GİCƏKİ DAĞINA SƏFƏRİMİN TƏFƏRRÜATLARI


35_nMƏRƏZƏ XATİRƏLƏRİMDƏN: YUSİF DİRİLİ
şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Qobustan rayonunun Dərəkənd kəndində müəllim işləyirəm. Vətən şəhidi İqbal İbrahimovun adını daşıyat tam orta məktəbdə. Artıq 8 ildir Bakıdan bura təpik döyürəm. Ancaq bəxtimə yaxşı yer, yaxın yer, yaxşı camaat düşüb. 2010-cu ilə qədər dəfələrlə eşitmişdim ki, bu bölgənin ən hündür dağlarından biri də Gicəki dağıdır.

Deyirdilər, maraqlı, görməli yerdir. Amma burdan-bura hələ də Gicəkini görməyənlər varmış. Çox adam bu kənddən mənə vəd eləmişdi ki, “müəllim, mütləq səni Gicəkiyə aparacam, özü də elə-belə yox ha! Bir çəpişdən-quzudan götürəcəm, video təşkl edəcəyəm, ürəyin istəyən adamları da dəvət edərsən, bir gün ləzzətlə Gicəkidə yaxşıca dincələrik (Əslində mənim yeyib-içmək marağım olmayıb, sadəcə oranı görmək istəyirdim). Onda görərsən Mərəzədə Gicəki nə olan şeydi? Bizim sənə çox böyük hörmətimiz var, müəllim. O boyda yolu gəlib burda balalrımıza dərs deyirsən. Bunu eləmək nə şeydir, bəyəm? Bircə yaz gəlsin.”
Bir başqasi qışın oğlan çağında: “Müəllim, bir şey qalmayıb, Allah qoysa, Novruz aşını yeyib gedəcəyik. Ya bir yaxşı, karlı hünduşka, ya da bir quzu götürəcəm. Mütləq gedəcəyik. Yoxsa ola bilərmi ki, neçə il sən burda dərs deyəsən, amma biz səni aparıb Gicəki kimi yeri göstərə bilməyək?” Müəllim yoldaşalrımsa məni gah atla, gah maşınla, gah da motoskletlə “aparıb Gicəkiyə çıxartdılar”. Beləcə beş il xəyalplovdan o qədər yedirtdilər ki, day doymuşdum. Getməyə heç həvəs qalmadı. Üzləri ağ olsun, Allah işlərini avand eləsin cəmisinin. Kənd adamlarıdır da, yəqin vaxtları olmur: əkin-biçin, mal-qara… Nə isə… Məndə də tab qalmadı, insafdan-zaddan keçdim və beləliklə, aşağıdakı şeir parçası yarandı. Və ildırım sürətilə kənd arasında yayıldı…

GİCƏKİ DAĞINDAN GÖZƏLİ VARMI?
Deyirsən Pirqulu, Şahdağ gözəldi
Gicəki dağından gözəli varmi?
Ağrğdağı, Babadağı əzəldi,
Gicəki dağından əzəli varmı?

Çoxdandı canıma dolub həvəsi
Uzaqdan cəlb edir görən hər kəsi.
Yayılib aləmə getməyin səsi,
Gicəki dağından gözəli varmi?

Dedininiz aparrıq, inandım mən də
Ziyarət eşqinə tələsdim kəndə,
Nə bilim, sözünüz qalıb dünəndə,
Gicəki dağından gözəli varmi?

Yaşarın vədini aldım ciddiyə
Endim dərəsinə, qalxdım gədiyə
Dirili Yusifə gözəl hədiyyə,
Gicəki dağından gözəli varmi?

Elsevər atları çaparaq gəlsin,
Vasif də “Volqa”yla qoparaq gəlsin,
Eladar “Jiquli”ni taparaq gəlsin,
Gicəki dağından gözəli varmi?

Ziyafəddin kişi səfər üstədi,
Salamat ləngidir, Zamiq xəstədi,
Yusif də qəribə bir həvəsdədi,
Gicəki dağından gözəli varmi?

Dərəkənd kəndi, Mart, 2009

Bu hadisənin üstündən bir müddət ötmüşdü, maaşlar da gecikirdi nəsə. Mayın 15-i günü dedilər pullar verilir. Müəlimlərdən bəziləri Mərəzəyə yollandı. Həmin gün həftəsonu olduğuna görə dərslər bitən kimi Bakıya dönməliydim. Bu ara telefonum zəng çaldı. Elsevər müəllim idi. “Ay Yusif müəllim, yaxşı bazarlıq eləmişik, müəllimləri təşkil edin, özün də bir az ləngi bu gün gedək Gicəkiyə!” Burda deyəsən işıqucu görünürdü. Çox qısa vaxtda hamı yerbəyer oldu. Gəzinti üçün nə lazımdırsa, miniklə birgə təcil həllini tapdı. Belədə deyirlər ki, Allah özü düzəltdi. Qabaqcadan hazırlıqsız-filansız baş tutan Gicəki səfəri hamıya ləzzət elədi. Onda bildim k, tək mən deyilmişəm bu cənnətməkan yeri görməyən. 2-3 nəfərdən savayı sən demə çox adam getməyin həsrətindəymiş. 15-əcən müəllim, həmkarlarımız Elnur müəllimin “Jiquli”si ilə Vasif müəllimin “Volqa”sına əyləşib 10-12 km-lik məsafədə yerləşən Gicəkiyə yollandıq. Nağıllarda deyildiyi kimi dərə keçdik, təpə aşdıq, düz getdik axır ki, Gicəkiyə yetişdik. Öncə mənim diqqətimi yüksəklikdə vaxtılə mövcud olmuş qədim yaşayış yerlərinin qalıqları cəlb elədi. Gicəkinin dövrələmə döşlərindəki kolluq və ağaclıqlar da adama ləzzət eləyirdi. Gerçəkdən bir gözəl gün yaşadıq burada olduğumuz saatlarda.
Dəniz səviyyəsindən1000 metrədək yüksəklikdə yerləşən Gicəkinin zirvəsindən baxanda Bakı da, Şamaxı da qalır ayağının altında. Büsbütn sinəboyu qalxan gül-çiçəkli əlvan yaşıllıq, sovetlər dövrü hərb düşərgəsinin möhtəşəm izləri fərqli təəssürat yaradır insanda. Yadımda qalan həm də odur ki, cəm olduğumuz 2 minik maşınından birinin təkəri yarıyolda partladı. Ancaq yenə Allah bizə getmək şəraiti yaratdı. Az sonra bizə qənşər gələn “KaMaz”ın sürücüsü köməyimizə çatdı. Digər bir maraqlı hadisə hələ kənddən çıxan məqamlarda göyün üzünə qapqara buludun çökməsi, Gicəkinin zirvəsində selləmə yağış qorxusunun olmasıydı. Biz getməkdə qətiyyətli idik deyə, ya nədəndirsə Allah-tala yolumuza sərinlik içində bir nur səpdi. Beş-on xırda damcını nəzərə almasaq, zirvədə bizi qarşılayan sakit sərin hava pedaqoji kollektivimizin bu əlahəzrət gəzintisinə xüsusi rövnəq verirdi.
Beləliklə, arzuma qovuşdum. Bu gözəlliyə və möhtəşəmliyə heyranlıqdan vəcdə gələrək, Gicəkiyə həsr etdiyim növbəti şeiri ən yaxşı şeirlərimdən sayıram. Həmin şeiri ilk dəfə, Gicəki səfərindən 15 gün sonra keçirilən son zəng tədbirində oxudum. Deyəsən hamının – müəllim həmkarlarımın, şagirdlərimizin, kənd sakinlərinin, eləcə də rayon icra hakmiyyətindən, təhsil şöbəsindən təşrif buyurmuş qonaqların, o cümlədən digər tədbir iştirakçılarının çox xoşlarına gəlmişdi.
Qeyd etməyə bilmərəm ki, elə bu günün özündə də Gicəkiyə yeni səfər barədə söhbətlər təzədən gündəmə qayıdıb.Vədlər baş alıb gedir. Sözünə hakim olanları tanıyıram, vədəbazlar da var axı! Görək də, bu dəfə necə olacaq? Təki gerçək olsun!

AXIR Kİ, QOYNYNA GƏLDİM, GİCƏKİ

Çoxdan görüşünə amadə idim
Axır ki, qoynuna gəldim Gicəki.
Gətirən yox idi, piyada idim,
Axır ki, qoynuna gəldim, Gicəki.

Doğrudr, yubandı maşın atımız
İlana oxşadı ala çatımız.
Ağcanı ölümdən aldı Tutumuz,
Axır ki, qoynuna gəldim, Gicəki.

Keçdim bərələrdən, ötdüm zamandan
Yağmurlu vaxtından, şehli dumandan.
Adladım ilğımlı min bir gümandan,
Axır ki, qoynuna gəldim, Gicəki.

Keçmiş günlərinə, ilinə baxdım
Seyr etdim çəməni, gülünə baxdım.
Sinəndə yamyaşıl tülünə baxdım,
Axır ki, qoynuna gəldim, Giicəki.

Sağ olsun dostları, axır ki, gəldik
Adı bəllənməyən tarixsən, bildik.
Gizli mətləbləri götürdük, sildik,
Axır ki, qoynuna gəldim, Gicəki.

Bura hərb meydanı, döyüş səngəri
Hanı tərpənişin, hanı ləngərin?
Diridağ əsirdir, gətdim xəbərin,-
Axır ki, qoynuna gəldim, Gicəki.

Dövrəndə hər cürə çal-çağır, büsat
Sənsiz nə ömür-gün, sənsiz nə həyat?
Daha gedərgiyəm, di qal salamat,
Vaxt tapıb, qoynuna gəldim Gicəki.
Axır ki, qoynuna gəldim, Gicəki.

Dünyamız düzəlsə bərabərin yox,
Hər dağdan əzəlsən, bərabərin yox.
Gerçəkdən gözəlsən, bərabərin yox
Onunçun qoynuna gəldim Gicəki,
Axır ki, qoynuna gəldim, Gicəki.

Yusif tək dərdindən ölənlər çoxdu
Heyf görüşünə fürsəti yoxdu.
Bəlkə də Allahdan qisməti yoxdu,
Dolanıb boynuna, gəldim Gicəki,
Axır ki, qoynuna gəldim Gicəki.

Dərəkənd kəndi, May, 2010

 

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s