KORLAR ŞƏHƏRİNDƏ


 

 

Əsmər HÜSEYN XAN

 

 

 

(Şəhərdə bir qarın çörək üçün avtomobil şüşəsi təmizləyən balaca oğlan gördüm)

Çirklənmiş bu şəhərdə şüşə silən balaca,
Gözünü sil, ağlama, şüşələr təmizlənməz.
Şəhər yatıb, sən də gəl, gəl uyu dizlərimdə,
Şirin yuxun olmasa gecələr təmizlənməz.

Bu korlar şəhərində hamı yanından keçər,
Gördüm deyən tapılmaz, lap ünvanından keçər,
Əllərinin soyuğu gəlib canımdan keçər,
Ölü bədənlər gəzən küçələr təmizlənməz.

Gözə görünməzliyin ürəyimi ağrıdar,
Boyundan böyük yükün kürəyimi ağrıdar,
Qış olar, yalın əynin köynəyimi “ağrıdar”,
Vicdan yoxsulu olan qəlb ölər, təmizlənməz.

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s