DİRİLİ QURBANİ MƏCLİSİ: BU GÜNLƏ DÜNƏNİN VƏHDƏTİ


 

BUN01

 

 

Bünyad Kazımov

Məclisin elm bölməsinin üzvü,
“Azərbaycanın Yaradıı Ziyalıları” İctimai Birliyinin sədri,
texnika elmləri namizədi

 

 

“Dirili Qurbani” məclisinin yaranması Azərbaycanda qədim ozan aşıq sənətinin ən layiqli nümayəndəsi Aşıq Qurbaninin sənət dünyasına bugündən bir işıq salınması zərurəti ilə bağlı olmuşdur. Bu işığın yayılma və təsir gücü sonradan elə olacaqdı ki, bütün Azərbaycan eli bu gücdən öz nurlu payını qazanacaq, ustadın sirli-sehrli kəlmələrindən bəhrələnəcək və bunun sayəsində dönməz özgüvənini əldə edəcəkdir.

“Dirili Qurbani” məclisinin yaranmasından bəri keçən dövr ərzindəki fəaliyyəti o qənaətə gəlməyə əsas verir ki, məclisin yaradıcısı və sədri, yaxın dostumuz Yusif Dirili onun fəaliyyətinin qurulması və həyata keçirilməsi yönümündə düzgün istiqamət götürmüş, bu işə ölkəmizin layiqli yazarlarını, eləcə də elm və digər müvafiq sahə adamlarını cəlb edə bilmişdir.
Elə belə təşkil olunmuş kompakt və işgüzar heyətin sayəsində məclis qədim mədəniyyət sahələrinin təbliği üzrə qazandığı layiqli yerinə və təsir sahəsinə görə respublikada uyğun istiqamətlərdə fəaliyyət göstərən məclislərdən kəskin surətdə fərqlənir.
Qeyd etmək yerinə düşər ki, məclisin bu cür tanınmasında Yusif Dirilinin birbaşa müstəsna xidmətləri vardır. Bu da, ilk növbədə, onun yaradıcı vətənpərvər bir şəxsiyyət olduğunu göstərir. İnanıram ki, onun sayəsində məclisin uğurları hələ çox olacaq.
Mən də məclisin fəaliyyətinin ilk günlərindən onun elm bölməsinin üzvü kimi fəaliyyət göstərməyə başlamışam. Bu dövr ərzində müxtəlif müvafiq elmi mövzularda polemikalar təşkil olunmuş, dəyirmi masalar və seminarlar keçirilmişdir.
Dəfələrlə məslisin çap etdirliyi elmi-bədii toplularda, “Dirili Qurbani” qəzetində, eləcə də onun internet səhifəsində şeirlər çap etdirmişəm. Məclis şeir və digər ədəbiyyat nümunələri yaratmaq fəaliyyətinə qədəm qoymuş yeni yazarlar üçün, sözün əsl mənasında, əvəzolunmaz mərkəz rolunu oynamışdır və hal-hazırda da bu yönümdə missiyasını uğurla davam etdirir.
Bunları əsas götürərək, “Dirili Qurbani” məclisini mahiyyətcə bugünlə dünənin uğurlu vəhdəti kimi səciyyələndirmək olar.
Məclisin bundan sonrakı fəaliyyətlərində ona uğurlar arzulayıram.

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s