İNAM ÜSTƏ: ASİF ATANIN CƏBRAYILLILARA SÖZÜ


asif_nam_AtaBöyük Azərbaycan filosofu Asif Ata ilə onun evində, İnam üstə görüşdük. Üç il öncə yurdundan didərgin salınmış həmyrlilərimə-cəbrayıllılara Ata nurunu, Ata sözünü yetirmək niyyətində bulundum. Ocaq atası “Xudafərin”in yaşamasından xoşhal oldu – mənəvi körpü əhəmiyyəti daşıdığına görə qəzetimiz vasitəsilə yurdçularına üz tutdu bu ağır günlərdə:– Ürəyinizdə Günəş olsun! Mən Qarabağlılara və Cəbrayıl əhlnə İNAM arzulayıram. Bu inamla bəzi məqamları sizə çatdırmaq istəyirəm. Birincisi, qaçqın sözünün əleyhinəyəm. Öz vətənində heç kəs qaçqın deyil – Vətənçidir. Şəhərini, rayonunu, kəndini tərk edib öz vətəninin başqa bir kəndində, rayonunda, şəhərində yaşayan adam qaçqın ola bilməz. Vətən bir olur – iki yox! İnanın ki, siz qaçqın deyilsiniz, bu inamı mən sizə yetirmək istəyirəm. Sizə, öz şəhərində, rayonunda, kəndində qəbul edən, yer verən, şərait yaradan qaçqın deməməlidir. Bu sözlə onlar öz əməllərini kiçildirlər, heçə endirirlər.
Mən sizə İNAM arzulayıram-Vətən üçün yaşamaq inamı! Vətən üçün ölmək ləyaqətdir, ancaq Vətən üçün yaşamaq da hünərdir. Biz gərək Qarabağımızı yaşadaq. Ölüncə yaşamaq gərək!.
Sizə İNAM arzulayıram! Və istəyirəm ki, Azərbaycan Şəhidlər məzarından yox, Babəkin heykəli ilə başlasın. Şəhidlərimizə baş əyməliyik, səcdə qılmalıyıq. Onların xatirəsi əbədiləşdirilməlidir. Bundan ötrü öz hünər tariximizi yaşatmalıyıq-eyni zamanda şəhidlər üçün.
Bizə döyülən, söyülən zavallı xalq imici lazım deyil. Bu, çox zahiri, az ömürlü, tələsik siyasət əməlidir. Ciddi düşünülməmiş – hissiyyatın heysiyyata üstün gəlməsidir.
Sizə İNAM arzulayıram! Vüqarlı İNAM! Qarabağımız yaşayacaq, onu sizin inamınız yaşadacaq!
– Möhtərəm Ata, bəs “Xudafərin” qəzetinə nəyi arzulardınız? Axı bu qəzet işğal mətbuatı arasında hələlik mübarizədən qalmayan, düşmənə əyilməyən Xudafərin körpülərinin adaşı kimi yaşamaq uğrunda döyüşür. Birləşdirici əməini artirır, mənəvi adyağa, körpüyə dönür…
– “Xudafərin” qəzetini yaşadanlara – əməkdaşlarına və oxucularına! Çətinliklər, dəhşətlər, əzablar, xüsusilə də ədalətsizliklər zəifi əzir, gücsüzü gücləndirir. Mən sizə fəlakətdən güc almağı arzulayıram – bu çox ağır işdir, hünər işidir. Qəti əminəm ki, bu fəlakət bizi kiçiltməyəcək, böyüdəcək. Müdrik və insansevər xalq yer üzündən silinə bilməz. Bu, çox böyük ədalətsizlik olardı. Qətiyyən buna inanmıram. İstərdim “Xudafərin”çilər bu həqiqəti ömürlərinə həkk eləsinlər.
Qaranlıqlar yarılsın! Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Söhbətləşdi: YUSİF DİRİLİ
19 Dözüm Günü, Şölə Ayı, 18-ci il
(19 iyun 1996-cı il)
(“Xudafərin” qəzeti, N 8 (6510), 15.07.1996)
MÜƏLLİFDƏN: Bu yazının dübarə yenidən təqdim edilməsi təsadüfi deyil. Təxminən iki ay sonra doğma Cəbrayılımızın erməni işğalçıları tərəfindən zəbt olunmasının 20 illik bir tarixi gəlir. Türk dünyasına təzə bir İNAM işığı gətirən, “Mütləqə İnam” fəlsəfəsisnin yaradıcısı, Dahi Azərbaycan filosofu ASİF ATA ilə sağlığında dəfələrlə görüşmüş müxtəlif mövzuda onlarla müsahibələr aparmış və ölkə mətbuatında çap etdirmişdim. Həmin müsahibələrdən biri kimi bu yazı da 1996-cı ildə Cəbrayılın işğalının 3-cü ildönümü ərəfəsində yaxından əməkdaşlıq etdiyim “Xudafərin” qəzetində dərc olundu və maraqla qarşılandı. O zaman qəzet çox çətinliklə və bəsit üsulla Saaatlı rayon qəzetinin (“Dönüş”) mətbəəsində basılırdı. Ruhu şad olsun Seyfəddin müəllimin. Məhz onun – “Xudafərin” qəzetinin həmin dövrdə (1993-2002) baş redaktoru olmuş Seyfəddin Əliyevin gərgin əməyi və fədakarlığı sayəsində bu qəzet çətin vaxtlarını ləyaqətlə yaşaya və ötüb keçə bildi. Belə bir yazının getməsinə Seyfəddin müəllim nəinki mane olmadı, əksinə təqdir elədi. Bu, həm də Asif Atanın ürəyincə idi. Təkcə cəbrayılıların yox, təcavüzə məruz qalmış digər rayonlarımızın əhalisi üçün də bu yazı maraqlı olardı. Qeyd edilən səbəblərdən və 6 rayonun işğal edilməsinin 20 ili dönəmində hesab edirəm ki, Asif Ata ilə bu söhbətimizin yenidən gündəmə gətirilməsi hər kəsin marağına səbəb olacaqdır.

 

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s