Asif Ata digər sahələrdə olduğu kimi ekologiyaya, başqa sözlə, ətraf mühitə dair bir çox qiymətli fikirlər söyləmiş, özünün izharlarında, müsahibələrində, əsərlərində təbiətlə bağlı düşüncələrini aydın şəkildə göstərmişdir.
Asif Ata təbiətə hədsiz rəğbət bəsləyir, onu fəlakətə aparan sivilizasiyanın eybəcərliyini kəskin tənqid edir, vəziyyətdən çıxış yolunu təbiətə insani-ruhani münasbət bəsləməkdə görürdü. A.Ata deyirdi: “Dayanmalıdır sivilizasiya! Maddiyyat surətindən, maddi inkişaf sürətindən əl çəkmək lazımdır. İnsan-insan olmalıdır, yırtıcı canavar olmamalıdır. Onun ağlı, zəkası Təbiətin üzərində Ağalığına xidmət etməməlidir…” İnsanın təbiət üzərində ağalığını fəlakət sayan İnam peyğəmbəri hər bir zavoda, hər bir fabrikə təbiətin zədələnməsi, zəhərlənməsi kimi baxırdı, “hər bir texniki iş təbiətin canın almaqdır”, deyirdi. Həqiqətən də son illər ətraf mühit problemlərindən irəli gələn narhatçılıqların əsl səbəbini mütəxəssislər və dünya alimləri məhz sivilizasiyanın “idman səviyyəsindəki yürüşü ilə” (A.Ata) əlaqələndirirlər. Hər gün sivilizasiyanın nəticəsi olan sənaye müəssisələrindən atmosferə milyon tonlarla zərərli tullamtı atılır, su hövzələrinə çirkablar axıdılır, yararlı torpaq sahələri kimyəvi preparatların qalığı ilə doyaraq yarasız hala düşür. Canlı və cansız təbiətin təbii kompleksi pozulur. Bəşəriyyət hazırda biomüxtəlifliyin qorunması kimi vacib problemlə üz-üzə qalıb. Meşələrin hədsiz şəkildə intensiv qırılması və digər antropogen faktorlar iqlim dəyişmələrinə gətirib çıxarmışdır. Qeyd etmək lazımdır ki, “Təbiətin ölümü”nü müəyyən mənada asanlaşdıran zavod və fabriklər, yeni texnologiya yaradan müasir sivilizasiya İqtisadiyyat İnsansızlığını doğurub. A.Atanın fikrincə, antiinsani iqtisadiyyat isə təbiəti əməlli-başlı “yeyir”. Onun “ahəngini pozur, havasını zəhərləyir, meşələrini qırır, dənizlərini, okeanlarını çirkaba qərq edir”. Bir sözlə, “təbiətə zülm eləyir”.
Ocaq Atası qlobal problem səviyyəsinə qalxan ekoloji problemin yeganə həllini təbiətə ruhani münasibət bəsləməkdə, ona insan kimi yanaşmaqda görür. Təbiətə sadəcə adam səviyyəsində yanaşmaq, təbiətlə doğmalığı, qohumluğu, daxili birliyi unutmaqdır. Məhz bu cür yanaşmanın nəticəsidir ki, varidat gətirən “iqtisadiyyat böyüdükcə, təbiətin ölüm təhlükəsi də böyüyür”.
Anti insani iqtisadiyyat və insani iqtisadiyyat. Asif Ata fəlsəfsində hər iki halda təbiətin sosial və ekoloji mahiyyəti açılır: İnsanın keyfiyyət xarakteri nəticə etibarı ilə təbiətin yaşamasında böyük rol oynayır. Indi biz bu məsələnin şərhinə çalışacağıq.
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy