BİR ŞƏHƏRİN SOYQIRIMI


y-03Yusif Dirili

(Faciə)

Altı pərdəli səhnəcik
İŞTİRAK EDİRLƏR
Əlif – Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev
Niyaz – Ə.Hacıyevin köməkçisi
Namiq – Şəhər icra hakimiyyətinin başçısı
Mehman – məsul şəxs
Çingiz – Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev
Xocalı sakinləri – Murad, Musa, Səməd, Fuad, Azad, Salman, Nilufər, Süsənbər, Gülsənəm, Bacıxanım, Güllü, Əzim kişi
Kişi diktor – azərbaycanlı
Qadın diktor – azərbaycanlı
Akop – erməni
Vano – erməni
Erməni diktoru
Haykanuş – erməni qadın
Siranuş – erməni qadın
Təşkilat nümayəndəsi

BİRİNCİ PƏRDƏ
25 fevral 1992-ci il. Azərbaycan Respublikası, Dağlıq Qarabağ bölgəsi. Xocalı şəhəri. Şəhərə erməni hərbi qüvvələri və Rusiyanın 306-cı motoatıcı alayın birlikdə qəfil hücum edəcəyi xəbəri yayılıb. Ölkənin paytaxtında bu məsələyə ciddi yanaşılmır. Lakin Xocalı şəhər sakinləri və ətraf rayonların əhalisi bərk narhatçılıq içərisindədilər.
08742_nÜç sutkadan çoxdur ki, şəhər aeroportu ayaq üstədir. Aeroportun rəisi Əlif Hacıyev həmkarları və şəhər icra nümayəndələri ilə birgə vəziyyətdən çıxış yolu arayırlar. Bu gün isə vəziyyət daha gərgindir. Olduqca əsəbi görünən Əlif bəyin təlaş keçirdiyi aydın hiss olunur. Tez-tez əlini telefona aparan rəis paytaxtdan cavab gözləyir. Amma hələ ki, bir şey yoxdur.
Ə l i f : – Alo, alo, Bakı! Alo, Bakı (Səs gəlmir. Telefonun dəstəyini üfürür). Ola bilməz. Onlar məni eşitməlidirlər. Elə isə niyə cavab vermirlər. Axı mən müdafiə nazirliyindəki səlahiyyətli şəxsləri bizi gözləyən təhlükədən xəbərdar etmişəm (Yenidən telefonun dəstəyini qaldırır) Alo, Bakı. Eşidirsinizmi? Xocalı şəhər aeroportunun rəisi, mayor Əlif Hacıyevə cavab verin. (Hökm və kədər hissilə) Sonra gec olacaq. (Üzünü köməkçisi Niyaz Əlimərdanova tutub məyus bir ğörkəmlə) Doğurdan, vəziyyət acınacaqlıdır. Gecə nə baş verəcəyini təsəvvür etmək çətin deyildir. Bəs, Bakı niyə susur? (pauza) Əslində bizə kömək gəlməli idi. Yaxınlıqdakı milli ordunun dəstələri də görünmür. Nə isə burda bir hiylə var (Nömrəni təzədən yığır) Bakı, allo, Bakı. Xocalı təhlükədədir. Bizi eşidrsənmi? ( dərin narhatçılıqla köməkçisinə dönərək) Yox, Niyaz, deyəsən təklənmişik. (Bayirdan gələn aramsız gurultu səslərinə diksinən kimi olur) Aman Allah, bu nə gurultudur? Yoxsa şəhəri bombardman edirlər. Axx, lənətə gəlmiş ruslar… Əgər siz arxa durmasaydınız, erməniləri…

N i y a z : Elədir, cənab mayor. Təəssüf ki, biz yalnız ermənilərlə döyüşmürük. Ruslar olmasa, nə vardı erməni ilə haqq-hesab çəkməyə. Onlar qorxaq kimi ad çıxarmış millət deyillərmi?
Ə l i f : Doğrudur, Niyaz. Amma dar macalda onu müzakirə eləməyə vaxtımız yoxdur. Yaxşısı budur, şəhərin hazırkı dəqiqələrdə vəziyyətini öyrənək. Bəlkə, nəsə özümüz çıxış yolu tapdıq.
N i y a z (Dərhal bayıra çıxır və ətrafdan gələn səsləri dinləməyə çalışır. İki nəfərin tələsik gəldiyini görüb geri dönür): Cənab mayor, şəhər icra hakimiyyətinin başçısı və daha bir məsul şəxs təcili yanınıza gəlirlər. Hiss olunur ki, şəhərin durumu sizin düşündüyünüz kimidir: çətin və acınacaqlı!
N a m i q (Başılovlu içəri girir) – Əlif bəy, Əlif bəy, erməni qüvvələri ilə rusların alayı şəhəri hədəfə götürüblər.
M e h m a n (Daxıl olur) : – Adamlar özlərini itiriblər, hara gəldi qaçırlar. Küçələr meyitlərlə doludur. Binaları dağıdırlar.
Ə l i f (təlaş içində dəstəyi qaldıraraq) : – Bakı, alo, Bakı… (pauza) Gəncə, Gəncə. Aman Allah, yəni doğurdan təklənmişik? Neyləmək olar. Gücümüz şəhərin aeroportunu saxlamağa çatır. Bu vəhşilər portun yanacağından, həm də uçuş meydançasından istifadə etməklə Xocalını və digər şəhərləri bombalaya bilərlər.
N i y a z: – Sursat necə, varımızdırmı, cənab polkovnik?
Ə l i f: – Özünü müdafıə üçün pulemyot, avtomat və tapançadan başqa heç bir slahımız yoxdur. Güllələr isə çox azdır. Hər halda çalışmaq lazımdır ki, qənaətlə işlədək və etibarlı qoruyaq.
Bu ara bir neçə qadın körpə uşaqla həyəcan və qorxu içində daxil olur.
G ü l l ü: – Əlif qağa, ümüdimiz Sizə gəlir. Güclə qaçıb özümüzü bura çatdırdıq.
Ə l i f (Qəti və əsəbi halda) : Hamı silaha sarılsın. Sonadək döyüşmək tələb olunur. Artıq mərkəzin vəd olunan köməyi puça çıxdı. Ümid özümüzə qalır. “Ölüm-qalım” – hər anımız bunu deyir. Onsuz da ağır texnikanın qarşısında duruş gətirmək çətin olacaq. Fəqət düşmənə gücümüzü göstərməliyik.

362129_nİKİNCİ PƏRDƏ
İki erməni nikbin ovqatla söhbət edirlər. Onları Xocalı facıəsinin gözlənilən taleyi şad-xürrəm göstərir.
A k o p: – Ara, Vano, nə qədər ki, ruslar arxamızdadır, bu türklərin axırına çıxmalıyıq. Elədi, ha…
V a n o: – – Ha, ara, ha. Yoxsa bunları özbaşına qoymaq olmaz…
A k o p: – Ara, alayın 3-cü komandir müavini haylardandır, xəbərin var? Bu qurğunu da o, qurub.
V a n o: – O, əclaf bilirsən nə zalımdır, ha. Arturu deyirəm, ara, komandirin müavinini.
A k o p: – Ha, ara, ha. Deyir türklər Xocalıya şəhər adı veriblər ki, Qarabağ böyük görünsün. Biz isə rusların köməyi ilə onu yer üzündən siləcəyik. Doğurdan, ara, görəsən ruslar dalımızda durmasa biz yazıqların günü necə olardı?
V a n o: Ha, ara, ha. Amma öz aramızdı, bədbəxt türklərdən haylar daha yaxşı dolanırdı. Rusların hesabına Qarabağa köçdüyümüz 150 ildən çoxdur ki, kep çəkirdıx, ha ara.
A k o p: Yaxşı, yaxşı, ara. Ürəyin yumşalmasın. Türkləri məhv edib, ərazilərində “Böyük Ermənistan” yaratmaq necə? Mən bizim alimlərin yazdığı kitablardan oxumuşam. Gec-tez bunu edəcəyik. Ha… ha… ha… Sən belə bir nəhəng dövlətdə yaşamaq istəməzdın, bəyəm?
V a n o: Nə bilim? Biz ki, Qarabağda pis yaşamırdıq.
A k o p: Ara, belə şeyləri unut. Gələcək Böyük Ermənistanı gözlərinin qabağına gətir.
V a n o: Nə bulim, vallah, ara. Biz nəkarəyik. Madam belə məsləhətdir, qoy elə də olsun…
Səhnədə bir-birinin ardınca güclü partlayışlar, ucadan tükürpədici çığırtılar eşidilir.

ÜÇÜNCÜ PƏRDƏ
Yeravan dövlət radiosunun diktoru Markuşa Arapetyan dağıdılmış Xocalı şəhəri barədə məlumatı böyük sevinc hissilə erməni dinləyicilərinə çatdırır.
E r m ə n i d i k t o r u: – Xosuma Erevan. Əziz haylar, sizlərə bir xoş xəbər çatdırmaq istəyirəm. Gözünüz aydın, bu gün artıq türklərin Xocalı adında şəhəri yoxdur. Onu bizimkilər rusların köməy ilə darmadığın etdilər. Cəmi ermənilərin hayfını çıxdıq. Ağdama kimi nəinki kişi, üstəlik körpə uşaq, xəstə, qoca və qadınlar təqib edilərək tanlkların, BTR-lərin tırtılları altında xıncım-xıncım olmuşlar. Meşələr, çöllər qana bələnib. Türk qanı ağappaq qar üstünə göllənib. Hər tərəf mülkü insanların meyidlərilə doludur. Əlbəttə, bu, hayların türklər üzərində çoxdan bəri arzuladığımız şəksiz qələbəsidir. İndı Böyük Ermənistan bir addımlıqdadır. Bir daha mən sizi möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Yeni-yeni qələbə uğurları istəyilə görüşənədək!
Bu ara dəhşətli partlayış aeroportun altını üstünə çevirir. Əlif Hacıyev və məsləkdaşlarıarı azğınlaşmış düşmənə qarşı döyüşü davam etdirirlər. Son anda döyüş dostlarını itirən Ə.Hacıyev təkbaşına qəhrəmanlıqla mübarizə aparır. Çox çəkmir ki, o da şəhid olur. Səhərə yaxın bu müdhiş olayı törətmiş rus-erməni hərbi birləşmələrindən ibarət 366-cı motoatıcı alayın zirehli texnikası geri çəkilir. Bir gecənin içərisində baş verən misli görünməmiş Xocalı şəhərinin soyqırımı facıəsi haqqındakı xəbər ildırım sürətilə ölkəboyu hər yerə yayılır. Lakin hamını sarsıdan kütləvi qətliam yerli Azərbaycan xəbər agentlikərində soyuqqanlıqla qarşılanır: Cəmi iki nəfərin öldüyü bildirilir. Emosiyalara uymamaq tövsiyə olunur.
Q a d ı n d i k t o r : – Əziz dinləyicilər! Ötən gecə erməni yaraqlıları qəflətən Xocalıya hücum etmiş, şəhər sakinlərinin rahatlığını pozmuşlar. Dinc əhali arsında iki nəfər ölən, üç nəfər ağır yaralı vardır. Bir neçə nəfər isə yüngül xəsarət alıb.
K i ş i d i k t o r : – Şayiə gəzir ki, Xocalıya hərbi – texniki qurğular hücum edib. Bu, yalandır! Axı biz əsrlər boyu qardaş erməni xalqı ilə yaxın qonşuluq münasıbətlərində yaşamışıq. Sevincimiz bir, kədərimiz eyni olmuşdur. Bundan sonra da belə olacaqdır. Ağıl emosiyaya qalib gəlməlidir. Sizi şayiələrə uymamağa çağırırıq. Həyat davam edir. Səbirli və təmkinli olun. Haqq işimiz qalib gələcək.

DÖRDÜNCÜ PƏRDƏ67531_n
Soyqırım faciəsindən üç gün keçir. Xocalı soyqırımı barədə ilk dolğun məlumatlar gəlməyə başlayır. Videooprator Çingiz Mustafayev və hal şahidləri olan jurnalistlər əldə edilmiş məlumatları toplayaraq dərhal dünyanın hər yerinə ötürürlər.
Səhnədə salamat qalmış, əzizlərini itirmiş şəhər sakinləri görünürlər. Onlar tam ümidsiz bir halda, qorxu, təlaş və hönkürtü ilə:
G ü l l ü : – Ay Allah, bu nə gün idi düşdük. Eviniz başınıza uçsun… (Danışa bilmir. Şivən qoparır. Dizlərinə döyür, sinəsini dırnaqları ilə didir)
S ə m ə d : – (Həyəcanlı və özünü itirmiş halda) Ay bala, bizimkilərdən salamat qalan görmədin?
M u s a : – (Eyni ovqatda) Heç özümüzünkülərdən də xəbərim yoxdur. (Özün saxlaya bilmir. Hıçqıra-hıçqıra gözlərindən yaş axıdır) Yollar-izlər meyitlərlə doludur. Kim bilir, ölüblər, yoxsa…(danışa bilmir)
V ə l i : – Vəhşi köpəkuşağı, qadın, uşaq deməyiblər. Başlarını, qarınlarını deşib, gözlərini çıxarıblar. Belə də zülm olar, Allah? Bunu necə götürürsən? (Ucadan hönkürür).
Hadısə yerinə həmişə olduğu kimi özünü operativ şəkildə çatdıran videooperator Çingiz Mistafayev çiynində videokamera qaça-qaça gəlir. Ətrafdakı soyqırım qurbanlarını – meyidləri, əzab içində çabalayan ağır yaralıları, təlaş içində meşələrə, qarlı çöllərə səpələnmiş insanları lentin yaddaşına köçürür. Sonra kameranın obyektivini eybəcər hala salınmış bir yeniyetmənin üzərində saxlayir.
Ç i n g i z : – (Ağlaya-ağlaya) Qaldırın, qaldırın, bir az da yuxarı qaldırın. Qoy onun çıxarılmış gözləri, əzilmiş başı, dağlanmış sinəsi lentin yaddaşına düşsün. Erməni və rusların bu murdar hərəkətləri bütün dünyaya bəllənsin. Hamıya car olsun (üzünü yana çevirib hönkürür).
Ə z i m k i ş i (Boğazında düyünlənmiş qəhəri güclə boğaraq, əllərinin dalı ilə gözlərinin yaşını silir və öz-özünə): – 80-dan çox yaşım var. Toba, nə belə vəhşilik görmüşəm, nə də eşitmişəm. Nemes köpəkoğlu da belə qələt eləməmişdi. Qanımızın arasına Allah dayağında durmuş Əlif girdi. Bir dəstə adamı sağ-salamat Şelliyə kimi gətirdi. Sonra da geri qayıtdı. Dedi əclaflarla döyüşə gedir.
Az sonra Əlif Hacıyevin ölüm xəbəri gəlir. Məlum olur ki, qeyri-bərabər döyüşdə düşmənlərə qan udduran Əlifin gülləsi qurtardığına görə avtomatın darağını dəyişərkən snayperlə sinəsindən vurulub. Vətən üçün döyüşən bir cəsur Azərbaycan övladı da Qarabağ uğrunda, elə Qarabağ torpağındaca şəhid olur.

BEŞİNCİ PƏRDƏ
Xankəndi. İki erməni qadını bir skamyada oturub nəşəli bir görkəmdə 801076_nsöhbət edirlər.
H a y k a n u ş: – Ha, axçi, bilirsən Armik nə danışırdı bu Qarabağ türklərindən. Deyir onlar bizə pis olmayıb ha. Belə götürəndə, onlara baxanda kep görurdux. Ancax adamın bunlara yazığı da gəlir.
S i r a n u ş : – Haxçi, Haykanuş, nə yazığı gəlmək? Onlar qudurublar. Bilirsən netyləmək istiyirlər? Xalq Cəbhəsinin böyükləri istəyirmişlər ki, hakimiyyətə gəlsələr rus qoşunlarını çıxartsınlar. Onlar olmasa biz batarıq ki. Axı ordakı komandirlərdən biri də haylardandır. Onun bacısı Moskvada rəhbərlikdə olan bir rusun artvadıdır. Axçi, bilirsən də, ata-babalarımız bizim xalqı bu yolla qoruyub saxlamışlar. Nənəmnən eşitmişəm bunu.
H a y k a n u ş : – Yaxşı ki, Xocalını başımızdan elədilər. Amma axçi, bu türklər ki, var, yaman dözümlüdürlər. Bizimkilərin arxasında ruslar durmasa baş çıxara bilmərik. Onlar isə qorxmaq nədir, bilmirlər. Heç bilirsən, Armik nə danışırdı? Deyirdi, aeroportun böyüyü var e, Əlifdi-kimdi o, təkbaşına tankın-BTRin üstünə gedirdi. Yanındakı adamları bizimkilər vurub öldürsələr də, qorxub qaçmadı. Axıra kimi döyüşdü. Sonra axırıncı gülləsini özünə vurdu.
S i r a n u ş : – Ha, axçi, onlar belədir. Ölərlər, geri çəkilməzlər. Ələ keçməmək üçün türk həmişə sonuncu gülləsini özünə vurar. İndi ermənilər də, rus əsgərləri də – hamı ondan danışır. Yoxsa bizim ermənilər? – Çoxdan qaçıb aradan çıxmışdılar. Ona görə də türklər bir-birlərinə lağ edəndə deyərlər, “erməni qan gördü”.
H a y k a n u ş : – Əgər 1941-45 ci ilin müharibəsi olsaydı, beləsinə Sovet İttifaqı Qəhrəmanı adı verərdilər. Biləmiş olmazsan, axçi, o müharibədə də haylar ruslara söykənib heç nədən türkləri güdaza veriblər. İndi də belədir. Ancaq düz deyirsən, axçi, bəlkə də bu qırğının bizə bir xeyri var. Xocalı türkləri artıb törəsələr, deyəcəklər türkün sayı Arsaxda ermənidən çoxdu, heç olmasa onminlik bir şəhər dağıdıldı. Böyük işdi.

36006_nALTINCI PƏRDƏ
Ali Sovetin qabağında Xocalı faciəsinə etiraz əlaməti olaraq izdahamlı mitinq gedir. Ölkənin müxtəlif bölgələrindən Bakıya axışan əhali gərgin və hüznlü vəziyyətdə təsəlli kimi mitinqdə səslənən çıxışları dinləyirlər.
F u a d (Ağır-ağır başını qaldıraraq) : – Ey Azərbaycan xalqı! Bəylər və xanımlar! Məlum hadısələrdən sonra yalnız bizim yox, bütün azəri türklərinin yer üzərində yaşamaq haqqı yoxdur. Qeyrətimiz Xocalı ilə getdi. Əliyalın camaat gülləbaran edilib, Qarabağda baş verən bu misilsiz faciə əslində Azərbaycan türklərinin ümumi dərdidir. Hələ tam dəqiqləşdirilməmiş ilkin məlumata görə 1000 nəfərə yaxın dinc əhali vəhşicəsinə öldürülüb, o qədər də mülkü şəxs girov götürülüb. Bu hadisə rus-erməni ordusunun xalqımıza qarşı törətdikləri yeganə hadisə deyildir. Tarixdə dəfələrlə belə hadisələr olmuşdur. Artıq cihada qalxmağın, qisas almağın zamanıdır.
A z a d : – Əziz millətim, istəkli soydaşlarım. Bəli, həqiqətən Qarabağda ölçüyəgəlməz qətliam hadisəsi törədilib. Nənki Azərbaycan, eləcə də dünya türk birliyinə əzəli və əbədi düşmənlərimiz tərəfindən qnlı cinayət törədilib. Burda hakimiyyətin də böyük təqsiri var. Köməksiz Xocalıya vaxtında yardınm edilsəydi, onların haqq səsləri eşıdilsəydi, bəlkə də belə olmazdı. Dövlət strukturları guya soyuqqanlıq nümayiş etdirməklə, emosiyaların qarşsını almağa çalışıblar. Əslində bu münasibətlə hakimiyyət öz xalqına qarşı törədilən böyük bir faciənin üstünü ört-basdır etmişdir. Siscə bu nə deməkdir? Bizə belə hakimiyyət gərəkdirmi?
Y e l ə r d ə n (bir ağızdan) – İstefa! İstefa! İstefa! !stefa!
S a l m a n: – Ey həmişə başı bəlalı olan xalqım. Zman-zaman səni ağrıdan, gözü qıpıq edən öz içindən çıxmış hakim zümrələr olmuşdur. Sapı özümüzdən olan baltalar min illər boyu başımızın bəlasına çevriliblər. Mən Azad bəyin fikri ilə şərikəm. Xocalı soyqırımı barədə ilk informasiyanın dünya ictimaiyyətinə çatdırılması prosesinin xeyli ləngidilmisinə səbəb mövcud hakimiyyətdir. Yayılan rəsmi məlumatda guya hadisə zamanı 2-3 nəfərin ölməsi xəbəri bu amansız faciənin mahiyyətini xeyli kiçiltməklə ermənilərin əlinə həqiqətə uyğun olmayan fakt vermişdir. Halbuki 25 fevralda saat 17 radələrində Xocalıya başlanan hücum 26 fevrala keçən gecə səhərə kimi davam etmişdir. Ağdam istiqamətində qaçıb canını qurtarmağa çalışan insanların çoxu yaxınlıqdakı meşədə vəhşicəsinə güllələnib. Təəssüf ki, Azərbaycan hakimiyyəti bu misli görünməmiş faciəninin nəticələrini məqsədli şəkildə gizlətməyə çalışmışdır. Bilməlisiniz ki, gələcəkdə Xocalı soyqırımının tanınması istiqamətində aparılacaq işlərə “bu faktlar” ciddi mane olacaq. Ona görə də ölkə rəhbərliyinin Xocalı faciəsinin törədildiyi ərəfdəki susqunluğu, qabaqlayıcı tədbirlər görməməsi, hadisə baş verdikdən sonra gerçək məlumatların yanlış şəkildə efir vasitəsilə yayması hakimiyyətin öz xalqına qarşı düşmən mövqe tutduğunu göstərir…
Y e l ə r d ə n (dəstə-dətə toplaşmış adamlar) :
I dəstə – Rədd olsun iqtidar…
II dəstə – Xalqına düşmən olan bir hakimiyyət bizə lazım deyil…
II dəstə – Günahkarlar cəzalanmalıdır…
IV dəstə – Xocalı faciəsinə şərait yaradan iqtidar istefaya getməlidir.
V dəstə – İstefa!!! İstefa!!! İstefa!!!
Mitinq iştirakçılar hədsiz qəzəb içərisindədirlər. Onların arasında özlərini saxlaya bilməyib vaysınanlar, aram-aram ağlayanlar da var. Hadisəni təfərrüatı ilə bilməsələr də, bir neçə qadın son məlumatlar əsasında eşitdiklərini “ah-uf”la yana-yana danışırlar.
N i l u f ə r : – Aaaz, eşitmisən, ermənilər ruslarla birləşib Xocalını viran qoyublar. Ay Allah, Sən nə qan elədin.
S ü s ə n b ə r : – Eşitmişəm, ay bacı, Allah, bu nə bəla idi başımıza gəldi. Aaaz, deyir heç bir nəfər də salamat çıxa bilməyib e… Uyyy… uyyy…
G ü l s ə n ə m : – Yazıq balalar, onların nə günühı vardı axı, ay kafirlər. Allah sizə lənət eləsin. Uyyy.. .uyyy…
B a c ı x a n ı m : – Deyirlər bəs, meşədəki talanın içində meyidləri yarıb yerimək olmur. Vaxseyy, can, can. Bu nə oyundu, Allah, başımıza gəldi? Uyyy.. .uyyy…
Mitinqin təşkilat komitəsi adından çıxarılan qərarı Bakının xəzrisi səsgücləndiricinin ağzından alıb paytaxtın hər tərəfinə yayır.
T ə ş k i l a t n ü m a y ə n ə s i : Əziz Azərbaycan xalqı. Burada səslənən çıxışlardan və yerlərdən təşkilat komitəsinə göndərilmiş tələblərdən sonra mitinq qərara alır ki: 1. “Xocalı soyqırım” maihyyət etibarı ilə beynəlxalq cinayət kimi dünya ictimaiyyətinin diqqətinə çatdırılsın. 2. Faciənin törədənlər qeyd-şərtsiz məsuliyyətə cəlb edilsinlər. 3. Respublikanın mövcud rəhbərliyi hadisədə tutduğu liberal mövqeyə görə istefaya göndərilsin…
A p a r ı c ı (bədbin bir əhvalla) : Təssüf ki, qərarların heç birini vaxtında yerinə yetirmək mümkün olmadı. Yalnız həvəskar repartyorlar, müstəqil və müxalif mətbu orqanlar Xocalı soyqırımı haqqında məlimatları yaymaqla məşğul oldular. Azərbaycanın BMT-yə üzv olduğu bir dövrdə hakimiyyətin istefaya göndərilməsı məsələsi təxirə salındı.
Sonradan məlum oldu ki, Xocal faciəsi zamanı 613 nəfər amansız qətliamın qurbanı olmüşdur. Onlardan 63 nəfəri uşaq, 106-sı qadın, 70-i qoca və qarı idi. Soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmışdır ki, onlardan 76-sı uşaq idi. Vəhşiləşmiş düşmənin Xocalıya hücumu zamanı 1275 nəfəri əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür. 1992-ci ilin qiymətləndirilməsinə görə şəhərin əhalisinə və dövlət əmlakına 5 mlyard dəyərində ziyan dəymişdir.
964027_nSON
MÜƏLLFDƏN : Xocalı soyqırımı ilə bağlı yazdığım bu 6 pərdəli faciə “Məktəbli pyesləri” seriyasından olan məktəb tədbirləri üçün bir səhnəcikdir. 7 ildən bəri müəllim kimi çalıdığım Qobustan rayon İ.İbrahimov adına Dərəkənd kənd tam orta məktəbində şagirdlər tərəfindən səhnələşdirilərək tamaşaya qoyulan pyes həm məktəb kollektivinin, həm də kənd sakinlərinin böyük marağına səbəb olub. Şagirdlər məlum hadisənin təfərrüatını, onu görməsələr də, canlandıra biliblər. Artıq mənim müəllifliyimlə müxtəlif mövzuda (ekoloji, 20 Yanvar, Novruz, Yeni il və s. ) 6 belə kiçik həcmli pyeslər məktəblilər tərəfindən dəfələrlə səhnələşdirilərək nümayiş etdirilib. “Bir şəhərin soyqırımı” adlı məktəbli pyesi də onlardan biridir. Qeyd edim ki, müvafiq məktəb tədbirlərində material kimi istifadə məqsədilə nəzərdə tutulmuş pyesləri cəmləyib 2011-ci ildə “Müəllim” nəşriyyatının qrifi ilə çap etdirmişəm. Kitaba ön sözü, onun redaktoru görkəmli pedaqoq, Respublika Təhsil Şurasının sədri, filologiya elmləri doktoru, professor Əjdər Ağayev yazıb. Allah cəmi Vətən şəhidlərinə, o cümlədən Xocalı faciəsinin qurbanlarına rəhmət eləsin!

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s