QARA SAÇLARIMA DÜŞƏN AĞ İŞIQ


Şairə Rəfiqə Qasımqızı – Abbasova Rəfiqə Qasım qızı 1954-cü ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində ziyalı ailəsində doğulub. İxtisasca həkim olan, şairə oxucusunun qəlbinə asanlıqla yol tapa bilir. Təsadüfi deyildir ki, sevilən şairənin şeirləri mütəmadi olaraq dövrü mətbuatda, o cümlədən müvafiq internet saytlarında dərc olunur. İndiyədək onun “Yaşanan ömrümdə yeni ömürsən”, “Payız dodağında oxunan nəğməm”, “İlmələnən arzular”, “Xatirələr əl edir”, “Utancaq bənövşələr” və “Фиалка” (rus dilində) adlı kitabları işıq üzü görüb. O, həmçinin Təbrizdə nəşr olunmuş “Yubanmış sevgi” adlı bir kitabın müəllifidir.
Şairə R.Qasımqızı “İraq-Türkmən Ədəbiyyatçı və Yazarları” birliyinin üzvü,“Qızıl qələm” mükafatı laureatıdır. Vaxtaşırı DQM-nin tədbirlərinə qatılan şairə, həm də bu məclisin üzvü kimi ilk dəfədir ki, bloq-saytımızda çap olunur. Onu münasibətlə təbrik edir, daha çox sevindirici-yaradıcı uğurlara nail olmasını istəyirik! Oxuyaq, dəyər verək, dostlar!

Sayğılarımla: Yusif DİRİLİ

 

 

 

 

Rəfiqə QASIMQIZI

 

 

 

 

 

ÖMÜR

Bir gilə yaş boydamı,
Əlimdən düşən ömür.
Qəm-qüssənin közündə,
Qovrulub bişən ömür.

Qönçə arzularımı,
Fələyə nişan verib.
Bəxtimin kəm yerini,
Küləyə ehsan verib.

Ümidin qığılcımı,
Soyuq dəyir əlimə.
“Son görüm” çox zəifmiş,
Əsir düşüb dilimə.

Taleyimin çəp gözü,
Əyriləri düz görür.
Bəxtimin ağ rəngini,
Dinməz saçıma hörür.

Bütün arzularımı,
Yığıb qızıl qəfəsə
Möhtac qalıbdı özü,
Bir quruca nəfəsə.

Qədərimi bəxtim heç,
Öz boyuma biçmədi.
Ağ görünən şərbəti,
Ağı bilib içmədim.

Daş,kəsəkli ömrümün,
Yolları dağ-dərədi.
Yolumu kəsən qaya.
Sel gətirən bərədi.

 

SEVGIM CILIZ QALDI

Deyirlər bir sevgi şeiri oxu,
Xatirələr çaş-baş, ayağı üstə.
Qəlbimə iz salan ilk eşqim mənim,
Çoxdan heykəlləşib dönübdü büstə.

Daşlaşmış sevginin nəyindən deyim,
Sığalı, tumarı çıxıb yadımdan.
Heç ilk görüşümüz olubmu bizim,
Yoxsa danışıblar mənim adımdan.

Necə kövrəlibdi xatirələrim,
İslanıb sevgimin al yanaqları.
Sevgim cılız qaldı, heç böyümədi,
Qoymadı boy ata el qınaqları.

Qoynunda bəslədi öz balası tək,
Həsrət sığal çəkdi neçə illərə.
Gizlicə saxladım, qorudum bircə,
Eşqimiz düşməsin yaman dillərə.

İndi heç söhbətə yer də tapılmır,
Saralıb xiffətdən söyüd ağacı.
Dərd-qəmlə, kədərlə yüklənib yaman,
Göstərmir illəri ömür sayğacı.

 

KÖHNƏ TANIŞ

Üz-üzə gəlmişik illərdən sonra,
Nə sən dinə bildin,nə mən danışa.
Oxşadın bəxtimin taxtından düşən,
Həsrətə bürünmüş köhnə tanışa.

Mənimmi gözlərim dumanlı görür,
Qara tellərinə yoxsa dən düşüb.
Bəxtində göynəyən oxşar taleyim,
Bir alın yazısı bizə tən düşüb.

Həsrət xumarlanır nəmli gözündə,
Vüsalın əlləri uzana qalıb.
Hicran yaxasını çəkib qırağa,
Taleyin bu hökmü susana qalıb

İndi heç söhbətə yer də tapılmır,
Saralıb xiffətdən söyüd ağacı.
Dərd-qəmlə, kədərlə yüklənib yaman,
Göstərmir illəri ömür sayğacı.

 

ZAMAN ÖTÜR

Zaman ötür yanımdan,
Üzümə baxa-baxa.
Günlər keçir ömrümdən,
Su kimi axa-axa.

Hər axşam ürəyimə,
Gprdüyümü yazıram.
Ömrün dolaylarında,
Hərdən itib, alıram.

Hərdən də öz içimdə,
Boğuluram, ölürəm.
Hərdən gələn dərdimi,
Öz-özümlə bölürəm.

Qurduğum hər xəyalım,
Beynimdəcə boğulur.
Qurtulmaq istəsəm də,
Yeniləri doğulur.

 

 

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s