NİYƏ GƏLDİN?


Azad

Azad Behbudzadə

 

Məni özgə qolda qoyacaqdınsa,
Kədərli bir halda qoyacaqdınsa,
Məni yarı yolda qoyacaqdınsa,
Söylə, niyə gəldin ömrümə mənim?

 

Kədər də insanin tacımı olar,
Bir səhv bir ömrün bacımı olar,
Allahım, bu qədər acımı olar,
Söylə, niyə gəldin ömrümə mənim?

Kədər toxumların əkib getdin sən,
Qanlı göz yaşımı töküb getdin sən,
Qəlbimi yerinnən söküb getdin sən,
Söylə, niyə gəldin ömrümə mənim?

Beynimdə min cürə sərxoş xatirə,
Ya acı xatirə, ya xoş xatirə.
Nə verəcək mənə boş-boş xatirə,
Söylə, niyə gəldin ömrümə mənim?

Əlindən gəlmişəm zara, taleyim
Bu dərdlə gedim mən hara, taleyim.
Mənim də yazıldı qara taleyim,
Söylə, niyə gəldin ömrümə mənim?

Niyə dəli kimi sevdim mən səni,
Son sözlə qəlbimə vurdun gülləni.
Yaşaya-yaşaya öldürdün məni,
Söylə, niyə gəldin ömrümə mənim?

 

HARDAN BİLƏSƏN?!

Səni tanıdığım ilk gündən bəri.
Nə gecem var menim, nə də gündüzum.
Xəyalım, düşüncəm, yuxum olmusan.
Həm səhvim olmusan, həm də ki düzüm.

Beynimdə min fikir, min düşüncə var.
Xəyallar reala qarışır indi.
Qəlbimə elə bir dağ cəkmisən ki,
Ürəyim od tutub alışır indi.

Yatmışdım, elə bil indi ayıldım.
Gözüm kor, qulağım kar imiş demə.
Neyləyim, taleyim belə yazılıb?!
Qismətdə ayrıliq var imiş demə.

Bu qədər əzabdan, cəfadan sonra,
Ürəkdə taqət də, dözüm də yoxdu.
Bir daha bu yolu getməyim üçün,
Qüruruma görə üzüm də yoxdu.

Elə hey tərslilyin tutubdur sənin.
Nə olar, bir dəfə yola gələsən.
Sən öz işindəsən, sən öz kefində.
Nələr cəkdiyimi hardan biləsən?!

 

NECƏ UNUDUM?!

Dedin ki, ayrılıq dəmi catıbdı,
Xatırlama daha, gəl unut məni.
Sən yoxsan, ömrümün şəmsi batıbdı,
De, necə unudum axı mən səni?

Mən səninlə coşdum, sənlə çağladım,
Sən güləndə güldüm, sənlə ağladım.
Ömrümün əhdini sənlə bağladim,
De, necə unudum axı mən səni?

Soldu həyatımın, soldu çiçəyi,
Bu imiş taleyin acı gerçəyi.
Ay xəyallarımın bir tək diləyi,
De, necə unudum axı mən səni?

Deyirsən elə san, yoxam dünyada,
Vaxt gələr qəlbini verərsən yada.
Hər gecə görürəm səni röyada,
De, necə unudum axı mən səni?

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy