MƏNADAN YARANAN MƏNA YAŞADIR!


files

 

 

 Eluca ATALI

 

 

DİRİLİ QURBANİ MƏCLİSİNİN ON İLLİYİNƏ

(İzhar)

Biz səkkiz nəfər Qurbani Ədəbi Məclisini təsis etdik.
Böyük iddia ilə meydana girmədik, yeni nəsə kəşf etmək, nə də olanı dağıdıb, yeni yaratmaq eşqimiz yox idi. Biz isədik ki, bizə qədər gəlib çıxan Qurbani adı, irsi bizdən sonra da var olsun.

Biz sadəcə dərk etdik ki, Qurbanin sabahkı varlığı, yəni, onun ədəbi irsinin qorunması biz nəsildən asılıdır – konkret olaraq təkcə məndən, səndən və digər dostumuzdan yox, hamımızdan. Ona görə də Qurbani Məclisi səkkiz nəfəri adlayıb səksənə çıxdı, Azərbaycanı bürüyüb onun sərhədlərini aşdı.
Bu Məclisin on ildə keçdiyi yol bu gün bir məktəbdir. Bunu yaradan, yaşadan və gələcəyə çıxarmaq iddiası ilə çiyninə ağır yük qaldırmış Yusif Diriliyə fədakarlığına görə saq ol deyirəm, bu yolda ürəyin əsməsin, dizin bükülməsin.
Amma bütün bunlara baxmayaraq, Məclis hələ də öz böyük mənasını təsdiq etməyib. O, o vaxt varlığını bütünlüklə təsdiq edəcək ki, Qurbanin doğulduğu Dirili kəndində məclis üzvüləri saz çala, söz deyə. Əgər biz bunu edə bilməsək, əməlimizin hansı böyüklüyündən bəhs edə bilərik? Və əgər biz bu düşüncə ilə yaşamırıqsa, demək, əksinə, arsız kədərlə şeir yazırıq. Qurbani havası Bakıda, Şəkidə, Urmuda, Xoyda, Təbrizdə, Ərdəbildə, Mərənddə, Dərbənddə də çalına bilər bu gün, çalınmalıdır da. Bizim içimizdən gələn haray kimi, adi musiqi kimi yox. İçsəs kimi simlər dilə gəlməlidir. Lakin bu havanı Qurbanin öz yurdunda Qarabağda səsləndirməyə hələ də cürət etmiriksə, demək, hünərsizik.
Şerimiz o zaman mənasına çatar ki, yağı düşmən tapdağında olan torpaqları azad edəcək mənanı, mahiyyəti canında versin. Şeirin məqsədi canında zəriflik gəzdirməklə bərabər, həm də gərək qılınc kimi kəskinlik, kəsər olsun ki, o oxucusuna İNAM verə bilsin.

II

Qurbani Məclisinə gələn şeirsevərlə, ordan çıxıb evinə gedən şeirsevərin səviyyəsi eyni olmalı deyil. Bura gələn duyğu və fikrini paylayır digərləri ilə. Belə olan halda hamı burdan öz yükünü alıb çıxır: bir firkilə gələn, onlarla yeni ideya eşidib gedir.
Biz çox itirmişik, lakin itkinin qabağın bu gün almaq qüdrətimiz var. Çünki Qurbani Məclisi kimi sözü qoruyan, ona dəyər verən mənəvi birliyimizi yaradan bir qurum var ki, gələcəyimiz üçün burda nəticə çıxara bilərik.
Kimsə bundan fərqli düçünürsə, demək, o, Məclisin yaranma mahiyyətin, on ildə keçdiyi yolu anlamayıb. Amma inanmıram beləsi gəlib bura çıxa! Ulu adın işığına gəlir, parıltısına yox, istisinə gəlir, soyuğuna yox, Qurbani adına pənah gətirən. Böyüklüyü, ululuğu dərk etmişlər burda yol gedə bilər.

III

Şeir o zaman məna yükünü daşıya bilər ki, o sətirlərdə sənin yanğın və yaşadığın görünsün. Qurbanisevərlərin bu günkü yaşamının bir adı olmalidir: yaşından, kimliyindən, sənətindən asılı olmayaraq , Qurbani ruhuna ləkə olan əsarət sözünü onun yurdundan-yuvasından qovmaq və bütün bunların nəticəsi olaraq onun irsini qorumaq, yaşatmaq, ötürmək və bununla bərabər özünü yetişdirmək.
Bu gün Qurbanini yaşadıb sabaha çıxarmaqla biz həm də Azərbaycanın sabahı üçün iş görmüş oluruq. Qurbani dünənimizi yaratdı, bizsə bu günü sabaha çıxaracaq körpülərik. Bunu dərk etmək və etdirmək vaxtı çatıb.
Məclisə artmaq və artırmaq istəyi ilə onun sabaha çıxmasını arzulayıram.

Atamız Var Olsun.

31 Arzu Günü, Günəş Ayı, 36-cı il.
31.03.14
Stokholm

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s