ZƏNGƏZURUM, İRƏVANIM DARDADIR


DQM-nin yeni təqdimatında Vahid Zəngəzurludur.    Dosye: 1961-ci ildə Zəngəzur mahalının Qafan rayonunun Qovşud kəndində anadan olub. 1978-ci ildə Zeyvə qəsəbə orta məktəbini bitirib. Məlum hadisələrlə bağlı 1988-ci ildə Ermənistandan deportasiya olunub və qaçqın kimi Cəbrayıl rayonunda məskunlaşıb. Hələ uşaq ikən ifaçılıq sənətinə həvəs göstərən V.Zəngəzurlu gənclik illərindən el şənliklərində, tədbirlərdə çıxışlar edir, az vaxtda müğənni kimi tanınmağa bşalayır. Əvvəlcə Cəbrayıl rayon mədəniyyət evində solist, sonra isə Şahvəlli kənd klubunun müdiri vəzifəsində çalışır. 1993-cü ildə erməni-rus hərbi birləşmələrinin Qarabağın bir sıra bölgələrini işğal etməsi nəticəsində təkrar məcburi köçkünlük həyatı yaşayan müğənni Bakı şəhərinə gəlir və burada 4 il Muğam Teatrında muğam ifaçılığı sənətinin incəliklərinə yiyələnir. Bu onun sənətdə inkişafına təkan verir.

Gözəl səs tembri olan müğənninin yurd ağrıları dərdli-nisgilli şeirlərin ağuşuna atıb. Poetik nümunələri göstərir ki, bədii yaradıcılığa peşəkar münasibəti olmayıb. Ancaq doğulduğu ocaqdan ata-baba yurdundan zorən didərgin düşən Vahid bəyin şeirləri erməni qəsbkarlarının, erməni vandallarının təcavüzkar xarakterini özülündə yaşadan bir nümunə kimi maraq doğurur. Onun ahəngdar səsini məxsusi olaraq toylarda, el şənliklərində, müxtəlif tədbirlərdə az-çox dinləmişəm. Zövq oxşayan səsi kimi yaradıcılığındakı çalarlarda məlahətlilik var. Ruhu oxşayır. Həm də üsyankar şeirlərdir V. Zəngəzurlunun poetik düşüncələri maraqlıdır, zənnimcə. Onlardan bir neçəsini dəyərli oxucularımıza təqdim edirəm. Buyurun, canında, ruhunda siqlət olan hər yazıda bir hikmət, bir çağırış var. Oxusanız könlünüz özü sizə pıçıldayacaq şair misralarında nələr yatır. Sayğılarımla: Yusif DİRİLİ

 

 

 

 

 

Vahid ZƏNGƏZURLU

 

 

 

TÜRK OĞLUNA SALAM OLSUN!
Türk qardaşlarlmlzln bizə dəstək olması münasibətilə.
Bütün dünya türklərini salamlaylram! Müəllif

Sən yurduma, dayaq gəldin.
Türk oğluna, Salam olsun
Zülmətimə mayak gəldin.
Türk oğluna, Salam olsun!

Qisas, qalmaz qiyamətə.
Hökmün keçər, hər millətə
Son qoyasan bu töhmətə.
Türk oğluna Salam olsun!

Ərdoğan böyük qardaşım.
Qurtarar torpağım, daşlm
Haqq işidir bu savaşlm
Türk oğluna Salam olsun!

Turan eli, cuşa gəlsin
Səf şəf dursun, xoşa gəlsin
Zəfərimiz başa gəlsin
Türk oğluna Salam olsun,
Türk oğluna Salam olsun!

 

TÜRK ÖVLADI, TÜRKÜMÜZƏ “QAL” DEYƏK
Azəri türklərinə səslənirəm: Bizim nicat yolumuz yalnız və yalnız Türk qardasımızın köməyi ilə açıla bilər. Türkümüzə “qal” deyək!

Tariximin, yaddasını varaqla.
Təbrizimi, Dərbəndimi soraqla.
Azərbaycan, qalx ayağa, bir görək.
Türk övladı, Türkümüzə “qal” deyək,.

Rusdu havadarı hay dövlətinin
Çox dadlb şilləsin Türk millətinin.
Qarabağ savaşı başlasın gərək,
Türk övladı, Türkümüzə, “qal” deyək.

Zəngəzurum, İrəvanım dardadı
Gəlsin alsın, Şah İsmayıl hardadı?
Guvəncim, Türkədi, bir vursun ürək,
Türk övladı, Türkümüzə “qal” deyək.

Vicvicə düşübdü farsın canına
Qaçır eiməninin, rusun yanına.
Yenə işləyirlər min hiylə, kələk
Türk övladı, Türkümüzə, “qal” deyək.

Türkün dostu türkdən qeyri deyildi
Türk önündə, çox xaqanlar əyildi.
Vahid Zəngəzurlu, dilə xoş dilək –
Türk övladı, Türkümüzə “qal” deyək.

 

CƏBRAYILDA

Vətən həsrətiylə odlanan dostum
Dağıldı, qalmadı el Cəbryılda.
Yolun düşsə ağlın çaşar yerindən,
Saralıb çöl-çəmən, gül, Cəbryılda.

Ziyarat dumanlıdı, çənlidi
Arazın həsrətdən gözü nəmlidi.
Qurbani, Pəri də yaman qəmlidi
Ağlayır sazında tel, Cəbrayılda.

İllərdi xan çinar yaralı qalıb
Hacıqaramanda maralı qalıb.
Ana balasından aralı qalıb,
Axdı göz yaşından sel, Cəbrayılda.

Bu dünya heç kimə qalası deyil
Kərəm bir də sazın çalası deyil
Sənə Zəngəzurlu balası deyir
Qayıt bir məskən sal, ol Cəbrayılda.

 

QARDAŞ

Ürək yansa, göz yaşlnı, saxlamaz
Elə kövrəldim ki, ağladım qardaş.
Sənin həsrətini çəkən doğmanam
Sənə ümidimi bağladım qardaş.

Qanad açlb uçur, ömür yelkənim.
Zamandl ömrümə, kəsilən qənim
Uzaqlarda qallb ötən, dünənim
Mən necə zamanı saxladım qardaş.

Qardaşdl ,qardaşln arxa, dayağı
Qlymaz daşa dəyə, onun ayağl
Dosta ola bilməz, qardaş, sayağı
Yüz dəfə slnadlm, yoxladım qardaş.

Vahid Zəngəzurlu qərib, quş oldun
Hicrana,həsrətə vaxslz tuş oldun.
Nə doğmanda keçdin, nədə yoruldun
Sənə kəm baxanı, oxladım qardaş.

 

QOCA ÇİNAR
Cəbrayıl acısını çəkənlər üçün

Tarixləri yaddaşında, yaşadan
Qoca çinar, qınağında qalmlşıq
Başlnl dik tutdub, əyilmədi heç
Zəmanənin slnağlnda, qalmlslq

O bir keşikçidi, viran şəhərə
Ümüdlə boylanır doğan, səhərə
Dözür acllara,baxmlr, qəhərə
Bir ümidin çırağında, qalmışıq.

Həsrətlə yollara boyalanlr, baxır.
Qəmli göz yaşları, kökündən axır
Düşən zülmətimə şimşəkdi, çaxır.
Belə bir hikmətin, sorağında qalmışıq.

…. Vahidəm əbədi xandı, çinarım
Həsrətdən allşan candl, çinarım.
Soyuqda, şaxtada dondu, çinarım.
Bizdə qərib elin, ocağında qalmışıq.

 

MƏNİ

Ay ellər sizlərə vəsyyətimdi
Üz üstə basdlrln, məzara məni.
Gormədim dünyada haqq-ədaləti
Saldl yalan, böhtan azara məni.

Deyirəm bir daha görməsin gözüm
Nizamsız ölkənin əyrisin, düzün
Qoy torpaq oxşasln, qoy örtsün üzüm
Qlymasın bu yalan, bazara məni.

O haqq dunyasına gözümlə baxlm
Bir daha sizlərə, düşməyim yaxln
Ruhumu sizlərə şahid buraxım
Nahaqdan qoymayın, bezara məni.

Bilirsən, insanln dörd dünyası var
Dördüncü dünyasl axirət olar.
Orda nə nökər var, nə də ixtiyar
Nədə virus salmır, azara səni.

Əzəldən dünyanın budur qaydası
Kimə Vəfa qıldl, fəna dünyası
Vahid Zəngəzurun qalar mirası
Elim dəfn edəndə, məzara məni.

 

MƏNİM

Hələ, ciyərimdə dağ, havası var
Onunçün təngimir, nəfəsim mənim.
Bağlanıb yolları, gedə bilmirəm,
Yurddan xəbər vermir bir kəsim mənim

Qartal vuqarlıyam əyilməz belim
Sonmərəm qürbətdə çəksəm də zülüm.
ZƏNGƏZUR mahallm, Qafandı elim
Ruhundan qaynayır bu səsim mənim.

Xəyallm dağlarda cismim şəhərdə
Rahatlıq tapmıram, düşmüşəm dərdə.
O, gözəl caglarım donəydi, bir də
Artardı yaşamaq həvəsim mənim.

Cismimdə, ruhumda vətəndir mənim,
Qaynayan, təbim də vətəndir mənim,
Vahid Zəngəzurlu, sənin həmdəmin,
Vətən torpağıdı tək bəsim mənim.

 

GÜVƏN TÜRKÜN BALASLNA

Dalğalanar Göyça gölü
Baxlb Rəvan qalasına.
Bu hasrətə son qoyacaq
Güvan Türkün balasına.

Üç rəngli İrəvan sancağı
Sancılacaq qalaslna.
Dörd bir yandan saldlracaq,
Güvən Türkün balasına.

Qollarımız açıacaq
Hay dövləti yıxılacaq.
Haqq işimiz haqq olacaq
Gəvən Türkün balasına.

Dədə Ələsgər vətəni
Qədim Göyçə, Zəngəzurum
Iki qardaş yenilməzdi,
Güvən Türkün balasına.

Süleyman şah nəvəsiyik
Vətən, torpaq həvəsliyik
Şəhid olub, öləsiyik
Güvən Türkün balasına.

Turk qardasım, soyum əkiz
Dilim, dinim, boyum əkiz.
Qardaşım Türk – budur şəksiz,
Güvən Türkün balasına.

Zəngəzurdan yellər əsər
Haylar qaçmağa tələsər.
Birgə gələr Turan ellər,
Güvən Türkün balasına.

Sönmüş ocaqlar qalanar
Düşmən torpaqdan daranar.
Üç rəng bayraq dalğalanar
Baxlb Türkün balasına.

İrəvan bayrağı mübarək olsun! Qoy bütün Turan ellərimiz birləşərək dünyaya bir daha Türkün kim olduğunu göstərsin, mənfur hay millətinə, onun havadarı olan rus və qeyri millətlərə böyük Türk silləsinin necə agır və necə dözülməz olduğunu göstərsin. Qəzamlz mübarək olsun! Amin!

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s