DİRİLİ QURBANİ MƏCLİSİNDƏ “XOCALI SOYQIRIMI”
Dirili Qurbani Məclisinin 03.02.2013-cü il tarixli toplantısı artıq xəbər verdiyimiz kimi XOCALI SOYQIRIMINA həsr olunmuşdu. Qeyd edək ki, ənənəvi tədbirlərdən fərqli olaraq bu dəfə məclis yeni qayda ilə öz yığnağını keçirdi. Adəti üzrə məclisi sədr Yusif Dirili, Dirili Qurbaninin “Bənövşə” şeiri, ardınca isə tanınmış aşıq Məhərrəm Hüseynli isə Qurbaninin “Divani”si ilə açdı. İlk olaraq Y.Dirili “26 Fevralda” adlı şeiri ilə məclisə giriş verdi və cari tədbirin mahiyyətindən, Xocalı soyqırımının dünya dövlətləri və ictimaiyyəti tərəfindən tanınması istiqamətində görülən işlərin əhəmiyyətindən danışdı. Xalqımızın tarixində müdhiş bir hadisə kimi yaşanacaq bu misilsiz faciə, həm də XX əsrin ən böyük faciələrindən biridir. Onu unutmağa heç kimin haqqı yoxdur! Erməni vəhşiliyinin bariz nümunəsi kimi faciənin acı nəticəsi tez-tez xatırlanmalı və təbliğ olinmalıdır. Daha ətraflı məlumat məclisin aparıcısı, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslının və qonaqların timsalında təqdim olundu.T. Abbaslı qeyd etdi ki, ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri bu amnsız qətliam şairlərimizin sözündə, aşıqlarımızın, musiqiçilərimizin ifalarında xüsusilə qabarıq təqdim olunmalıdır. 20 ildən artıqdır ki, bu istiqamətdə məqsədyönlü fəaliyyət göz qabağındadır. İndi biz həmin ifalardan aşıqlarımızın timsalında dinləyəcək, şairlərimizin şeirlərini eşidəcəyik. Hadisənin canlı şahidləri, o dövrün yaşantılarını xatirrlərində saxlayanlar münasibətlərini bildirəcəklər. Xocalı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Xəlil Quliyev belə tədbirləri təşkil olunmasını yüksək dəyərləndirdi. Dövlətimizin, xalqımızın, ictimai qurumların bu istiqamətdə atdığı hər bir addım faciəni unudulmağa qoymur, gənc nəsldə vətənpərvərlik və mübarizlin hisslərinin güclənməsinə səbəb olur. X.Quliyev Dirili Qurbani Məclisində ilk dəfə olmasına baxmayaraq, toplumun milili və dövlətçilik yönündə gördüyü əməli fəaliyyəti təqdir etdi. “Siz fikrinizi, münasibətinizi sazla, sözlə deyirsiniz. Onların gücü heç də real savaşdan az deyl. Həmişə müaharibələrdə qalib tərəfə sözün böyük köməyi olub.” Məclisin ruhuna və ovqatına uyğun şeirlər səsləndi.Şairlərdən- məclisin ədəbiyyat bölümünün rəhbəri Sabir Şirvan, təşkilat rəhbəri Malik Əmədoğlu, Sofu Bilal, Rafiq Mirzə, Xalidə Daşcılı, Mübariz Dözümlü, Damət Kərimli, Firudin Şahbuzlu, Məmməd Məcidoğlu, Əjdər Yunus Rza, Məhəbbət Didərgin, Yaqub Məğrur, gənc şairlərdən Orxan Adiloğlu, Azad Behbudzadə, eləcə də Zakir Ağdamlı, Salam İbrahimoğlu, Şərqiyyə Süleymanlı, Mətanət Uluşirvanlı Qarabağ müaribəsini əks etdirən şeirlər oxudular. Aşıqlardan Məhərrəm Hüseynli, Aşıq Cavanşir, gənc aşıqlar Məhəmməd Borçalı və Rövşən saz havaları üstdə Azərbaycanın Xocalı dərdini qəmli notlarla verməklə bərabər, mübarizəyə çağıran havalar da ifa etdilər.
Tanınmış şair Musa Ələkbərli Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi poemasından parçalar söylədi. Qiraətçi və publisist Süleyman Mustafaoğlu isə ermənilər tərəfindən təcavüzə məruz qalmış Azərbaycan rayonlarının sanki bədii lövhələrlə coğrafiyasını əks etdirən şeir parçaları ifa etdi. Məclisdə erməni və rus hərbi birləşmələrinin yerlə yeksan etdikləri Xocalı soyqırımının qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut elan olundu. Məclisin duvaqqappasını Aşıq Məhərrəm elədi.O, məclisi Aşıq Ələsgərin müxəmməsi bağladı.
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy