Azərbaycanın qüdrətli el sənətkarı – haqq aşığı, el şairi Qurbani Mirzalıxan oğlu 15-16-cı əsirdə yaşayıb yaratmışdır. O, 1477-ci illərdə Cəbrayıl rayonunun qədim Diri kəndində anadan olmuşdur, 1540-cı ildə isə, doğulduğu kənddə vəfat etmiş və eləoradaca Diri dağının zirvəsində dəfn edilmişdir. Doğulduğu və boya-başa çatdığı doğma kəndinin adı ilə bu böyük sənətkar sonralar xalq arasında Dirili Qurbani adı ilə tanınmışdır.Qurbani mükəmməl təhsil almış, ərəb və fars dillərini dırindən bilmişdir.
Onun bayatı, gəraylı, qoşma, təcnis, divani, tərcibbənd, ustadnamə və sair şeir formalarında yazdığı əsərlərində təbiət, məhəbbət, vətən, insan, eləcə də içtimai-siyasi mövzular daha qabarıq görünür. Qurbaninin doğulduğu Diri kəndi Diri dağın yamacında Araz çayının üstündəki Xudafərin körpüsü yaxınlığındadır. O, özü bir bayatısında deyir:
Əzizim Diri dağı,
Duman gəl bürü dağı,
Xudam bir körpü salıb,
Arxası Diri dağı.
Əsərlərindən göründüyü kimi dövrünün böyük Azərbaycan sərkərdəsi və şairi olmuş Şah İsmayıl Xətai iləgörüşmüş, sonralar da ondan ayrılmayaraq sarayında yaşamışdır.Ş.İ.Xətaiyə böyük məhəbbət və rəğbət bəsləyərək onu özünün mürşüdü, yəni müəllimi, ustadı adlandırmışdır.Həmin dövrlərdə aşıq- şair doğma yurdun həsrətini çəkmiş, el-obadan ayrı düşmək nisgili onu daim narahat etmişdir. Məşhur Bənövşəşeirində :
Qurbani der: könlüm bundan sayrıdı
Nə etmişəm yarım məndən ayrıdı
Ayrılıqmı çəkib boynu əyridir?
Heç yerdə görmədim düz bənövşəni.
Qurbaninin həyat və yaradıcılığı haqqında S. Mumtaz, Ə. Axundov, M. Təhmasib, M.İbrahimov, P. Əfəndiyev, M. Həkimov, Q. Namazov, S. Paşayev, A. Nəbiyev, K. Vəliyev, M. Allahamanov, M. Qasımlı,Q. Kazımov və başqalarının elmi əsərləri Qurbani irsinin öyrənilməsində mühüm rol oynayır. Professor Q. Kazımovun Qurbani poetikası əsərini istisna etsək elmi tədqiqat baxımından Qurbaninin poetik irsi bir dissertasiya mövzusu kimi ilk dəfə olaraq Tarıyel Abbaslı tərəfindən geniş şəkildə tədqiqata cəlb olunmuş və əhatəli öyrənilmişdir. Dövrünün bir sıra görkəmli el şairləri və ozanları içindən çıxaraq Azərbaycan klassik aşıq sənətinin əsasını qoyan Dirili Qurbani demək olar ki, aşıq yaradıcılığının bütün janrlarında olduqca gözəl nümunələr yaratmışdır. Aşıq yardıcılığında çətin hesab olunan Divanilər də ilk dəfə Qurbani tərəfindən yaradılmış, üç aşıq havası o cümlədən məşhur Heydəri saz havası indiyədək aşıqların dilindən düşmür. Qurbani özündən sonra gələn 500 illik bit tarixdə- müasir dövrümüzədək aşıq və şairlərin yaradıcılığına güclü təsir göstərmişdir. Təsadüfi deyil ki, təkcə onun Bənövşə şeirinə yüzlərlə nəzirələr yazılmış, bir çoxları onu Qurbaninin adı ilə bağlamışdır.Qurbani Ş.H. Xətaiyə 7 saz havası həsr etmişdir. Bunlar Şah Xətai, Şahsevəni, Şahsarayın, Başdivani, Heydəri, İbrahimi, Sultanı aşıq havalarıdır. Bu havalar indi də aşıqlarımız tərəfindən geniş ifa olunur. Qurbaninin Xətai yaradıcılığına müəyyən təsiri olmuşdur. Klassik üslubda şeirlər yazan Xətai sonralar əsasən xalq şeiri üslubuna üstünlük vermiş, çoxlu bayatılar, qoşma və gəraylılar yazmışdır.Qurbaninin şeirləri 1927-ci ildən başlayaraq müxtəlif tədqiqatçılar tərəfindən nəşr edilən aşıq şeirləri toplularında nəşr olunmuşdur. 1927 (S. Mumtaz. El şairləri),1935 (S.Mumtaz. El şairləri), 1929-1938 ( S.Rüstəm və M. Rahim. Qoşmalar), 1960( S.Axundov. Aşıqlar), 1970 (İ .Tapdıq. Aşıqlar ), 1972 ( A. Dadaşzadə. Qurbani 55 şeir.), 1978 (M. Şükür.Sazım-sözüm ), 1983( Ə.Axundov. Azərbaycan aşıaları və el şairləri),1984 ( H .Arif və M. Həkimov), 1984 (Q. Kazımov. Qurbani(ruscaya tərcümə:V.Qafarov),1990( Q. Kazımov. Qurbani(ən mükəmməl nəşr), 1999( T.Abbaslı. Qolu bağlı keçdim Xudafərindən), 2001( Q.Kazımov. Qurbani və poetikası (monoqrafiya). və 2004 (T. Abbaslı. Qurbaninin poetik irsi (monoqrafiya).Qurbani şeirlərinin ən qədim əlyazma nüsxəsi 1775-ci ildə yazıya alınmış cüngdədir. Onun təxminən XVlll- XlX əsrlərdə müxtəlif cünglərdə 10-a qədər şeiri yazıya alınmışdır.
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy