QARDAŞ QARDAŞINA SEVGİSIZ OLMAZ, DİLIMİZ, SÖHBƏTİMİZ BİRDİ BİZİM.


Güney Azərbaycandan Ramin adli bir şair YUTUB kanalinda maraqli bir şeir oxuyub. Dirili Qurbani Məclisinin Ədəbiyyat Bölməsinin rəhbəri, Quzey Azərbaycan şairi, Sabir Şirvan həmin şeirin təsiri altinda Ramin bəyə eyni adli, eyni rədifli bir şeir yazib. Ümidvarıq ki, şeir tezliklə ünvanına çatacaq və bu şairlər arasında dostluq münasibətləri yaranacaq. Hər iki şairin şeirlərini maraqli olar deyə, saytımızın oxucuların təqdim edirik.

 

 

 

Şair RAMİN, Güney Azərbaycan

 

 

 

 

ELƏ

Fərqi yoxdur o tayla bu tayın,
O tayın xəlqi həman bizdi elə.
Nə Bakı, nə Naxçıvan, nə Qarabağ,
Onların hamısı Təbrizdir elə.

Düzdür sərhəd qoyulubdur arada
Eli eldən ayırıb Astarada
Çəkələr başımızı gər darada,
Bir elik azəri elmizdir elə.

Kəs deyə bilməz elimiz fərqlidir,
Söyləyə bilməz dilimiz fərqlidir,
Kim desə məxfilimiz fırqlidir,
Bilki, ölmək ona caizdir elə.

Bir canıq cismidir ki, ayrı yaşır.
El qəmin sinədə bir candır daşır.
Ruh bu taydan o taya daim aşır,
Şövqümüz görməyə ləbrizdir elə.

Qaydamız sünnətimiz birdi bizim,
Dilimiz, söhbətimiz birdi bizim.
Elimiz, hümmətimiz birdi bizim,
Fail orda bizə faildir elə.

Çal aşıq sazıvı gəl bir haraya.
Raminin şeirini göndər o taya.
Ordaki, səs verən oldu bu haya,
Denə bu şeiri yazan sizdi elə.

 

 

 

 

Şair Sabir ŞİRVAN, Quzey Azərbaycan

 

 

 

 

 

ELƏ

Səni saf dinlədim, əzizim Ramin,
O tayda hər insan əzizdi elə.
Qardaş qardaşına sevgisiz olmaz,
Bizim də sevgimiz dənizdi elə.

Vüsal həsrətiylə saraldıq, solduq,
Bütövlük uğrunda məhbəsə dolduq.
O şəkər ləhcənin heyranı olduq,
Bu dil yaranışdan ləzizdi elə

Bu istək çoxların yandırdı, yaxdı.
İşğalçı niyyəti içindən yıxdı.
Hər xoş baxdığımız, bizə xor baxdı,
Dünyanın işləri qəlizdi elə.

Birlik haqqımızdır, haqq gərəyimiz,
Qardaş töhvəsidir hər köməyimiz.
Bizm can eşidib, can deməyimiz,
Yadların qəlbinə gilizdi elə.

Sabirəm atəşsiz odlara yandım,
Bölünmüş xalq üçün dondum, talandım.
Səsləməkdə səni Savalan sandım,
Hay verən Şahdağdı, Kəpəzdi elə.

20.12.2020.

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s