Arxası Ziyarat , qənşərı Araz,
Sevinçi , kədəri həm şəri Araz,
Qoynunda yuxulu ” Bayatı şiraz” .
Dağlarda xəyala dalan Çəbrayıl.
Gözləri yaşarıb, dolan Çəbrayıl.
Aşıq Qurbaninin Diri dağları,
Tarixdən ,tarixi iri dağları,
Əzgilli , ənçirli meyvə bağları,
Baharda gülləri solan Çəbrayıl,
Küləklər sacların yolan Çəbrayıl.
Susur telli sazı aşıq Pərimin,
Qandallı qolları Xudafərimin,
Ayrılıq adlanan o, sarı simin,
Kökləyib Arazda calan Çəbrayıl.
Beşiyi laylasız qalan Çəbrayıl.
Dardadı Ziyarət, dardadı Araz,
Dardadı Qarabağ “bayatı şiraz”.
Balaban inləyıb səsləyəndə saz,
Aşırımlarda “Cəngı” calan Çəbrayıl.
Gəlmələri yola salan Çəbrayıl.
Görən ayrılıqdan ağır dərdmi var?
Geniş dünya Didərginə dardı- dar,
Qarabağdan xatirə tək yadigar,
Yuxulardan ayan olan Çəbrayıl
Qalx ayağa! ayıl, oyan Çəbrayıl.
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy