Rafiq Mirzə
Bakı – 2012
Redaktoru və ön sözün müəllifi: Tariyel Abbaslı Filologiya üzrə fəlsəfə doktor
Rəyçi:İsmayıl İmanzadə Azərbaycan yazıçılar birliyi, Mingəçevir bölməsinin rəhbəri
Rafiq Mirzə – “Seçilmiş şeirlər” (şeirlər toplusu). – Bakı, “Müəllim” nəşriyyatı, 2012. – 258 səh.
“Seçilmiş şeirlər” kitabı. Azərbaycan yazıçılar birliyinin üzvü Rafiq Mirzənin oxucuları ilə yeni görüşüdür. Onun “Ömür-günü sanamadım nədənsə”, “Sevən ürək kövrək olur nədənsə”, “Ömrümdən axan Araz” kitabları oxucular tərəfindən maraqla qarşılanmışdır. Növbəti kitabda şairin yurd itkiləri, torpaq nisgilinə həsr olunmuş şeirləri, vətənpərvərlik mövzusunda əsərləri və “Ömrümdən axan Araz” poeması verilmişdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Rafiq Mirzə, 2012 R
YURD AĞRILARINA KÖKLƏNMİŞ
VƏTƏN ŞEİRLƏRİ
İnsan ömrü təbiətin bəzəyi, həyatın özəyi, dünyanın məhvərini yerindən fırladan bir həyat fəlsəfəsidir. Dünyaya körpə kimi göz açıb mübarək qədəmlərini atanda heç kim bilmir ki, onun ömür yolunda nələr baş verəcək. Enişli – yoxuşlu həyat yollarında nələri qazanacaq, nələri itirəcək. Adətən çətinliklərdən qorxmayan, peşəsinin vurğunu olan insanların qazandıqları itirdiklərindən çox olur, həyatın zərbələrinə tab gətirən adamları Tanrı özü mükafatlandırır. Bax belə adamlardan biri də həmkarlarının çox sevdiyi, sözü ilə ürəyindəkiləri dilə gətirə bilən şair dostumuz Azərbaycan Yazıçılar Birliyinin üzvü Rafiq Mirzədir. Əslində mən R. Mirzəni “Dirili Qurbani” məclisindən tanımışam, əvvəlcə bir həmyerli dost, az sonra isə şeirləri ilə tanış olandan sonra gözəl qələm adamı, söz adamı-şair kimi qəlbimə yatıb, şeirləri qəlbimi ovsunlayıb…
Rafiq Mirzənin şeirlərindən dağ havası, sərin meh, çiçək ətri, torpaq qoxusu, şır-şır bulaqların həzin zümzüməsi, Xan Arazın nəğ¬mələri eşidilir. Bu da təbiidir. Çünki Rafiq Mirzə Azərbaycan təbiətinin çox gözəl guşələrindən birində Cəbrayıl rayonunun Alıkeyxalı kəndində dünyaya göz açıb. Bir tərəfi qıjıltı ilə axıb gedən Xan Araza baxan, digər tərəfi gözəl təbiəti, əsrarəngiz gözəllikləri ilə seçilən, bənövşə ətri nərgiz qoxusuna qarışan, ilin butun fəsillərində yaşıllıqlara qərq olan Diri dağına söykənən Alıkeyxalı kəndi. Bəlkə də elə ona görədir ki, şairin uşaqlıq duyğularından yaddaşında ilişib qalan xatirələr, uşaqlıq və yeniyetməlik illərinin unudulmaz anları onun şeirlərində əbədi məskən salır.
R. Mirzənin şeirlərində doğulduğu yurd yeri, o yerin gözəllikləri və sonralar əldən çıxan o gözəlliklərin həsrətindən yaranan vətən nəğmələri yurd ağrısına köklənmiş şeirləri əsas yer tutur:
Tonqal olub qucağında qalandım,
Güneyində, quzeyində dolandım.
Qalxıb səndən Təbrizimə boylandım.
Araz mənim qəm dünyamın oylağı.
Sən mənim obamsan, ay Diri dağı.
Həsrətdə qalan vətən torpağının ağrılarını qəlbinin səsilə poeziyaya gətirən şair daha sonra yazır:
Nola yad ellərə gəl atma məni,
Cənnət-cənnət deyib ovutma məni,
Elimdən obamdan soyutma məni,
Mən körpənin sən olmusan qundağı,
Sən mənim anamsan, ay Diri dağı
R.Mirzənin şeirlərində Diri dağı və Araz hər ikisi bir obraz kimi vətən anlamında başa düşülür. Və bu əlçatmaz vətən anlamı onun poeziyasında geniş yer tutur. Bizə belə gəlir ki, bu həm də onunla bağlıdır ki, Rafiq Mirzə ömrü boyu hərbiçi olub, Diri dağlarından, doğma yurd yerlərindən həmişə uzaqlarda olub. Ömrünün 40-50-ci illərində vətən torpaqlarına üz tutan tərəfdə isə artıq doğma yurd yerləri düşmən tapdağı altında idi. Bu isə onu daha çox təsirləndirir, daha çox həsrətli şeirlər yazmağa vadar edir.
Aranlıyam, mən aranda doğuldum,
Damarımda axan qanım Arazdır.
Vətənimin torpağından yoğruldum,
İxtiyarım, cismi-canım Arazdır
Bu şeirdə sanki şairin bütün, arzuları, istəkləri, sevgisi, məhəbbəti Arazla bağlıdır, sanki o Xan Arazla nəfəs alır, ondan bəhrələnir, min illərin yaddaşından gələn Xudafərin körpüləri sanki onun ömrünün mənası, könül nəğmələridir:
Xüdafərin tariximin yaddaşı,
Diri dağı ömrümüzün yoldaşı.
Bərgüşadçay-Arazımın qardaşı,
Şan-şöhrətim, adım-sanım Arazdır.
Digər bir bənddə:
Mirzə, yenə Vətən düşüb yadına,
Qurban olum, Cəbrayılın adına.
Tanrı özü qoy yetişsin dadına,
Qibləgahım, xoş avazım Arazdır.
Vətən ayrılığı, torpaq itgisi yaman olar. Rafiq Mirzənin itirdiyi vətən torpağı onu odsuz-ocaqsız yandırır. Vətənsiz ötən illərini ağır məhbəs həyatına bənzədir, həm də bu vətənsizlik ona və onun soydaşlarına sanki bir töhmətdir deyə, ah nalə çəkir:
El-obanın ağrısı var canımda,
Həsrət məni öldürəcək, bilirəm.
Millət qanı axır mənim qanımda,
Töhmət məni öldürəcək, bilirəm.
Mənə öz anamla,öz babam gərək,
Mənə öz ocağım,öz sobam gərək,
Mənə öz elimlə, öz obam gərək,
Qürbət məni öldürəcək, bilirəm.
Rafiq Mirzənin yurd itgili şeirləri çoxdur. Onlardan ikisi haqqında söz açmaq istərdim. Ayrı – ayrı məclislərdə, söhbətlərimizdə Rafiq müəllim həmişə bu şeirləri böyük urək ağrısı ilə əzbərdən söyləyir. Onu da qeyd edim ki, Rafiq Mirzə o nadir şairlərdəndir ki, öz yazdıqlarını, şeirlərini əzbərdən söyləyə bilir:
İlahi, mən səndən çox istəmirəm,
Mənim öz ləhcəmi, izimi qaytar.
Səndən incimirəm,səndən küsmürəm,
Sən mənim özümü, özümə qaytar.
Buz bulaqlı dağlarımı itirdim,
Neməti bol bağlarımı itirdim.
Çox füsünkar çağlarımı itirdim,
Çəmənli-çiçəkli düzümü qaytar.
Nə qədər ağrılı misralardır, insan bir anlıq özünü müəllifin yerində hiss edir və bu ağrıları, cəfaları sanki özü çəkir. Eyni ruh onun “Bilmirəm” rədifli şeirində də özünü göstərir:
Çox şey itirsəm də mən bu dünyada,
Elin itkisinə dözə bilmirəm.
İtkilərim çoxdur həddən ziyada,
Vətənsiz torpaqda gəzə bilmirəm.
Eli itirmişəm ürəyim kövrək,
Obasız-vətənsiz döyünməz ürək.
Həmi ömrüm gödək, həm dilim gödək,
Düşmənin başını əzə bilmirəm.
Burda adamın yadına qoç Koroğlu düşür:
Mən özüm Aslan paşanı,
Hərəniz bir xan üstünə
– ancaq igidlərimizin əli-qolu bağlı, torpaqlar isə ah-nalə içində can üstündə. Rafiq Mirzənin Vətən nəğmələri beləcə adamı kövrəldir, təsirləndirir.
Rafiq Mirzənin əlimizdə olan “Seçilmiş şeirləri” kitabında sevgi şeirləri, ana haqqında, dostluq, qardaşlıq, insan münasibətləri haqqında şeirləri də çoxdur. Bu şeirlər ömrünün yetkinlik çağlarında oxucuları ilə görüşən şairin yeni duyğularıdır.
Şairin müxtəlif məzmunlu şeirləri içərisində “Kitab”şeiri də çox maraqlıdır:
Oxucum, kitaba hörmətin olsun,
Min şair qəlbinin varıdır kitab.
Nəzakətli yanaş minnətin olsun,
Çox baha zəhmətin barıdır kitab.
Mirzə, xəzinədir kitab aləmi,
Qızıldır, gümüşdür onu sələmi.
Kamil oxuyanın nə dərdi, qəmi,
Sanki ürəyidir, qanıdır kitab.
Poeziyanın geniş yayılmış mövzularından biri də Ana haqqında yazılan şeirlərdir. Rafiq müəllim də bu mövzudan yan keçməmişdir. Onun ana haqqında bir neçə şeiri var. Bu şeirlərdə təbiilik o qədər güclüdür ki, bunu ancaq atasız qalmış, cəfakeş anaların himayəsində olan övladlar bilərlər:
Mənimçün çəkdiyin ağır zəhməti,
Mən indi qanıram, duyuram, ana.
Yolumda çəkdiyin çətin zilləti,
Hər zaman yadıma salıram, ana!
Necə də çətindir atasız illər,
Bunu səntək olan, analar bilər.
Lampasız, ocaqsız, soyuq gecələr,
Yadıma düşdükcə yanıram, ana!
Ana haqqında yazılmış digər bir şeirdə isə yenə ana həsrətindən
irəli gələn kövrək duyğular öz əksini tapır:
Səni çox sevmişdim körpəliyimdən,
Çıxarda bilmirəm səni qəlbimdən,
İndi nə gəlir ki, artıq əlimdən,
Sənin baş daşını öpürəm, ana.
Rafiq Mirzənin sevgi-məhəbbət mövzusunada şeirləri çoxdur. Burada bəzən nakam bir sevginin cansıxıcı iztirabları, bəzən də yaşı ötmüş ahıl bir insanın sevgi-məhəbbət xatirələri öz əksini tapır. Bunların hamısı isə bizim kitabımızın qəhrəmanı Rafiq Mirzədir.
Rafiq müəllimin bir sıra şeirləri aşıq ədəbiyyatındakı usdad¬namə xarakteri daşıyır. Qoşma janrında yazılmış bu şeirlərdə sanki bir nəsihət, öyüd, tərbiyəvi fikirlər özünü göstərir:
İnsan olub insanlığı qanana,
Bir sözü təkirar deməyə dəyməz.
Üzdə qardaş deyib qəlbən danana
Açıb hər sirrini verməyə dəymə
Şeirin sonuncu bəndi də çox ibratəmizdir:
Övladın borcudur ataya hörmət,
Bəsləsin anaya böyük məhəbbət.
Bir övlad şəninə gətirsə töhmət,
Mirzə, unut onu sevməyə dəyməz
Rafiq Mirzənin bundan öncə çap olunmuş şeir kitabları “Ömür-günü sanamadım nədənsə”, “Sevən ürək kövrək olur nədənsə”, “Öm¬rüm¬dən axan Araz” kitabları da oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
Filologiya elmləri doktoru, professor İsmayıl Kazımov “Ömrümdən axan Araz” kitabına ön sözündə Rafiq müəllimin şeirlərindəki poetik siqlət, etnoqrafik lövhələr haqqında belə yazır: “Poeziyamızda bənövşə mövzusunda çox yazılıb. Rafiq Mirzənin “Bə¬növşə”sindən isə olmaz. Bu poetik nümunədən daha çox bənövşə ətri gəlir, bu ətir diri dağının ətəyindən dumana qarışaraq kəndlərinə tərəf sürünür.
Sən həmişə yaşamısan qəlbimdə,
Söz söhbətim sən olmusan dilimdə,
Odur səni bitirmişəm evimdə,
Bənzərin var çöl gülünə, bənövşə.
Öyrəşmisən sən dağların daşına,
Dağ dumanı şeh çiləyə başına,
Qarışdırma həsrəti göz yaşına,
Tez dönərik biz elinə, bənövşə.
Rafiq Mirzə Diri dağında yaşayan quşların – su sonalarının həyat tərzi ilə hələ uşaqkən tanış olmuş, kəkliklərin oğrun – oğrun qayalarda gəzdiyini, güneylərdə yuva saldığını, quzeylərdə qaqqıldaşdığını, qayalara mahnı qoşduğunu müşahidə edərək, sözü – sözə düzdüyünü cəlbedici, poetik bir dildə verə bilir:
Bənövşə taxıb döşünə,
Qızlar çıxıb el köşkünə,
Kim düşər kimin püşkünə,
Toy olacaq bəzən, kəklik.
“Nərgizim”şeirində də assosasiya çox güclüdür. Nərgiz gülü ilə həyat hadisələri birbaşa əlaqələnir:
Açıq deyim mən sözümü düzünə.
Görən səni, vurğun olar hüsnünə,
Küsüb, qoyma aşiqini pis günə,
Sevən qəlbin ocağı ol, Nərgizim,
Məhəbbətin qucağı ol, Nərgizim.
Vətənini ana qədər sevən Rafiq Mirzə əsil vətən oğlu, el oğlu cəfakeş bir vətəndaş, gözəl bir şairdir. Eldən – obadan didərgin düşəndən kədərini – qəmini bölməyə bir məkan seçib. “Dirili Qurbani” Məclisi. Eyni bir torpağın övladları olan Rafiq Mirzə də Dirili Qurbaninin mənəvi varisidir desək səhv etmərik. Ad günündə də, şad günündə də, kədərli anlarında da bax elə bu məclisdə təsəlli tapan Rafiq müəllim, saz-söz adamlarının,sənət dostlarının arasında həmişə sevilir, dəyərləndirilir. “Dirili Qurbani” məclisinin üzvü Aşıq Məhərrəmə həsr etdiyi şeirdə
Yazır:
Aşıq qardaş sazı köklə,
Al sinənə dastan söylə.
Meydan sula tuğyan eylə,
Oxu, səsin var, bilirəm,
Oxu ay Aşıq Məhərrəm.
Tariyel Abbaslı Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü
DİRİ DAĞI
Tonqal olub qucağında qalandım,
Güneyində, quzeyində dolandım.
Qalxıb səndən Təbrizimə boylandım.
Araz mənim qəm dünyamın oylağı.
Sən mənim obamsan, ay Diri dağı.
Nola yad ellərə gəl atma məni,
Cənnət-cənnət deyib ovutma məni,
Elimdən obamdan soyutma məni,
Mən körpənin sən olmusan qundağı,
Sən mənim anamsan, ay Diri dağı.
Dədə əzəmətli, çox vüqarlısan,
Yağmurlu, çisginli, çox dumanlısan.
Xan Araz üstündə məkan qurmusan.
İgid ərənlərin arxa-dayağı.
Sən mənim babamsan, ay Diri dağı.
DİRİ DAĞIM
Kimliyini tanıyıram,
Həsrətini anlayıram.
Sənsizlikdən hey yanıram,
Sönməz közüm – Diri dağım.
Ağlar gözüm – Diri dağım.
El obamın yurd daşına,
Babaların yaddaşına,
Ziyarət tək qardaşına,
Qurban özüm Diri dağım,
Ağlar gözüm – Diri dağım.
Dastan yazdım Arazımdan,
Həm qışından, həm yazından.
Kəkliklərin avazından,
Xoşhal sözüm, Diri dagım.
Ağlar gözüm – Diri dağım.
Bənövşəsiz, mən laləsiz,
Xan çinarsız, Qız qalasız.
Yurd-yuvasız, el-obasız,
Necə dözüm, Diri dağım,
Ağlar gözüm – Diri dağım.
Ovçu duran bərələrin,
Gül-çiçəkli dərələrin,
Güneylərdə binələrin,
Düzüm-düzüm, Diri dağım,
Ağlar gözüm – Diri dağım.
Kökün Arazdan su içir,
Başın buludlardan keçir.
Elin – oban nədən köçür?
Canım gözüm, Diri dağım,
Ağlar gözüm – Diri dağım.
Həsrətəm bulaq başına,
Qartalların savaşına,
Qurbani məzar daşına,
Sürtüm üzüm Diri dağım,
Ağlar gözüm – Diri dağım.
Gəlin kimi nazın gözəl,
Gül-çiçəkli yazın gözəl,
Payızda, Arazın gözəl,
Yox bir sözüm, Diri dağım
Ağlar gözüm – Diri dağım.
AXTARMIŞAM
Əzizim, insanam, adi bir insan,
Dostla ünsüyətdə dil axtarmışam,
Qəlbimə dolandan bəlalı sevdan,
Mən də hamı kimi gül axtarmışam,
Hicranın oduna çox qalanmışam,
Yanmışam-yanmışam alovlanmışam.
Çox olub ocağsız–odsuz qalmışam.
Sönmüş ocağımda kül axtarmışam.
Mən səni sevəli sən qəlbimdəsən,
Canımda, qanımda, ürəyimdəsən,
İnciyib sən məndən gedəli, bilsən.
Günü aya qatıb il axtarmışam.
Çox zülmət çəkmişəm mən keçmişimdə
Fədayi olmuşam hər bir işimdə.
Dostla, qardaşımla hər görüşümdə,
Oba axtarmışam, el axtarmışam.
Mirzə, fələk dərdi mənə göndərib,
Ağrısını ürəyimə döndərib.
Ağlamağın hər fəndini öyrədib,
Onsuz da bəmim var, zil axtarmışam.
QIŞ VERİB
Gözəlim dünyanın bir işinə bax,
Sənə bahar verib, mənə qış verib.
Vərəqlə həyatın, keçmişinə bax.
Mənə sevən ürək, sənə daş verib.
Qara saçlarıma ağ birçək verib,
Sənə baxça verib, min çiçək verib.
Mənə min çiçəkdən bir ləçək verib.
Ürəyimə həsrət, gözə yaş verib.
Gör necə də taleh verib vergini,
Sənə verib məhəbbəti, sevgini,
Mirzəyə də bölünməyən bölgünü,
Üstəlik də, çox bəlalı baş verib.
AŞIQ MƏHƏRRƏMƏ
Aşıq qardaş sazı köklə,
Al sinənə dastan söylə,
Meydan sula, tuğyan eylə,
Oxu, səsin var bilirəm.
Oxu, ay aşıq Məhərrəm.
Ürəklərdə Dilqəmisən,
Sən Əslisiz Kərəmisən.
Saz götürüb söz demisən.
Şairliyin heç demirəm,
Oxu, ay aşıq Məhərrəm.
Sazlı-sözlü məclisin var,
Müxəmməsin, təcnisin var.
Könül açan bir səsin var,
Mən də bax bunu sevirəm,
Oxu, ay aşıq Məhərrəm.
Sevən qəlbin yaza bağlı,
Aşıq qəlbin saza bağlı.
Şair qəlbin sözə bağlı,
Mən səni belə görürəm,
Oxu, ay aşıq Məhərrəm.
Usdadsan, usdad ay aşıq
Məclislərə sən yaraşıq,
Mirzəylə etdin qardaşlıq.
Mən buna əhsən deyirəm,
Oxu, ay aşıq Məhərrəm.
İNCİMƏSİN
Keçən ömrü zay eyləmə,
Qoy gəncliyin inciməsin.
Onu buna tay, eyləmə
Qoy gəncliyin inciməsin
Gənclik dövri sevilmisən,
Həm sevmisən, sevinmisən.
Bəzən olub qəm yemisən,
Qoy gəncliyin inciməsin.
Dostum tanı adamını,
Ömrün yaxşı-yamanını.
Qoca sanma bu dünyanı,
Qoy gəncliyin inciməsin.
Ötən ömrün sazı qalıb,
Gənclik dövrin nazı qalıb.
Ömür keçib azı qalıb,
Qoy gəncliyin inciməsin.
Mirzə ili cəm elədin,
Altmış gəldi qəm elədin,
Ömrün zilin bəm elədin,
Qoy gəncliyin inciməsin.
XUDAFƏRİN ŞADLIQ SARAYI
İki körpü tanıyıram əzəldən,
Biri kəndimizdə, biri şəhərdə.
Hər ikisi silinməyir nəzərdən,
Biri qəlbimizdə, biri şəhərdə.
Ürəklərin bölgüsüdür bu körpü,
Əsirlərin hörgüsüdür, bu körpü,
Xudafərin körpüsüdür, bu körpü,
Onu qurub yaşadanı kim olmuş,
O da bizim Səyavuşdur, Səyavuş.
Bu vüsal körpüsü, öpüş körpüsü,
O, həsrət körpüsü, dönüş körpüsü,
Bu da el-obanın görüş körpüsü,
Bu görüşün yaradanı kim olmuş,
O da bizim Səyavuşdur, Səyavuş.
Xudafərin iki qəlbin arzusu,
Xudafərin sevgililər yazısı.
Xudafərin ürəklərin mahnısı,
El obaya arxa dayaq kim olmuş,
O da bizim Səyavuşdur, Səyavuş.
Xudafərin ürəyimin parası,
Diri dağı qəlb evimin yuvası,
Araz mənim vətənimin sonası,
Bu üçlüyün toplayanı kim olmuş,
O da bizim Səyavuşdur, Səyavuş.
OLMADI
Həm sevdim sevildim mən bu dünyada,
Nə fayda sevdiyim yarım olmadı.
Fələk heç baxmadı aha, fəryada,
Qismətimi satdı, varım olmadı.
Çəmənli, çiçəkli bağım varıdı,
Bulaq tək qaynayan çağım varıdı.
Güneyli, quzeyli dağım varıdı,
Tufansız, boransız qarım olmadı.
Məclislərdə söz demişəm söz olub,
Könlüm qəhərinən, qəminən dolub.
Heç bilmirəm səbəbkarı kim olub,
Çox istədim o, dildarım olmadı.
Yar yolunda min bir cəfa görmüşəm,
Həsrətindən üzülmüşəm ölmüşəm.
Ömrüm boyu qəm gölündə üzmüşəm,
Bu sevdamda, o sərdarım olmadı.
İlk sevgimin keçmişinə boylandım,
O, sevgimin ağrısıyla dolandım,
Eşq odunun alovuna qalandım,
Hayıf Mirzə, havadarım olmadı.
AXTARIR SƏNİ
Məndən uzaq gəzən gözəl,
Gözlərim axtarır səni.
Ürəyimi üzən gözəl,
Gözlərim axtarır səni.
Çox cəfalı yol keçmişəm,
Kədər əkib qəm biçmişəm.
Nədən mən səni seçmişəm,
Gözlərim axtarır səni.
Gözəllərin gözəlisən,
Bunu sən də bilməlisən,
İtgin düşən sevgilimsən,
Gözlərim axtarır səni.
Qanad verdin diləyimə,
Ömür verdin ürəyimə.
Hicran gəldi köməyimə,
Gözlərim axtarır səni.
Ətirsən hansı güldənsən?
Sonasan hansı göldənsən?
Bilirəm bizim eldənsən,
Gözlərim axtarır səni.
ÖZ DÜNYAMIN DÜNYASIYAM
Arazım tək şaqqıldayan,
Kəklikləri qaqqıldayan,
Zülmətlərə nur paylayan,
Bir məmləkət balasıyam.
Öz dünyamın dünyasıyam.
Bağları bəhərli barlı,
Taleyi qaralı-ağlı.
Çox həsrətli qəlbi dağlı,
Bir məmləkət balasıyam.
Öz dünyamın dünyasıyam.
Qayasından qartal süzən,
Çöllərində ceyran gəzən.
Göllərində sona üzən,
Bir məmləkət balasıyam.
Öz dünyamın dünyasıyam.
Torpağı oda bürünmüş,
Qəlpələrlə çox döyülmüş.
Arazla yarı bölünmüş,
Bir məmləkət balasıyam.
Öz dünyamın dünyasıyam.
Çörəyini yarı bölən,
Dostunun yolunda ölən.
Mirzə, sözün yerin bilən,
Bir məmləkət balasıyam.
Öz dünyamın dünyasıyam.
İNAMIM OLUB
Bu dünyanın hər üzünü görmüşəm,
Elimə obama inamim olub,
Kitab oxumuşam, quran bilmişəm,
Mənim peyğəmbərim, imamım olub.
Sözü söyləmişəm yeri gələndə,
Xətər tutmamışlar bircə kəlməmdə.
Qüsurlu bir kəlmə olsa dilimdə,
Özümün özümə iradım olub.
Bu gün şeir yazır yolun azan da,
Dostu qızışdırıb ara pozan da.
Mirzə, məhəbbətdən şeir yazanda,
Mənim ürəyimdə ilhamım olub.
DİRİ DAĞLIYAM
Aranlıyam, dağlıyam,
Boranlıyam, qarlıyam,
Sormayın haralıyam.
El-obama bağlıyam,
Dostum Diridağlıyam.
Bir tərəfim Arazdı,
Gah dərindi, dayazdı.
Qışı bahardı yazdı,
Mən bahara bağlıyam.
Dostum Diridağlıyam.
Ocağım var o, dağda,
Qibləgahım o, dağda,
Düldül gəzib o, dağda,
Mən, o dağa bağlıyam.
Dostum Diridağlıyam.
Xan Arazdı atası,
Xudafərin anası,
Qız qalası balası,
Bu oçağa bağlıyam.
Dostum Diridağlıyam.
Mirzə vətəndi oylağım,
Qurbani, Pəri, qonağım.
Həm şeir, sənət ocağım,
Bu ocağa bağlıyam.
Dostum Diridağlıyam.
GƏRƏKDİ
Həsrətin çəkirəm dostun yoldaşın,
Mənə dost gərəkdi, yurddaş gərəkdi.
Qəriblik görmüşəm, hicran görmüşəm,
Mənə qəlbim kimi sirdaş gərəkdi.
Dostluğu yaratmaq deyildir asan,
Onu pillə-pillə gərək qurasan.
Dostluq təməlini yaradan insan,
Bir dost təməlinə min daş gərəkdi.
Lazım deyil dost yolunda öləsən,
Ömür gərək dost cəfasın görəsən.
Acını da, şirini də böləsən,
Dostluğun yolunda yoldaş gərəkdi.
Dostluğu axtarma sən el içində,
Axtar öz qəlbində, öz seçimində.
Onun ölçüsü var min bir biçimdə,
Arayıb tapmaqda çox yaş gərəkdi.
Dostlarım çox olub zəfər yolunda,
Uzaq diyarlara səfər yolunda.
Dostlarım da olub kafər donunda,
Mirzə mənə dost yox, qardaş gərəkdi.
QONAQ OLAYDIM
Qoşulub elimə, ömür ğünümə,
Kəlbəcər elinə qonaq olaydım.
Həmən isti ocaq, keçədən kümə,
Yaylaqlar belinə qonaq olaydım.
Gəzəydim dağında, gah dərəsində,
Murovun qoynunda, ov bərəsində.
Qartal yuvasında, qırğı səsində,
Kəkliyin dilinə qonaq olaydım.
Narzan bulaqların qaynar gözünə,
Telli saz səsinə, şair sözünə.
Qəlbimi oxşayan el gözəlinə,
Sığallı telinə qonaq olaydım.
Gedəydim bir anlıq qoşa bulağa,
Çəmənli, çiçəkli gözəl oylağa.
İldırımlar çaxan o, Dəli dağa,
Çox çılğın selinə qonaq olaydım.
Mirzəni qaytarın keçən günlərə,
Onunçün əzizdir hər dağ, hər dərə.
Bulaq tək qaynayan ulu Tərtərə,
O keçən illərə qonaq olaydım.
QALIB
Körpəlikdən böyüdüyüm el-oba,
Qəlbimdə o elin həsrəti qalıb,
Oduna qızınıb yatdığım soba,
Birdə babamın nəsihəti qalıb,
Kəndimə söz töküb bir qala qurdum,
Elimlə-obamla oturub durdum,
Müdrük kəlamlara, mən də baş vurdum,
Orda Qurbani vəsiyəti qalıb,
Mirzə o kənd, ulu babam əzəldən,
Odur mənim atam-anam əzəldən.
Göz yaşımda üzən sonam əzəldən,
O yurtda əlimin zəhməti qalıb.
HÖRMƏT OLAR
Sən tək gözəl varmı gülüm,
Sənsiz həyat qürbət olar.
Sənsən mənim ömrüm, günüm,
Sənsiz günüm həsrət olar.
Könlüm uçur göylərinən,
Min-min arzu diləyinən.
Sənin kimi mələyinən,
Cəhənnəm də cənnət olar.
Qəlbimdəsən axşam-səhər,
İntizarın qəlbim üzər.
Sən verdiyin acı zəhər,
Mən içəndə şərbət olar.
Elim, obam oymaq-oymaq,
Mən bir ağac, sən qol budaq.
Bu birliyi unutmayaq,
Həsrət bizə töhmət olar.
Gözəl olur həqiqət də,
Sevən qəlbdə sədaqət də.
Mirzə sevən məhəbbət də,
Bir ülviyyət, hörmət olar.
DÜNYADAN
Böyüklərin qabağında səfərbər,
Kiçik oldum kiçiklərlə bərabər.
Azqınları yola salıb bir təhər,
Kənar gəzdim bu bəlalı dünyadan.
Var dövləti yük saymışam özümə,
Çalışmışam, doğru çıxım sözümə.
Od olsam da özum yandım közümə,
Kam almadım bu davalı dünyadan.
Fərq qoymadım nə yamana, yaxşıya,
Tanrı-dedim-kömək olsun hamıya.
Özüm isə yetişmədim arzuya,
Baş açmadım müəmmalı dünyadan.
Gecə, gündüz hey axtardım həqiqət,
İnsanlarda xeyirxahlıq, səxavət.
Görməyəndə dost-tanışda, sədaqət,
Küskün düşdüm sərt-havalı dünyadan.
Düşündüm ki, dediklərim şikayət,
Unudulub, yoxsa itib mərhəmət.
Kimi damağı çağ, kimi səfalət,
Nə alasan bu zavallı dünyadan.
Haqsızlıqla qalıb bəzən təkbətək,
İstəmədim heç kimsədən bir kömək.
Vaxtsız qırıb qol qanadım çırpı tək,
Dərd apardı bil Mirzəni dünyadan.
YARI BÖLÜB
Damarımdan axan Araz,
Ürəyimi yarı bölüb.
İldırım tək çaxan Araz.
Vətənimi yarı bölüb.
Mənə arxa kömək olan,
El obaya gərək olan.
Millətimə çörək olan,
Çörəyimi yarı bölüb.
Beşiyimə layla çalan,
Küsəndə könlümü alan.
Ürəyimə həmdəm olan,
Diləyimi yarı bölüb.
Düşmən üstə qılınc çəkən,
Şahinlərin belin bükən.
Nədən dostluq tumu əkən,
Millətimi yarı bölüb.
Qocalmayan, qarımayan,
Gecə, gündüz yorulmayan.
Vardan heç gözü doymayan,
Sərvətimi yarı bölüb.
Mirzəni qoruyan Araz,
Onunla oynayan Araz.
Dərd yükümü yuyan Araz,
Şöhrətimi yarı bölüb.
QORXURAM
Şimşək çəkir, leysan yağır qorxmuram,
Yay gələndə ürək yanır qorxmuram,
Payız gəlir il qocalır qorxmuram,
Ömrümdəki, yaş ağarır qorxuram,
Baxça-bağda gül saralır qorxmuram,
Toran düşür qaş qaralır qorxmuram,
Günəş ötür, gün daralır qorxmuram,
Bir balaca baş ağarır qorxuram,
Ömür keçir, yaş qocalır, qorxmuram,
Mamırlanır, daş qocalır, qorxmuram,
Başdan uçur, huş qocalır qorxmuram,
Mirzə artıq qaş ağarır qorxuram,
YÜZ YAŞA
Dostum yubleyindir, təbrikə gəldim,
Bu dünyanı sağa-sola gəz, yaşa.
Amma dostum səndən nəyi gizlədim,
Əyrini əyrisiz, düzü düz yaşa,
Ötən ömrü salma yada heç zaman,
Fikirləşib heç vax demə dad-aman,
O illərin yaxşı olub, ya yaman,
O, illərdən sən əlini üz, yaşa,
Heç nə bu dunyada əbədi qalmaz,
Ötən o, illərə qayıtmaq olmaz,
Atalar sözüdür “tökülən dolmaz.”
Ağrına-acına bir az döz, yaşa,
Amalın da bugün mənə bəllidi,
Sənin qəlbin, gözəl şair qəlbidi,
Əlli beşin vallah dostum heç nədi,
Mirzə deyir, səni görüm yüz yaşa,
ANA
Mənimçün çəkdiyin ağır zəhməti,
Mən indi qanıram, duyuram ana.
Yolumda çəkdiyin çətin zilləti,
Hər zaman yadıma salıram, ana.
Necə də çətindir atasız illər,
Bunu səntək olan, analar bilər.
Lampasız, ocaqsız, soyuq gecələr,
Yadıma düşdükcə yanıram, ana.
Qanmadım o zaman, bir vaxt olacaq,
Hər körpə böyüyüb yaşa dolacaq.
Analıq borcunu yadıma salcaq,
Dərin fikirlərə dalıram, ana.
Bağışla sən mənim hər günahımı,
Yuyulmaz axıtsam təmiz qanımı.
Yolunda bil qurban versəm canımı,
Yenə də mən borclu qalaram, ana.
Nə qədər böyüyəm yaşa dolam mən,
Xəyalən hər zaman yanımdasan sən.
Qış gecəsi yorğanına bürünsəm,
İsti qoynun sanıb yataram, ana.
QALIB
Uşaqlıq illəri sevdiyim qızın,
Sevdalı baxışı gözümdə qalıb.
Utancaq-utancaq dediyi sözün,
Hər incə kəlməsi sözümdə qalıb.
Onun baxışı da, xoş gülüşü də,
Oğrun gəlişidə, ilk görüşü də.
Səmimi nəvaziş, ilk öpüşü də,
Hələ silməmişəm, üzümdə qalıb.
Verdiyi dəsmalın ətiri məndə,
Sevirəm dediyi sözü qəlbimdə.
Əllərinin hərarəti əlimdə,
Elə bil ki, özü özümdə qalıb.
Əfsanəyə dönüb o, ilk məhəbbət,
Buza döndü o, istilik, hərarət.
O, məhəbbət nağıl olub nəhayət,
Kitabda, dəftərdə, yazımda qalıb.
Tez açılan çiçəklər də tez solur,
Uşaqlıq yaddaşı çox güclü olur.
Mirzə qocalıram, beyin yorulur,
Bircə o məhəbbət, yadımda qalıb.
DƏDƏ ŞƏMŞİR
Şirin sözlər dedin, şeir söylədin,
Hayıf görüşmədik, ay Dədə Şəmşir.
Vəfasız dünyadan tez köç eylədin,
Hayıf görüşmədik, ay Dədə Şəmşir.
Sən yazdın Tərtərdən, mən də Arazdan,
Mən yazdım bahardan, sən telli sazdan.
Doymadıq sözündən, o xoş avazdan,
Hayıf görüşmədik, ay Dədə Şəmşir.
Vəsv eylədin obaları, oylağı,
Qoşqarı, Murovu, həm Dəli dağı.
Ucaldı göylərə sözün bayrağı.
Hayıf görüşmədik, ay Dədə Şəmşir.
Çox ali hörmət var bizdə qonağa,
Dedim bir gələsiz, çıxaq yaylağa.
Görüşüb söz qoşaq ”Güllü” bulağa,
Hayıf görüşmədik, ay Dədə Şəmşir.
Bir məclis qurmadın Araz boyunda,
Mirzənin bağinda, Diri dağında.
Bahar çağı Qurbani ayağında,
Hayıf görüşmədik, ay Dədə Şəmşir.
QURBANİ MƏCLİSİ
Övlüyalar qucağıdır
Bizim Qurbani məclisi.
Yazarların ocağıdır
Bizim Qurbani məclisi.
Saz götürüb söz söyləyir,
Heç kin, kidurət bilməyir.
Yazarları dost eyləyir,
Bizim Qurbani məclisi.
Divanisiylə açılar,
Müxəmməsiylə bağlıyar.
Adət ənənə saxlıyar,
Bizim Qurbani məclisi.
Xəstə könül məlhəmidi,
Sızıldayan “Dılqəmi”di.
“Sarıtel”di, “Kərəmi”di,
Bizim Qurbani məclisi.
Dastanların yuvasıdır,
Aşıqların obasıdır,
Tarixlərdə qalasıdır,
Mirzə Qurbani məclisi.
OLARMI
Yetimliyi ürəyimdə bitirdim,
Belə baxtın bahar-yazı olarmı.
Taleyə bax, vətənimi itirdim,
Talehdə də belə yazı olarmı.
Nə fərqi varımdan bir daraq itdi,
Yada ki, ömrümdən bir varaq itdi,
Yuxumdan çıxmayan o, torpaq itdi,
İtkinin də çoxu-azı olarmı.
Sevdiyimi de gizlədim mən necə,
Dərd əlindən Mirzə döndüm gülüncə.
Vətən deyib ağlayıram hər gecə,
Hicranın bu qədər nazı olarmı.
YALANÇI İMİŞ
Yaman tez unutdun əhdi, vəfanı,
Əhdə gəlişində yalançı imiş.
Əvvəlki o xəfiv gülüşün hanı,
Demə gülüşün də yalançı imiş.
Nə tanrıya baxdın, nə də Allaha,
Nə qəlbimdən gələn nisgilli aha.
Heyif, inanmaram mən sənə daha,
Sənin görüşün də yalançı imiş.
Yamanca bağlandım sənə qəlbimlə,
Öz evimi yıxdım mən öz əlimlə.
Ehtirasla öpüşərdin mənimlə,
Demə öpüşün də yalançı imiş.
Ürək qocalmasa, insan ölərmi,
Ağıllı da eşq əhlinə gülərmi.
Küsüb gedən heç geriyə dönərmi,
Getdin, dönüşün də yalançı imiş.
Vəfalı dünyamın vəfadarıyam,
Məhəbbət evinin sadiq yarıyam.
Dedin Mirzə, əhdə mən vəfalıyam,
Vəfa bölüşün də yalançı imiş.
OLMASIN
Ömür keçib yaddaş olub,
Ürəklər dönüb daş olub.
Qoyma ki könül boşalıb,
Susuz dəyirman olmasın.
Məhəbbətin alovlansın,
Qoy eşqin yolunda yansın.
Nadan qanmır heç qanmasın,
Könül bədgüman olmasın.
Təmiz qəlbdə, saf ürəkdə,
Xoş məramda, xoş diləkdə.
Mirzəni sevən mələkdə,
Olmaz din-iman olmasın.
İTİRDİM
Əlli olsun, yüz yaşayım nə fayda,
Gəncliyimi o, dağlarda itirdim.
Ömrümün baharın, qışın, yayında,
Vətənimdən uzaqlarda itirdim.
Yurd-yuvadan ayrı düşüb köçəndə,
Dərdli-dərdli el yolundan keçəndə.
Ürəyimin yanqusunu içəndə,
Ah- naləmi bulaqlarda itirdim.
Gənclikdə ki, sevda dolu ürəyi,
Xəyal dolu, arzu dolu diləyi,
Ovladığım, o xınalı kəkliyi,
Mən boranlı yaylaqlarda itirdim.
O, gözəl tək mən sevmədim kimsəni,
Mirzə belə kim sevibdir, kim səni.
Yarın mənə bəxş etdiyi busəni,
Aldadıcı dodaqlarda itirdim.
OCALIQ
Dedilər ki, ömrü yaşa yaxşıdır,
Məni yaman dərdə salıb qocalıq.
Uşaqlıq da, qocalıqdan yaxşıdı,
Günün saya-saya qalıb qocalıq.
Qəmi alıb, sevincimi satıram,
Xəyallarda mən arzuma çatıram.
Yuxum qaçıb, gecələri yatmıram,
Yuxumu da, əldən alıb qocalıq.
Uşaqlıqla dost olmuşam əzəldən,
Gəncliyimi qaçırmışam nəzərdən.
Könül küsüb o, sevdiyim gözəldən,
İndi mənə sirdaş olub qocalıq.
Məclislərdə çox hörmətlə sevirlər,
Ağsaqqaldı, hörmət edin deyirlər.
Bəzən etiramla, yer göstərirlər,
Baxırsan ki, nə ucalıb qocalıq.
Ömür dastan olub ilkin sözümdən,
Gəncliyimi tez itirdim gözümdən.
Hərdən Mirzə, soruşuram özümdən,
Niyə ömrü tez qocaldır qocalıq.
OLMAYIB
Günü aya qatıb, il yaşasan da,
Mənasız ömürdən zaman olmayıb.
Yetimə can deyib, üz oxşasan da,
Ömrünə-gününə yanan olmayıb.
Mərdi namərd qovub dar ayağında,
Kasıb nökər olub var ayağında.
Bülbül talan olub sar ayağında,
Ol, Şərdən Xeyirə aman olmayıb.
Dostluğun təməli mərdanəlikdir,
Məhəbbət təməli divanəlikdir,
Satqının təməli xərabəlikdir,
Tacir sevdasında iman olmayıb.
Mirzə babalardan əmanət olub,
Divan olub, haqqı-ədalət olub.
Səmimiyyət olub, sədaqət olub,
Qeyrət olan yerdə güman olmayıb.
AY GÜLARƏ
Ömür keçir yavaş-yavaş,
Qəlb köhnəlir, sönür yaddaş.
Üz döndərir qohum-qardaş,
Gəl incimə ay Gülarə.
Bu dünya bahardı, yazdı,
Gözəllərdə işvə-nazdı.
Gözəlliyi görən azdı,
Gəl incimə ay Gülarə.
Başqadı dövrü-zəmanə,
Çoxu gəlmir din imanə.
Hər dərdi salıb qəlbinə,
Gəl incimə ay Gülarə.
Deməki gözəl deyilsən,
Bunu sən hardan biləsən.
Kim-kimə deyir gözəlsən,
Gəl incimə ay Gülarə.
Kimini zaman alçaldıb.
Kimini zaman ucaldıb,
Mirzəni zaman qocaldıb,
Gəl incimə ay Gülarə.
ÇİNAR
Ata, bax bu ağac,
Gör necə də ucadır.
Yəqin bu nəhəng ağac,
Ağaclardan qocadır.
Bəli, oğlum bu ağac,
Ağaclardan ucadır.
Elə sən deyən kimi,
Ağaclardan qocadır.
Bu ağac ağacların,
Ağsaqqalıdır bilsən.
O sınar, o əyilməz,
Ona təziq eyləsən.
Doğurdan o, çinardır,
O, safdır vüqarlıdır.
Özü cavan olsa da,
Adı qoca çinardır.
LEYLA XANIMA
Gizlətsən də üz-gözündən sezilir,
İnan sənə qəm yaraşmır, a Leyla.
Xumar gözdən qəm leysanı süzülür,
Inan sənə qəm yaraşmır, a Leyla.
Qəm yükünü gəl daşıma qəlbində,
Bu dünyadan heç nə qalmaz əlində.
Axırın görmüşük gəlhagəlin də,
Inan sənə qəm yaraşmır a Leyla.
Bu dünyanın cəhənnəmi can üstə,
Get cənnətə, sən cənnətdən kef istə.
Özün şirin, sözün şirin, boy bəstə,
İnan sənə qəm yaraşmır, a Leyla.
Bu dünyada şahlar olub nəf üstə,
Tükənməyib məclisləri kef üstə.
Saqi kimi məclisə gir mey üstə,
Inan sənə qəm yaraşmır, a Leyla.
Mirzənin sözünü salma qürbətə,
Qiyməti verərlər təmiz hörmətə.
At qəmi, kədəri, gəlsin lənətə,
İnan sənə qəm yaraşmır, a Leyla.
DAĞLARI
Qəlbimdə arzular deyildir təzə,
Gözlərim öyrəşib o köhnə izə.
Heç olmayıb meylim arana, düzə,
Dağları sevirəm, qoca dağları.
Günüm olub, qartalla dərdləşmişəm
Qayalarda, kəkliklə səsləşmişəm
Aranda da, canımla əlləşmişəm
Dağları sevirəm, uca dağları.
Mirzə, mən bu yolu çoxdan seçmişəm,
Bulaqların saf suyundan içmişəm,
Kərəm kimi gədikləri keçmişəm,
Dağları sevirəm, haça dağları.
MƏNİM
Bir sevdam olmusan başı bəlalı,
Çox şirin arzulu, şirin xəyallı.
Məhəbbəti itgin, küsgün, zavallı,
Eşqini görməyən gözümsən mənim.
Qəlbimi yandıran közümsən mənim.
O, yatan baxtımı oyatmamışam,
Onunla ovunub, onla yatmışam.
Xəyallarda muradıma çatmışam,
Sevdalı dünyamda ilimsən mənim,
Dinib danışmayan dilimsən mənim.
Sevdan tez qocaldı, tez aralandı,
Həsrətə qovuşub tez yaralandı.
Parça-parça olub tez parçalandı,
Bu sınıq qəlbimdə arzumsan mənim,
Könul dəftərimdə yazımsan mənim.
SÖYLƏ NECƏSƏN?
Başına döndüyüm ellər gözəli,
Söylə qurban olum, söylə necəsən?
Yerişi duruşu, sözü məzəli,
Söylə qurban olum, söylə necəsən?
Çoxdandır görmürəm həsrətin məndə,
Gülüşün, baxışın, özün özümdə.
Qəlbim duyur, görünmürsən gözümdə,
Söylə qurban olum, söylə necəsən?
Ətrini duymuram xeyli zamandı,
Ayrılıq ölümdən vallah yamandı.
Demə soruşmuram, küsmə amandı,
Söylə qurban olum, söylə necəsən?
İşim tərsə düşüb nə gələ billəm,
Sənsiz vallah yüz yol ölüb dirilləm.
Xəbər göndərməsən, de hardan billəm,
Söylə qurban olum, söylə necəsən?
Mirzəyə can verən dağlar çiçəyi,
Elimin sevinci, elin göyçəyi.
Xəyallarım, yuxularım gerçəyi,
Söylə qurban olum, söylə necəsən?
NƏDƏN
Kiçik ürəyimlə ürəkləri qızdırdım,
Bu odlu ürəyim qış oldu nədən.
Yaxşını yaşatdım, pisi azdırdım,
Bu kövrək ürəyim daş oldu nədən.
Könlümü bir kimsə anıb duymadı,
Varımdan canıma oğlum qıymadı.
Ürəyim tiktiyim evə sığmadı,
Köçdü bir köçəri quş oldu nədən.
Sevdiklərim, düşmənimi sevdilər,
Həyatıma ağrı-acı verdilər.
Mirzə mənə bəxtiqara dedilər,
Bəxtim qara daşa tuş oldu nədən.
ARAZ
Aranlıyam, mən aranda doğuldum,
Damarımda axan qanım Arazdır.
Vətənimin torpağından yoğruldum,
İxtiyarım, cismi-canım Arazdır.
Nə ağrım var, nə azarım, nə dərdim,
Ürəyimdə nisgilli bir həsrətim.
Ölsəm belə, yox bir kəlmə nəsiyətim,
Dərdim-vətən, intizarım Arazdır.
Xüdafərin tariximin yaddaşı,
Diri dağı ömrümüzün yoldaşı.
Bərgüşadçay-Arazımın qardaşı,
Şan-şöhrətim, adım-sanım Arazdır.
El-oba yığılıb bayram edəndə,
Musiqi altında “yallı” gedəndə.
Könlüm qəhərlənib, qəribsəyəndə,
Mənim himnim, mənim mahnımArazdır.
Gözlərimdə gilələnən göz yaşım,
Fikrimdən silinməyən yaddaşım.
Ürəyimdə həm payızım, həm qışım,
Çiçəklənən könül yazım Arazdır.
Mirzə, yenə Vətən düşüb yadına,
Qurban olum, Cəbrayılın adına.
Tanrı özü qoy yetişsin dadına,
Qibləgahım, xoş avazım Arazdır.
ÇİNAR
Cəbrayıl şəhərinin mərkəzindəki qoca çinara baxarkən
Göz açıb, mən səni qoca görmüşəm,
Neçədir bəs yaşın, ay qoca çinar?
Bəlkə də, cavanam çox az gəzmişəm,
Varmı bir yoldaşın, ay qoca çınar?
Hələ görməmişəm, sən tək bir çinar,
Kim bilir, haradadır elə bir diyar.
Üstündə nə qədər cah-cəlalın var,
Əyilməyir başın, ay qoca çinar!
Gündüzlər baş alıb şaxələnirsən,
Gecələr kəhrizə səcdə edirsən.
Dərdinu-sərini ona deyirsən,
Odurmu sirdaşın, ay qoca çinar?
Görmüşəm, mən səni daim vüqarlı,
İri qol-budağın, qartal yuvalı.
Dörd yanın daimi sərin, səfalı,
Olurmu heç qışın, ay qoca çinar?
Düşünür dərdini Mirzə biçarə,
Getdi cavanlığın, gəlməz dübarə.
Yarpağından düşür damcılar yerə,
Olmasın göz yaşın, ay qoca çinar!
BİLMİRƏM
Ürəyimiz ayrılığa dözməzdi,
Əllərimiz bir-birindən bezməzdi,
Su töksən də aramızdan keçməzdi,
Bu ayrılıq nədən oldu, bilmirəm.
Oturardın yastığımın dibində,
Əllərin də əllərimin içində,
Vərəqlədik nə olubsa keçmişdə,
O vərəqlər niyə soldu, bilmirəm.
Sən gələndə sevinərdim, gülərdim
Gəlməyəndə üzülərdim, ölərdim,
Sən gəlmisən bilmirəm nə edərdim,
Bəs gözlərim niyə doldu, bilmirəm.
Hər dərdini gözlərindən bilirdim,
Çünki, səni ürəyimcə sevirdim.
Çox şeyləri gizdədirdim, demirdim,
Könlüm niyə xoflu oldu, bilmirəm.
Arzuların Mirzə hələ yazmamış,
Saf sevginin bəhrəsini dadmamış.
Ömür yolun biz yarıya çatmamış,
Ürək niyə tez yoruldu, bilmirəm.
SEVİRƏM
Sevirəm, bilirsən ki,
Sən də məni sevirsən.
Sevirsən, bilirəm ki,
Mən də səni sevirəm.
Bu ilahi sevgini
Gəl yaşadaq daima.
Bu ilahi sevgidən
Gəl yaradaq poema.
Sevirsən, bilirəm ki,
Leyli kimi sevirsən.
Sevirəm, bilirsən ki,
Məcnun kimi sevirəm
Mən demirəm yaradaq
Leyli-Məcnun dastanı,
Heç olmasa unutma,
Gəl bu əhdi-peymanı.
Mən demirəm bədənim,
Kərəm kimi alışsın,
Gözlərin baxa-baxa
Bir ovuc külüm qalsın.
Demirəm ki, indi sən
Əsli kimi olasan,
Mənimlə qucaqlaşıb
Bir alovda yanasan.
Yox, əzizim, qoy bizim
Sevgimiz bizi yorsun,
Kim necə sevir sevsin
Bu eşq əbədi olsun
Elə sevib sevilək,
Eşqimiz qoy sönməsin,
Elə sevib sevilək,
Üzümüz qoy dönməsin
Elə sevib sevilək,
Məhəbbətlə döyünən,
Ürəyimiz ölməsin.
QINAMAN MƏNİ
A dostlar, gedirəm sözüm var sizə,
Artıq aranızda araman məni.
Ürəyim ağrıyır, vurmuram üzə,
Gözlərim ağlasa, qınaman məni.
Min bəla dolanır yenə başımda,
Hərbiyə gedirəm bu gənc yaşımda,
Hər səhər siniflə salamlaşanda,
Yerim boş olsa da, unutman məni.
Aramızda olub, çox böyük hörmət,
Qəlbimə iz salıb dostluq, məhəbbət,
Söz-söhbət, danışıq olubsa əlbət,
Keçin günahımdan bağışlan məni.
Bülbüllər oxuyur gül budaqında,
Gedirəm baharın bu xoş çağında.
O, sular sonası olsa yanızda,
Söyləyin, etməsin pərişan məni.
Ayrılıb gedirəm başqa diyara,
Sağalmaz sinəmə vurulan yara.
Mirzəni böyüdən qoca dağlara,
Söyləyin qoymasın nigaran məni.
QOCALIQ
Ey könül gəz dolan hələ cavansan,
Ölməsən üzünə gülər qocalıq.
Unutma gəncliyi, vəfasız insan,
Vaxt gələr qapını döyər qocalıq.
Mənasız yaşama ömür nə varsa,
Üzülər taqətin əlində əsa,
Düşünüb gəncliyi batarsan yasa,
Əl çəkməz zəhləni tökər qocalıq.
Titrəyər əllərin həm də dizlərin,
Beş metir qabağı görməz gözlərin.
Dost-tanış üstündən kəsər nəzərin,
Sinənə dərin dağ çəkər qocalıq.
Gün gələr, ay keçər, illər ötüşər,
Qara saçlarına ağ dənlər düşər.
Həm cavan, həm uşaq baxıb gülüşər,
Polad qamətini bükər qocalıq.
Qocalıq üz versə pələng zarıyar,
Qartal nökər olar, qarğa hökmdar.
Mirzə, nə çəkinər, nə də utanar,
Tükənməz devranın sürər qocalıq.
DƏYMƏZ
İnsan olub insanlığı qanana,
Bir sözü təzədən deməyə dəyməz.
Üzdə qardaş deyib qəlbən danana,
Açıb hər sirrini verməyə dəyməz.
Biri eyləyibsə sənə yaxşılıq,
Bunu tez özünə sanma qardaşlıq.
Bir anlıq qısqanıb etsə nadanlıq,
Bütün yaxşılığı heç nəyə dəyməz.
Əliaçıq olasan dünya malına,
Möhtac olmayasan düşman varına.
Kasıba əl açmaq gəlsə arına,
Varlının qapısın döyməyə dəyməz.
Mərd insan səfərdə çıxsa qarşına,
Səndə mərdlik eylə baxma yaşına.
Namərdlə otursan süfrə başına,
Dussuzdur çörəyin yeməyə dəyməz.
Övladın borcudur ataya hörmət,
Bəsləsin anaya böyük məhəbbət.
Bir övlad şəninə gətirsə töhmət,
Mirzə, unut onu sevməyə dəyməz.
KİTAB
Oxucum, kitaba hörmətin olsun,
Min şair qəlbinin varıdır kitab.
Nəzakətli yanaş minnətin olsun,
Çox baha zəhmətin barıdır kitab.
Hər vərəq bir günün yadigarıdır,
Hər gündə təbəssüm, kədər də vardır.
Onunla yaşayan çox bəxtiyardır,
Tənha ürəklərin yarıdır kitab.
Eşitmək istəsən vətən nəğməsin,
Dinlə sən Arazın, həm Kürün səsin.
Eşqi, məhəbbəti qanan hər kəsin,
İncə kamanıdır, tarıdır kitab.
Nizami olubdur ulu babamız,
Şairə Məshəti doğma anamız.
Xəqani, Nəsimi, Vurğun atamız,
Yurdumun dövləti, varıdır kitab,
Mirzə, xəzinədir kitab aləmi,
Qızıldır, gümüşdür onun sələmi.
Kamil oxuyanın nə dərdi, qəmi,
Sanki ürəyidir, qanıdır kitab.
DOĞMA KƏNDİMİN
Zirvəsi ağ saçlı qocalar kimi,
Çoxdur qarlı dağı, doğma kəndimin.
Eşqdən kükrəyən ürəklər kimi,
Çoxdur gur bulağı, doğma kəndimin.
Adına layiqdir bu büsat onun,
Yaşıllıq bürümüş, həm sağın, solun.
Gül-çiçək bəzəmiş başabaş yolun,
Qızarır yanağı doğma kəndimin.
Əməklə tutmuşdur özünə maya,
Sərvətin saymaqla gəlməyir saya.
Ağ qızıl nemətin vuranda taya,
Ağarır buxağı doğma kəndimin.
Böyük konbayınlar olmuş gəmisi,
Nə gündüzü vardır, nə də gecəsi.
Sarışın telidir taxıl zəmisi,
Küləklər darağı doğma kəndimin.
Uzundur danışam meyvə dadından,
Şirin almasından, ya ki, narından.
Mirzə heç demirəm üzüm bağından,
Oda, bir budağı doğma kəndimin.
8-MART
Hər iliniz təzə, bayramız təzə,
Layiqdir doğurdan belə gün sizə.
Təbrik eyləyirm gəlməsin gözə,
Siz tək şadlanıram kölnümdə ilham,
Ey mehriban bacım, ey əziz anam.
Vurğünam sizdəki böyük qüdrətə,
Əməyiz layiqdir hər cür şöhrətə,
İncə nəvazişə saf məhəbbətə,
Kölnümdə yaşayır böyük bir inam,
Ey mehriban bacım, ey əziz anam.
Biriniz həkimsiz, biriniz əsgər,
Biriniz mühəndis, biriniz zərgər,
Biriniz kəşf edər, biriniz tikər,
Sizinlə qurulur bugünkü dünyam,
Ey mehriban bacım, ey əziz anam.
Düşmənlə vuruşduz bizimlə birğə,
Qorxutmadı sizi ağır işğəncə,
Nələr keçirmədiz yuxusuz gecə,
Bax bunu istərəm qələmə alam,
Ey mehriban bacım, ey əziz anam.
Səkkiz mart, bayramınız mübarək,
Qəlbizdə qayğısız döyünsün ürək.
Min bir belə bayram birgə keçirək,
Olmasın ayrılıq sizi unudam,
Ey mehriban bacım, ey əziz anam.
MƏN OLUM
Ey gül nə olar dərdinə dərman mən olum,
O, qara gözlərinin zövqünə qurban mən olum.
Bu gözəllik ki, sənin var, buna yox şübhə yeri,
İnsaf et qıyma buna taleyi-viran mən olum.
Sən özün şam deyilsən, mən də ki, pərvanə gülüm,
Şam kimi sən yanasan, oduna giryan mən olum.
Sən təbiət gülüsən, səndə təravət nə qədər,
Ah çəkib həsrət ilə bülbülü-şeydan mən olum.
Sən gözəllər şahısan, badə götür meyxana aç,
İzin ver məclis üçün meyü-tamadan mən olum.
Mirzəyəm, mən yazıram sevgili cananım üçün,
Neylərəm hər gözələ, aləmi-dastan mən olum.
SƏNİMİŞSƏN
Ulu çeşmə nə təbib, dərdimə dərman sənimişsən,
Əzrayıl can alsa da, ömrümə fərman sənimişsən.
Nə qədər çaylar keçib, dəryaları dolanmışam,
Hüsnünə baş əyirəm, dəryayi-ümman sənimişsən.
Dup-duru saf suyunun qüdrətini anlamışam,
Dağlara lərzə salan, çaylara güman sənimişsən.
İndi qandım nə üçün məşuqələr məskənisən,
Dil açıb danışmayan qızlara dilman sənimişsən.
Nə qədər karvan keçib, kəcavələr əyləmisən,
Yol azan karvanlara, müdriki-sarvan sənimişsən.
Vətənim Azəri yurdun od ilə su yaradıb,
Mirzəyə ziyarətgah, məscidi-məkan sənimişsən.
ÖMÜR-GÜNÜ SANAMADIM NƏDƏNSƏ
Ömür yarı oldu, yaridan keçdi,
Ömür-günü sanamadım nədənsə.
Ömür dostum özünə dost da seçdi,
Onu əməlində qınamadım nədənsə.
İnsan oğlun dost eylədim özümə,
Tez inandım kəlməsinə, sözünə,
Şüpələnib heç düşmədim izinə,
Ehtibarın sinamadım, nədənsə.
Qohumu da qohum kimi qınadım,
Azdan-çoxdan el-obanı sınadım,
Bacını da, qardaşı da tanıdım,
Düşmənimi tanımadım, nədənsə.
Körpəlikdən hər bir işə alışdım,
Böyük kimi hər peşədə çalışdım,
Mən bəxtimlə, taleyimlə barışdım,
İlahidən yarımadım, nədənsə.
Fələk mənə ana verdi atasız,
Vətən verdi, torpaq verdi qalasız,
Nə istədim onu verdi əmmasız,
Günahkaram, qorumadım, nədənsə.
Çox göynədim Göyçə əldən gedəndə,
Zəngəzuru erməniyə verəndə,
Vətənimi Araz yarı böləndə,
Azın-çoxun aramadım, nədənsə.
Qaçaq saldı el-obadan gədələr,
Şəhid oldu xan Arazda dədələr,
Mərsiyəni söyləyən də nənələr,
Mirzə, o vaxt ağlamadım nədənsə.
ÇƏRXİ-FƏLƏK İSTƏMƏDİ OLMADI
İstəyərdim arzularım çin olsun,
Çərxi-fələk istəmədi, olmadı,
İstəyərdim bir əməlim min olsun,
Çərxi-fələk istəmədi, olmadı.
İstəyirdim məhəbbətim bir olsun,
Ailəm mənə Kəbə olsun, pir olsun,
Yaratdığım uçulmasın, qurulsun,
Çərxi-fələk istəmədi, olmadı.
Körpəlikdən ata yolun tutaydım,
Babalarnan bir sırada duraydım,
Öləndə də bir nişanə qoyaydım,
Çərxi-fələk istəmədi, olmadı.
İstəyirdim atam mənə yar olsun,
Həyatim atamla bəxtiyar olsun,
Anam olsun, ömrüm səfiyar olsun,
Çərxi-fələk istəmədi, olmadı.
Torpağı mən şumlayaydım, əkəydim,
Bağ salaydım, qayğısını çəkəydim,
Bağban olub, meyvəsini dərəydim,
Çərxi-fələk istəmədi, olmadı
Mirzə, dedim, mənim sözüm söz olsun,
Ata ocağında isti köz olsun,
Qızım olsun, gözü alagöz olsun,
Çərxi-fələk istəmədi, olmadı.
BƏNÖVŞƏ
Yaman sənin həsrətini çəkirəm.
Sən baharın müjdəsisən, bənözşə,
Gec gələndə inciyirəm, küsürəm,
Gözəllərin gözəlisən, bənövşə.
Sən güllərin incəsisən, zərifsən,
Sən baharın ilk günündə gəlibsən,
Ləçəyini yaşmaq kimi çəkibsən,
Gəlinlərdən həyalısan, bənövşə
Sən baharın balasısan, bənövşə,
Sevgililər dərib səni dəstələr,
Ətrini hər tərəfə səpərlər,
Tanıyanlar həsrətini çəkərlər,
Çəmənzarın lalasısan, bənövşə,
Sən baharın balasısan, bənövşə.
Məhəbbətin mətanəti səndədir,
Məhəbbətin sədaqəti səndədir,
Məhəbbətin hərarəti səndədir,
Qız-gəlinin hənasısan, bənövşə,
Sən baharın balasısan, bənövşə.
Sən gələndə həyat birdən canlanır,
Yatmış torpaq elə bil ki, oyanır,
Dağ-dərə gül-çiçəyə boyanır,
Ayağı çox sayalısan, bənövşə,
Sən baharın balasısan, bənövşə.
Sən həmişə kol dibində bitirsən,
Yağış vursa, tez bükülüb itirsən,
Sirrini sən başqasına demirsən,
Heç bilmirəm, haralısan, bənövşə,
Sən baharın balasısan, bənövşə.
Yaman mənim ürəyimə girmisən,
Həyatımda sevimli sevgilimsən,
Həqiqətən gözəllər gözəlisən,
Niyə məndən aralısan, bənövşə,
Sən Mirzənin balasısan, bənövşə.
YÜBLEYİNƏ GƏLMİŞƏM
Qardaşım Telmanın 60 illik yubleyinə həsr edirəm
Ey mənim əzizim, mənim qardaşım,
Bu gün sənin yubleyinə gəlmişəm,
Ey mənim sirdaşım, mənim yaddaşım
Bu gün sənin yubleyinə gəlmişəm.
Ana nəvazişi sən görməmisən,
Ata ocağında isinməmisən,
Başqa uşaqlar tək sevinməmisən,
Bax bütün bunları mən də görmüşəm,
Bu gün sənin yubleyinə gəlmişəm,
Fəhlə kimi ağır sənət seçmisən,
Əməyinlə öz sözünü demisən,
Zəhmət səni, sən zəhməti sevmisən,
Bax bütün bunları mən də görmüşəm,
Bu gün sənin yubleyinə gəlmişəm,
Qardaş kimi ağsaqqalım olmusan,
Əyri yolu düz yoluna qoymusan,
Düşmənə düşmən, dosta dost olmusan,
Bax bütün bunları mən də görmüşəm,
Bu gün sənin yubleyinə gəlmişəm.
Keşmə keşli həyat yolu qurmusan,
Ailə keşiyində əsgər kimi durmusan,
Çox şukurlər axır baba olmusan,
Bax bütün bunları mən də görmüşəm,
Bu gün sənin yubleyinə gəlmişəm.
KÜSƏRMİ ALLAH!
Özüm soruşuram özümdən bəzən,
Qardaş da qadaşdan küsərmi, Allah!
Bu dedi-qodudur qəlbimi əzən,
Qardaş da qadaşdan küsərmi, Allah!
Sən mənim günümə-saatıma bax,
Bilmirsən”danışıq”yaranır nə vax,
Arvadlar araya salıbsa nifaq,
Qardaş da qadaşdan küsərmi, Allah!
Ata da oğluna acı söz deyər,
Bacı qəlbi ola bilsin, inciyər,
Qardaş qardaşından kömək diləyər,
Qardaş da qadaşdan küsərmi, Allah!
Bilən yoxdur nələr keçir qəlbimdən,
Bu sözlərim qövr eyləyir təbimdən,
Düşünürəm, dərk etmirəm bəs nədən?
Qardaş da qadaşdan küsərmi, Allah!
O, mənim həm atam, həm anamdırsa,
Həm yoldaşım, həm də sirdaşımdırsa,
Atabir, ana bir qardaşımdırsa,
Qardaş da qadaşdan küsərmi, Allah!
İlahi, bağışla, salma məni sən dara,
Qoyma bu qəlbimi qardaş sındıra,
Anam yoxdur başa sala qandıra,
Qardaş da qadaşdan küsərmi, Allah!
QARDAŞ
Qəriblik qismətin oldu əzəldən,
Yad eldə bəxtini sınama qardaş,
Xəbər al bizləri gəlib gedəndən,
Ananı, bacını unutma, qardaş.
Qəriblik insanı qocaldır yaman,
Çoxları bu dərdə olubdur qurban,
Unutma ki, evdə var qoca anan,
Kövrəkdir, qəlbini dağlama, qardaş.
Unutma keşdiyin o şən çağları,
Sərin bulaqları, uca dağları,
Araz boyundakı doğma diyarı,
Hərdən yada salıb ağlama, qardaş.
Çox canlar yaşayıb qoca dünyada,
Heç biri etibar görməyib onda,
Fərəhlən, gül-danış, hər çatin anda,
Qəlbinə min kədər qəm salma, qardaş.
Mirzənin çox olub çətin illəri,
Unutma deyilən hər bir sözləri,
Ömründən günbəgün ötən günləri,
Qəriblikdə olsa, sanama qardaş.
HEYDƏR BABA
Bir şəxsiyət gəldi, getdi dünyadan,
El ona ad qoydu, a Heydər baba,
Ömrün bir quş kimi uşdu yuvadan,
Bilməm hara qondu, a Heydər baba,
Köçmək istəmirdin sən bu dünyadan,
Qurub-yaratmaq idi fikrin hər an,
Bircə insan ömrün yaşayır insan,
Ömrün necə oldu, a Heydər baba.
Vətəni qorudun yağı düşməndən,
Qorxub-çəkinmədin, heç bir kimsədən,
Ürəklərə yol tapırdın heç nədən,
Səbrin niyə doldu, a Heydər baba.
Sevirdin vətəni, sevirdin xalqı,
Sevdin ədaləti, sevdin sən haqqı,
Səndən od alırdı kasıb ocağı,
Ocağın nə oldu, a Heydər baba.
Həmi həkim idin, həmi də nasir,
Həmi memar idin, həmi də şair,
Həmi siyasətçi, həmi müasir,
Sənətin nə çoxdu, a Heydər baba,
Sən müstəqil, azad vətən qurmusan,
Dövlətinin zəmanəti olmusan,
Davamçın var, nə yarımçıq qoymusan,
Zamin İlham oldu, a Heydər baba.
Çox olmuşdur vətənimdə zəhmətin,
Hamı çəkir indi sənin həsrətin,
Unutmarıq şirin sözün söhbətin,
Gözüm yaşla doldu a Heydər baba.
Adın kimi dəyərli söz tapmadım,
Tapanda da onu çox düz tapmadım,
Birin tapdım, birisini tapmadım,
Ürəyim üzüldü, a Heydər baba,
Millətimin, söhbəti var, sözü var,
Artıq indi vətənimin özü var,
Sən tək peyğənbəri necə unudar,
Bu Azəri yurdu, a Heydər baba.
GƏZİR
Könlüm yenə qəmli-qəmli,
Xəyal bağın pünhan gəzir.
Itiribdir can sirdaşın,
Gözü yaşlı viran gəzir.
Sevgilimdir tək aləmim,
Həm sevincim, həm də qəmim.
Ürəyimdə onsuz mənim,
Bir ayrılıq hicran gəzir.
O, bir aydır var payımda,
Odur mənim bu dünyam da,
Dolandıqca xəyalımda.
Sanki körpə ceyran gəzir,
Kəsilibdir yar sorağı,
Könlüm olub qəm dustağı.
Tək canım Məcnun sayağı,
Baş götürüb hər yan gəzir.
Mirzə çoxdur nazlı mələk,
Hər gözələ gözəl desək.
Sevən könlüm sevməyəcək,
Könlüm tülək tərlan gəzir.
OĞLUM
Yaman sənsiz darıxmışam nədənsə,
Amandır sən məni sınama oğlum,
Ürəyimlə bacarmıram nə isə,
Sən allah sən məni qınama, oğlum.
Heç an sənsiz intizara dözmərəm,
Korun-korun üzülərəm, ölmərəm,
Sənsiz danışmaram, nə də gülmərəm,
Məni qəm oduna qalama, oğlum.
Mənim həyatım da varım da sənsən,
Niyyət etdim allahımdan vergisən,
Sən də məni ürəyinlə sevməsən,
Qanını qanıma bulama, oğlum.
Sən mənə anasan həm də atasan,
Həm arxasan, həm istəkli balasan,
Şükür ilahiyə, min şükür varsan,
Ömrüm az qalsa da sanama, oğlum.
Səbirli ol, yüz ölç, bir biç deyiblər,
Düzgünlüyü hər zamanda seviblər,
Atalar da halal yolu seçiblər,
Sən qatma halalı harama, oğlum.
Dost oldun, dostuna hörmətin olsun,
Varlıya, kasıba qiymətin olsun,
Düşməninə acı nifrətin olsun,
Dostunu düşmənə calama, oğlum.
Vətəni əziz tut əziz canından,
Yaxın ol, ayrılma eldən, obadan,
Mirzə bir gün köç eyləsə, dünyadan.
Özünü tək sanıb ağlama, oğlum.
SEVGİLİM
Sən gedən o gündən körpə uşaqtək,
Ağlayır gözlərim inan, sevgilim,
Şüşətək ürəyim olubdur kövrək,
Həsrətin çəkirəm yaman sevgilim,
Bu bahar könlümə qış salmazdı iz,
Gülüb danışardım qəmsiz-kədərsiz,
Sanki yaşadığım bu həyat sənsiz,
Olub xarabə tək viran, sevgilim.
Şam tək əriyərəm bütün gecəni,
Unuda bilmirəm olub, keçəni,
Tez qayıt gözlərim gözləyir səni,
Olarsan qəlbimə həyan, sevgilim,
Əbədi iz salıb könlümdə dərin,
Silinməz qəlbimdən şirin sözlərin,
Mehriban-mehriban baxan gözlərin,
Çıxmayır fikrimdən bir an, sevgilim.
Təmiz məhəbbətə vardır etibar,
Sevən ürəklərdə pozulmaz ilqar,
Saxla bu şeiri daim yadigar,
Aparsa Mirzəni zaman, sevgilim.
AYRILIQ
Yarım uzaq səfər etmiş,
Görən səfər çoxmu çəkər?
Unudub dərd-sərin getmiş,
Görən yenə dərdmi çəkər?
Ala gözlər gülərgidi,
Başdan eylər hər igidi.
Mənim kimi o da indi,
Görən gözü yolmu çəkər?
Bir məsəldir düşüb dilə,
Insan çiy süd əmib belə.
Canan indi əğyar ilə,
Mirzə görən kefmi çəkər?
ŞAHBULAQ
Baxdıqca mən hüsnünə,
De bir necə yazmayım,
Möcüzələr andıran,
Gözəlliyin saymayım,
Sənin ay Şahbulağı.
Min illərin tarixi,
Yazılıbdır daşına,
Kəpəzin, Boz dağında,
Yaşı çatmaz yaşına,
Koroğlu da dolanıb,
Vaxtı ilə başına,
Sənin ay Şahbulağı.
Dağlarının başına,
Daim qartal dolanır,
O yalçın qayalardan,
Kəkliklərin boylanır,
Həsrətinə bir ancaq,
Görüb bilənlər yanır,
Sənin ay Şahbulağı.
Gəzirəm addım-addım,
Qışın sərt ayazında,
Xəyalımda canlanır,
Gül-çiçəkli yazın da,
Bəxtəvərdi deyərdim,
Oğlanın da, qızın da,
Sənin ay Şahbulağı.
Ayrılıqa, ölümə,
İnsan etməyir şübhə,
Gecə deyib gülsə də,
Sağ qayıtmayır sübhə
Arzum budur şəninlə,
Yazaydım bircə səhfə,
Sənin ay Şahbulağı.
MEHMAN
Bu doğma diyarın, azad vətənin,
Gülərüz, mehriban körpəsi Mehman.
Səfalı günlərin, xoş gələcəyin,
Gələcək ümidi, pilləsi Mehman.
Taleyin yazdığı həyat yazısı,
Ananın istəyi, ata arzusu.
Daima sevdiyi ürək dolusu,
Nənənin ilk oğul nəvəsi Mehman.
Bağların-baxçanın tər çiçəyisən,
Açılan səhərin xoş diləyisən.
Həmişə ürəkdə, həm könüldəsən,
Bu şair qəlbimin həvəsi Mehman.
CƏBRAYIL
Əlçatmaz qəriblikdə,
Cəbrayılım var mənim.
Düşmənlə şəriklikdə,
Cəbrayılım var mənim.
Vüqarlı Diri dağım,
Adam deyir hey baxım.
Tarixdən yadigarım,
Cəbrayılım var mənim.
Qocaları söhbətli,
Adamları hörmətli.
Aşıq Pəri həsrətli,
Cəbrayılım var mənim.
Çinarı dağ vüqarlı,
Səfalı buz bulaqlı.
Araz boyu oylaqlı,
Cəbrayılım var mənim.
Həsrəti uzun sürən,
Tez-tez yuxuma girən.
Üzüb məni öldürən,
Cəbrayılım var mənim.
Daim sözüm-söhbətim,
Mirzə mənim Vətənim.
Alıkeyxalı kəndim,
Cəbrayılım var mənim.
BİLİRƏM
El-obanın ağrısı var canımda,
Həsrət məni öldürəcək bilirəm.
Millət qanı axır mənim qanımda,
Töhmət məni öldürəcək bilirəm.
Mənə öz anamla, öz babam gərək,
Mənə öz ocağım, öz sobam gərək,
Mənə öz elimlə, öz obam gərək,
Qürbət məni öldürəcək bilirəm.
Mən Arazın həsrətinə dözümmü?
Yoxsa ondan de, əlimi üzümmü?
Ağlayanım ürəyimmi, gözümmü?
Heyrət məni öldürəcək bilirəm.
Günüm keçir mən həsrətə dözürəm,
Ömür-günü sanamaqdan bezirəm.
Bu illəri məhbus kimi gəzirəm,
Zillət məni öldürəcək bilirəm.
Mirzə könlüm, el yolunda iz eylər,
Vətən qışı, baharına naz eylər.
Tanrı mənə verən ömür az eylər,
Möhlət məni öldürəcək bilirəm.
QAYTAR
İlahi mən səndən çox istəmirəm,
Mənim öz ləhcəmi, izimi qaytar.
Səndən incimirəm, səndən küsmürəm,
Sən mənim özümü, özümə qaytar.
Düşmən Vətənimi əlimdən aldı,
Qəlbimə əbədi həsrətin saldı.
Həsrətli gözlərim yollarda qaldı,
Hələ ki, yol çəkən gözümü qaytar.
Buz bulaqlı dağlarımı itirdim,
Neməti bol bağlarımı itirdim.
Çox füsünkar çağlarımı itirdim,
Çəmənli-çiçəkli düzümü qaytar.
Birdən kövrəlirəm halım dəyişir,
Gözlərimdə qığılcımlar səyrişir.
Ürək yavaş-yavaş dözümsüzləşir,
Ürəyimə təpəri, dözümü qaytar.
Qorxutmazdı ildırım da, şimşək də,
Gör nə qədər təpər vardı ürəkdə.
İndi titrəyirəm yorğan-döşəkdə,
Isti ocağımı, közümü qaytar.
Mirzə ömrü verdin girdab bir selə,
Bəlkə də getmədim, o doğma elə.
Vətənə mən özüm getməsəm belə
Mənim söhbətimi, sözümü qaytar.
BİLMİRƏM
Çox şey itirsəm də mən bu dünyada,
Elin itgisinə dözə bilmirəm.
Itgilərim çoxdur həddən ziyada,
Vətənsiz torpaqda gəzə bilmirəm.
Tez-tez xatırlardım ötən illəri,
Xatirə yazardım ötən günləri.
Elim, obam, kəndim itəndən bəri,
Kəlməni-kəlməyə düzə bilmirəm.
Min zəhmətlə nə yaratdım, nə qurdum,
Elə bil ki öz əlimlə uçurdum.
İndi mənim nə elim var nə yurdum,
Hicran dəryasında üzə bilmirəm.
Eli itirmişəm ürəyim kövrək,
Obasız-vətənsiz döyünməz ürək.
Həmi ömrüm gödək, həm dilim gödək,
Düşmənin başını əzə bilmirəm.
İranla, Rus torpağımı böldülər,
Zəngəzuru erməniyə verdilər.
O Göyçə gölünə “Sevan”, dedilər,
Şairəm mən belə məzə bilmirəm.
Dostumu görmüşəm düşmən donunda,
Nələr itirmədik belə oyunda.
Mirzə əvvəlki tək dağlar qoynunda,
Elimdən, obamdan yaza bilmirəm.
UNUTMA MƏNİ
Sevgilim gedirsən unutma məni,
Sənsiz hər dəqiqəm ah-zar olacaq.
Ürəyim heç zaman unutmaz səni,
Könlümdə xəyalın gülzar olacaq.
Ayrılıq çətindir, könlüm dayanmaz,
Səndən sonra bir an xoş günüm olmaz.
Eşqisiz həyatım bir gün də qalmaz,
Tək canım dünyadan bezar olacaq.
Qurumaz daima axan göz yaşım,
Sən idin həyatım, yaxın sirdaşım.
Sən getdin bilirəm, mənim baş daşım,
Elə həmin günü hazır olacaq.
Gedəni yolundan əyləmək olmaz,
Arxasınca bəd söz söyləmək olmaz.
Dünyanın işini heç bilmək olmaz,
Axtarsan mənzilim məzar olacaq.
Çox da belə gileylənmə sən yardan,
Taleyini belə yazıb yaradan.
Ay Mirzə xudanın verdiyi paydan
Sənə qalan bir intizar olacaq.
SEVGİLİM
Çıxart ürəyindən dərdi, kədəri,
Gəncliyin zay olub gedər, sevgilim.
Düşünmə heç zaman ötən günləri,
Xoşbəxt gələcəyin gələr, sevgilim.
Qəlbimdən çıxmayır saf məhəbbətin,
Üzüb əldən salıb məni həsrətin,
Yayılsa hər yerə qəmli söhbətin,
Yığılıb el bizə gülər, sevgilim.
Nurlu səhərisən doğan səhərin,
Sözü-söhbətisən sən gözəllərin,
Qoyma ki, ağlasın qara gözlərin,
Hər tərəf düşməndir, görər, sevgilim.
Sevən ürəyimin incə telisən,
Dolanıb qəlbimi daim gəzirsən,
Sən xəyal bağımda bir an gəzməsən,
Baharım xəzana dönər, sevgilim.
Mirzənin könlünə bir sənsən həyan,
Taleh göstərməsin qoy bizə hicran,
Qəlbimdə eşqinin şamıdır yanan,
Eşqsiz şamlarım sönər, sevgilim.
QƏLƏM HƏLƏ ƏLİMDƏDİR
Yaradana minnətdaram,
Ömrüm onun əlindədir,
Ömur versə mən yazaram,
Qələm hələ əlimdədir.
Yaddan çıxmır xan Arazım,
Keçib gedir ömür yazım,
Danışmayan arzularım,
Hələ mənim qəlbimdədir.
Hər yazımın hörməti də,
Hər sözümün söhbəti də,
Hər şerimin qüdrəti də,
Əlimdəki qələmdədir.
Vətənimin dağı-düzü,
Bulağımın durna gözü,
Həm gecəsi həm gündüzü,
Hər sözümdə, kəlməmdədir.
Leyli, Məcnun məhəbbəti,
Əsli, Kərəm sədaqəti,
Nəbi, Həcər dəyanəti,
Mirzə sənin ölkəndədir.
ÜRƏK
Həsrətli bir ürəyim var sinəmdə,
O da məndən çoxdan küsüb danışmır,
İstəyirəm kin olmasın qəlbimdə,
Çalışıram heç qaynayıb qarışmır.
Kimdən küsüb, nədən küsüb bilmirəm,
Tez küsəni mən də qəlbən sevmirəm,
Ürək özümündür mən incitmirəm,
Istəyirəm mən barışam barışmır,
Ürəyimin var həsrəti bilirəm,
Yurd həsrəti, el həsrəti bilirəm,
İtib gənclik hərarəti bilirəm,
Əvvəlki, tək alovlanıb alışmır,
Ürək məndə artıq başqa ürəkdi,
Əvvəlki tək çılğın deyil kövrəkdi,
Çox yumuşalıb elə bilki mələkdi,
Qabaqkı tək çox kükrəyib danışmır.
Ay Mirzə gəl sən itirmə çörəyi,
Daim sirdaş dost bilmisən ürəyi,
İnsaf eylə əsirgəmə köməyi,
Qocalanda ürək yaxşı çalışmır,
SƏN UZAQ EYLƏ
Heç zaman şər ilə barışmamışam,
Allah məni şərdən sən uzaq eylə.
Özgənin işinə qarışmamışam,
Məni bədnəzərdən sən uzaq eylə.
Tikan olub yol üstündə bitəndən,
Sözü söz eyləyib dil-dil ötəndən.
Özgə tikəsinə gözün tikəndən,
Nəfisin güdəndən sən uzaq eylə.
Məni görən kimi üzümə gülən,
Şirin sözləriylə qəlbimə girən.
Sonra da arxamca dodağın büzən,
Gözün süzdürəndən sən uzaq eylə.
Bu dünyanın dərd-sərini unudub,
Kef üstündə bardaş qurub oturub.
Özgə papağını başına qoyub,
Kişi tək gəzəndən sən uzaq eylə.
Yaman öyrəşmişəm obaya, elə,
O, doğma ləhcəyə, o doğma dilə.
Qoymayın, Mirzəni həsrətdən ölə,
Həsrəti bizlərdən sən uzaq eylə.
QAŞ İLƏ GÖZ ARASINDA
Atəşi qəlbimi yandıran gözəl,
Yandırma bağrımı köz arasında.
Aldadıb qəlbimi oynadan gözəl,
Oynatma sevgimi söz arasında.
Sevəsən sevginin ən əzəlini,
Sevəsən seçəsən ən gözəlini.
Eşqi, məhəbbəti qanıb biləni,
Arayıb tapasan yüz arasında.
Sevirəm dağların daşın, qayasın,
Qırqovul yuvasın, kəklik balasın.
Istəsən dərəsən dağlar lalasın,
Axtarma lalanı düz arasında.
Gözəlin gözəldi sözün biləni,
Oxşayıb ürəyi qəlbən güləni.
Həmişə al-xara atlas geyəni,
Arama heç zaman bez arasında.
Mirzə, elinən otur, elinən yaşa,
Elinən qoy adın çəkilsin qoşa.
Ömrünü mənasız vurma sən başa,
Ölüm var qaş ilə göz arasında.
BƏNÖVŞƏ
On beş ildir itirmişəm mən səni,
Ürək dözmür həsrətinə, bənövşə.
Pəncərəmdə bitirmişəm mən səni,
Baxmaq üçün mən hüsnünə, bənövşə.
Sən həmişə yaşamısan qəlbimdə,
Söz söhbətim sən olmusan dilimdə,
Odur səni bitirmişəm evimdə,
Bənzərin var çöl gülünə, bənövşə.
Öyrəşmisən sən dağların daşına,
Dağ dumanı şeh çiləyə başına,
Qarışdırma həsrəti göz yaşına,
Tez dönərik biz elinə, bənövşə.
El dərdini çəkmə sən də mənimlə,
Necə bölüm el dərdini səninlə,
Mən dözürəm bu nisgilli qəlbimlə,
Dağ da dözməz el dərdinə, bənövşə.
Bir sərvətsən Diri dağın özündə,
Qurbanini yaşadırsan gözündə,
Mirzə səni vəsf eyləsin sözündə,
Sən Mirzəni sal qəlbinə, bənövşə.
KÖNLÜM
Özün bəyənibsən, özün sevibsən,
Dərdini özgəyə söyləmə könlüm.
Təqsir özündədir, özün seçibsən,
Günahkar sən məni eyləmə könlüm.
Sən məcbur eylədin sev bu gözəli,
Yaxşıdır görkəmi, özü məzəli.
Demədin payızın gələr xəzəli,
Dinib danışmadın bir kəlmə könlüm.
Indi narazısan söylə nəyimdən,
Yoxsa xoşun gəlmir öz əməlindən.
Məni ayrı saldın doğma elimdən,
Gödəklik gətirdin dilimə könlüm.
Bivəfa dünyadır, qayğısız olmaz,
Beşgunlük ömürdür Mirzəyə qalmaz.
Atalar sözüdür “Tökülən dolmaz”,
Hər şeyi böyük dərd eyləmə könlüm.
KƏRƏMİ
Aşıq qardaş çal havamı oynayım,
“Kərəmi”dir mənim havam “Kərəmi”.
Elə çal ki, oynadıqca oynayım,
“Kərəmi”dir mənim havam “Kərəmi”.
Aşıq qardaş çox kükrəyib çağlama,
Sızıldayıb korun-korun ağlama.
Həzin çalıb ürəyimi dağlama,
“Kərəmi”dir mənim havam “Kərəmi”.
Kərəm kimi haqq aşğı olmadım,
Haqqın yolun çox aradım tapmadım.
Oynayanda bir havanı oynadım,
“Kərəmi”dir mənim havam “Kərəmi”.
Aşıq qardaş sazı köklə “Kərəmi”,
Dastan söylə adı “Əsli- Kərəmi”.
Başqa hava oynatsa da aləmi,
“Kərəmi”dir mənim havam “Kərəmi”.
Gəlinlərin busəsidir “Kərəmi”,
Anaların naləsidir “Kərəmi”,
Dədələrin nərəsidir “Kərəmi”,
“Kərəmi”dir mənim havam “Kərəmi”.
GÖZƏL
Bu gün ad günündür, təbrikə gəldim,
Ömrün çiçəklənib, var olsun, gözəl.
Allaha yalvarıb dua eylədim,
Yaradan qoy sizə yar olsun, gözəl.
Gözəllər gözəli bir tər çiçəksən,
Göydən gəlmiş bir ilahi mələksən.
Nə yuxusan, nə möcüzə, gerçəksən,
Sənə pis baxana ar olsun, gözəl.
Mirzə deyər bu dünyanın dərdi nə?
Ya şirin, ya açı, söylə fərqi nə.
Ay vurulub cəmalının şövqünə,
Gözü götürməyən xar olsun, gözəl.
SATACAQ
Ömür yolun öz hökmü var, bəllidi,
Zirvə kimi dumanlıdı, çənlidi.
Gənclik özü müəmmalı, dəlidi,
Qocalanda sənə çəlik satacaq.
Bu dünyada dövlət, var, olsa əgər,
Aslan belə, sənə itayət eylər.
Ətəyində qırım-qırtı yeyənlər,
Qocalanda sənə çəpik çalacaq.
İnsan var şeytanla qumar oynamaz,
İnsan var qəflətdən, Mirzə, oyanmaz.
İnsan var ki, böyük kiçik tanımaz,
Qocalanda sənə təpik, atacaq.
QAYTAR
Ürəyimin gücü bir saplaqdadı,
Görəcəkli günüm çox qabaqdadı.
Ata yadigarım o, torpaqdadı,
Qaytar məni Cəbrayıla, İlahi.
Uşaqlığım o torpaqda qalıbdı,
Bağrım başı, o məkanda yanıbdı.
Qürbətdəki qocalığım hayıfdı,
Qaytar məni Cəbrayıla, İlahi.
Ağlamadım ömrümüzdən itənə,
Əl açmadım hər yolumdan ötənə.
Deməsinlər xain çıxdı vətənə,
Qaytar məni Cəbrayıla, İlahi.
Həyat dərya, boğulmaram, üzəcəm,
Ac da olsam, tox da olsam, dözəcəm.
Ölsəm, yurdu xəyalımda gəzəcəm,
Qaytar məni Cəbrayıla, İlahi.
Ana südü tez böyüdər balasın,
Nankor övlad tez unudar anasın.
Qoyma Mirzə ayı, ili sanasın,
Qaytar məni Cəbrayıla İlahi.
NƏYİ GÖZƏLDİ
İtirdiyim o, günləri tapmıram.
İsti, soyuq, heç rahat yatmıram.
Arzu yaxın, diləklərə çatmıram,
Söylə bu dünyanın nəyi gözəldi?
Gün keçir, ay keçir, geri dönməyir,
Nə pisi, yaxşını gözü görməyir.
Ölən ölür, ölmüyəni gülməyir,
Söylə bu dünyanın nəyi gözəldi?
Dünya özü qərinələr gəzəndi,
Ömrü daimidi, ürək üzəndi.
Milyon ilin itgisinə dözəndi,
Söylə bu dünyanın nəyi gözəldi?
Bu dünyamız möcüzəli bazardı,
Aldığı, satdığı, ağrı-azardı.
Ömür sonu, axır yeri məzardı,
Söylə bu dünyanın nəyi gözəldi?
Bəşərdi dünyanı gözəl eyləyən,
Gözəlliyin yerə, göyə söyləyən.
Bivəfa dünyadır, qədir bilməyən,
Söylə bu dünyanın nəyi gözəldi?
Malından, varından kalandı, dünya,
Amma, verdiyini alandı, dünya.
Mirzə heç inanma, yalandı dünya,
Söylə bu dünyanın nəyi gözəldi?
BU GÖZƏLİN
Şirin-şirin sözlərinə,
Vurulmuşam bu gözəllin.
Sevgi dolu gözlərinə,
Vurulmuşam bu gözəllin.
Ceyran kimi yerişinə,
Kəklik kimi gülüşünə,
Bir sevdalı görüşünə,
Vurulmuşam bu gözəllin.
Obasına, həm elinə,
Ləhcəsinə, xoş dilinə.
Şəvə tək, qara telinə,
Vurulmuşam bu gözəllin
Qoşa xallı yanağına,
Bal süzülən dodağına,
Gözündəki bulağına,
Vurulmuşam bu gözəllin.
Əməlınə, diləyinə,
Saf qəlbinən sevməyinə,
Mirzə, gözəl ürəyinə,
Vurulmuşam bu gözəllin.
VƏTƏN HƏSRƏTİ
Elimin, obamın gözəl adəti,
Dillərdə deyilən nəsihəti vardır.
İgid cavanların böyük qüdrəti,
Yaşlı qocaların söhbəti vardır.
Kəklikli dağların yaşıl qoynunda,
Çəmənli, çiçəkli Araz boyunda.
Çatasan ocağı kərmə odunda,
Çəkəsən kababı ləzzəti vardır.
Seyr etsən yurdumun gözəl yazını,
Dinlərsən quşların xoş avazını.
Sevsən saf ürəkli Azər qızını,
Soruş gör nə nəcib isməti vardır.
Cəm olsa bir yerə ikicə qarı,
Söhbəti qurtarar bil gecə yarı.
Yaxından dinləsən hərdən onları,
Birinin birinə qiybəti vardır.
Mirzə, gəl vətəni salma sən yada,
Ürəyim unutmaz onu bir anda.
Vətən yaşasa da daim qanımda,
Qəlbimdə əbədi həsrəti vardır.
MƏNƏ QALDI
Ey gül, sən getdin axır hicran mənə qaldı,
Dağıldı könlüm evi, viran mənə qaldı.
Çox sürmədi qəlbimdəki körpə məhəbbət,
Oda bir miras kimi yardan mənə qaldı.
İstədim ki, dost olum, aləm məni sevsin,
Nə deyim bəxtimə ki, nadan mənə qaldı.
Yoxdur ürəyimdə artıq eşqi-məhəbbət,
Bilməm ki, vurğun adı hardan mənə qaldı.
Oylağım olardı daim güllü bağçalar,
Axır soldu, o güllər güldan mənə qaldı.
Mirzə, biganəyəm bil dünya mənə heçdir,
Məhv oldu arzular bir vicdan mənə qaldı.
O, DÜNYANIN CƏNNƏTİNİ NEYNİRƏM
Bu dünyanın cəhənnəmin sevirəm,
O, dünyanın cənnətini neynirəm.
Bu dünyanın zəhmətini sevirəm,
O, dünyanın cənnətini neynirəm.
Bu dünyada yaradıram, yazıram,
Bu dünyada gül-çiçəkli bir yazam.
Bu dünyada hər cəfaya hazıram,
O, dünyanın cənnətini neynirəm.
Bu dünyada bulağım var, dağım var,
Gülzarım var, çəmənzarım, bağım var.
Məhəbbətim, şad firəvan çağım var,
O, dünyanın cənnətini neynirəm.
Bu dünyada hörmətim var, sayım var,
Çox firəvan illərim var, ayım var.
Allah verib hər nemətdən payım var,
O, dünyanın cənnətini neynirəm.
Yaratdığım sərvətim də burdadır,
Qazandığım hörmətim də burdadır.
Mirzə, mənim cənnətim də burdadır,
O, dünyanın cənnətini neynirəm.
AZƏRİ YURDUMUN QƏHRAMAN OĞLU
(Ramil Səfərova həsr olunur)
Sən anadan Qarabağda olmusan,
Orada boy atıb, yaşa dolmusan,
Cəbrayıl tək cənnət məkan oğlusan.
Halalındır bax bu cənnət, el oğlu.
Azəri yurdumun qəhrəman oğlu.
Vətənindən çox uzağa getmisən,
Təhsilini orda davam etmisən,
Zabit kimi öz sözünü demisən,
Halal olsun bu məharət, el oğlu.
Azəri yurdumun qəhrəman oğlu.
Vətəninin keşiyində durmusan,
Erməni ilə əlbəyaxa olmusan,
Babaların hayıfını almısan,
Halal olsun bu sücayət, el oğlu.
Azəri yurdumun qəhrəman oğlu.
Erməni ilə sən həmrəy olmadın,
Onun təhqirinə məhəl qoymadın,
Baltaladın, şaqqaladın, doğradın,
Halal olsun bu ədalət, el oğlu.
Azəri yurdumun qəhrəman oğlu.
Bu ziyafət çox şərəfli iş olub,
Əsası da erməniylə qoyulub,
Aldığı pay ədalətli pay olub,
Halal olsun bu ziyafət, el oğlu.
Azəri yurdumun qəhrəman oğlu.
Bu işinlə qoy sevinsin əməlim,
Möhkəmlənsin qarabağda təməlim,
Mən də baxıb çox fəxr ilə söyləyim,
Halal olsun bax bu qeyrət, el oğlu.
Azəri yurdumun qəhrəman oğlu.
GETDİ
Gəncliyim vəfasız bir dost sayağı,
Məni yalqız qoyub əbədi getdi.
Ömrümün xoş çağı, ümid dayağı,
Qəlbimə sərin su çilədi getdi.
Alnımın qırışı artdı bilmədim,
Bəzən bəxtim kimi yatdı bilmədim.
Ömür günlərimi satdı bilmədim,
Canıma od-alov ələdi getdi.
Saçımın telləri ağardı dən-dən,
Bunu dost –tanış da söylədi hərdən,
Amma anlamadım, bilmədim nədən,
Belə tez “əlvida”söylədi getdi.
Həyat gör necə də müəmmalıdır,
Necə də sirrili, çox mənalıdır.
Incə gəncliyi də, o tez qocaldır,
Ürəyim bu sirrə dözmədi getdi.
Qardaşım söylədi, yaman düşmüsən,
Bacımsa söylədi, gör nə gündəsən.
Yoldaşım söylədi, çox gülməlisən,
Tək anam bir kəlmə, demədi getdi.
Mirzə gəncliyinə fikir vermədi,
Üzdən qocalsa da ürək ölmədi.
Çox şeyi bilsə də, çoxun bilmədi,
Gənclik bərəkətin yemədi getdi.
TƏPƏ DEYİLƏM
Körpəlikdən çox odlara yanmışam,
Həyatda zəhmətlə mən ucalmışam.
Artıq ömür keçib çox qocalmışam,
Dizin-dizin gəzən körpə deyiləm.
Harda gəzdim pozulmadı izimdə,
Ildırımlar şimşək çaxır gözümdə.
Fırtınalı qasırğayam sözümdə,
Sahili yalayan ləpə deyiləm.
Mirzə, mən anadan mərd doğulmuşam,
Düşmənə düşmənəm, dosta yoldaşam.
Qartal vüqarlıyam, dağa qardaşam,
Düzün ortasında təpə deyiləm.
TBİLİSİ
Gedirəm səfərə başqa diyara,
Bu axşam Bakımla sağollaşıram.
Elə bil ürəyim çəkilir dara,
Sanki vətənimlə vidalaşıram.
Həmişə qəlbimdə ansam da belə,
Yaxın bir ölkəmiz sansam da belə,
Bakı həsrəti ilə yansam da belə,
Başqa bir diyarla qucaqlaşıram.
Indi yol gedirəm Gürcü elinə,
Qarışa biləydim axan selinə.
Vuruldum bal kimi şirin dilinə,
Gürcü qardaşımla salamlaşıram.
Qarşımda Tbilisi qocaman şəhər,
Hər köhnə abidə söyləyir nələr.
Yendikcə Kür üstə hər axşam-səhər,
Elə bil yenidən cavanlaşıram.
Kürün gözəlliyi başqadır burda,
Araza oxşarlıq sanki var onda.
Doğma arazımı yada salanda,
Asta-asta Kürə yaxınlaşıram.
Mirzə qayıdıram doğma vətənə,
Salamlar göndərir vətən-vətənə.
Ürək dözmüyəcək bil həsrətinə,
Gəl gürcü qardaşım halalaşıram.
NEYLƏSİN
Məndə çox gəzmişəm fani dünyanı,
Iranı, turanı bütün hər yanı.
Övlad saxlamırsa yolu, ərkanı,
Yazıq ata-ana buna neyləsin.
Tanımaz məclisin ayağın, başın,
Çox xəcil eyləyər yarın-yoldaşın.
Sözün bilməz, utandırar qardaşın,
Yazıq ata-ana buna neyləsin.
Bir ağsaqqal sözü girməyir başa,
Elə bil sözləri deyillər daşa.
Mənasız ömürü lap yüz il yaşa,
Yazıq ata-ana buna neyləsin.
Atanın yolunu övlad atırsa,
Ana məhəbbətin övlad satırsa.
Əqlinuin ucundan qana batırsa,
Yazıq ata-ana buna neyləsin.
Məhəbbət çırağı çoxdan sönübsə,
Ruh candan çıxıbsa, bədən ölübsə.
Allahın da üzü ondan dönübsə,
Mirzə, ata-ana buna neyləsin.
Əziz və hörmətli qələm dostum, söz sərrafı, el şairi, qəlbi tə¬miz, bulaq kimi qaynayan, Kərəm Kürqıraxlıya 60-illik yubileyi mü¬nasibəti ilə uzun ömür, can sağlığı, ailə xoşbəxtliyi, yaradıcı¬lı¬ğın¬da uğurlar arzulayıram.
Yaşa ömrü aram-aram,
60-gəldi inanmıram.
Mən heç kimi qınamıram,
Arzum bu, Kərəm qardaşa,
Ömrü vursun yüzil başa.
AY KƏRƏM
Ürəyini belə sıxıb darıxma,
Duaları sən qəlbindən çıxarma,
Gəl tanrının ətəyını buraxma.
Mehman olsun diləyinə, bu qələm,
Dərd dolmasın ürəyinə, ay Kərəm.
Allahın adı var qəlbində sənin,
Allahü Əkbərn dilində sənin.
Allahın əli var çiynində sənin,
Daim gəlsin köməyinə, bu qələm,
Qəm dolmasın ürəyinə, ay Kərəm.
Ay keçir, gün keçir, illər dolaşır,
Ömür xəyal kimi tez uzaqlaşır.
Yaşlaşdıqca dost-tanış da yadlaşır,
Qiymət versin əməyinə, bu qələm.
Ömür versin ürəyinə ay Kərəm.
OLMUŞAM
Sevmişəm bir gözəl, zülfünə heyran olmuşam,
Məcnun kimi eşqində aləmə bəyan olmuşam.
Elə ki, görməmişəm bir günün bir ilə dönüb,
Düşünüb daim onu qəlbi nigaran olmuşam.
Çox gözəllər görmüşəm, könlümə dayan demişəm,
Amma bu nazlı yara Yusifi Kənan olmuşam.
Özü ceyran balası, sərv boyun heç demirəm,
O qara gözlərinə bir daha heyran olmuşam.
Mirzə, əriyir ol şux gecələr eşqin odundan,
Tək səni yada salıb könlünə həyan olmuşam.
İLAHİ NECƏ DƏ BƏŞƏR YARATDIN
İlahi necə də bəşər yaratdın,
Birini atalı, birin atasız,
Körpəyə həyatın sirrin anlatdın,
Birini mənalı, birin mənasız.
Kimi mərhum oldu ana dilindən,
Kimisi didərgin doğma elindən,
Insanı yaratdın əzəl binədən,
Birini bəlalı, birin bəlasız.
Necə möcüzəli həyat qurmusan,
Birini yandırıb, birin anmısan,
Həyata insanı necə yaymısan,
Birini ağıllı, birin ağılsız.
Millət verdin dilləri də müxtəlif,
El-obası, çölləri də müxtəlif,
Ömür verdin illəri də müxtəlif,
Birini qadalı, birin qadasız.
Mirzə, sən həyatda baş ağartmısan,
Bilmirəm nə qurub, nə yaratmısan,
Azdan-çoxdan iki kəlmə yazmısan,
Birini havalı, birin havasız.
YAXŞILIQ EYLƏ
Bircə dən atasan qara torpağa,
Həyat ona can verib, bitirəcəkdir,
İnsan ki nə qədər mal-dövlət yığa,
Ölən gün hamısın itirəcəkdir.
Dünyada nə qədər qazancın ola,
Oğurluq-doğruluq nə yığsan dala,
Ömür başa çatıb düşəndə yola,
Üç metrlik ağa büküləcəkdir.
Odur ki, yaxşılıq eylə dünyada,
Səfasın görərsən həddən-ziyada
Səfil bir yetimin qarnı doyanda,
Ürəyi səninlə sevinəcəkdir.
İnamın var isə sənin bu sirrə,
Payla dövlətini yetim-yesirə,
Verdiyin sədəqə yalan deyilsə,
Allah dərgahına yetişəcəkdır.
Mirzə, çoxu inanmayır sözümə,
Özgə malın mənimsəyir özünə,
Belələri əzəl axır, pis günə,
Cəhənnəm oduna qalanacaqdır.
ÖLÜMÜN DƏ MƏLEYKƏSİ OLARMI
Məleykəni mən xeyirxah bilirəm,
Ölümün də məleykəsi olarmı?
Hamı kimi yaşamağı sevirəm,
Ölümün də məleykəsi olarmı?
Adam var ki heç quranı anlamır,
Cəbrayılı, İsrafili tanımır,
Bütün bəşər Əzrayili tanıyır,
Ölümün də məleykəsi olarmı?
Şeytan kimi yollarını azanlar,
Qoy onlar da anlasınlar, qansınlar,
Çiynimizdə xeyri, şəri yazan var,
Ölümün də məleykəsi olarmı?
Ürək dolu bir məhəbbət qoy versin,
Mələk kimi həm sevilsin, həm sevsin,
İnsanlara təki ölüm verməsin,
Ölümün də məleykəsi olarmı?
Mirzə, mən də Allahımı sevirəm,
Hamı kimi, həyatımı sevirəm,
Bircə kəlmə Əzrayili sevmirəm,
Ölümün də məleykəsi olarmı?
DİRİ DAĞI
Camalın qəlbimə mənim,
Salibdir iz, Diri dağı,
Düşündükcə artır dərdim,
Dərdsiz-qəmsiz Diri dağı
Uşaq vaxtı oynayardım,
Saf qoynundan gül yığardın,
İndi artıq mən də qaldım,
Demək sənsiz, Diri dağı.
Başında duman dolaşır,
Gur bulağın aşıb-daşır,
Kəkliklərin qaqqıldaşır,
İndi mənsiz, Diri dağı
Xudafərin ayağında,
Qurbani də qucağında,
Araz gəzir oylağında,
Sazsız, sözsüz Diri dağı.
Vaxt olar ki, bir gün gələr,
Mirzə səni yad eyləyər,
Sevib-seçib ancaq dərər,
Səndə nərgiz, Diri dağı.
ƏZİZDİR MƏNƏ
Dağlarımın zirvəsi də, qaşı da,
Babaların yaddaşı da, yaşı da,
Nənələrin ocağı da, daşı da,
Əsrdən nişanə bir izdir mənə,
Dədə-baba yurdum əzizdir mənə.
Ürəyimə yatan el qonağı da,
Dillərdə deyilən el sorağı da,
Kükrəyən, qaynayan bir bulağı da,
Ümmandır, dəryadır, dənizdir mənə,
Dədə-baba yurdum əzizdir mənə.
Araz kimi təlatümlü çayım da,
Mənim qazandığım ömür payım da,
Gecələr sayrışan ulduzlarım da,
O xəyal dünyamda kənizdir mənə,
Dədə-baba yurdum əzizdir mənə.
Təravətli gül-çiçəkli yazı da,
Bir-birindən gözəl, nazlı qızı da,
Kabablıq seçdiyim, əmlik quzu da,
Içdiyim su kimi pəhrizdir mənə,
Dədə-baba yurdum əzizdir mənə.
Aşıq Pəri vətənidir, vətənim
Yazdıqca qurtarmaz sözüm söhbətim,
Getdikcə artacaq daim hörmətim,
Mirzə, qəlbin bulaq, kəhrizdir mənə,
Dədə-baba yurdum əzizdir mənə.
ÖZÜMDƏSƏN
Görüşümü etmə yasaq,
Kölgəm kimi izimdəsən,
Küsüb məndən getmə uzaq,
Ürək kimi özümdəsən.
Məndən çox uzaq olsan da,
Xəyal olub dolansan da,
Bulud kimi oynasan da,
Yağış kimi gözümdəsən.
Demə səni unutmuşam,
Səndən artıq soyumuşam,
Bezmişəm çox yorulmuşam,
Hər an mənim sözümdəsən.
Çıxıb getdin nə faydası,
Söyləmədin yox vəfası,
Sevgimizin var havası,
Özün mənim özümdəsən.
Qövr etsə də köhnə yaram,
Harda olsan sənlə varam,
Heç vaxt səni unutmaram,
Sən Mirzənin özündəsən.
AY QIZ
Çıxmayır fikrimdən qara gözlərin,
Xəyalın qarşımda duranda, ay qız,
Hərdən bir dediyin ara sözlərin,
Söndürür könlümü yananda, ay qız.
Necə də çətindir sevib-sevilmək,
Sevgisiz insana nə deyib gülmək,
Vaxt olar sinəndə çırpınar ürək,
Məhəbbət beyninə dolanda, ay qız,
Həyatı anlamaq deyildir asan,
Bir-birin dərk etmir bəzən də insan,
Ürək sirdaşımın vurğunu olsam,
Olarsan daima yanımda, ay qız.
Niyə görünürsən sən sərin-sərin,
Nəyə nişanədir dolmuş gözlərin,
Mirzənin arasan ürək sözlərin,
Axtarsan taparsan sazında, ay qız.
AZƏRİ YURDUM
Qəlbim, ocağım, odum,
Mənim azəri yurdum,
Sənin qurbanın olum,
Mənim azəri yurdum.
Sən nə qədər doğmasan,
Ürəyimsən, qanımsan,
Dərdimin loğmanısan,
Mən səndə yuva qurdum,
Mənim azəri yurdum.
Mən qoynunda böyüdüm,
Nəbzinlə bir döyündüm,
Zəfərinlə öyündüm,
Özümdə qürur duydum,
Mənim azəri yurdum.
Araz, Kür damarımdır,
Qara neft qanımdır,
Xəzər xanimanımdır,
Mən sənə heyran oldum,
Mənim azəri yurdum.
Qayaların kəklikli.
Meşələrin bəzəkli,
Torpağın bərəkətli,
Mənzərənə vuruldum
Mənim azəri yurdum.
Zəmzəm suyu bulağın,
Tükənməzdir qonağın,
Sayalıdır ayağın,
Varına qurban olum,
Mənim azəri yurdum.
Sən mənim Vətənimsən,
Sözümsən söhbətimsən,
Şanımsan, şöhrətimsən,
İsti ocağım, odum,
Mənim azəri yurdum.
ALDANMA SƏN ŞİRİN DİLƏ
Könül tanı adamını,
Həm yaxşını, həm yamanı,
Gəl vəfasız bu dünyanı,
Satıb yenə ildən-ilə,
Aldanma sən şirin dilə.
Hərə bir cür həyat qurur,
Ömrün min cür başa vurur,
Nöqsanını sonra düyur,
Bütun bunu bilə-bilə,
Aldanma sən şirin dilə.
Qadın sözü mənalıdır,
Qadın var ki, vəfalıdır,
Bəziləri bivəfadır,
Yıxar səni gülə-gülə,
Aldanma sən şirin dilə.
İndi qızlar həyalıdır,
Sözlərində vəfalıdır,
Əslində çox bəlalıdır,
Sözlər tökür dildən-dilə,
Aldanma sən şirin dilə.
Daimi ol, sev bir ürək,
Hər an olsun sənə kömək,
Mirzə, tapsan belə mələk,
Atma onu əldən-ələ,
Aldanma sən şirin dilə.
CIDIR DÜZÜ
Vətənimdə ilk bahardır,
Canlanıbdır meşələri,
İsa bulaq bir ümmandır,
Duruldubdur nəşələri.
Kəpəz qoca bir qartaldır,
Məğrur-məğrur baxır hər an,
Göy göl sanki balasıdır,
Sığınıbdır ona yaman.
Yaşadıbdır bu torpaqlar,
Öz qoynunda şahinləri,
Yaradıbdır bu torpaqlar,
Vaqif kimi dahiləri.
Şuşam məğrur bir qaladır,
Əyilməyir o, bu gun də,
Cıdır düzü bir möcüzə,
O, yaşadır ürəyində,
Dəyişdikcə zamanlar da,
Hökm verir çox amansız,
O, sıldırım qayalar da,
Gül açıbdır Xuramansız,
Yaşasaydı təbiətlə,
Ölməsəydi qoca şair,
Baş əyərdi çox hörmətlə,
Bu yerlərə hər müasir.
MƏN ANAMI UNUTMADIM
Həyatımın çətin anı,
Mən anamı unutmadım,
Unutdumsa, mən dünyamı,
Bir anamı unutmadım.
Ayrı düşdüm mən atamdan,
Küsgün oldum həyatımdan,
Bütün dərdim çıxdı yaddan,
Bir anamı unutmadım.
Böyüdükcə zaman-zaman,
Dərdim artıb odu ümman,
Yaddaşımda daim qalan,
Bir anamı unutmadım.
Məndə deyil bu ixtiyar,
Unuduldu doğma diyar,
Mənə dünya olsa da dar,
Bir anamı unutmadım.
Tənha olub usanmışam,
Gah ağlayıb, gah susmuşam,
O, illəri unutmuşam,
Bir anamı unutmadım.
Darıxanda mən el üçün,
Ağlamışam için-için,
Ana yaddan çıxmır neyçün?
Bir anamı unutmadım.
İtirsəm də hörmətimi,
Sevgilimi, dövlətimi,
Bir sevimli vətənimi,
Bir anamı unutmadım.
YAXŞI DOST
Elin arzuların qatib arzuma,
Dostuma verərdim imkanım ola,
Yayını, qışını qatıb yazıma,
Dostuma verərdim imkanım ola.
Şirin qüvvətini, dəyanətini,
Gülün ətrini, təravətini,
Bağın bəhərini, bərəkətini,
Dostuma verərdim imkanım ola.
Ağanın, paşanın səlahətini,
İsti yay gününün hərarətini,
Qəlbimdəki eşqin sədaqətini,
Dostuma verərdim imkanım ola.
Mirzə, mən arzumu, öz diləyimi,
Süfrəmdə yeyilən duz-çörəyimi,
Köksümdən çıxarıb öz ürəyimi,
Dostuma verərdim imkanım ola.
OLAR
Bir gündə bu qədər yalan söyləsən,
İnsanda görəsən neçə üz olar,
Nə qədər tər-təmiz işi görəsən,
Yenə də əyridə əyri iz olar,
Ağacın əyrisi özündən olar,
İgidin əyrisi sözündən olar,
Ocağın tüstüsü közündən olar,
Bacası olarsa tüstü düz olar.
Söz verdin həmişə əməl edəsən,
Əməlinlə öz işini sevəsən,
Verdiyin vədəyə əməl etməsən,
Əməlin puç olar, quru söz olar.
Varlı ilə kasıb olarmı qardaş,
HeçXeyirlə Şər olarmı yoldaş,
Kasıb geyinsə də ipək, al, qumaş,
Varlının gözündə adi bez olar.
Yaman olur bağda güllər solanda,
Ömür qocalan da yaşa dolanda,
Əzrayıl başının üstün alanda,
Mirzə onsuz ölüm, qaçılmaz olar.
YUXU GORÜRƏM
Yuxular görürəm, yaman görürəm,
Pirani bir qoca, quran görürəm,
Bəzən dağ görürəm, aran görürəm,
Oyanıram Cəbrayılı görmürəm.
Iri qol budaqlı qoca bir çinar,
Üstündə nə qədər cah-cəlalı var,
Altında buz kimi bir bulaq qaynar,
Oyanıram Cəbrayılı görmürəm.
Yuxuda gəzirəm Araz boyunda,
Doğmaca kəndimdə dağlar qoynunda,
Oynayıram el-obanın toyunda,
Oyanıram Cəbrayılı görmürəm.
Yuxu doğrudan da aldadıcıdır,
Yuxuda görürəm Cəbrayıl vardır,
Guya ki, qış gəlib hər tərəf qardır,
Oyanıram Cəbrayılı görmürəm.
Mirzə, gecələri sehrlənirəm,
Məleykənin qanadında gəzirəm,
Neçə ildir bu həsrətə dözürəm,
Oyanıram Cəbrayılı görmürəm.
ÖMÜR GƏRƏK YÜZƏ ÇATA
Dostum Elburusun ad gününə
Ömür keçir yavaş-yavaş,
Əlli nədir etmə təlaş,
Göyçədə adətdir qardaş,
Ömür gərək yüzə çata.
Sən ki həkimsən bilirsən,
Hamıya ömür verirsən,
Ələsgərin nəvəsisən,
Ömür gərək yüzə çata.
Hər şeyi anlamaq üçün,
Zirvələrə qalxmaq üçün,
Arzulara çatmaq üçün,
Ömür gərək yüzə çata.
Həyatın yolu daş olur,
Əqlin zirvəsi baş olur,
Ömrün bəzəyi yaş olur,
Ömür gərək yüzə çata.
Dövlətdə varın dəvədir,
Övlatda əziz nəvədir,
Allah verən az-çox nədir,
Ömür gərək yüzə çata.
TƏBRİZİM KİMİ
Mənə əziz olan yolu, yolağı,
Məhəbbət laylası çalan bulağı,
Baharda, bəzənən gəlin sayağı,
İtirdim kəndimi gözəlim kimi.
Zalım fələk məndə ümid qoymadı,
Yuxumdan çıxmadı, gözüm doymadı,
Ağladım, sızladım xeyri olmadı,
Itirdim kəndimi öz izim kimi.
Yaddan çıxmır o yerlərin lalası,
Qırqovul yuvası, kəklik balası,
Araz boyundakı o su sonası,
Itirdim kəndimi əzizim kimi.
Mirzə əldən çıxdı dağda-aranda,
Irəvan, Zəngəzur, Göyçə, Turan da,
Dağı dağ üstündən çəkdi İran da,
Itirdim kəndimi Təbrizim kimi.
NİYƏ MƏN HƏSRƏTLİ ŞAİR OLMUŞAM
Elə bil həsrətlə cüt doğulmuşam,
Niyə mən həsrətli şair olmuşam.
Mərdin ürəyi də, gözü də toxdu,
Nadürüst, nakəsin həsrəti yoxdu,
Içimi yandıran həsrətim çoxdu,
Içimdə yanmışam çox qovrulmuşam,
Niyə mən həsrətli şair olmuşam.
Boyuma biçilib bu həsrət mənim,
Oldu qarabağa yağılar qənim,
Yenə itgi gördü mənim vətənim,
Torpaq itirməkdən çox yorulmuşam,
Niyə mən həsrətli şair olmuşam.
Aranda olmuşam, dağda olmuşam,
Boranda olmuşam, qarda olmuşam,
Arazdan Təbrizə çox boylanmışam,
Korun-korun yanıb alovlanmışam,
Niyə mən həsrətli şair olmuşam.
Yuxular görürəm yata bilmirəm,
Axtarıb vətəni tapa bilmirəm,
Belə bir ömrü söylə neynirər,
Dərdimlə qəlbimi parçalamışam,
Niyə mən həsrətli şair olmuşam.
Həsrətimin biri İrəvandadır,
Biri Zəngəzurda, Qarabağdadır,
Birazı turanda, həm İrandadır,
Allah haralara yaddaş salmışam,
Niyə mən həsrətli şair olmuşam.
O yerləri deyin necə sevirdim,
Xudafərin, Diridağın itirdim,
Bitib tükənərmi bu vətən dərdim,
Boynu bükük bənövşə tək qalmışam,
Niyə mən həsrətli şair olmuşam.
Elin həsrətinə mən necə dözüm,
Yollara baxmaqdan kor olub gözüm,
Mirzəyəm qan ağlar indi hər sözüm,
Bu gün mən həsrətdən cana doymuşam,
Niyə mən həsrətli şair olmuşam.
YORULDUM MƏN
Qartal idim zirvələrdə,
Qanadımdan vuruldum mən,
Bulutlardan doğan çayam,
Dərələrdən buruldum mən.
Dağ çayı tək aşıb-daşdım,
Çöllərdə selə qarışdım,
Bulaqlarla qardaşlaşdım,
Çeşmə kimi duruldum mən,
Dodaq mənə söz demədi,
Gördüyünü göz demədi,
Ürək mənə söz demədi,
Dözəmmədim qovruldum mən.
Dağlardakı yaylaqların,
Arandakı oylaqların,
Qaynar, soyuq bulaqların,
Həsrətindən yoruldum mən.
Kədər dondu gözlərimdə,
Söz doğuldu sözlərimdə.
Mirzə, o doğma elimdə,
Şair kimi doğuldum mən.
BAŞ SARITEL OXUSUN
Mən öləcəm, ürək qara qalmasın,
Aşıq tapın, “Baş sarıtel” oxusun,
Nə oxşama, nə bayatı olmasın,
Aşıq tapın, “Baş sarıtel” oxusun.
Yasımı bir kimsə qoy saxlamasın,
Dost-tanış, kədərə, qəmə batmasın.
İstəkli yarım da heç ağlamasın,
Aşıq tapın, “Baş sarıtel” oxusun.
Kef əhlinin olmuyacaq bil qəmi,
Ürəyimdə aparıram el qəmi,
Aşıq olsa, unudaram dərd-qəmi,
Aşıq tapın, “Baş sarıtel” oxusun.
Söhbət salıb yad edəndə hər məni,
Aşıq olsun qoy ruhumun məlhəmi,
Sarı simdə inləməsin “Kərəmi”,
Aşıq tapın, “Baş sarıtel” oxusun.
Mirzə budur vəsiyyətim oğluma,
Baş daşıma gül çələngi toxuma.
İstəmirəm heç yasin də oxuma,
Aşıq tapın, “Baş sarıtel” oxusun.
HÖRMƏT QOYMUŞAM
Xəyal tək göylərdə mən hey gəzəndə,
Ayağım altında torpaq duymuşam,
Əyilib ətirli bir gül üzəndə,
Torpağa nəvaziş, hörmət qoymuşam.
Torpağı mən əkib becərəndə də,
Suladım torpağı alın tərimlə,
Zəhmətim boy atıb cücərəndə də,
Sevib əzizlədim onu qəlbimlə.
Bu doğma vətən də, qürbət eldə də,
Bu qara torpağa mənim borcum var,
Bir gün bu dünyadan mən köçəndə də,
Bir ovuc torpağa ehtiyacım var.
KİMİM VAR MƏNİM
Körpəlikdən zillət-zülmət görmüşəm,
Ömür notlarımda zilim var mənim,
Kiçik yaşlarımdan zəhmət görmüşəm,
Qayğılı qadalı ilim var mənim.
Mən dağlar oğluyam, dağdı qüdrətim,
Elimdi, obamdı sözüm, söhbətim,
Olmayıb sərvətim, varım, dövlətim,
Ürəyimdən başqa nəyim var mənim,
Mənə yoldaş olub, həyatda dözüm,
Övlad qazancında, olmayıb gözüm,
Bir də ürəyimi ovudan sözüm,
Dostla ünsiyyətdə dilim var mənim,
Mirzə, biri oğlum, ömür qardaşım,
Biri can sirdaşım, ömür yoldaşım,
Biri ocaq daşım, biri yaddaşım,
De bunlardan başqa kimim var mənim.
QOCALIRAM
Hayıf ötən aya ilə,
Yaman keçir qocalıram,
İl tələsir bilə-bilə,
Zaman keçir qocalıram,
Qüsur tutmayın sözümdən,
Özüm bəd güman özümdən,
Gəlib hər gün göz önümdən,
İman keçir qocalıram,
Yaş gedir yaşım üstündən,
Daş düşür daşım üstündən,
Dağ kimi başım üstündən,
Boran keçir qocalıram,
Xəyallarda düşünürəm,
Yaş ötdükcə üşünürəm,
Ürəyimlə görüşürəm,
Güman keçir qocalıram,
Ayla, illə oynayıram,
Ötən ömrə boylanıram.
Mirzə illə qocalmıram,
Bir an keçir qocalıram.
HARDAN BİLƏCƏK
Dostun dar günündə haya gəlmiyən,
Yasda ağlamıyan, toyda gülmüyən,
Özünün dərdini qanıb bilməyən,
Özgənin dərdini hardan biləcək.
Qapısı qonaqsız, qarasız olan,
El-oba dərdinə yararsız olan,
Əzəldən qatır tək balasız olan,
Balanın dərdini hardan biləcək.
İsidir qəlbini yad bir ocaqda,
Yaşayır qoltuqda, isti qucaqda,
Yurd-yuva quranlar özgə bucaqda,
Mirzə, vətən dərdin hardan biləcək.
MÜKAFATDI BU
Nə yazıb, yaradıb, nə oxusam da,
Mənimçün adicə şeriyyatdı bu,
Qurbani evində nə oxusam da,
Sanıram mənimçün hesabatdı bu.
Şeirin qüdrəti olmaz sayında,
Hikmətli söz oxu el arasında,
Sənətkar yanında, şair yanında,
Söz oxu desinlər qiyamətdi bu.
Ömür kitabımda, həyat yolumda,
Şeirlər yazmışam yaxşı-yamanda,
Bircə bənd şerim də qalsa cahanda,
Mirzə, mənim üçün mükafatdı bu.
DANIŞAR
Kafirdi, quran oxumaz,
Dindən-imandan danışar,
Xeyrə-şərə yaramaz,
Yaxşı-yamandan danışar.
Alim deyil palançıdır,
Düz söz demir yalançıdır,
Verdiyi damcı-damcıdır,
Özü ümmandan danışar,
Mirzə özü, bir kölgədir,
Dalğa deyil, bir ləpədir,
Zirvə deyil, bir təpədir,
Sisdən, dumandan danışır.
NEYNİRƏM
Məhəbbətim kordusa,
De, mən gözü neynirəm,
Məhəbbətim kardısa,
De, mən sözü neynirəm.
Bəxt ulduzum yatıbsa,
Taleh məni atıbsa,
Arzum sona çatıbsa,
De, mən közü neynirəm,
Ömür keçir puç olur,
Məhəbbətsiz heç olur,
Yetmişimdə köç olur,
De, mən yüzü neynirəm,
Bulaqlar sərvətimdir,
Buludlar kəfənimdir,
Mirzə dağ vətənimdir,
De, mən düzü neynirəm.
BAYATILAR
Əzizim dolu gələr,
Silinər dolu gələr,
Yarla görüşə gələn,
Ürəyi dolu gələr.
Əzizim qara baxtım,
Ağaran qara baxdım,
Heç vaxt deyib gülmədi,
Ağladı qara baxtım.
Əzizim var olaydı,
Bağlarda bar olaydı,
Heçnə gərəyim deyil,
Yanımda yar olaydı.
Əzizim dama-dama,
Göl olar dama-dama,
Yarı soraq eyləyib,
Gəlib çıxdım Ağdama,
Əziziyəm əyildim,
Baxcadan bir gul dərdim,
Kaş əlimdə solmamış,
Sevgilimi görəydim.
Əzizim qara baxın,
Bu yağan qara baxın,
Niyə yanvara düşdü,
Həsrəti Qarabağın.
Əziziəm yan-yana,
Heç yatmadım yan-yana,
Ölsəm məzarda məni,
Yarla qoyun yan-yana.
Əzizinəm dağ ola,
Bağban ola, bağ ola
Nə qazandım verərəm,
Təki anam sağ ola,
Əzizim qalasıdır,
Nə yazsam qalasıdır,
Hər gün sökülən divar,
Ömrümün qalasıdır,
Əzizim Araz boyu,
Yurd saldım Araz boyu,
Fələyin işinə bax,
Ölmədim Araz boyu.
BAKIM
Sən mənə doğmasan, mənə əzizsən,
Ey mənim mehriban, sevimli Bakım,
Baxıram hüsnünüə necə gözəlsən,
Azəri yurdumun gözəli Bakım.
Əgər vərəqləsəm tarixini mən,
Nə qədər iztirab, kədər görmüsən,
Azadlıq yolunda vuruşmusan sən,
Sinəsi yaralı, qüdrətli Bakım,
Sənə sadiq qalmış öz oğulların,
Sənə inanmışlar qəhramanların,
Həlak olsalar da adı onların,
Adınla bağlıdır, zəfərli Bakım.
Sən ey gizli şəhər, döyüşən şəhər,
Xalqına azadlıq gətirən səhər,
İnqilab yolunda çəkmədin nələr,
Gizli mətbəəli sirrili Bakım.
İndi zövq alıram gözəlliyindən,
Bir əsər qalmamış köhnəliyindən,
Böyüyüb artırsan sən günü-gündən,
Xəzərin qoynunda küləkli Bakım.
GƏZƏR
Könlüm çıxıb yenə, xəyal bağında,
Axtarıb o itən ceyranı gəzər,
Ovçu təki hərlənib tərlan qolunda,
Dağları-daşları pünhani gəzər.
Ayrılıb gedəli o nazlı pərim,
Günbə-gün çoxalır dərdim, kədərim,
Yar deyib ağlayan nəmli gözlərim,
Göz yaşım tökülən dəryanı gəzər.
Ürəyim bir yerdə tutmayır qərar,
Pərvanə tək şam başına dolanar,
Məcnun tək dolanıb diyarbadiyar,
Taqətsiz qədəmlər səhranı gəzər,
Gör nələr itirmiş könlüm dünyada,
Bülbül ağlamazmı güllər solanda,
O bəxtim, taleyim olsa yanımda,
Götürüb ürəyim hər yanı gəzər,
Könlümə hökm edir indi cavanlıq,
Külli-ixtiyarım vardır dünyalıq,
Mirzə, vaxt olar gələr qocalıq,
Titrəyən əllərin əsanı gəzər.
OLSUN GƏRƏK
Duzsuz ətin dadı olmaz,
Biqeyrətin adı olmaz,
Şərəfsizin zatı olmaz,
Əsil zatın olsun gərək.
Hər qayada mamır bitməz,
Yaxşılıq et, heç vaxt itməz,
Dost inciyib, küsüb getməz,
Qəlbə şeytan dolsun gərək.
El oğludur eldən yazan,
Eldə qalar hər yazılan,
El içində ad qazanan,
Eldə bir iz qoysun gərək.
Vətən olmaz qürbət eldən,
Şərbət olmaz özgə dildən,
Ömür sürüb, köçüb gedən,
Bu dünyadan doysun gərək.
Özün, sözün heç bilməyən,
Heç sevilib, sevilməyən.
Məhəbbəti dərk etməyən,
Baş-gözünə döysün gərək.
Düşmən olub evlər yıxan,
Kölgəsindən hürküb qorxan,
Mirzə, elə xain baxan,
Xəcalətdən ölsün gərək.
09.12.2004-il
SÖZ
Sözü təqdim elə, söz sərrafına,
Sözünü anlayıb oxuyan olsun,
Fikir versin çürüyünə, safına,
Saf-çürük eyləyib saxlayan olsun.
Soz var ki, adamı dağa qaldırar,
Söz var ki, adamı yaman yandırar,
Söz var ki, adama iman qaldırar,
Onları dərk edib anlayan olsun.
Söz var ki, quranın kəlamı kimi,
Söz var ki, allahın salamı kimi,
Söz var ki, ürəyin məramı kimi,
Bunları toplayıb paylayan olsun.
Bir sözlə ürəyi ağladan da var,
Ürəkdən-ürəyə yol tapan da var,
Bir sözlə möcüzə yaradan da var,
Acı bir kəlamı dağlayan olsun.
Tarixən sözləri necə yazsalar,
Sözün qüdrəti də artıb-azalar,
Mirzə, o vaxt sözün qiymətli olar,
Onları həvəslə oxuyan olsun.
MƏN İSTƏMİRƏM
İlahi ömür ver, mənalı ömür,
Mənasız ömürü mən istəmirəm,
Vətənsiz ürəyim sanki döyünmür,
Obasız ömürü mən istəmirəm.
Elin ürəyidir mənim ürəyim,
Elsiz haram olur, halal çörəyim,
Elə sökənmişəm, eldir dirəyim,
Yuvasız ömrü mən istəmirəm.
Elin söz-söhbəti gəzir dilimdə,
Ocağım qalıbdır doğma kəndimdə,
Çoxdan sonüb ocağım da, közüm də,
Sobasız ömürü mən istəmirəm.
Necə keçir mənsiz elimin yazı,
Yaz olanda cilovlanmır Arazı,
Çoxdan köçüb həm ördəyi, həm qazı,
Sonasız ömürü mən istəmirəm.
Ömür hər an dəbdəbəli keçsə də,
Məleykələr ürəyimcə sevsə də,
Allah mənə yüz il ömür versə də,
Vətənsiz ömürü mən istəmirəm.
Elim ağsaqqallı, elim arxalı,
Elim bəzirganlı, elim borxalı,
Kəndimin adı var, Alıkeyxalı,
Onsuz ömrü Mirzə, mən istəmirəm.
OCAĞI QARDAŞ
Deyirsən nə yaman qəmli yazırsan,
Gəlməyir vətənin sorağı, qardaş,
Niyə alışıram, niyə yanıram,
Bağlanıb elimin yolağı, qardaş.
Sinəmə vurulub dəhşətli yara,
Eyləyə bilmərəm heç cürə çara,
Aparır bizləri bu fələk hara,
İtirə-itirə torpağı, qardaş.
Nə dostu görürəm, nə də yoldaşı,
Nə yaxın sirdaşı, nə də qardaşı,
İstəyirəm yada salım yaddaşı,
Unuda bilmirəm o bağı, qardaş.
Yadındamı ziyarətə gedərdik,
Mazan-nənə-And yerimiz şeçərdi,
Hey dolanıb Diri dağın gəzərdik,
Mən necə unudum o dağı, qardaş.
Vətənsizəm qərq olmuşam həsrətə,
Ürək dözmür bu dəhşətə, zillətə,
Qəfləti düşmüşəm qatı zülmətə,
Yanmayır qəlbimin çırağı, qardaş.
Mənə doğma olan ata yurdumu,
Qəlbimi qızdıran alov, odumu,
Mirzə, unutmaram kəndim yolunu.
Birdə unutmaram ocağı, qardaş.
AY ANA
Öpüm sənin əllərindən, ay ana,
Zəhmətini bəlkə qaytara bildim,
Qoy car çəkib, haray salım hər yana,
Möhnətini bəlkə qaytara bildim.
Bayatı söyləyən şirin sözünün,
Ağır zəhmətinə olan dözümün,
Yolunu gözləyən iki gözümün,
Həsrətini bəlkə qaytara bildim.
Çalışıram yaxşılığım çox olsun,
Kin-küdurət öz-özünə yox olsun,
El malına qoy gözlərim tox olsun,
Şöhrətini bəlkə qaytara bildim.
Öpüm gözlərimə gülən gözünü,
Varlığımla sevdim sənin özünü,
Unutmaram bir kəlməni, sözünü,
Söhbətini bəlkə qaytara bildim.
El-obanın xeyri sən, şəri sən,
Elimin sorağı, dərdi, səri sən,
Çalışıram yerin, göyün ərşi sən,
Hörmətini bəlkə qaytara bildim.
Duyacam qəlbinin hərarətini,
Mirzəyə verdiyin səadətini,
Əlinin duzunu, bərəkətini,
Nemətini bəlkə qaytara bildim.
BİLMİRƏM
Dərd üstünə dərdim gəlib çoxalıb,
Nədən belə, o çox olub, bilmirəm,
Sevinc, gülüş, təbəssüm də yox olub,
Nədən görən o yox olub bilmirəm.
El itgısı ürəyimi dağlayır,
Kədər, qüssə çaylar kimi çağlayır,
Tez-tez qəhərlənib gözüm ağlayır,
Niyə ürək çox yuxalıb bilmirəm.
Alışıram, alovlanıb yanıram,
Tüstüm çıxmır, elə billəm yanmıram,
Oba dərdi üzüb məni, danmıram,
Ağrılarım lap çoxalıb, bilmirəm.
Kimə desəm el həsrətin anarmı,
Bircə anlıq qəlbim kimi yanarmı,
Özgənin dərdini, özgə qanarmı,
Belələri bəlkə olub, bilmirəm.
Dərdim qəmim ürəyimdə qalası,
Ölən ölür, ağlayanı balası,
Başın yolan ya anası, bacısı,
Gəlin haçan başın yolub, bilmirəm.
Tanrı mənə məkan verib, yer verib,
Ömür vürib, oba verib, el verib,
Yelqovan tək qismətimə yel verib,
Vətənimdən hara qovub, bilmirəm.
Didərginəm vətənimin özündə,
Həsrət artıq güc qoymayıb özümdə,
Mirzə, daha yox taqətim dizimdə,
Bəxt ulduzum necə olub, bilmirəm.
HARA YAZMISAN
Taleh kitabını yaradan Allah,
Hamının bəxtini ora yazmısan.
Mənimsə üstümə yıxıb min günah,
Bu təmiz qəlbimə yara yazmısan,
Yaralı bəxtimi hara yazmısan?
Çobanı sən məhkum etdin çomağa,
Kiminin bəxtini isti ocağa,
Kasıbın bəxtini boş dağarcığa,
Varlının bəxtini vara yazmısan,
Bəs mənim bəxtimi hara yazmısan?
Mən də hamı kimi maraqlanmışam,
Ömür kitabımı varaqlamışam,
Gecə də, gündüz də çox axtarmışam,
Bilirəm yazmısan qara yazmısan,
O qara bəxtimi hara yazmısan?
Ömrüm boyu səndən incimiyəcəm,
Heç kimə dərdimi söyləməyəcəm,
Nə də çox şikayət eyləməyəcəm,
Hansı cəhənnəmə gora yazmısan,
De mənim bəxtimi hara hazmısan?
Bəxti sən həmişə vara yazmısan,
Çopura, çolağa kara yazmısan,
Ağılı keçələ, kora yazmısan,
İllərdir tapmıram hara yazmısan,
Mirzənin bəxtini hara yazmısan?
ŞAİR QƏLBİ QOCALARMI?
Nə olsun ki, baş ağardı,
Ürək hələ yazmaqdadı,
Demə dostum tez qocaldı,
Şair qəlbi qocalarmı?
Ömür sürdüm gülüstanda,
Dağıstanda, Türküstanda,
Sevib-seçsəm Kürdüstanda,
Şair qəlbi qocalarmı?
Söylə mənə qoca ozan,
Yüz gözələ bir söz yazan,
Ürəkləri ovsunlayan,
Şair qəlbi qocalarmı?
Mahnıları el havası,
Hər kəlməsi su sonası,
Olsa qəlbi dost yuvası,
Şair qəlbi qocalarmı?
Qurbaninin nəvəsiyəm,
Aşıq pəri nəfəsiyəm,
Şeir-sənət həvəsiyəm,
Şair qəlbi qocalarmı?
Türk oğludur əsli-soyu,
Seyrəngahı Araz boyu,
Üç qardaşda Qursam toyu,
Şair qəlbi qocalarmı?
Həkərinin zümzüməsin,
Bərgüşatın həzin səsin,
Duyanda elin nəfəsin,
Şair qəlbi qocalarmı?
Murad dağı oylaqları,
Sazlı-sözlü qonaqları,
Görsə bir də yaylaqları,
Şair qəlbi qocalarmı?
***
Kəlbəcərin bəzəyini,
Dağ ətəyi düzənini,
Sevsəm kürdün gözəlini,
Şair qəlbi qocalarmı?
Çox olmuşam Zəngilanda,
Şayıflının lap altında,
Dörd bulağın qırağında,
Şair qəlbi qocalarmı?
Qonaq oldum bu yerlərə,
Söz tapıram söyləməyə,
Hörmət varsa duz-çörəyə,
Şair qəlbi qocalarmı?
Şuşanın öz bər-bəzəyi,
Duman gəzir düzənliyi,
Gördükcə bu gözəlliyi,
Şair qəlbi qocalarmı?
Cinni kəndinin oylağı,
Verir Koroğlu sorağı,
Yenə görsən Şahbulağı,
Şair qəlbi qocalarmı?
Gəzdikcə mən vətənimi,
Hiss etdikcə hörmətimi,
Eşitdikcə söhbətimi,
Şair qəlbi qocalarmı?
Mirzə, ömür sona yetsə,
Ömür cavan, qoca getsə,
El çiynində gora köçsə,
Şair qəlbi qocalarmı?
SEVGİLİM
Ürəyimi verdim sənə, sevgilim,
Apar, amma yaxşı saxla, sən Allah,
İnanmadın sözlərimə neyləyim,
Özün dindir, özün yoxla, sən Allah.
Hər an səni ürəyim tək sevmişəm,
Səndən ona çox şeyləri demişəm,
Arxayınam onu sənə vermişəm,
Məndə sinar, özün saxla, sən Allah,
Sevən ürək çox incədir, kövrəkdir,
Içi dolu arzulardır, diləkdir,
Sənsiz məndə o, ağrılı ürəkdir,
Qoyma dərdi lap çoxala, sən Allah,
Çaylar kimi bəzən coşub, çağlayır,
Səni mənə, məni sənə bağlayır,
Bəzən küsür, uşaq kimi ağlayır,
Qoyma qəlbi lap yuxala, sən Allah,
Mirzə, denən mən bu dərdi neyləyim,
Gücüm çatan ürəyimdir verdiyim,
Məhəbbətin arxasınca sevdiyim,
Qoyma qalsın baxa-baxa, sən Allah.
OĞUL
Çox olacaq çətin günün,
Qəm-qüssəyə batma, oğul,
Pis-yaxşıda ötən ömrün,
Bir günün də satma , oğul.
Sən həmişə qeyrətli ol.
Suçlu sayma sən heç kimi,
Ömrü yaşa kişi kimi,
Qeyrətini, hormətini,
Dostuna da satma, oğul.
Sən həmişə qeyrətli ol.
Bir otu da, bitirən var,
Qismətini yetirən var,
Duz-çörəyi itirən var,
Çox inamlı yatma, oğul.
Sən həmişə qeyrətli ol.
Bu dünyanın hər işi var,
Həm xeyiri, həm şəri var,
O dünyanın məhşəri var,
Bunu ona qatma, oğul.
Sən həmişə qeyrətli ol.
Dostlarını çox sanama,
Sanasan da tez inanma,
Əsəbləşib heç qısqanma,
Tez özündən çıxma, oğul.
Sən həmişə qeyrətli ol.
Sən demə ki, mənəm-mənəm,
Mən vuraram, öldürərəm,
Sadəliyi de sevirəm,
Şimşək olub çaxma, oğul.
Sən həmişə qeyrətli ol.
Səmərəli bir iş görsən,
El içində sevilərsən,
Dərya, ümman olsan da sən,
Boş-boşuna axma, oğul.
Sən həmişə qeyrətli ol.
Yada verib çörəyini,
Hədər etmə əməyini,
Sən Mirzənin ürəyini,
Oda, közə yaxma, oğul.
Sən həmişə qeyrətli ol.
DÜNYA
Mən dünyanı tanıyandan,
Dünya həmin dünyadır,
Həyata göz açandan,
Dünya həmin dünyadır.
Böyüdükcə qanmışam,
Çox odlara yanmışam,
Həyatla boy atmışam,
Mən də yaşa dolmuşam,
Böyümüşəm, artmışam,
Yazmışam, yaratmışam,
Artıq mən qocalmışam,
Dünya həmin dünyadır.
Dağlarının başı qardır,
Ayağı çaybasardır,
Dərələri dumandır,
Bulaqları ümmandır,
Kimi ona borcludur,
Kiminə borcu vardır,
Əsrləri yaşadır,
Qərinələr yaradır,
Amma heç qocalmayır,
Dünya həmin dünyadır.
Göyü yerə boyaqdır,
Yer də göyə dayaqdır,
Dünyanın yaratdığı,
Dünyada qalacaqdır,
Dünyanın biri haqdır,
Birisi də nahaqdır,
Həyat özü varlıqdır,
Adamları qonaqdır,
Dünya həmin dünyadır.
Səmada ulduzumuz,
Ülkərimiz sayrışır,
Diləyimiz, arzumuz,
Bir-biriylə yarışır,
Bizim alın yazımız,
Taleh ilə barışır,
Daşımz, yaşımız da,
Bu torpağa qarışır,
Doğrudan da işə bax,
Nə artır, nə azalır,
Dünya həmin dünyadır.
Mirzə, biz qocalsaq da,
Artıq yaşa dolsaq da,
Həyatdan yorulsaq da,
Məhəbbətdən doysaq da,
Ömürlə vidalaşıb,
Ömrü başa vursaq da,
Dünya həmin dünyadır.
SƏN HƏMİŞƏ MƏNİMLƏSƏN
Sən sevsən də, sevməsən də,
Sən həmişə mənimləsən,
Küsüb məndən sən getsən də,
Sən həmişə mənimləsən.
Sən həm sevib, sevilmisən,
Özgəsiylə evlənmisən,
Özün çox yaxşı bilirsən,
Sən həmişə mənimləsən.
Gizlətmirəm mən sevgimi,
Sənsən könlümün hakimi,
Sinəmdəki ürək kimi,
Sən həmişə mənimləsən.
Gözlərimə gülməsən də,
Sevdiyini deməsən də,
Görüşümə gəlməsən də,
Sən həmişə mənimləsən.
Ömür bir vaxt köç edəcək,
Qəbrim üstə ot bitəcək,
Mirzə, onda demiyəcək,
Sən həmişə mənimləsən.
ANCAQ İNSAN ÖMRÜ QOCALACAQDIR
Payız gəldi, torpaq gedir yuxuya,
Yazda təbiətlə oyanacaqdır,
Ancaq insan çatmaq üçün arzuya,
Uzun yol keçəcək, yorulacaqdır.
Ağaclar saralıb yarpağın tökür,
Elə bil qocalır, beli bükülür,
Amma, mən bilirəm yuxuya gedir,
Yazda pöhrələnib, ucalacaqdır.
Yazda hər şey özün güclü sanırsa,
Kök saldığı torpaqdan güc alırsa,
Təzələnib daim cavanlaşırsa,
İnsan ömrü ancaq qocalacaqdır.
Hər şey payızda yuxuya dalsa,
Payızda saralıb, payızda solsa,
Mirzə, ömür kasan nə vaxt dolarsa,
Onda da xəzan tək saralacaqdır.
MƏN SƏNİ SEVİRƏM DESƏM
Qürrələnib çox öyünmə,
Həsrətdən olürəm desəm,
Dəymə-düşər çox deyinmə,
Mən sizə gəlirəm desəm.
Dodaqların büzülməsin,
Ala gözün süzülməsin,
Qoy ürəyin üzülməsin,
Mən küsüb gedirəm desəm.
Uşaq kimi sevinərsən,
Gündə bir don geyinərsən,
Qaçıb məndən gizlənərsən,
Mən səni sevirəm desəm.
Baxıb mənim gözlərimə,
Diqqət yetir nəzərimə,
Şübhələnmə sözlərimə,
Dərdindən dəliyəm desəm.
Gəl Mirzəni qınama sən,
Ürəyimdə bir dənəsən,
Sevdiyini gizlətmə sən
Eşqindən haliyəm desəm.
SEVİMLİ SEVGİLİMDİ
Ürəyimdə, qanımda,
Sevimli sevgilimdi,
O, daim xəyalımda,
Gözəllər gözəlidir.
Mən unuda bilmirəm,
O, qara gözlərini,
Xəyalən dinləyirəm,
Hər şirin sozlərini.
Günəşimdir gündüzlər,
Gecələr təzə ayım,
Onsuz qəlbim üzülər,
Itər şirin xəyalım.
Getsə bir an gözümdən,
Sönər könül çırağım,
Məcnun kimi çollərdən,
Gələr yəqin sorağım.
O, yeganə gülümdür,
Mənim sevda bağımda,
Bir ancaq, o, gülümdür,
Həyatım, ilhamım da.
Mirzə, mən öz gülümün,
Ətri ilə yatmışam,
Ölsəm bil, öz gülümün,
Ətrinə batmışam.
AD GÜNÜNÜZ MÜBARƏK
Danışığız bir söhbəti yaradır,
Ünsiyyətiz bil hörməti yaradır,
Özünüz, sözünüz vəhtət yaradır,
Təmiz bir qəlb ilə, təmiz bir ürək,
Sevda xanım, ad gününüz mübarək.
Gözəlliyin öz adı var, özü var,
Gözəlliyin öz söhbəti, sözü var,
Gözəlliyin əyrisi var, düzü var,
Gözəl bir qəlb ilə, gözəl bir ürək,
Sevda xanım, ad gününüz mübarək.
Uzun ömür arzularam mən sizə,
Bədnəzərdən gəlməyəsiz siz gözə,
Ilahi bəxş etsin daim qoy sizə,
Çırpınan qəlb ilə, döyünən ürək,
Sevda xanım, ad gününüz mübarək.
BAŞINA DOLANIM
Yaz gələndə, gül ətrini yayanda,
Bülbül kimi gül başına dolannam,
Cəmalının həsrətinə yananda,
Nazlı yarım bil, başına dolannam.
Qəmli baxıb ürəyimi dağlama,
Hər şey üçün mənlə küsük saxlama,
Qəhərlənib qəmli-qəmli ağlama,
Göz yaşını sil, başına dolannam.
Bərkə salıb məni tez-tez sınama,
Suçlu bilib çox da məni qınama,
Hər şey üçün acılayıb danlama,
Olsa şirin, dil başına dolannam.
Yaxşı ola çalışdığın hər peşə,
Ürəyimcə alışansan hər işə,
Ayın, günün xoş keçərsə həmişə,
Onda sənin, il başına dolannam
Heç olmasa ürəyini alalar,
Azdan-çoxdan hörmət ilə sayalar,
El oğlu da el için də dolanar,
Qədir bilən, el başına dolannam.
Sən gəl inan Mirzə, mənim sözümə,
Vətənimi qaytarsalar özümə,
Gedib çıxsam mən Topçağın düzünə,
Ayaqyalın çöl başına dolannam.
QARABAĞ
Vətənimin ürəyisən əzəldən,
Qəlbim səni unudarmı, Qarabağ,
Tanrı səni qoy salmasın nəzərdən,
Düşmən səni qorxudarmı, Qarabağ.
Sənin varlığını tərənnüm etsək,
Kürdən, Arazadək seyr edək gərək,
Hansı oğlun, hansı qızın sənintək,
Gözəl xalı toxuyarmı, Qarabağ.
Mənim tanıdığım yabancı ellər,
Çəmənli-çiçəkli yabanı çöllər,
Indi əzizləyib sevdiyim güllər,
Sənin kimi qoxuyarmı, Qarabağ.
Məndən küsüb ürəyimi sındıran,
Qəsd eyləyib vücuduma od vuran,
Gecə-gündüz ürəyimi yandıran,
Sənin kimi heç olarmı, Qarabağ.
Sən allah sən mənə söylə düzünü,
Necə saxlamısan, Cıdır düzünü,
İsa bulağ yaşadırmı gözünü,
Bizim üçün heç ağlarmı, Qarabağ.
Sənsiz mənə həyat qəmli olsa da,
Gözlərimə həsrət yaşı dolsa da,
Nərgiz gülün, bənövşən də solsa da,
Xarı bülbül heç solarmı, Qarabağ.
Dilim dönmür başqa yerə yurd demək,
Xoşdur mənə Qarabağda dilənmək,
O torpağı biz ürəkdən sevməsək,
Mirzə, onu bağışlarmı, Qarabağ.
SƏNİNLƏ OLSAM
Ömrümə, günümə məndə inanıb,
Keçmişi dağlaram, səninlə olsam,
Gözümü də bir göz kimi qısqanıb,
Sevincdən ağlaram, səninlə olsam.
Gül kimi saralıb sənsiz solaram,
Bulud kimi tutularam, dolaram,
Damla-damla dolub bir ümman ollam,
Çay təki çağlaram, səninlə olsam.
O şirin ləhcəni, şirin sözünü,
Badam çiçəyitək gülən gözünü,
Ömrünü, gününü, sənin özünü,
Özümə çalaram, səninlə olsam.
Sənə bəxş etdiyim sevimli gülü,
Qoşa gəzdiyimiz həvəsli günü,
Mənlə keçirdiyin kiçik ömrünü,
Yadına salaram, səninlə olsam.
Mirzə, sənsiz inan mən ucalmaram,
Gənclik həvsilə mən qocalmaram,
Yazaram, artaram mən azalmaram,
Həvəsdə qalaram, səninlə olsam.
BACIM
Mənim Məkkəm, Mədinəmdir,
Mənim bacım, mənim bacım,
Həm məsləkim, əqidəmdir,
Mənim bacım, mənim bacım.
Mənim bacım Xumnarədir,
Özü-sözü dürdanədir,
Anamdan bir nişanədir,
Mənim bacım, mənim bacım.
Özü sanki bir çiçəkdir,
Əməlləri çox göyçəkdir,
Mənim üçün ağbirçəkdir,
Mənim bacım, mənim bacım.
El içində hörmətlidir,
Hər cəhətdən dövlətlidir,
Yaman sözlü, söhbətlidir,
Mənim bacım, mənim bacım.
El qayğısın o, qanandır,
Yadlara da o, yanandır,
Anam kimi bir anadır,
Mənim bacım, mənim bacım.
DAĞLARIN
Bahar gəldi meşəsi də gözəldir,
Ətəyi qırmızı lalalıdır dağların,
Yağış vurdu kol-kosu da bəzəndi,
Daş-qayası sonalıdır, dağların.
Canlanıbdır ağacı da, kolu da,
Gül-çiçəkdir cığırı da, yolu da,
Kəklik yuvasıdır sağı, solu da,
Daşları da balalıdır, dağların.
Bulaqları paqqıldayıb daşanda,
Çaylarını bir-birinə qoşanda,
Buz bağlayıb, qar dolanda başına,
Aranı da səfalıdır dağların.
İldırımlar şaqqıldayıb çaxanda,
Dolu kimi leysan yağış yağanda,
Buludlardan qızmar günəş çıxanda,
Torpağı da səyalıdır dağların.
El-obada tez yuxudan ayılan,
Lalə kimi hər tərəfə yayılan,
Başlarına gül çələngi bağlayan,
Qızları da həyalıdır, dağların.
Mirzə, demə dağ havası necədir,
Bulud gəlsə gündüzü də gecədir,
Dolu yağışı da ürəyimcədir,
Yazı-yayı boranlıdır dağların.
ƏSGƏR MƏKTUBU
Alan tək sən məktubu qardaşından,
Gizlətmə bir kəlmə söz yoldaşından,
Salam söylə bütün Azər oğluna,
Siz böyük köməksiz odlar yurduna,
Unutma xidməti vətən naminə,
Gətirmə heç zaman qorxu qəlbinə,
Hər Azər oğluna məncə bəyadır,
Tarixdən silinməz yurdumuz vardır,
Namusu, vətəni siz unutmayın,
Bu odlar yurdunu dəxi atmayın,
Qayıdıb gələndə isti qoynuna,
Qoy hörməti olsun doğma oğluna,
Öz isti qoynunda yer versin ona,
Əməyi nur versin, Azərbaycana.
İNAN SƏNİ UNUTMARAM
Söyləmə ki, yox ilqarım,
Dönüb getsən axtarmaram,
Olsa sənin etibarın,
Vallah səni mən atmaram.
Gözəllərin gözəlisən,
Ürəyimin söhbətisən,
Söyləmə ki, sən nəyimsən,
Inan sənsiz boy atmaram.
Mənim yaşım yüz olsa da,
Əhdi-peyman söz olsa da,
Baş daşıma yazılsa da,
İnan səni unutmaram,
Sevinirəm göylər sənin,
Cənnətdəki, güllər sənin,
Arzularım, hamı sənin,
Verdiyimi qaytarmaram.
Ürək gərək birini sevsin,
Həm sevilsin, həm də sevsin,
Yüzü gəlib, yüz söz desin,
Heç vaxt ona inanmaram.
Qısqanclığın söyləsə də,
Tez-tez acıq eyləsə də,
Görüşümə gəlməsə də,
Mirzə, onu qınamaram.
HƏQİQƏT NAMİNƏ
Nə yazırsan yazasan,
Bir həqiqət naminə,
Hara yazsan yazasan,
Bir “Həqiqət naminə”,
Eyləmirəm nəzarət,
Mən etmirəm məzəmmət,
Hara gedirsənsə get,
Hər yana dolub qəzet,
“İki sahil qəzeti”,
Var “Palitra” qəzeti,
Biri “Yeni müsavat”,
Yazdığı yazılara,
Vermir heç vaxt hesabat,
“Beş yüz iyirmi beş”də,
“Ayna”, ”Zaman”, ”Üç nöqtə”,
Nə istəsə yazırlar,
Yollarını azırlar,
Nə olar qoy yazsınlar,
Yolların azmasınlar,
Vətənimin dərdindən,
Kədərindən yazalar,
Vətənimin qəlbindən,
Əməlindən yazalar,
Əziyyətli olsa da,
Səbir kasan dolsa da,
Külüng ilə qazasan,
Həqiqəti tapasan,
Həqiqəti yazasan,
Bir “Həqiqət naminə”,
Həqiqəti sevənlər,
Bir “Həqiqət naminə”,
Qəzetini sevirlər,
Başqa qəzetlərədə,
Çox meyl eyləmirlər,
“Həqiqət naminə”də,
Çalışan əməkdaşlar,
Hər yazını yazanda,
Həqiqəti yazırlar,
Onlar bir əqidəni,
Bir amalı yaşadır,
Yazdıqları qəzetdə,
Həqiqəti yaradır,
Ələlhəqq bayrağını,
Möhkəm tütüb əlində,
Bir şüarı gəzdirir,
Onlar daim dilində,
“Həqiqəti yazaram
Mən yolumu azmaram”
Yalanlar boğulmasa,
Yenilik doğulmasa,
Həqiqət yayılmasa,
Vətən qanlı olacaq,
Ədaləti saymağın,
Həqiqəti yaymağın,
Dörd il tamam olmağın,
El bayramı olacaq,
Nə qədər ki, qəzet var,
Tehran yaradacaqdır,
Səbinətək yazanlar,
Bayraqdar olacaqdır.
YADIMA DÜŞÜR
Uşaqlıq illərin xatırlayanda,
Doğma kəndim yaman yadıma düşür.
Vərəqləyib bir-bir yada salanda,
Doğma kəndim yaman yadıma düşür.
Ayaq yalın başı açıq yollarda,
Qarğı minib at çapardıq hər yanda,
Suya qayıdardiq “at” yorulanda,
Xəyalımda o günlərim ötüşür,
Doğma kəndim yaman yadıma düşür.
O məktəb illəri, o əziz günlər,
Yeni dərs ilində dərdiyim güllər,
Sinif dolu qəh-qəhəli gülüşlər,
Xəyal yenə həsrət ilə görüşür,
Doğma kəndim yaman yadıma düşür.
Diri dağı, qoca Çinar, Saf bulaq,
Yiğılıb bu dağa gedərdik qonaq,
Ağlımıza heç gəlməzdi yorulmaq,
Xəyalımda o illərim döyüşür,
Doğma kəndim yaman yadıma düşür.
Gəncliyim Araz tək coşub daşanda,
Dağlara-daşlara şeir qoşanda,
Ağşam çağı gizli bulaq başında,
Sevgililər bir-birilə öpüşür,
Doğma kəndim yaman yadıma düşür.
Sahil bağın aram-aram gəzirəm,
Gəncliyimdən bu yerləri sevirəm,
Mirzə, indi qocalmışıq bilirəm,
Bu yerlər də sevən gənclər görüşür,
Doğma kəndim yaman yadıma düşür.
AYRILMAQ İSTƏMİRƏM
Sevib-sevən ürəkdir,
Ayrılmaq istəmirəm.
Yaşamaq da gözəldir,
Ayrılmaq istəmirəm.
Öyrəşmişəm güllərə,
Şirin-şirin dillərə,
Nazənin gözəllərə,
Mən nə deyə bilərəm,
Ayrılmaq istəmirəm.
Sevirəm mən elimi,
Sevirəm öz dilimi,
Atəşgahı, dinimi,
Bu odlar diyarından,
Ayrılmaq istəmirəm.
Bulaqları gözəldir,
Zümzüməsi qəzəldir,
Meşələri bəzəkdir,
Təbiəti sevirəm,
Ayrılmaq istəmirəm.
Evimin bucağından,
Elimin ocağından,
Kəndimin qucağından,
İsti ocaq bilimirəm,
Ayrılmaq istəmirəm.
Həyatın beşiyindən,
Gəncliyin keşiyindən,
Yaşamağın eşqindən,
Artıq doydum demirəm,
Ayrılmaq istəmirəm.
Elimin adətindən,
Elimin sənətindən,
Elimin hörmətindən,
Mirzə, el söhbətindən,
Ayrılmaq istəmirəm.
VƏTƏN GÖZƏLLİYİ
Azəri yurdumun gözəllikləri,
Cənnət guşəsini sanki andırır,
Ceyranlı, cüyürlü düzənlikləri,
Baxdıqca qəlbimi çox ruhlandırır.
Necə də gözəldir meşəsi, bağı,
Dumanlı, çisginli Ziyarət dağı,
Gəzdikcə aramla Araz qırağı,
Bu şair qəlbimi alovlandırır.
Unutmaq olmayar heç yaylaqları,
Qayadan sallanan o buzlaqları,
Sanki layla çalan qar bulaqları,
Hər insan qəlbini xumarlandırır.
Mirzə, unutmayır könlüm sizləri,
Qəlbimə od salan şux gözəlləri,
Azəri yurdumun zərb məsəlləri,
Silinməz daima xəyalımdadır.
YENİ İL
Ay uşaqlar yeni il,
Yeni bayramdır bu gün,
Dairə vurun həvəslə,
Danışın, deyin gülün.
Ağ qar küçədə necə,
Tökülür ləçək-ləçək,
Çox keçməz əziz qonaq,
Şaxta baba gələcək.
Danışacaq həvəslə,
Qəhraman uşaqlardan,
Onun çox xoşu gəlir,
Əla oxuyanlardan.
Şaxta baba nəinki,
Onla deyib güləcək,
Hətta açıb torbasın,
Hədiyyə də verəcək.
Əlaçı uşaqlardan,
Hal-əhval soruşacaq,
Ancaq ki, tənbəlləri,
Yaman lağa qoyacaq.
Gəlin biz də yığılaq,
Tənbəllik eyləməyək,
Şaxta baba gələndə,
Ona xoş gəldin deyək.
AY QIZ
Çıxmayır fikrimdən qara gözlərin,
Xəyalım qarşında duranda, ay qız
Hərdən bir dediyin ara sozlərin,
Söndürür könlümü yananda, ay qız.
Necə də çətindir sevib-sevilmək,
Sevgisiz insana nə deyib gülmək,
Vaxt olar sinəndə çırpınar ürək,
Məhəbbət beyninə dolanda, ay qız.
Həyatı anlamaq deyildin asan,
Bir-birin dərk etmir bəzən də insan,
Ürək sirdaşının vurğunu olsam,
Olarsan daima yanımda, ay qız.
Niyə görünürsən sən sərin-sərin,
Nəyə nişanədir dolmuş gözlərin,
Mirzənin arasan ürək sözlərin,
Axtarsan, taparsan qanımda, ay qız
QURBAN DEMİŞƏM
Dostum, soruşma ki, niyə gəlmisən,
Ümüdümü, gümanımı üzmüşəm,
Gəl soruşma nədən belə küsmüşəm,
Qəhər yüklü taleyimdən, bezmişəm.
Gəlir xəyalıma ötən ilin sorağı,
Araz boyundakı, Turac oylağı,
Sonalı, kəklikli o, Diri dağı,
Vüqarlı diyarı qəlbən sevmişəm.
Yaşatmışam söhbətini, sözünü,
Dolaşmışam çəmənini, düzünü,
Unutmaram cığırını, izini,
Hər çətinə, hər əzaba düşmüşəm,
Bağların, bağçanın gül təravətin,
Təbiət bəxş edən bütün sərvətin,
Hər nəyim varsa tamam büs-bütün,
Erməni dığasına girov vermişəm.
Taleyim yenidən üzümə gülə,
Bütün deyilənlər yalan deyilsə,
Canımı vətənə-obaya, elə,
Ay Mirzə, biryolluq qurban demişəm.
ANAM OLUBDUR
Körpə ikən mən həyata gələndə,
Mənə həyat verən anam olubdur,
Halal zəhmətindəm mən süd əməndə,
Gözlərimə gülən anam olubdur,
Addım-addım böyüdükcə həyatda,
Fəxr edirdi doğmalar da, qohum da,
Dodağım büzülüb, gözüm dolanda,
Göz yaşımı silən, anam olubdur.
Getdikçə boy atıb, yaşa dolanda,
Artıq gəlib yeddi yaşım olanda,
Məktəb yollarına qədəm qoyanda,
Sevincini bölən, anam olubdur.
Hərbiyə gedəndə ürəyi yanan,
Yol çantamı yemək ilə dolduran,
Gah yüyürən, gah yorulub oturan,
Qərargaha gələn, anam olubdur.
Körpə kimi saçlarımı darayan,
Sevincindən qəhərlənib ağlayan,
Əllərinə xına qoyub bağlayan,
Gəlin üçün ölən, anam olubdur.
Mirzəylə fəxr edir, kimi sevinir,
Kimi nifrət edir, kimi deyinir,
Bəlkə məni hamı ağsaqqal bilir,
Bircə uşaq bilən anam olubdur.
QARA QIZ
Gözlərimin qarasısan,
Ürəyimin parasısan,
Vallah ceyran balasısan,
Gəl dolanma, belə yalqız,
Ay qara qız, qara qız.
Gəlməyəsən bəd nəzərə,
Nümunəsən gözəllərə,
Bir nemətsən bu ellərə,
Gəl dolanma, belə yalqız,
Ay qara qız, qara qız.
Şəkər kimi şirin dilin
Şəvə kimi qara telin,
Kəmərsizdir incə belin,
Gəl dolanma, belə yalqız,
Ay qara qız, qara qız.
Görünürsən yolumda da,
Oynamısan toyunda da,
Gecə mənim yuxumda da,
Gəl dolanma, belə yalqız,
Ay qara qız, qara qız.
Güllər kimi çox zərifsən,
Qəlbin kimi çox təmizsən,
Mirzə üçün çox əzizsən,
Gəl dolanma, belə yalqız,
Ay qara qız, qara qız.
MƏNİM İLK MÜƏLLİMİM
Təhsilimin təməlidir,
Mənim ilk müəllimim,
Biliyimin əməlidir,
Mənim ilk müəllimim.
Gözəlliyin aynasıdır,
Sanki sular sonasıdır,
Əlifbanın anasıdır,
Mənim ilk müəllimim.
Mənim arzum diləyimdir,
Varım, duzum-çörəyimdir,
Köksümdəki ürəyimdir,
Mənim ilk müəllimim.
Elimlərdən bir soraqdır,
Şölə yayan bir çıraqdır,
Nəğmə dolu bir bulaqdır,
Mənim ilk müəllimim.
Taleyimdə alın yazım,
Öyrət məni, Vətən yazım,
Budur mənim arzularım,
Öyrət Azərbaycan yazım,
Mənim ilk müəllimim.
GÜLMƏDİM NİYƏ
Əzəldən bir qızı sevdim ürəkdən,
Niyə başqasını sevmədim niyə?
Onun məhəbbəti keçdi qəlbimdən,
Vaxtında sevirəm demədim, niyə?
Ötdü ayım, ilim, ömrümün yazı,
Dolandım, özümdən gəzdim narazı,
Itirdim sevgimdə olan-olmazı,
Bir daha mən onu görmədim, niyə?
Mən gedən yollarla o da gedirmiş,
Sevgisin heç mənə açıb demirmiş,
Ürəyində daim gizli sevirmiş,
Onun ürəyini bilmədim, niyə?
Öldu, o məhəbbət öldü əbədi,
Dəyişdi dünyasın, daha gəlmədi,
Taleyim üzümə, Mirzə, gülmədi,
Niyə mən yaşadım, ölmədim, niyə?
NECƏ AYRILIM
Məni əzizləyən ata-anadan,
Söylə şair qardaş necə ayrılım?
O doğma kəndimdən, eldən-obadan,
Söylə şair qardaş necə ayrılım?
Allahın verdiyi nemətdən, bardan,
Incə nəvazişdən, sevgili yardan,
Qəlbimi oxşayan, güllü bahardan,
Söylə şair qardaş necə ayrılım?
Mənə doğma olan bacı-qardaşdan,
Ürək sirdaşımdan, yaxın yoldaşdan,
Ömür baharımdan, cavan yaşımdan,
Söylə şair qardaş necə ayrılım?
Dumanlı, çisginli, meşəli dağdan,
Çiçəkli çəməndən, bəhrəli bağdan,
Mənə əziz olan yurddan-yuvadan,
Söylə şair qardaş necə ayrılım?
Həzin nəğmələrdən, lirik şeirdən,
Pəri vətənindən, Qurban elindən,
Yanıq Kərəmidən, Baş Sarıteldən,
Söylə şair qardaş necə ayrılım?
Durna bulaqların nurlu gözündən,
Şair söhbətindən, şair sözündən,
Müxtəsəri bu dünyanın özündən,
Söylə şair qardaş necə ayrılım?
AĞLASIN
Bir gün mən öləcəm, ağlıyacaqlar,
Qoy məni dünyada yarım ağlasın,
Dünyadan gözümü bağlıyacaqlar,
Istərəm qüdrətim, karım ağlasın.
Halıma dostlarım çox göynüyəcək,
Nadanlar sadəcə baxıb keçəcək,
Düşmənim varsa da bayram edəcək,
Qoy muğam üstündə tarım ağlasın.
Əzəldən həsrətlə qardaş olmuşam,
El üçün yurd üçün mən ağlamışam,
Bu fani dünyadan nə aparmışam,
Axirət dünyamda varım ağlasın.
Qoy heç kim deməsin çoxdu dövlətim,
Başımdan cöx aşır şanım-şöhrətim,
Bəs edər mənimçün xətir hörmətim,
Qeyrətim, namusum, arım ağlasın.
Bir aşıq gətirin çalsın Dilqəmi,
Qəbirə getməsin Mirzənin qəmi,
Qoy elə çalsın ki, Yanıq Kərəmi,
Qohum dura-dura, yadım ağlasın.
BİLMƏZ
Minib öz atını çapsada zaman,
Ayları illəri tez tikə bilməz,
Alışıb bir başa yansa da aran,
Aranın dərdini dağ çəkə bilməz.
Səbirlə oturan səbirlə duran,
Yüz ölçüb, bir biçib işini quran,
Bağının barını yaxşı qoruyan,
Bağbanın bağına quş səkə bilməz.
Zəhmətə alışıb, əməyi sevən,
Sənətin öyrənib, çox yaxşı bilən,
Bir tikə çörəyi dostnan bölən,
Özgə tikəsinə göz tikə bilməz.
Qoy heç kim heç kəsin kəsməsin yolun,
Çalışın hər işdə xeyirxah olun,
De Mirzə mərdanə, bir mərdin qolun,
Yüz namərd yığıla bil bükə bilməz.
YAR OTAĞINDA
Bülbül olub heç bir gülə qonmadım,
Axtardım o, gülü nar budağında,
Anladım o, bəyaz üzdən doymadım,
Dedim bəs nə isə var dodağında.
Fərqinə varmadım azın-çoxun da,
Ağrısın duymadım acın-toxun da,
Itdi gəncliyimin varı, yoxu da,
Uğursuz eşqimin dar yolağında.
Inandım gözümə baxan gözünə,
Şirin kəlməsinə, şirin sözünə,
Qəlbimi yandıran eşqin közünə,
Axtardım dağları qar sorağında.
Bəxtim gətirmədi məhəbbət sarı,
Savadsız ömrüm də tez oldu yarı,
Mirzə, vaxt olmadı axtaram barı,
Sevda çiçəyimi yar otağında.
ƏSGƏR
Əsgərəm, vətənin keşiyində mən.
İstərəm dayanım məğrur ər kimi,
Daim səsim gəlsin soyuq səngərdən,
Qoruyum yenilməz bir əsgər kimi.
Siz hərbi xitməti sanmayın asan,
Hərbiyə gərəkdi zəkalı insan,
Bilin ki vətənin keşiyin çəkən,
Namusu, vicdanı, düşünür hökmən.
Əsgər adı böyük, şərəfli addır,
Bu adla yaşayan çox bəxtiyardır,
Vətəni qorumaq onun yoludur,
Hər vətən oğlunun övlad borcudur.
ŞƏHİD QANI SULAYIR
Bir məkan var, şəhidlərin məkanı,
Çöllərini, şəhid qanı sulayır,
Qıpqırmızı qərənfildir hər yanı,
Güllərini, şəhid qanı sulayır.
Bu məkanın nə yayı var, nə yazı,
Həm çiçəkdi, həm xəzəldir payızı,
Qışda yağan ağ qarıda qırmızı,
Göylərini şəhid qanı sulayır.
Xiyabanda məzar daşı qırmızı,
Bəy gəlinin fata başı qırmızı,
Anaların bax göz yaşı qırmızı,
Günlərini, şəhid qanı sulayır.
Düşmənlərin qurtarmayır davası,
Qan qoxuyur yerin-göyün havası,
Üzür bizi şəhidlərin balası,
Illərini, şəhid qanı sulayır.
Qəmli-qəmli xiyabanda gəzəndə,
Daş baxışla ürəyimi üzəndə,
Qərənfili məzar üstə düzəndə,
Əllərimi, şəhid qanı sulayır.
YENƏ
Mənim qəlbim qəm otağı,
Deyib gülmür çoxdan yenə,
Kəsilibdir el sorağı,
Danışıram yoxdan yenə.
Xəyal yenə göylərdədir,
Doğma yurdda, ellərdədir,
Coşub daşan sellərdədir,
Yenib gəlir dağdan yenə.
Şah da oldum, taxt olmadı,
Arzuladım, vaxt olmadı,
Sevdim, seçdim baxt olmadı,
Qismət gərək haxdan yenə.
Mirzə həsrətim dağlardır,
Həsrətdən qəlbim ağlardır,
Hər şeyi zaman sağaldır,
Gileylənmə baxtan yenə.
DƏLİ KÖNÜL
Mən sevəni o, sevmədi,
Nədən oldu, Dəli könül,
Mən deyəni o, demədi,
Nələr sordu dəli könül.
Mən sevdim təbi gözəli,
Həm sözü, qəlbi gözəli,
O, sevdi ləbi gözəli,
Məni yordu, dəli könül.
Şah da oldum taxt olmadı,
Nökər oldum baxt olmadı,
Ömür qurdum vaxt olmadı,
Yol qısadı, dəli könül.
Bir qalasan alınmadın,
Ürəklərə yol salmadın,
Heç məni də tanımadın,
De nə oldu, dəli könül.
Ömür keçir itir huşum,
Nə enişim nə yoxuşum
De Mirzəsiz könül quşum,
Hara qondu, dəli könül.
UŞAQLAŞIRAM
Taleyim öz yolun tanıyıb, seçib,
Günü aya qatıb, illəri biçib,
Ömür yaşa dolub əllini keçib,
Yenə də gəncliklə qucaqlaşıram,
Elə bil yenidən uşaqlaşıram.
Əqlim yola getmir, səbrim tükənir,
Qədəmlərim kola-kosa söykənir,
Bəlkə qocalıram ürək ürpənir,
Sən demə gənclikdən uzaqlaşıram,
Elə bil yenidən uşaqlaşıram.
Mirzə mən həyatdan doya bilmirəm,
Yuxum ərşə qalxıb, uya bilmirəm,
Sözü öz yerinə qoya bilmirəm,
İtgin gəncliyimi soraqlaşıram,
Elə bil yenidən uşaqlaşıram.
BAĞIŞLA
Eşitmişdim məni yaman sevirsən,
Hayıf olsun mən sevmədim, bağışla.
Məni ürəyinə hakim bilirsən,
Hayıf olsun mən sevmədim, bağışla.
Saf ürəklə, təmiz qəlblə sevmisən,
Bəzən incimisən, bəzən küsmüsən,
Məhəbbətin ağrısına dözmüsən,
Hayıf olsun mən dözmədim, bağışla.
Təki mən də sənin kimi sevəydim,
Sənin kimi məhəbbəti biləydim,
Ürəyimi açıb sənə deyəydim,
Hayıf olsun mən demədim, bağışla.
Məhəbbətin qanadı sən, qolu sən,
Atəşi sən, alovu sən, odu sən,
Məni məndən sən xəbərsiz gəzmisən,
Hayıf olsun mən gəzmədim, bağışla.
Uzun ömür sürməsən də sevmisən,
Məhəbbətə ömür qurban vermisən,
Mirzə deyib, həsrət ilə ölmüsən,
Hayıf olsun mən ölmədim, bağışla.
YUBLEYİNƏ GƏLMİŞƏM
Sofu Bilal, sənə dostum demişəm,
Bu gün sənin yubleyinə gəlmişəm,
Biz Qurbani məclisində görüşdük,
Qucaqlaşıb qardaş kimi öpüşdük,
Həsrəti də bir dost kimi bolüşdük,
Həmin gündən sənə dostum demişəm,
Sofu Bilal, yubleyinə gəlmişəm.
Diri dağın o dumanlı zirvəsin,
Çullu bulaq, Qoşa çinar kölgəsin,
Dirili Qurbani, Pəri tövhəsin,
İncimə, səninlə yarı bölmüşəm,
Sofu Bilal, yubleyinə gəlmişəm.
Körpəlikdən Araz suyu içmişəm,
Həsrət də yemişəm, qəm də yemişəm,
Gözü yaşlı o yerlərdən keçmişəm,
Ancaq səndə, mən təsəlli görmüşəm,
Sofu Bilal, yubleyinə gəlmişəm.
Arazıma mən Xan Araz demişəm,
Həsrətindən üzülmüşəm, ölmüşəm,
O yerləri vətən deyib sevmişəm,
Neynim, qardaş, bənövşəsiz dönmüşəm,
Sofu Bilal yubleyinə gəlmişəm.
Dost görən ürəyin söylə nə qəmi,
Çözələnilir yığın-yığın söz dəmi,
Könlüm hələ itirməyib qəiəmi,
Mirzə deyir səni doğma bilmişəm,
Sofu Bilal, yubleyinə gəlmişəm.
GƏLƏNDƏ
Ürək yaman döyünür,
Yar görüşə gələndə,
Öz-özü ilə öyünür,
Yar görüşə gələndə.
Özümü itirirəm,
Danışmıram, dinmirəm
Nə deyəcəm bilmirəm,
Yar görüşə gələndə.
Öz arzumda üzürəm,
Söz axtarıb düzürəm,
Gecikməyə dözmürəm,
Yar görüşə gələndə.
Quzu kimi naçaram,
Ulduz kimi saçaram,
Qabağına qaçaram,
Yar görüşə gələndə.
Nə gözəldir sevilmək,
Mirzə sevilə bilmək,
Sevinirdim uşaq tək,
Yar görüşə gələndə.
YAŞI YAŞIMDAN DEYİL
Bir gözələ vuruldum,
Qaşı-qaşımdan deyil,
Ayağına qul oldum,
Başı-başımdan deyil.
Ürəyimdən üzülən,
Özgə qəlbə düzülən,
Gözlərimdən süzülən,
Yaşı-yaşımdan deyil.
Çeşmə oldum duruldum,
Gecəsinə nur oldum,
Eşqindən qala qurdum,
Daşı-daşımdan deyil.
Mirzə sözü söz bəzər,
Özü özümdə gəzər,
Çox sevdiyim bir gözəl,
Yaşı-yaşımdan deyil.
TANIMAMIŞAM
Qardaşa əzəldən qardaş deyiblər,
Niyə mən qardaşı tanımamışam,
Sir qanan insana sirdaş deyiblər,
Nədən mən sirdaşı tanımamışam.
Çölçülük görmüşəm, çöldə görmüşəm,
Dost yolunda üzülmüşəm, ölmüşəm,
Yoldaşlıqda hər əzaba dözmüşəm,
Səfərdə yoldaşı tanımamışam.
Ocağımda olub, közümdə olub,
Düşəndə kəsərli sözümdə olub,
Çox şeyi görmüşəm, gözümdə olub,
Him-cimi, göz-qaşı tanımamışam.
Vaxt olub qardaşım, yoldaşım kimi,
Vaxt olub yoldaşım, qardaşım kimi,
Huşum başdan çıxıb yaddaşım kimi,
Çiynimdəki başı tanımamışam.
Səmimi olmuşam dosta-qardaşa,
Xain olmamışam yara-yoldaşa,
Mirzə, çox istərdim yaşayam qoşa,
Hayıf, yar-yoldaşı tanımamışam.
SEVİRSƏN
Baxdım gözlərinə göz aldı məni,
Elə bildim sən də məni sevirsən,
Bir kəlmə sözündən söz aldı məni,
Elə bildim sən də məni sevirsən.
Hara getdim yolum üstə göründün,
Ürək kimi sən sinəmdə döyündün,
Fəxr eyləyib mən də sənlə öyündüm,
Elə bildim sən də məni sevirsən.
Məhəbbətin ağır olur qəm daşı,
Çox bəd olur sevənlərin qarqışı,
Kəm etmədim sənə qarşı alqışı,
Elə bildim sən də məni sevirsən.
Duaçıyam allahıma əzəldən,
Mən dönmədim sənin kimi gözəldən,
Sevə-sevə səni, düşdüm lap əldən,
Elə bildim sən də məni sevirsən.
Mirzə sevdim, o sevdanın qışın da,
Yollarının çınqılın da, daşın da.
Yer saxladım ürəyimin başında,
Elə bildim sən də məni sevirsən.
DİNDİRƏNDƏ SƏN
Gözəlim min şükür məhəbbətinə,
Qoymadın can qala, bu sevəndə sən,
Min şükür, min şükür sədaqətinə,
Qəlbimin dərdini öldürən də sən.
Deyirsən ki məni yaman sevirsən,
Amma nədən görüşümə gəlmirsən,
Çox məzəli, müəmmalı gözəlsən,
Sevgimi ağladıb, güldürən də sən.
Kənardan sən məni çox izləsən də,
Gizlicə yolumu çox gözləsən də,
Mənə öz sevgini söyləməsən də,
Aləmə eşqini bildirəndə sən.
Bəzən küsüşürük heç danışmırıq,
Hicrana dözürük tez barışmırıq,
Mirzənin işinə biz qarışmırıq,
Küsəndə qəlbini dindirən də sən.
HÖRMƏT OLAR
Sən tək gözəl varmı gülüm,
Sənsiz həyat qürbət olar,
Sənsən mənim ömrüm günüm,
Sənsiz günüm həsrət olar.
Könlüm uçur göylərinən,
Min-min arzu diləyinən,
Sənim kimi mələyinən,
Cəhənnəm də cənnət olar.
Qəlbimdəsən axşam-səhər,
Intizarım qəlbim üzər,
Sən verdiyin acı zəhər,
Mən içəndə şərbət olur.
Elim, obam oymaq-oymaq,
Mən bir ağac, sən qol budaq,
Bu birliyi unutmayaq,
Həsrət bizə töhmət olar.
Gözəl olur həqiqət də,
Sevən qəlbdə sədaqət də,
Mirzə deyən məhəbbətdə,
Bir ülviyyət, hörmət olar.
ZƏLİMXAN DANIŞIR
Qulaq asın ay hazarat,
Şair Zəlimxan danışır,
Məclisi xoş bir ziyarət,
Şair Zəlimxan danışır.
Ürəklərə söz tökülür,
Telli sazdan düz tökülür,
Düşmən baxır, göz tökülür,
Şair Zəlimxan danışır.
Könl sazla havalanır,
Ruhu candan aralanır,
Dastan-dastana bağlanır,
Şair Zəlimxan danışır.
Aşıq Abbas Gülgəzindən,
El sazından, el sözündən,
Borçalının gözəlindən,
Şair Zəlimxan danışır.
Kərəm yetməz Əslisinə,
Sazı basıb sinəsinə,
Dastan deyir beləsinə,
Şair Zəlimxan danışır.
Poyezyanın havasından,
Koroğlunun davasından,
Hüseyn Arif dühasından,
Şair Zəlimxan danışır.
Vergi veribdir yaradan,
Sözləri gəlir xudadan,
Yerdən, göydən bu dünyadan
Şair Zəlimxan danışır.
Mirzə elin bucağında,
Məhəbbətin qucağında,
Şair sənət ocağında,
Şair Zəlimxan danışır.
NƏRGİZİM
Mən heç zaman nərgiz gülün dərmədim,
Dərəndə də, sinəm üstə sərmədim,
Ömrüm də mən belə gözəl görmədim,
Səni gördüm yaman çaşdım Nərgizim,
Səndən yana dağlar aşdım Nərgizim.
Payız gəldi, demə ömrün sonudu,
Ömür yolum məhəbbətlə doludu,
Sənin donun gülüstanın donudur,
Gəl dəyişmə sən donunu Nərgizim,
Uzaq etmə öz yolunu Nərgizim.
Açıq deyim mən sözümü düzünə.
Görən səni, vurğun olar hüsnünə,
Küsüb, qoyma aşiqini pis günə,
Sevən qəlbin ocağı ol, Nərgizim,
Məhəbbətin qucağı ol, Nərgizim.
Çox bülbülün bağrı qana dönəcək,
Neçə sevən həsrətindən öləcək,
Hansı qəlbi, görən qəlbin sevəcək,
Etibarı sən unutma, Nərgizim,
Sevən qəlbi ucuz tutma, Nərgizim.
Məhəbbətin şahlığı var, taxtı var,
Sevilməyin vədəsi var, vaxtı var,
Mirzənin də öz ömründə baxt var,
Sənin də qoy bəxtin olsun, Nərgizim.
Məhəbbətdə təxtin olsun, Nərgizim.
QARDAŞIM, AD GÜNÜN MÜBARƏK OLSUN
Həyatda həm dostum, həm də yoldaşım,
Qardaşım, ad günün mübarək olsun,
Mənim üçün əziz, könül sirdaşım,
Qardaşım, ad günün mübarək olsun.
Alnın açıq, üzün daim ağ olsun,
Ömrün uzun, canın daim sağ olsun,
Ailən sənə arxa olsun, dağ olsun,
Qardaşım, ad günün mübarək olsun.
Bərəkətli olsun, süfrən həmişə,
Düş yaxşı adınla sən dilə, dişə,
Bacı, qardaşların gəlsin görüşə,
Qardaşım, ad günün mübarək olsun.
Arzum budur arzuların çin olsun,
Istədiyin bir olmasın, min olsun,
Ürəkdə küskünlük, nə də kin olsun,
Qardaşım, ad günün mübarək olsun.
Ahıllaşıb artıq yaşa dolanda,
Əlliilliyin, yüzilliyin olanda,
Qoy söyləsin sənə yaxın dostun da,
Qardaşım, ad günün mübarək olsun.
KƏKLİK
Oğrun-oğrun gözdən iraq,
Qayalarda süzən kəklik,
Necə qaldın məndən uzaq,
Ürəyimi üzən kəklik.
El-obanın gözəlisən,
Dağın daşı, qayası sən,
Mən tək həsrət görməmisən,
Ayrılığa dözən kəklik.
Güneylərdə yuva salan,
Quzeylərdə qaqqıldaşan,
Qayalara mahnı qoşan,
Sözü-sözə düzən kəklik.
Özü gözəl su sonası,
Diridağım el-obası,
Daş-qayadı, yurd-yuvası,
Ayaqların əzən kəklik.
Bənövşə taxıb döşünə,
Qızlar çıxıb el köşkünə,
Kim düşər kimin püşkünə,
Toy olacaq bəzən kəklik.
Mirzə çıxıb sorağına,
Tərlan-turac oylağına,
Sədan gəlmir qulağıma,
Qaqqıldayıb gəzən kəklik.
GÖRMÜŞƏM
Yaz gələndə novbaharın ətrini,
Bizim eldə obalarda görmüşəm.
Dağların başında duman çətrini,
Bizim eldə obalarda görmüşəm.
Dağlarda qırqovul, kəkliyin səsin,
Çayların laylasın, bulağ nəğməsin,
Ana məhəbbətin, ata töhfəsin,
Bizim eldə obalarda görmüşəm.
Dağlarda obanın yurd alaçığın,
Aranda payızın isti qucağın,
Alovu sönməyən çoban ocağın,
Bizim eldə obalarda görmüşəm.
Əl çatmaz qayada qartal yuvasın,
Sazda Dilqəmini, cəngi davasın,
Beşiyin başında ana laylasın,
Bizim eldə obalarda görmüşəm.
Mirzə ürəklərdə ülvi məhəbbət,
Böyüyə ehtiram, böyüyə hörmət,
Səmimi ünsiyyət, səmimi söhbət,
Bizim eldə obalarda görmüşəm.
MEŞƏNİN
Nə gözəl açılıb gülü, çiçəyi,
Çoxalıb dağlara nazı meşənin,
Şeh düşüb, tərləyib gülün ləçəyi,
Nə gözəl olurmuş yazı meşənin.
Payızı gələndə saralıb solur,
Dağda bulaqları çox kövrək olur,
Buludları tez-tez boşalıb dolur,
Köklənir qəm üstə sazı meşənin.
Meşənin hər fəsli, ili gözəldir,
Meşənin çəməni gülü gözəldir,
Meşənin qoynunda gölü gözəldir,
Oxuyur ördəyi, qazı meşənin.
Qıtlığı olmayıb göbələk sarı,
Moruq, çiyələkdi meşənin varı,
Gözəl yaraşıqdır qoca çinarı,
Hayıf bizə qalıb azı meşənin.
Mirzə unutmaram çölü, çəməni,
De necə unudum könlüm sevəni,
Leysandan, doludan qoruyur məni,
Palıdı, çinarı, qozu meşənin.
GÜLMƏSİN
Biz dağlara çıxanda,
Çöllər bizə gülməsin,
Döşündən gül yığanda,
Ellər bizə gülməsin.
Min arzu min diləklə,
Sevilək bir ürəklə,
Sevinək bir çiçəklə,
Güllər bizə gülməsin.
Sevgimizə pay kimi,
Bədirlənək ay kimi,
Coşub, daşaq çay kimi,
Sellər bizə gülməsin.
Bu vəfasız dünyada,
Ömür getməsin bada,
Mirzəni də sal yada,
İllər bizə gülməsin.
ŞAH ÜRƏYİ GƏRƏKDİR
Heyvanlar yığışıblar,
Yenə şah yarışına,
Şah quşun uçurublar,
Qonub çaqqal başına.
Dərisi qotur çaqqal,
Şiri, pələngi sevməz,
Şir, Pələng olan yerdə,
Çaqqal şah ola bilməz.
Çaqqaldan şah olmağa,
Şir biləyi gərəkdir,
Şahlardan beh almağa,
Şir ürəyi gərəkdir.
ÖMRÜMÜN XƏZƏL ÇAĞIDIR
Gözəlləşib yenə çöllər,
Açılıbdır qönçə güllər,
Oxuyur şeyda bülbüllər,
Baharın əzəl çağıdır.
Ceyranlar bulağa gələr,
Quzeylərdə quzu mələr,
Yenə bəzənib gözəllər,
Sevdanın gözəl çağıdır.
Ötüb keçir ayım, ilim,
Bağrım olur dilim-dilim,
Ağlamasın qoy sevgilim,
Ömrümün xəzəl çağıdır.
AY ARAZ
Duzu basıb yarama,
Keçmişimi arama,
Coşub-daşıb aparma,
Dövlətimi, ay Araz.
Minib taleh atına,
Qamçı çəkmə baxtıma,
Atma ayaq altına,
Hörmətimi, ay Araz.
Sən bəxtimə nəsibsən,
Varlığıma gəlibsən,
Qılınc kimi kəsibsən,
Vətənimi, ay Araz.
Ömür gedir qüruba,
Ürəyimdə el-oba,
Apar çatdır cənuba,
Həsrətimi, ay Araz.
Dayan axma ömürdən,
Ayrı salma elimdən,
Alma mənim əlimdən,
Sərvətimi, ay Araz.
Mirzə vətən yox daha,
Çox batmışıq günaha,
Görəcəmmi bir daha,
Cənnətimi, ay Araz.
MODABAZ
Bu gün gördüm mən bir ahu,
Dağlara, daşlara ahı,
Demə modaymış ax-vahı,
Sən anadan qız olasan,
Belə modabaz olasan?
Birdən geyir çarlistonu,
Çılpaq qalır qolu-boynu,
Bir ayının min oynu,
Sən anadan qız olasan –
Belə modabaz olasan?
Jilet-şalvar bir həvəsdir,
Xaç vurmağı çox əbəsdir,
Guya ki, bu xaçpərəsdir,
Sən anadan qız olasan,
Belə modabaz olasan.
Gözü sürmə, qaşı kaman,
Bilmirəm ki, bu qəhrəman,
Ya rusdur, ya müsəlman,
Sən anadan qız olasan,
Belə modabaz olasan.
Gah evlənir, gah boşanır,
Gündə biriylə yaşayır,
Qız bunu da moda sayır,
Sən anadan qız olasan –
Belə modabaz olasan?
GÖZƏL QIZ
Dinlə məni ey gözəl qız,
Boyun bəstə çox cavansan,
Könlüm səni sevir yalnız,
Sənsə demə çox yamansan,
Xəstəsiyəm ala gözün,
Həsrətinə necə dözüm,
Müxtəsəri sənin özün,
Vallah dərdimə dərmansan,
Birdi məndə sevən ürək,
Məhəbbətdə düzlük gərək,
Şux boyuna tərif desək,
Sanki bir tülək tərlansan.
Mirzəni eyləmə xəstə,
Gözü yoxdur qeyri kəsdə,
Bülbül kimi tək qəfəsdə,
Görsən qəlbi qan olarsan.
İMTAHAN
Səni deyib bura gəldim,
Kömək əlin uzat, dayı,
Qoyma ki, kəsilib gedim,
Cavabları yaz at, dayı.
Sən ki hər sözü qanansan
Ürəkdən cana yanansan,
İmtahanda mənlə olansan,
Barı imkan yarat, dayı.
Çox da verdin köçürməyə,
Vərəqədən-vərəqəyə,
Ehdibarlı olsun deyə,
Yazıları yoxlat, dayı.
Elə bilikli deyiləm,
Hər suala cavab verəm,
Çaşdım, işarə bilirəm,
Qaş-gözünü oynat, dayı.
Yaman qorxuram cəbrdən,
Başım çıxmayır kəsirdən,
Sual düşsə həndəsədən,
Sən bileti yubat, dayı.
Hər sözünə mən tabeyəm,
Üzüm gəlmir hər söz deyəm,
Evdən cibi dolu gəlləm,
Barı bir üç qopart, dayı.
Bu pulları qəbul elə,
Az da osa salma dilə,
Mən də düşməyim get-gələ,
Sən də ol rahət, ay dayı.
QARDAŞ QIZI XOŞ GƏLMİSƏN VƏTƏNƏ
Sona kimi ayrı düşdün gölündən,
Uzaq düşdün sən bu doğma elindən,
Bizlə vidalaşıb burdan gedəndən,
Necə dözdün qürbət eldə həsrətə,
Qardaş qızı, xoş gəlmisən vətənə.
Gəl incimə sən əminin sözündən,
Qismətimiz həsrət olub əzəldən,
Qoy salmasın fələk səni nəzərdən,
Fikir vermə hər gedənə, gələnə,
Qardaş qızı, xoş gəlmisən vətənə.
Nə olsun ki, qürbətdəsən, uzaqsan,
Qəlbimizdə, yuxumuzda sən varsan,
Təki öz evində xoşbəxt olasan,
Həsrətini demə hər yol ötənə,
Qardaş qızı, xoş gəlmisən vətənə.
Qafqazın yolları qarlı, boranlı,
Əl çatmaz qayalar qartal yuvalı,
Nədən biz olmuşuq belə zavallı,
Fikir verməmişik düşüb, itənə,
Qardaş qızı, xoş gəlmisən vətənə.
Bu torpağın öz qüdrəti, gücü var,
Hər məkanın öz qalası, bürcü var,
Gedib-gəlmək bir balaca xərci var,
Sən Mirzəni çox da salma çətinə,
Qardaş qızı, xoş gəlmisən vətənə.
KÜSÜB GETMƏ SƏN ALLAH
Deyirdin ki, sevirəm,
Mənlə şərik sevinib,
Ağlamağın demirəm,
İncimisən bilmirəm,
Küsüb getmə, sən allah.
Ürəyimi bilərdin,
Görüşümə gələrdin,
Məni görcək gülərdin,
İncimisən bilirəm,
Küsüb getmə, sən allah.
Özün duyurdun məni,
Mən də duyurdum səni,
Unut bu bəhanəni,
İncimisən bilirəm,
Küsüb getmə, sən allah.
Əsil sevgi var olur,
Ürək əkiz yar olur,
Sevməyənlər kar olur,
İncimisən bilirəm,
Küsüb getmə, sən allah.
Ürəyimi sozaltma,
Xatirəmi unutma,
Gözümə gəl kül atma,
İncimisən bilirəm,
Küsüb getmə, sən allah.
Söz-söhbət olur hərdən,
Eşqin düşməz nəzərdən,
Əyilmirsən heç nədən,
İncimisən bilirəm,
Küsüb getmə, sən allah.
Qartal qayanı seçər,
Qılınç qınından keçər,
İgid olarmı naçər,
İncimisən bilirəm,
Küsüb getmə, sən allah.
Mirzəni tanıyırsan,
Halına çox yanırsan,
Nədən sevib danırsan,
İncimisən bilirəm,
Küsüb getmə, sən allah.
MƏHƏBBƏT
Məhəbbət doğrusu bir ülvi addır,
Əzəldən insanın qanında olur,
Deməyin məhəbbət özgədir, yaddır,
Ruh təki insanın canında olur.
Lalə mhəbbəti çəməndə, düzdə,
Sevgi məhəbbəti gözlərimizdə,
Vətən məhəbbəti ürəyimizdə,
Qeyrətin, namusun yanında olur.
Dərə məhəbbəti, düz məhəbbəti,
Oğul məhəbbəti, qız məhəbbəti,
Toplayıb yığasan yüz məhəbbəti,
Yüzü də ananın payında olur.
İnsanın qisməti, sədaqəti də,
Onun düşməni də, ədavəti də,
Ömür taleyi də, məhəbbəti də,
Ilahi yazıbdır alnında olur.
Çox çalışıb, çox üzülmə dünyada,
İstəyini tapmaq olmur heç yanda,
Qismətin yazılıb ömür yazında,
Mirzə, gözlə qismət olanda olur.
SİZİ XOŞBƏXT EYLƏSİN
Ərköyünsən sən anadan,
Yarımısan sən atadan,
Arzum budur ki, Xudadan,
Qoy sizi xoşbəxt eyləsin.
Çatıb subaylığın sonu,
Bu gün qəlbim arzu dolu,
Tutduğumuz Əli yolu,
Qoy sizi xoşbəxt eyləsin.
Sirriləri yozan Allah,
Dərdi-səri pozan Allah,
Taleyini yazan Allah
Qoy sizi xoşbəxt eyləsin.
BARIŞA BİLSƏM
Dünya əbədidir, biz müvəqqəti,
Dünyanın bu sirrin daşıya bilsən,
Dərk edib anlarsan bu həqiqəti,
Ömrün ölümüylə barışa bilsən.
Dünya sənin deyil kimə satasan,
Dünya mənim deyil peşkəş alasan,
Dünya onun deyil yoldaş olasan,
Dünya bir ömürdür yaşaya bilsən.
Dünyanın acısı, ağrısı da var,
Dünyanın hörməti, qayğısı da var,
Dünyanın insana sayğısı da var,
Yükü çox ağırdır daşıya bilsən.
Dünyanın bəzəyi insandır, insan,
Lazımdır dünyada bir iz qoyasan,
Mirzə, zülmətə də bəzək olarsan,
El üçün məşəl tək alışa bilsən.
ÜRƏYİMƏ DOLMUSAN
Ala gözlü, nazlı mələk nədənsə,
Yaman mənim ürəyimə dolmusan,
Allahdandı, bəndədəndi bilirəm,
Yaman mənim ürəyimə dolmusan.
Xeyli vaxdır axtarlram, tapmıram,
Gecələri yuxusuzam, yatmlram,
Özgəsiylə arzu, kama çatmıram,
Yaman mənim ürəyimə dolmusan.
Çəmənzarın lalasısan, lalası,
Sanki ceyran balasısan, balası,
Sən ey gözəl, sən ey sular sonası,
Yaman mənim ürəyimə dolmusan.
Gözəlliyin səbəbidir bəlkə də,
Yoxsa gözün həsrətlidir qəlbimdə,
Heç bilimirəm nə görmüşəm mən səndə,
Yaman mənim ürəyimə dolmusan.
Dağlardakı sanki quzey qarısan,
Ürəyimin arzususan, varısan,
Sən Mirzənin bil yeganə yarısan,
Yaman mənim ürəyimə dolmusan.
MÜƏLLİM ZƏHMƏTİ
Daşdəmir müəllimə ithaf olunur
Müəllim zəhmətidir sənin zəhmətin,
Təməlin qoyursan bütün sənətin,
Dünyalar qədərdir xətrin, hörmətin,
Bunu yaşadığın bu diyar bilir,
Bir də mən bilirəm bil, ay Daşdəmir.
Pələngin qüvvəsi var biləyində,
Göyçənin havası var ürəyində,
Neçə xoş arzular var diləyində,
Hamısı çin olsun ürəkdə bir-bir,
Bədbin əməlləri, sil ay Daşdəmir.
Yaşınız yetmişi ötsə də belə,
Qocalıq irsini görmürəm səndə,
Maşallah oynayıb deyib güləndə,
Həvəslə baxıram xoşuma gedir,
Həmişə oynayıb gül, ay Daşdəmir.
Verdiyin biliyi çəkiyə qoysaq,
Dünyada ən böyük bir dağ olacaq,
Yaxşı paylayırsan sən qucaq-qucaq,
Çoxunda çatmayır bu yükə səbir,
Aparmaz bu yükü fil, ay Daşdəmir.
Mirzə vurulubdur səndə hörmətə,
Dastanlar yaradan sözə-söhbətə,
Namusa, imana, dinə, qeyrətə,
Tərbiyyə verdiyin gənclərin gəlir,
Onlarla taparsan, dil ay Daşdəmir.
OLMAYACAQ
Ömrün təkərini bir gün saxlasam,
Ömür ondan yana zay olmayacaq,
Ömrümün üstündən min gün də silsəm,
Qocalan ömrümə hay olmayacaq.
Yaxşı gün keçirib, ömür görsəm də,
Altmışı-yetmişi ötüb keçəsəm də,
Qocalıq hörmətin şərəf bilsəmdə,
Gənclik günlərimə tay olmayacaq.
“Kərəmi” üstündə köklənib sazım,
Geri dönməyəcək baharım, yazım,
Xəzəlini tökür ömür payızım,
Sonu qışa gəlir, yay olmayacaq.
Mirzə, gəzdim el-obanın dilində,
Həm sevindim, həm sevildim elində,
Allah verən ömür sona yetəndə,
Dost-qardaş ömründən pay olmayacaq.
HEÇ ZAMAN
Ömür yandı korun-korun kül oldu,
İstisinə hallanmadım heç zaman,
Bahar gəldi dağ lalası gül oldu,
Başqa gülə bağlanmadım heç zaman.
Hamı sevilirdi, hamı sevirdi,
Ömründən giley-güzar demirdi,
Pöhrələndi, çiçəkləndi, bar verdi,
Tumurcuq da bağlamadım heç zaman.
Fələk məni qamçıladı hər zaman,
Sızıldayıb, söyləmədim dad aman,
Hamı kimi yaşamadım firəvan,
Gülməsəm də ağlamadım heç zaman.
Öz sözümü söyləmişəm düzünə,
Lazım gəlir, lap demişəm üzünə,
Namərdin də düz baxmışam gözünə,
Yaltaq olub satılmadım heç zaman.
Mirzə, yazıb, yaratmışam el üçün,
Ürəyimi oyatmışam el üçün,
Ömrümü də uzatmışam el üçün,
Özgə elə qatılmadım heç zaman.
XARİQƏLƏR YARADIR
Məhəbbət alovdur əzəl binədən,
Hara düşdü oraları yandırır,
Məhəbbət əqildir, gəlir beyindən,
Dil bilməyən lalı-karı qandırır.
Qoşa olmur, güllə sar məhəbbəti,
Tikanında gülə var məhəbbəti,
Sevgi məhəbbəti, yar məhəbbəti,
Qocanı da ömrün şahə qaldırır.
Məhəbbət ülvidir, məhəbbət safdır,
Məhəbbət incədir, məhəbbət pakdır,
Məhəbbət nemətdir, məhəbbət vardır,
Dodaqdan ürəyə yollar saldırır.
Kpnlümü oxuyan dəmli məhəbbət,
Gözüm yaşı olan qəmli məhəbbət,
Haldan-hala düşən təbli məhəbbət,
Həsrətli əlimi ələ çatdırır.
Atasını, anasını sevənlər,
Namusunun qiymətini bilənlər,
Vətən deyib həsrətindən ölənlər,
Mirzə, vallah xəriqələr yaradır.
GÖRMƏDİM
Nə gözəlsən gözəlim, sən təki Afət görmədim,
Çox gözəllər görmüşəm, sən tək nəhayət görmədim.
İncə belin, sərvi boyun doğrudan da gözəlsən,
Səndə olan cazibəli qəddi-qamət görmədim.
Könül açdım, sevdim səni, incimədim sözümdən,
Özgələrdən böylə yaxın bir lətafət görmədim.
Gəzdim sevda bağında, nə gözəl cənnəti varmış,
Ömrümdə mən bir kəslə böylə səyahət görmədim.
Gördüm səni, sevdim səni, ürəyimdə bəslədim,
Sən də məni arzuladın, heç bir şikayət görmədim.
Dedin Mirzə, bir qonaq gəl, sən də bizi yad eylə,
Gəldim sizə mehman oldum, bir ziyafət görmədim.
VƏTƏN HƏSRƏTİ
Allah mənə ürək verib dağ boyda,
Nə faydası, içi dolu həsrətli,
Ömür verib uzunluğu nə boyda
Nə faydası, ömür yolu həsrətli.
Diri dağın dağ havası gözəldi,
Kəkliklərin daş-qayası gözəldir,
Arazımın öz laylası gözəldir,
Neyləyim ki, sağı, solu həsrətli.
İldırımlar şaqqıldayıb çaxanda,
Hər tərəfə leysan yağış yağanda,
Sellər, sular bənd uçurub axanda,
Aran yağışıdı dolu həsrətli.
Nə zildə, nə bəmdə, nə də ki pəstə,
Oxuya bilmirəm mən bu məclisdə,
Dirili Qurbaninin məzarı üstə,
Zərif bənövşəmin kolu həsrətli.
Torpağımın qiyməti yox əvəzsiz,
Bu yaşımda mən vətəndə vətənsiz,
Dirili Qurbamsız, aşıq Pərisiz,
Mirzə, elin qızı, oğlu həsrətli.
ANA ZƏHMƏTİNİ UNUTMAYASAN
Övlad kimi böyüdükcə həyatda,
Ana keşiyini unutmayasan,
Nəyi unudursan, unut dünyada,
Ana beşiyini unutmayasan.
Səni əzizləyib, qəlbən sevəni,
Beşiyin başında layla deyəni,
Allahdan tək sənə can diləyəni,
Ömür istəyini unutmayasan.
Əsgər məktubunu oxuyanda da,
Əsgər corabını toxuyanda da,
Gözləri yorulub yuxuluyanda da,
Nəmli kirpiyini unutmayasan.
Yaşa dolub eşqin camın içində,
Oğul kimi gəlin sevib seçəndə,
Qız payı da gəlin kimi köçəndə,
Ana sevincini unutmayasan.
Sən artıq böyüyüb lap ucalanda,
Ya ki, alim olub, ya şah olanda,
Allah ömür versə, lap qocalanda,
Ana zəhmətini unutmayasan.
SƏNSİZ YAŞAMARAM
Sən gül kimi bir gözəlsən,
Sənsiz bir gün yaşamaram.
Ürəyin tək saf, təmizsən,
Sənsiz bir gün yaşamaram.
Səhər, axşam, otur danış,
Küsmüsənsə, küsmə barış,
Etmə mənə küsgün baxış,
Sənsiz bir gün yaşamaram.
Şirin-şirin sözün məndə,
Bir cüt ala gözün məndə.
Eşqin, sevgin, sözün məndə,
Sənsiz bir gün yaşamaram.
Lətafətli gülüşün də,
Həkk olunub ürəyimdə.
Sənsən arzu diləyim də,
Sənsiz bir gün yaşamaram.
Gözlərində bir damla yaş,
Yanağında buz bağlamış.
Tənha insan nə olarmış,
Sənsiz bir gün yaşamaram.
Unutmaram sədaqəti,
Dastan boyda məhəbbəti.
Unut kiçik ədavəti,
Sənsiz bir gün yaşamaram.
Mən dağ qədər vüqarlıyam,
Bəzən qarlı, tufanlıyam.
Məhəbbətdə, alovluyam,
Sənsiz bir gün yaşamaram.
Sən dağların balasısan,
Mənim üçün yurd-yuvasan,
Istəmirəm tək olasan
Sənsiz bir gün yaşamaram.
Əzəmətli Diri dağım,
Kəklik, turaclı oylağım,
Həm aranım, həm yaylağım,
Sənsiz bir gün yaşamaram.
Ömür keçir yavaş-yavaş,
Köçüb gedir bacı-qardaş,
Köçməyəydin bircə sən kaş.
Sənsiz bir gün yaşamaram.
Sən Mirzənin sonasısan,
Ürəyimin parasısan,
Övladımın anasısan,
Sənsiz bir gün yaşamaram.
HARDASAN
Söylə ey gülüm, sevgili yarım hardasan.
Yenə meyxanədir, ey nigarım hardasan?
Qəlbim gah sevinir, gah ağlayır bilmirəm,
Yəqin sənsizəm, ey varidarım, hardasan?
Sən yoxsan, sevda bağımda bil bahar olmaz,
Gəl çıx nə olar, bağı-gülzarım hardasan?
Sən nə meysən, nə meyxanə, nə piyaləsən,
Mənim ürək ağrım, ahu-zarım, hardasan?
Mey süz ver içim, söhbətimiz şirin olsun,
Qəlbimə həmkar, ey simuzərim, hardasan?
Yaxşı bilirsən, mənim eşqim, həvəsimsən,
Əff et Mirzəni, ey intizarım, hardasan?
MƏN VARAM
El oğluyam, mən el ilə həmvaram,
El sevgisin ürəyimə yazıram,
Onu bil ki, harda desən mən varam,
Vətən üçün ölümə də hazıram.
Yaxşı bir vəzifə axtarmamışam,
Yüngül bir peşədə çalışmamışam,
Körpəlikdən hər peşədə çalışıb,
Taleyimi öz əlimlə yazmışam.
Mən həmişə yaradıram, yazıram,
Kitabımı qazanc üçün yazmıram,
Bircə tikə çörək qazanmaq üçün,
Çörəyimi külüng ilə qazıram.
Mən qurmağı, yaratmağı sevirəm,
Sözdən yazıb qala qurmaq istərəm,
Elə bir qala ki, vətənimi qorusun,
Düşmənimə bir daşın da vermərəm.
Zəhmətsiz çörəyi, Mirzə neynirəm,
Halalı, harama qatıb yemirəm,
Alın tərin silib mən oturmamış,
Halal çörəyimi yeyə bilmirəm.
SİRDAŞ
Yaxşı vəzifən ola ki, dostuna qardaş deyəsən,
O, sənin dostun ola sən ona sirdaş, yeyəsən.
Kasıb oldun nə sayaq, cibində pul olmayacaq,
Çalışıb fəhləlik et, kasıb kasan dolmayacaq,
Varın olsa onu bil, fikir səni yormayacaq,
Varlı bir dostun ola, dostuna qardaş deyəsən,
O, sənin dostun ola sən ona sirdaş, yeyəsən.
Məsələn: sədr olasan sən adicə bir kolxoza,
İşinə can yandırıb, yad edəsən yazdan-yaza,
Bir mühasib tapasan, saxta sənədlərdə yaza,
Səndə ki, fəxr eləyib dostuna qardaş deyəsən,
O, sənin dostun ola sən ona sirdaş, yeyəsən.
Nə olar kolxoz olanda, hər işin qaydası var,
Kolxozun həm müdiri, həm də böyük ferması var,
Gündüz olmaz, bunu bil bir balaca əmması var,
Gizlin-gizlin o sata, sən ona qardaş deyəsən,
O, sənin dostun ola sən ona sirdaş, yeyəsən.
Kolxozun nə olar, çox da olsa texnikası,
Pul töküb təmir etmə, olmayacaqdır faydası,
Mexanik rüşvət ala, kaş olmaya iddiası,
Hər təzə maşın üçün, sən ona qardaş deyəsən,
O, sənin dostun ola sən ona sirdaş, yeyəsən.
Üzüm əksən nə olar, məhsulu çox bəhrəlidir,
Gəlirin hesablasan, hər tərəfdən sərfəlidir,
Xarab olsa məhsulun, adi çaxır çəkməlidir,
O süzə qədəhlərə, sən ona qardaş deyəsən,
O, sənin dostun ola sən ona sirdaş, yeyəsən.
Biri var fəhlə kimi, çox işləyib az yeyəsən,
Biri var sədr kimi az işləyib, çox yeyəsən,
Yığasan təşkilatı, kabab çəkib qaz yeyəsən,
O, sənə vəzifə verə, sən ona qardaş deyəsən,
O, sənin dostun ola sən ona sirdaş, yeyəsən.
Gizli ye, səbirli ye, çox güvənib açma bazar,
Demə ki kim biləcək, kimdir axı mərdimazar,
Tapılar qayğısız insan, götürüb ərzə yazar,
Bil, müfəttiş gələcək, sən ona qardaş deyəsən,
O, sənin dostun ola sən ona sirdaş, yeyəsən.
SƏHNƏ
Getdi cavanlığım, qayıtmaz geri,
Unuda bilmirəm ötən günləri.
O, vaxtlar tək idim, yox idi arvad,
İşlərim çox yaxşı, keçirdi avand.
Şadlıqla keçirdi hər zaman günüm,
Qəm-qüssə bilməzdi biçarə könlüm.
Ürək vadar etdi evləndim bir gün,
Dəyişdi həyatım, tamam büs-bütün.
Gəlin evə gələn birinci gündən,
Götürdü sevdanı dibi-dəhnədən.
Mənim də xalq kimi vardır savadım,
Mən də istəyirəm qurum, yaradım,
İstərəm mənalı olsun həyatlım,
Söylə bir əzizim, hanı saatım.
Nə alıbsan mənə gətir bir baxım,
Üzük alıbsansa gətir ver taxım.
Dedim: Yox əzizim yoxumdur heç nə,
Hamısı düzələr iki, üç günə.
Elə bil göy gəlib yerə qovuşdu,
Dörd divar gəlinin başına uşdu.
Qışqırıb üstümü aldı ley kimi,
Dayanıb baxırdım mən də key kimi.
Hanı mənə qarşı bəs məhəbbətin,
Bu saf məhəbbətə olan hörmətin.
Mən kimin qızından əksiyəm bəyəm,
Yaxşı bəzənmiyəm, yaxşı geymiyəm.
Necə evlənibsən, qoy canın cıxsın,
Al gətir üzüyü arvadın taxsın.
Saat gətirməsən, çıxmaram çölə,
Özümü mən gülünc eyləyim elə.
Aldığın paltarın halına bir bax,
Geyinim mən bunu söylə nə sayaq?
Geyəndə oxşadır məni qarıya,
Kim belə modada çıxır arıya.
Yaxşı dinlə məni, eşid sözümü,
Hələ göstərmirəm başqa üzümü.
Bir qəpik bir yana getsə maaşdan,
Boğazın qurtulmaz bil ki, qayışdan.
Yemək harda olsa tapıb yeyərsən,
Paltar cəhnnəmə tapıb geyərsən.
Ən əvvəl özümə bir üzük alım,
Bir təhər geçinər biçarə qarnım.
Bir saat bağlayım, sonra qoluma,
Bir kulon da gərək asım boynuma.
Alaram özümə bir neçə paltar,
Genliyə nə darlıq, hələlik qalar.
Ən əvvəl bax bunlar alınsın gərək,
Sonra yoxlayaram nə qalır görək.
Hə! Bəlkə unutmusan xəstəliyimi,
Xəstəlik çürüdüb bir tərəfimi.
Kurortun adını eşitmişəm mən,
Başqaları kimi heç görməmişəm.
Xırda arzularım ancaq bax budur,
Sənə qarşı başqa tələbim yoxdur.
Qaldı ev şeyləri özün bilirsən,
Evin ağsaqqalı, böyüyü sənsən.
Necə düzəldirsən, düzəlt evini,
Ancaq ki, bir düşün sən də gerini.
Bəs indi neyləsin Mirzə biçarə,
Yazıq öz başına qılsın nə çarə.
Boşamaq arvadı deyildir asan,
Ki əvvəlki kimi tək yaşayasan.
ŞƏRQİYYƏ
(Aşıq Şərqiyyə Zəngilanlıya həsr olunur)
Mizrabı çəkdikcə telə,
Xəyal gedir eldən-elə
Yenib bəmə, qalxıb zilə,
Tökmə qanımı, Şərqiyyə!
Dinlədikcə hər an səni,
Yandırıb yaxırsan məni,
Salıb boynuma kəfəni,
Alma canımı, Şərqiyyə!
Canı alıb, can verənsən,
Kərəmisən, Dilqəmisən,
Çal sarıtel ürəyimsən,
Yazma yazımı, Şərqiyyə!
Əlləşirsən yerlə, göylə,
Nə sədadır gəlir böylə,
Amandır bir insaf eylə,
Kəsmə halımı, Şərqiyyə!
Ürəklərə axan səsin,
Məclislərdən kəsilməsin,
Mirzə qoy şəkk eyləməsin,
Səndən varmı, ay Şərqiyyə!
GÖRMÜŞƏM
Diri dağım, ömür dağım vətənim,
Bu yerlərin hər qarışın görmüşəm,
Bulaq suyu, dağ havası nemətim,
Dolu yağan gur yağışın görmüşəm.
Çox olmuşam Bərgüşadın özündə,
Dolanmışam meşəsində, düzündə,
Dağ başında, zirvələrin üstündə,
Şahinlərin mən savaşın görmüşəm.
El arandan ”Üç təpəyə”yə köçəndə,
Guneylərdə yurd yerini seçəndə,
Buz bulaqdan ürək dolu içəndə,
Ulduz tək sayrışan daşın görmüşəm.
Şəkəri qaymağa qatib yeyəndə,
Qarı südlə qatışdırıb içəndə,
Həkəri üstündən köçüb gedəndə,
Laçından Murovun qaşın görmüşəm.
Həyata bax, dövrana bax, dövrana,
Payız gəldi, soyuq düşdü hər yana,
Köç edəndə yavaş-yavaş arana,
Çobanın gözünün yaşın görmüşəm.
Aranın bağçası üzə güləndə,
Payızın sünbülü dən gətirəndə,
Uzun gecələri qonaq gələndə,
Nənəmin təzə dəm, aşın görmüşəm.
Ay Mirzə, ömrümün gözəl çağında,
Çox gəzmişəm aranı da, dağı da,
Yaşı yüzə çatan qocaların da,
Xoş firavan, ömrün yaşın görmüşəm.
EL GÖTÜRƏNDƏ
Söylədin sevirəm, amma sevmədin,
Nədən sevdin məni bel büküləndə,
Səni çox gözlədim nədən gəlmədin,
Məhəbbət bağıma gül əkiləndə.
Unutdun qayğını, mərhəmətini,
Öldürdün sevgimin sədaqətini,
Söndürdün alovlu məhəbbətimi,
Atəşi axtardın kül töküləndə.
Görüşmədik, danışmadıq, gülmədik,
Arzumuz dilləndi, biz dillənmədik,
Yavaş-yavaş ömür keçdi bilmədik,
Sevişdik ömürdən il söküləndə.
O vaxtlar dindirib danışdırmadın,
Ürəyi-ürəklə barışdırmadın,
Qəlbimi qəlbinlə alışdırmadın,
Gözlərimdən leysan, sel töküləndə.
Mirzə, ömür gəldi, köçdün dünyadan,
Etdiyin yaxşılıq çıxacaq yaddan,
Səni bil ağlayan qohum-qardaşdan,
Daha fəzli olar el götürəndə.
AY GƏLİN
(Dilarə xanımın toy gününə həsr olunur)
El-obanın gözəli sən, gözü sən,
Açılan səhərin nurlu gözüsən,
Möcüzəsən, Sədərək gözəlisən,
Sizi görüm xoşbəxt olun, ay gəlin,
Uğurlu yol olsun yolun, ay gəlin.
Qaynatan, qaynanan yurtdaşın olsun,
Qaynın sənə yaxın qardaşın olsun,
Baldızın əzizin, sirdaşın olsun,
Ailənin arzusu, diləyi gəlin,
Yıxılı bir evin dirəyi gəlin.
Şirin dil həmişə nemətin olsun,
Görülən hər işdə zəhmətin olsun,
Kiçiyə, böyüyə hörmətin olsun,
Baxan desin bax maşallah, ay gəlin,
Halal olsun, bərəkallah, ay gəlin.
NƏ ÖMÜRDÜR YAŞAYIRAM
Vətən ayrı məndən uzaq,
Nə ömürdür yaşayıram?
Dost, tanış da gözdən iraq,
Nə ömürdür yaşayıram?
Üzüb məni qəmli fikir,
Huşsuzam gözüm yol çəkir,
Mən çəkəni fələk çəkmir,
Nə ömürdür yaşayıram?
Dağlarımın qalası da,
Kəkliklərin yuvası da,
Uçub könül sonası da,
Nə ömürdür yaşayıram?
Yaşayıram köməyinən,
Bol-bol arzu diləyinən,
Həsrət dolu ürəyinən,
Nə ömürdür yaşayıram?
Vətən onsuz məndən küsüb,
Əlin məndən çoxdan üzüb,
Mirzə, bu həsrətə dözüb,
Nə ömürdür yaşayıram?
ANA
Əbədi sıxıntı, köksümdə yara,
Sənsiz bu dünyadan gəlmişəm zara,
Ürək dözmür artıq bu intizara,
Minib karvanımı gəlirəm, ana.
Bəzən şirin-şirin söhbət edərdik,
Qərq olardıq gülüşlərə gülərdik,
Kədəri də ana-bala bölərdik,
Sənsiz nəyi bölüm, bilmirəm ana?.
Allah mənə ömür verib saxlayır,
Ürəyimi qan gölündə çalxayır,
Bəlkə məni sınaq kimi yoxlayır,
Dözüb əzabına ölmürəm, ana!
Sənsizliklə bacarmayır ürəyim,
Mümkün olmur sənsiz arzu, diləyim,
Heç bilmirəm necə edim, neyləyim,
Bu ucuz dünyanı neynirəm, ana.
Səni çox sevmişdim körpəliyimdən,
Çıxarda bilmirəm səni qəlbimdən,
İndi nə gəlir ki, artıq əlimdən,
Sənin baş daşını öpürəm, ana.
OLMAYAYDI
Dərdim, sərim yüz olaydı,
Bir ayrılıq olmayaydı,
Geyindiyim bez olaydı,
Bir ayrılıq olmayaydı.
Sözündə sözüm olaydı,
Gözündə gözüm olaydı,
Ürəkdə közüm olaydı,
Bir ayrılıq olmayaydı.
Vətən mənsiz ağlasa da,
Sökülsə də, dağılsa da,
Ürəyimi dağlasa da,
Bir ayrılıq olmayaydı.
Gözüm təki kor olaydı,
Arzularım pozulaydı,
Duz-çörəyim az olaydı,
Bir ayrılıq olmayaydı.
Ata, ana, qardaş, bacı,
Can dərdinin var əlacı,
Gecikəydi yol ayrıcı,
Bir ayrılıq olmayaydı.
Vətən ömrüm, vətən günüm,
Ömrü, günü necə bölüm,
Mirzə, nola bircə ölüm,
Bir ayrılıq olmayaydı.
DEYİLƏM
Həyatımda çox odlara yanmışam,
Həyatda zəhmətlə mən ucalmışam,
Artıq ömür keçib, çox qocalmışam,
Dizin-dizin gəzən körpə deyiləm.
Harda gəzdim pozulmayır izim də,
İldırımlar şimşək çaxır gözümdə,
Fırtınalı qasırğayam özüm də,
Sahili yalayan ləpə deyiləm.
Mirzə, mən anadan mərd doğulmuşam,
Düşmənə düşmanam, dosta yoldaşam,
Qartal vüqarlıyam, dağa qardaşam,
Düzün ortasında təpə deyiləm.
MƏNİM DEYİLSƏN
Həyatın baharı, barı mənimdir,
Neyləyim bircə sən mənim deyilsən,
Dağların çiçəyi, qarı mənimdir,
Neyləyim bircə sən mənim deyilsən.
Söhbətin mənimdi, sözün mənimdi,
Gözümə dikilən gözün mənimdir,
Qəlbimi yandıran közün mənimdi,
Neyləyim bircə sən mənim deyilsən.
İncə nəvazişin, həzin səsin də,
Mülayim baxışın, xoş nəfəsin də,
Gülüşün də mənim, təbəssümün də,
Neyləyim bircə sən mənim deyilsən.
Ömrünün payızı, qışı mənimdi,
Gözünün qadası, yaşı mənimdi,
Getdiyin yolların daşı mənimdi,
Neyləyim bircə sən mənim deyilsən.
Gözəlim gözəlsən, el gözəlisən,
Elin sözündəsən, el gözündəsən,
Mirzənin sözündə, söhbətindəsən,
Neyləyim bircə sən mənim deyilsən.
HƏR GECƏ
Məhəbətim qara geydi əzəldən,
Zülmətlərdə sayrışıram hər gecə.
Küsüb məni dərdə salan gözəldən,
Gah küsürəm, barışıram hər gecə.
Sevən qəlbim bir gözəllə varlanıb,
Varlığımda o gözəllə, talanıb.
Pərvanə tək eşq oduna qalanıb,
Alovunda alışıram hər gecə.
Ötən o, keçmişi yada salanda,
Sevincnən qəmin kölnün alanda.
Özüm öz dünyamda tənha qalanda,
Xəyallarla danışıram hər gecə.
Bircə anlıq o gözlərə baxanda,
Dolğun gözlər gözlərimə axanda.
O, baxışlar ildırım tək çaxanda.
Yuxum qaçır, çarpışıram hər gecə.
Mirzə, yada salcaq o, məhəbbəti,
Üzür məni, əldən salır həsrəti.
Sıxır məni, o illərin möhnəti,
Gizli, gizli sevişirəm hər gecə.
İNCİMƏ
Könül, kitabını yaradan yazıb,
Ağ da olsa, boz da olsa, incimə.
Necə yazıb, nəcür yazıb, nə yazıb,
Çox da olsa, az da olsa, incimə.
Sevən sevib, sevmiyənə ağlama,
Yaralıyam, ürəyimi dağlama.
Gözəllərə gəl çox da, bel bağlama,
Dul da olsa, qızda olsa, incimə.
Sevən ürək hər əzaba dözəcək,
Dözəmmiyən, inciyəcək küsəcək
Zor işlətmə, havalıdı gedəcək.
Qış da olsa, yaz da olsa, incimə.
Sevənlərdə ağıl olmaz bəllidir,
Sevgisini pünhan saxlar, dəlidir.
Yaman iddialı, çox səbirlidir
Əda olsa, naz da olsa, incimə.
Könlümün istəyi məndə, qalacaq,
Yaradan yazıbsa elə olacaq.
Onsuz Mirzə şikəstəni çalacaq,
Tar da olsa, saz da olsa, incimə.
ANA
Elə ki, göz açdım fani dünyaya,
O, gündən ehtiyac duydum laylaya.
Hicran mahnısını oxu obaya,
Əbədi yatıram çal layla, ana!
Bənövşəyə, qərənfilə batmışam,
Sən deyən tək, şirin yüxü tapmışam.
Allah dərgahına, haqqa çatmışam
Əbədi yatıram çal layla, ana!
Könlümü ovudan bir göz yaşıdır,
Ömrümü yaşadan məzar daşıdır.
Elə fərz elə ki, beşik başıdır,
Əbədi yatıram çal layla, ana!
Oxu mənim üçün vida mahnısı,
Yaman həzin olur ana laylası.
O, həzin laylada, yatar balası.
Əbədi yatıram çal layla, ana!
Ana, narahatam, yaman narahat,
Mirzəni öldürür sənsiz bu həyat.
Bir də demiyəcəm gəl məni oyat,
Əbədi yatıram çal layla, ana!
EL-OBAM MƏNİM
Fələk necə yıxdı, necə dağıtdı,
Belə dağılmazdı, el-obam mənim.
Fələk necə vurdu, necə ağlatdı,
Belə ağlamazdı, el-obam mənim.
Çoxdan sönüb yanmır, ata ocağı,
İsitmir qəlbimi, ana qucağı.
Kəsilib karvanı, gəlmir qonağı,
Qapın bağlanmazdı, el-obam mənim.
Bahar gəldi, gül açmadı ağaclar,
Mamırlandı daş-qayalı yamaclar.
Qaqqıldaşmır araz boyu turaclar,
Səsin boğulmazdı, el-obam mənim.
Adamların ax-vayınan yaşadı,
Xeyrin-şərin elə bil ki, qardaşdı.
Ağlayan sirdaşdı, gülən yoldaşdı,
Heç nə soruşmazdı, el-obam mənim.
Hanı mən gördüyüm o yurd, o yuva,
Hanı cəngi çalan o abı-hava.
Mirzə, nədən tez qurtardı bu dava,
Belə yorulmazdı, el-obam mənim.
YAXŞI VAR İMİŞ
El şairi Əhməd Rüstəmovun ölümünü eşidəndə
Ölüm xəbərini eşidən gündən,
Ürək küsgün düşüb, baxçadan-güldən.
Təsəlli tapıram obadan-eldən,
Usdad nə yaxşı ki, yaxşı varımış.
Ağladım gözümün yaşın sildilər,
Düşmənlərim baxıb çox sevindilər.
Dostlar bir dost kimi səbr verdilər,
Usdad nə yaxşı ki, yaxşı varımış.
Yaxşılar yolunda çəkmisən zəhmət,
Bəşər tarixində, qazandın hörmət.
El-oba içində yaşayır Əhməd,
Usdad nə yaxşı ki, yaxşı varımış.
Məzar insan üçün ölçü-biçimdi,
Yaxşılıq eyləmək ağır seçimdi.
Pisliyə nə var ki, bir su içimdi,
Usdad nə yaxşı ki, yaxşı varımış.
Dünya pis qurulub əzəl binadan,
Hamı narazıdı qoca dünyadan.
Söylə, Aşıq Əhməd çıxarmı yaddan,
Mirzə, nə yaxşı ki, yaxşı varımış.
YALANÇI SEVGİNİ SOXMA GÖZÜMƏ
Mən səni sevmişəm bir mələk kimi,
Qəlbimdə yer verdim bir ürək kimi.
Sən məni oynatdın bir dilək kimi.
Verdiyim sevgini qaytar özümə,
Yalançı sevgini soxma gözümə.
Demədım mən sənə bir acı sözü,
Səni yaxın bilib qıymadım düzü.
Sən isə saymadın, saymadın bizi,
Nə olub keçmişdə vurma üzümə.
Yalançı sevgini soxma gözümə.
Bir qönçə gül idin ömür bağımda,
Ətrini duyurdum sağım-solumda.
De, nələr etmirdim sənin yolunda,
Indi bir zəhərsən, şirin sözümə.
Yalançı sevgini soxma gözümə.
İlk baxışdan, ilk görüşdən vuruldum,
Çeşmə kimi gözlərində duruldum.
Aldadıcı baxışlardan yoruldum,
And verirəm elə baxma gözümə,
Yalançı sevgini soxma gözümə.
Ağrıdır qəlbimi acı intizar,
Sən bais olmusan, sən mədimazar.
Öldürsə Mirzəni bu dərdli azar,
Oxşatma özünü sən də özümə,
Yalançı sevgini soxma gözümə.
AY BƏY TOYUN MÜBARƏK
(Elnar bəyin toy gününə həsr olunur)
Hər şey yaxşı keçir, öz axarında,
Şahtək oturmusan bəylik taxtında.
Bir günlük olsa da sənin bəyliyin,
Bir yolluq ləğv etdin ömür təkliyin.
Bu qoşa cütlüyə ömür diləyək,
Görüm ay bəy toyun olsun mübarək.
Ailə təməlini qoy tanrı qursun.
Seçdiyin bu yolun uğurlu olsun,
Əməldə, işdə də, bir yarıyasız,
Böyük bir ömrü, bir qarıyasız.
Həyat yolun təravətli gül-çiçək,
Görüm ay bəy toyun olsun mübarək.
Allah ömür versin, yüz ili yaşa,
Səbirlə həyatı vurasız başa,
Can deyə biləsiz, qohum qardaşa.
Mehriban olasız yara-yoldaşa,
Süfrəndə bol olsun daim duz-çörək,
Görüm ay bəy toyun olsun mübarək.
Ulu tanrımızdan istərəm dilək,
Inciklik, özgəlik olmasın deyək,
Bu gün toy günüdür şadlanaq, gülək,
Ürək bu məclisdə sevinsin gərək,
Bizdə arzumuzu belə söyləyək,
Görüm ay bəy toyun olsun mübarək.
Qonaqlı-qaralı olsun qapınız,
Yaxşılıqda hey çəkilsin adınız.
Qoy çin olsun ürəyizdə arzunuz
Qismət olsun yeddi oğul bircə qız,
Qudalara gözünüz aydın deyək,
Görüm ay bəy toyun olsun mübarək.
QOCALIRAM
Qövr etsə də köhnə yaram,
Ötən ömrə mən də varam.
Qocalmaqla heç yox aram,
Çox hayıf ki qocalıram.
Yaxşı-yaman düşür yada,
Ötən ömrü verdim bada.
Şikayət də yetmir dada,
Çox hayıf ki qocalıram.
Hər ötən gün dönsə bala,
Gedən günlər dönmür dala.
Qocalmaram məndən ola,
Çox hayıf ki, qocalıram.
Min bir arzu, min bir dilək,
Bu amalla vurur ürək.
Bir gün o da dözməyəcək,
Çox hayıf ki qocalıram.
Mirzə, coşur ömür yazım,
Havalanır könül sazım.
Çoxum gedib, qalır azım,
Çox hayıf ki qocalıram.
ATAMA XATİRƏ
Gecələr hər şeydən dəhşətli olan,
Insan bətni yatan, qəmli xiyaban.
Çox canlar aparıb salıb cənginə,
Çürüdüb qatıbdır yerin tərkinə.
Kimi nakam gedib, kimi qocalıb,
Kimin toy məclisi yarımçıq qalıb.
Bəzisi buranı bir məskən sanır,
Burada hər sənətin sahibi yatır.
Bütün yol keçənlər dayanır burda,
Həm yayda, payızda, qarda, boranda.
Baxırlar həsrətlə bu yatanlara,
Taleyin düşünür baxıb onlara.
Xiyaban yanından ötüb keçəndə,
Ürək ağrısı ilə dayanıb mən də.
Bu baxanlar tək baxıb atama,
Şikayət eylərdim mən də baxtıma.
İndi xatırlayıb olub keçəni,
Unuda bilmirəm həmin gecəni.
İsti yay gecəsi, bürkü bir hava,
Əzrayıl yəqin ki, çıxıbmış ova.
Çox gəzib aramaq nə lazım ona,
Gündə min-birini düzür yan-yana.
O kəsdi atamın axır sözünü,
Bağladı dünyadan ümüd gözünü.
Apardı dünyadan sorğu-sualsız,
Soyuq bir məzara saldı sobasız.
Qara torpaq aldı onu qoynuna,
Qoymadı qızınsın günəş oduna.
Bu fani dünyada itirdim onu,
Dərk etdim nə imiş həyatın sonu.
De nəyə lazımdır, lazımdır nəyə,
Ürəklər ağrıdan acı faciyə.
Dözümlü olsa da, nə qədər insan,
Məzarda yaşamaq deyildir asan.
Düşündüm necə də dözür o buna,
Necə həyat verim yenidən ona.
Əlbəttə bu fikir əbəsdir əbəs,
Fələk apardığın geriyə verməz.
İstərdim xiyaban dönsün cənnətə,
Hər tərəfi layiq olsun hörmətə.
Məndə oğul kimi borcumu verim,
Ruhu qarşısında sözümü deyim.
Məzarı itməsin yaşasın deyə,
Daş nişan qoydurdum əbədiliyyə.
Çox soyuq olsa da görkəmi vardır,
Oğuldan ataya bir yadigardır.
Qara məzarıstan, qəmli xiyaban,
Hər məzar daşında bir süsən yatır,
Dünyanın kefiynən oturub-duran,
Dünyadan inciyib küsən də yatır.
Dünyaya göz açan bir körpə bala,
Beş yaşı kim bilir ola, olmaya,
Nədən ömrün belə tez salıb yola,
Ömürdən tamarzı, şişən də yatır.
Ömür ulduzundan, bəxti yozan da,
Tarixin məhvəri qoca Ozan da,
Tarixin özünü qurub yazan da,
Elmidən kükrəyib daşan da yatır.
Nurani bir qoca köçüb payızda,
Kimi həyatının gözəl yazında,
Günah ucbatından qır qazanında,
Qaynayıb-qaynayıb bişən də yatır.
Mirzə mən bələdəm dünya işinə,
Heç bir qoçaq qoy döyməsin döşünə,
Birdə əzrayılın bölüm püşkünə,
Sorğusuz, sualsız düşən də yatır.
SƏN YAŞARSAN, MƏN YAŞARAM
(Qələm dostum Tariyel Abbaslının 60-illiyinə)
Ömür keçir aram-aram,
Heç demirəm qocalıram.
Bu günümə minnətdaram,
Səndə varsan, məndə varam.
Şeir sənət yazımızdı,
Dövlətimiz, varımızdı.
Ədəbiyyat qanımızdı.
Sən yazırsan, mən yazıram
Ömür lap qoy olsun yetmiş,
Olan olmuş, keçən keçmiş.
Ötən ömür bəs nə imiş?
Sən saymırsan, mən saymırm.
Yavaş-yavaş səksən oldu,
Ürək hələ alovludu.
Bu yol uğurlu bir yoldu,
Sən çapırsan, mən çapıram.
Ömür olsun, doxsan ya yüz,
Qoy bir olsun, gəl sözümüz.
Bir döyünsün ürəyimiz,
Sən yaşarsan, mən yaşaram.
ÖMRÜMDƏN AXAN ARAZ
(poema)
İnandığım din islam,
Oxuduğum qurandır,
İçimdəki imandı,
Qəlbimdəki inamdı,
Söylədiyim bir salam,
Allahın salamıdır,
Yaratdığım bu dastan,
Çox da deyildir asan,
Yazdığım yazım mənim,
Olsun Arazım mənim,
Adı olsun Xan Araz,
Ömrümdən axan Araz.
Bir tərəfim arandı,
Bir tərəfim qarlı dağ,
Bir tərəfim borandır,
Bir tərəfim od-ocaq,
Bir tərəfim meşəlik,
Göz oxşayan gözəllik,
Bir tərəfim Ziyarət,
Qarlı-boranlı yazdır,
Bir tərəfim özgə, yad,
Sərhəddimdə Arazdır,
Qara bulud qalxanda,
İldırımlar çıxanda,
Leysan yağış yağanda,
Sellər sular axanda,
Təbiət qocalanda,
Mən anadan olmuşam,
Payızla doğulmuşam,
Qalxdığım Diridağı,
Endiyim aran olub,
Küsüb incidiyimdə,
Təbrizim, İran olub.
Xudafərin körpümüz,
Araz sərvətim olub,
Dağ ətəyi kəndimiz,
Mənim vətənim olub,
Bax belə bir diyarda,
Mən anadan olmuşam,
Zaman-zaman boy atıb,
Burada yaşa dolmuşam.
Mənə çox danışıb, yaşlı qocalar,
Bu yerlərdə belə bir rəvayət var,
Guya ki, Xan Araz bir də ana Kür,
Yaşayıblar təmiz, böyük bir ömür,
Seviblər bir-birin həddən ziyada,
Ülvi məhəbbətlə qoca dünyada,
Amma talehləri heç gətirməmiş,
Bu ülvi məhəbbət sona yetməmiş,
Ayırmış onları taleh əbədi,
Belə bir sevgiyə ömür vermədi,
Ağladı həsrətdən, Araz da, Kür də,
Bax beləcə keçdi ömür də gün də,
Onlar bir birini görməsələr də,
Göz yaşları axdı gölməçələrdə,
Axıb-axıb oldu axar bir ümman,
İki çay yarandı, o göz yaşından,
Adını qoydular Kür, Araz olsun,
Suları həm dərin, həm dayaz olsun,
Aşıblar dağlardan, çox dərələrdən,
Axıblar çöllərdən, yaxın ellərdən,
Axıblar bir-birin bəlkə görələr,
Birləşib bir yerdə ömür sürələr.
Ana kür çox olub nazlı-qəmzəli,
Özü bir bəzəkli, ellər gözəli,
Axanda da səssiz-səmirsiz axar,
Sanki sevgisini gizli axtarar,
Yaz olanda gah hallanar, bulanar,
Nazlı-nazlı, dağ-dərəni dolanar,
Axar həzin-həzin bir nəğmə kimi,
Elə bil oxuyur bir sevgi himni,
Axır türk elindən, aran elindən,
Axır Mil düzündən muğan elindən,
Axır Araz ilə qarışmaq üçün,
Əfsanə sevgini yaşamaq üçün,
Onlar birləşdilər türkün dilində,
Azəri yurdunda Muğan elində,
Qovuşdu Araz da, Kür də əbədi,
Bu təmiz məhəbbət həsrət görmədi.
* * *
Arazım Kür olaydı,
Suları gur olaydı,
Bu sevgini görməyən,
Göz varsa kor olaydı.
* * *
Neçə ildir gör Araza həsrətəm,
Həsrətdə ölən də, bölən də mənəm,
Araz mənim qədərimdir əzəldən,
Araz mənim öz dərdimdir əzəldən.
* * *
Əzəzim Araz məni,
Saxlasın Araz məni,
Ölsəm xəbər göndərin,
Ağlasın Araz məni.
Araz mənim vətənimdir,
Araz mənim sərvətimdir
Odur mənim həm yaddaşım,
Mənə yaxın can sirdaşım,
Yaxın qohum, qan qardaşım,
Ata yurdum, ocaq daşım,
Odur mənim dədəm, babam,
Göz açdığım elim, obam,
Araz mənim alın yazım,
Həyatımın arxividir,
Qayalara həkk olunmuş,
Ana yurdun tarixidir,
Mən Arazla böyüsəm də,
Arazımla sevinsəm də,
O, yaddaşım olsa belə,
Yaxın sirdaş olsa belə,
Nədən üzü məndən dönüb,
Vətənimi yarı bölüb,
Araz mənim son həddimdir,
Araz mənim sərhədimdir,
Mən bu həddi keçməmişəm,
Təbrizimi görməmişəm,
Ömür keçib ildən-ilə,
Yaşamışam həsrət ilə,
Çox gəzmişəm qəmli-qəmli,
Araz boyu gözü nəmli,
Vətən deyib ağlamışam,
Ömrü, günü dağlamışam,
Zaman keçib qocalmışam,
Düşmən üçün heç olmuşam
Yaşamışam həyatımla,
Ovunmuşam bayatımla,
Əziziyəm Arazı,
Dərdə salman Arazı,
Araz coşub-daşandı,
Bəndə salman Arazı,
Əzizim Araz boyu,
Yurd saldım Araz boyu,
Fələyin işinə bax,
Ölmədim Araz boyu,
Araz mənə mehir salıb,
Ana kimi layla çalıb,
Mən anadan doğulanda,
İlk beşiyə qoyulanda,
Layla çalan olmayanda,
Araz mənə layla çalıb.
Taleyimin seçimi də,
Çox burulub öz içimdə,
Atam dünyadan köçəndə,
Araz mənə layla çalıb.
Ömür keçib zaman-zaman,
Vətən dərdim olub ümman,
Ayrılanda el-obadan,
Araz mənə layla çalıb.
Tufan qopub, yel əsəndə,
Boran yolları kəsəndə,
Məhəbbətim də küsəndə,
Araz mənə layla çalıb.
Düşmən yolu bağlayanda,
Həsrət məni dağlayanda,
Vətən deyib ağlıyanda,
Araz mənə layla çalıb.
Xudafətin güc alanda,
Diridağım qocalanda,
Dost düşməni ucaldanda,
Araz mənə layla çalıb.
Vicdanlar susub yatanda,
Satqınlar torpaq satanda,
El, obam yasa batanda,
Araz mənə layla çalıb.
Həsrətindən üzülmüşəm,
Qəm notuna düzülmüşəm,
Səni yadıma salıram,
Gecə, gündüz ağlayıram,
Sərt qışım, ayazım mənim,
Dərinim dayazım mənim,
Azalmayan arzum mənim,
Sərin mehli nazım mənim,
Xoş arzum avazım mənim,
Mehriban Arazım mənim,
Hər səhərlər görüşərdik,
Saf suyunla öpüşərdik,
Fələk vurdu ayrı düşdük,
Ömür keçdi görüşmədik.
Nə sən bildin mən hardayam,
Nə mən bildim haralıyam,
Nə dağından bir xəbərim,
Nə bağından bir ətərim,
Nə mən sənə dil göndərdim,
Bircə kəlam salam desin,
Nə sən mənə gül göndərdin,
O, gül mənə ilham versin,
Coşub daşım bir çay kimi,
İşıq saçım bir ay kimi,
Şimşək kimi parıldayım,
İldırım tək şaqqıldayım,
Biləsən ki, yaşayıram,
Ölməmişəm mən də varam,
Hələ gücdən düşməmişəm,
Düşmənə pay verməmişəm,
Nə suyundan bircə damla,
Nə dağından bircə yayla,
Düşmənə pay vermiyəcəm,
Öz sözümü söyləyəcəm,
İnan mənə yazım mənim,
Sərin mehli nazım mənim,
Xoş arzum avazım mənim,
Mehriban Arazım mənim.
Yadlar torpağını yandırıb yaxıb,
Axar sularında çox qanlar axıb,
Çoxlu faciələr görən Arazım,
Hansı faciəni söylə mən yazım,
Şah Qacar hücumun salımmı yada,
Necə Qarabağı qalamış oda,
Yadına düşürmü Gülüstan dərdim,
Bölündü ikiyə torpağım mənim,
Nə tez unutmusan Türkmənçayı sən,
Vətən bölgüsünə necə dözmüsən,
Səni vətənimə sərhəd dedilər,
Bir milləti o tay-bu tay böldülər,
Naxcıvan ayrıldı el-obasından,
Çox ailə dağıldı oz yuvasından,
Atası ayrıldı, oldu o taylı,
Anası körpəli qaldı bu taylı,
Sənin körpülərin oldu keçilməz,
Ötdü illər, həsrətimiz dözülməz,
Bakı Təbrizinə Təbrizim dedi,
Zəncirlər vuruldu qollarımıza,
Məftillər çəkilldi yollarımıza,
Bu həsrəti yaşadılar nəsillər,
Ötdü aylar, illər, ötdü əsirlər,
Dəyişdi, ləhcə də dəyişdi dil də,
Dəyişdi oba da, dəyişdi el də,
Bircə dəyişməyən sən oldun Araz,
Dedin yaman günün ömrü çox olmaz,
Nə fikrin dəyişdi, nə dəki yolun,
Dəyişdi sahilin, bir sağın, solun.
MÜNDƏRİCAT
Йурд аьрыларына кюклянмиш вятян шеирляри……………….. 3
Дири даьы…………………………………………………………………… 9
Дири даьым………………………………………………………………… 10
Ахтармышам ……………………………………………………………… 12
Гыш вериб……………………………………………………………………. 13
Ашыг Мящяррямя……………………………………………………….. 14
Инъимясин …………………………………………………………………. 15
Худафярин шадлыг сарайы……………………………………………… 16
Олмады …………………………………………………………………….. 17
Ахтарыр сяни ……………………………………………………………… 18
Юз дцнйамын дцнйасыйам…………………………………………. 19
Инамым олуб ……………………………………………………………. 20
Дири даьлыйам …………………………………………………………… 21
Эярякди ………………………………………….. ………………………. 22
Гонаг олайдым ………………………………………………………… 23
Галыб ……………………………………………………………………….. 24
Щюрмят олар …………………………………………………………….. 25
Дцнйадан ………………………………………………………………… 26
Йары бюлцб ………………………………………………………………… 27
Горхурам ………………………………………………………………… 28
Йцз йаша ………………………………………………………………….. 29
Ана ………………………………………………………………………….. 30
Галыб ……………………………………………………………………….. 31
Дядя Шямшир …………………………………………………………….. 32
Гурбани мяълиси ………………………………………………………… 33
Олармы ……………………………………………………………………… 34
Йаланчы имиш …………………………………………………………….. 35
Олмасын ……………………………………………………………………. 36
Итирдим ……………………………………………………………………… 37
Гоъалыг ……………………………………………………………………. 38
Олмайыб …………………………………………………………………… 39
Ай Эцларя ………………………………………………………………… 40
Чинар ……………………………………………………………………….. 41
Лейла ханыма …………………………………………………………… 42
Даьлары ……………………………………………………………………. 43
Мяним …………………………………………………………………….. 44
Сюйля неъясян……………………………………………………………. 45
Нядян ……………………………………………………………………… 46
Араз ………………………………………………………………………… 47
Чинар ……………………………………………………………………….. 48
Билмирям ………………………………………………………………….. 49
Севирям ……………………………………………………………………. 50
Гынаман мяни ………………………………………………………….. 51
Гоъалыг ……………………………………………………………………. 52
Дяймяз ……………………………………………………………………. 53
Китаб ……………………………………………………………………….. 54
Доьма кяндимин ……………………………………………………… 55
8-март ……………………………………………………………………… 56
Мян олум ………………………………………………………………… 57
Сянимишсян ……………………………………………………………….. 58
Юмцр-эцнц санамадым нядянся………………………………… 59
Чярхи-фяляк истямяди олмады……………………………………….. 60
Бянювшя ……………………………………………………………………. 61
Йцблейиня эялмишям ………………………………………………….. 62
Кцсярми Аллащ! …………………………………………………………. 63
Гардаш …………………………………………………………………….. 64
Щейдяр Баба…………………………………………………………….. 65
Эязир ……………………………………………………………………….. 66
Оьлум ……………………………………………………………………… 67
Севэилим ………………. …………………………………………………. 68
Айрылыг ……………………………………………………………………… 69
Шащбулаг…………………………………………………………………… 70
Мещман…………………………………………………………………… 71
Ъябрайыл …………………………………………………………………… 72
Билирям …………………………………………………………………….. 73
Гайтар ……………………………………………………………………… 74
Билмирям ………………………………………………………………….. 75
Унутма мяни …………………………………………………………… 76
Севэилим …………………………………………………………………… 77
Гялям щяля ялимдядир ………………………………………………… 78
Цряк ………………………………………………………………………… 79
Сян узаг ейля ……………………………………………………………. 80
Гаш иля эюз арасында ………………………………………………….. 81
Бянювшя ……………………………………………………………………. 82
Кюнлцм ……………………………………………………………………. 83
Кярями …………………………………………………………………….. 84
Эюзял ……………………………………………………………………….. 85
Сатаъаг ……………………………………………………………………. 86
Гайтар ……………………………………………………………………… 87
Няйи эюзялди………………………………………………………………. 89
Бу эюзялин ………………………………………………………………… 90
Вятян Щясряти ……………………………………………………………. 91
Мяня галды ……………………………………………………………….. 92
О, дцнйанын ъяннятини нейнирям…………………………………. 93
Азяри йурдумун гящраман оьлу………………………………… 94
Эетди ……………………………………………………………………….. 95
Тяпя дейилям…………………………………………………………….. 96
Тбилиси ………………………………………………………………………. 97
Нейлясин …………………………………………………………………… 98
Ай Кярям ………………………………………………………………… 99
Олмушам …………………………………………………………………. 100
Илащи неъя дя бяшяр йаратдын ………………………………………. 101
Йахшылыг ейля …………………………………………………………….. 102
Юлцмцн дя мялейкяси олармы………………………………………. 103
Дири даьы……………………………………………………………………. 104
Язиздир мяня…………………………………………………………….. 105
Юзцмдясян ………………………………………………………………. 106
Ай гыз ………………………………………………………………………. 107
Азяри йурдум …………………………………………………………… 108
Алданма сян ширин диля……………………………………………….. 109
Ъыдыр дцзц ………………………………………………………………… 110
Мян анамы унутмадым …………………………………………….. 111
Йахшы дост ………………………………………………………………… 112
Олар …………………………………………………………………………. 113
Йуху эюрцрям ………………………………………………………….. 114
Юмцр эяряк йцзя чата ……………………………………………….. 115
Тябризим кими……………………………………………………………. 116
Нийя мян щясрятли шаир олмушам………………………………. 117
Йорулдум мян………………………………………………………….. 119
Баш сарытел охусун …………………………………………………….. 120
Щюрмят гоймушам …………………………………………………… 121
Кими вар мяним ……………………………………………………….. 122
Гоъалырам ………………………………………………………………… 123
Щардан биляъяк …………………………………………………………. 124
Мцкафатды бу …………………………………………………………… 125
Данышар ……………………………………………………………………. 126
Нейнирям …………………………………………………………………. 127
Байатылар ………………………………………………………………….. 128
Бакым ………………………………………………………………………. 130
Эязяр ……………………………………………………………………….. 131
Олсун эяряк ……………………………………………………………… 132
Сюз …………………………………………………………………………… 133
Мян истямирям …………………………………………………………. 134
Оъаьы гардаш ……………………………………………………………. 135
Ай ана …………………………………………………………………….. 136
Билмирям ………………………………………………………………….. 137
Щара йазмысан …………………………………………………………. 138
Шаир гялби гоъалармы? ………………………………………………… 139
Севэилим …………………………………………………………………… 141
Оьул …………………………………………………………………………. 142
Дцнйа ……………………………………………………………………… 144
Сян щямишя мянимлясян …………………………………………….. 146
Анъаг инсан юмрц гоъалаъагдыр ………………………………… 147
Мян сяни севирям десям ……………………………………………. 148
Севимли севэилимди …………………………………………………….. 149
Ад эцнцнцз мцбаряк ……………………………………………….. 150
Башына доланым ………………………………………………………… 151
Гарабаь……………………………………………………………………. 152
Сянинля олсам …………………………………………………………… 153
Баъым ………………………………………………………………………. 154
Даьларын……………………………………………………………………. 155
Ясэяр мяктубу …………………………………………………………. 156
Инан сяни унутмарам ……………………………………………….. 157
Щягигят наминя. ……………………………………………………….. 158
Йадыма дцшцр……………………………………………………………. 160
Айрылмаг истямирям ………………………………………………….. 161
Вятян эюзяллийи…………………………………………………………… 162
Йени ил ………………………………………………………………………. 163
Ай гыз ………………………………………………………………………. 164
Гурбан демишям ………………………………………………………. 165
Анам олубдур………………………………………………………….. 166
Гара гыз …………………………………………………………………… 167
Мяним илк мцяллимим………………………………………………… 168
Эцлмядим нийя………………………………………………………….. 169
Неъя айрылым …………………………………………………………….. 170
Аьласын ……………………………………………………………………. 171
Билмяз ……………………………………………………………………… 172
Йар отаьында…………………………………………………………….. 173
Ясэяр ……………………………………………………………………….. 174
Шящид ганы сулайыр……………………………………………………… 175
Йеня ………………………………………………………………………… 176
Дяли кюнцл ………………………………………………………………… 177
Ушаглашырам……………………………………………………………… 178
Баьышла …………………………………………………………………….. 179
Йубилейиня эялмишям…………………………………………………. 180
Эяляндя …………………………………………………………………… 181
Йашы йашымдан дейил …………………………………………………. 182
Танымамышам ………………………………………………………….. 183
Севирсян ……………………………………………………………………. 184
Диндиряндя сян …………………………………………………………. 185
Щюрмят олар ……………………………………………………………… 186
Зялимхан данышыр……………………………………………………….. 187
Нярэизим ………………………………………………………………….. 188
Гардашым, ад эцнцн мцбаряк олсун…………………………. 189
Кяклик ……………………………………………………………………… 190
Эюрмцшям ……………………………………………………………….. 191
Мешянин …………………………………………………………………… 192
Эцлмясин …………………………………………………………………. 193
Шащ цряйи эярякдир…………………………………………………….. 194
Юмрцмцн хязял чаьыдыр …………………………………………….. 195
Ай Араз …………………………………………………………………… 196
Модабаз ………………………………………………………………….. 197
Эюзял гыз ………………………………………………………………….. 198
Имтащан……………………………………………………………………. 199
Гардаш гызы хош эялмисян вятяня………………………………. 200
Кцсцб эетмя сян Аллащ………………………………………………. 201
Мящяббят …………………………………………………………………. 203
Сизи хошбяхт ейлясин……………………………………………………. 204
Барыша билсям…………………………………………………………….. 205
Цряйимя долмусан…………………………………………………….. 206
Мцяллим зящмяти……………………………………………………….. 207
Олмайаъаг ………………………………………………………………. 208
Щеч заман………………………………………………………………… 209
Харигяляр йарадыр………………………………………………………. 210
Эюрмядим ……………………………………………………………….. 211
Вятян щясряти …………………………………………………………….. 212
Ана зящмятини унутмайасан……………………………………… 213
Сянсиз йашамарам…………………………………………………….. 214
Щардасан …………………………………………………………………. 216
Мян варам ………………………………………………………………. 217
Сирдаш ………………………………………………………………………. 218
Сящня ……………………………………………………………………….. 220
Шяргиййя …………………………………………………………………… 223
Эюрмцшям ……………………………………………………………….. 224
Ел эютцряндя …………………………………………………………….. 225
Ай эялин ……………………………………………………………………. 226
Ня юмцрдцр йашайырам …………………………………………….. 227
Ана …………. ……………………………………………………………… 228
Олмайайды ……………………………………………………………….. 229
Дейилям ……………………………………………………………………. 230
Мяним дейилсян 231
Щяр эеъя …………………………………………………………………… 232
Инъимя … ………………………………………………………………….. 233
Ана ………………………………………………………………………….. 234
Ел-обам мяним ……………………………………………………….. 235
Йахшы вар имиш …………………………………………………………… 236
Йаланчы севэини сохма эюзцмя…………………………………… 237
Ай бяй тойун мцбаряк ……………………………………………… 238
Гоъалырам ………………………………………………………………… 239
Атама хатиря ……………………………………………………………. 240
Сян йашарсан, мян йашарам ………………………………………. 243
Юмрцмдян ахан Араз ………………………………………………. 244
“Müəllim” nəşriyyatında çap olunmuşdur.
Чапа имзаланмыш 06.12.2012. Сифариш № 107.
Каьыз форматы 60841/16. Şərti 16,25 ч.в.
Сайы 350. Гиймяти мцгавиля иля.
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy