könlüm istəyir.

Hanı yaşadığım əzəlki illər,
Qol açıb süzdüyüm toylar, düyünlər.
Anamdan xəlvəti hərdən görüşlər,
Gizli görüşləri, könlüm istəyir.

Hər oymaq bəzərdi, şeri , sənəti,
Ululardan qalan dərin hikməti.
Bəzəksiz-düzəksiz saf məhəbbəti,
O şirin dilləri, könlüm istəyir.

Şovkəti bir həsrət dindirir yenə,
Qorxuram ulduzum xəbərsiz sonə.
Kədəri-sevinci sizle bölməyə,
Dostlarim, sizləri könlüm istəyir.

 

GƏZİRƏM

Deyirlər insanı üzür ayrılıq,
Əlindən uzulub əlim, gəzirəm.
Səninlə şux gəzib, şax dolanardım,
Əyilib qamətim, belim, gəzirəm.

Səni axtarıram baharda, qışda,
Çölün tufanında, qarda, yagışda.
Sənsizlik öldürür məni bu yaşda,
Gözümdə çaglayir selim, gəzirəm.

Ömrümün bəzəyi, yaraşığıydın,
Gözümə nur yayan gur işığıydın.
Sən torpaq vurğunu, yurd aşiqiydin
Oba-oba köçub elim, gəzirəm.

Qayıtmır geriyə, həyatdan köcən,
Ruh göyün payıdir, yerinki bədən.
Gözumdə bu dunya boşalıb, nədən
Özumə əcəlsiz ölum gəzirəm.

 

LAYLAY, KƏNDIM!

Horovlu adında bir kend tanıyırdım. .Yenə
göruşe bilmədik, küsüb məndən.

Mən konlunu nece alım,
Ay gözləri dolan, kəndim?
Xaraba evlərin üstə ,
Saclarını yolan, kəndim?

Belə dərd görünüb harda,
Tamarzıyıq doğma yurda.
Daş- kəsəkli yollarında,
İzlərimiz solan, kəndim.

Ürəyimiz dərd yeridir,
Gah agladır, gah kiridir.
Biz oluruq, dərd diridir,
Qalx, hövürlən, hoylan, kəndim!

Budagında gülüm yandı,
Ahından bülbülüm, yandı.
Çagırmaqdan dilim yandı,
Bir yol menə boylan, kəndim.

Həsrəti geyib eynimə,
Ha caladmm günü-günə.
Bir agı gəlib eynimə,
Laylay kəndim, laylay, kəndim!

Fevral, 2019

 

EŞİTMİR MƏNİ

Dalınca baxıram öten illərin,
Onların vəfası yoxuymuş demə.
Saçımda xatirə izləri qoyan,
İllərdən gileydi, omur, incimə.

Alıb apardılar güllü yazımı,
Mənə qar-boranlı qışı qoydular.
Gözümdə saraldıb ümidlərimi,
Yerinə ayrılıq yaşı qoydular.

Bilmirəm, onların hansında varam,
Yaşadıb səbrimi, dəyanətimi.
Sındırıb ayrılıq əzablarımı,
Hansında tapmışam səadətimi?

Vaxtın əllərilə sökülür ömür,
Onun dərgahından üzülmək cətin.
Ötən sevgilər də geriyə dönmür,
Xatirəsi qalır ilk məhəbbətin.

İllərdən daha bir umacagım yox,
Əcəl də xəlvəti gözumə dolur.
Günlərim, aylarım aglı-qaralı,
Gözümün göre-göre edam olunur.

Qərib bir külək də, neytək inləyir,
Evim, otağim da isitmir məni.
Əllərim Tanrıdan sevgi dileyir,
Deyəsən, Tanrı da eşitmir məni.

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s